138
yeni yanaşma və tədqiqat istiqamətini gözləyən məsələlərin çağdaş dəyərlər işığında
dərki baxımından xüsusi əhəmiyyət kəsb edir”
[181, s.876].
İ.Həbibbəylinin
çağdaş
ədəbi
prosesin
ayrı-ayrı
nümayəndələrinin
yaradıcılığını geniş, hərtərəfli şəkildə təhlil edib ümumiləşdirmək yolu ilə qələmə
aldığı bir sıra irihəcmli elmi əsərlər müasir ədəbi tənqidimizdə özünəməxsus yer
tutur. Hələ stalinizm dövründə uşaq ikən repressiyalara məruz qalmış Cavad Cavadlı
müxtəlif vaxtlarda yazıb 1990-cı illərdə çap etdirdiyi çoxsaylı şeir və poemalarında
gördüyü, iştirakçısı olduğu, taleyində yaşadığı sürgün
mövzusunu geniş şəkildə əks
etdirmişdir. Şairin “Sürgün” kitabı (1996) ilə əlaqədar İ.Həbibbəylinin yazdığı
“Vətənin əbədi harayı” adlı irihəcmli məqaləsi müasir ədəbi-tənqidi fikirdə dissident
ədəbiyyatının əhatəli elmi təhlilini verən ilk sistemli araşdırmalardandır. Görkəmli
akademikin Tehranda “Varlıq” jurnalında dərc olunmuş “İbrət dəftəri” məqaləsində
də (1996, № 2) C.Cavadlının yaradıcılığında
sürgün mövzusunun bədii
təcəssümündən söz açılır. 1990-cı illərdə yazılmış bu məqalələr İ.Həbibbəylinin
Cavad Cavadlının yaradıcılığına həsr etdiyi “Ədəbiyyat və mətbuat cəbhəsində” adlı
kitabının da əsas qismini təşkil edir [91].
Həmin kitabda tanınmış şair-publisistin
ömür və sənət yolu, müasir ədəbi mühitdəki yeri və rolu nəzərdən keçirilmişdir.
Kitabın əvvəlində şairin yaradıcılıq yolunun başlıca istiqamətləri,
tematika və
problematikası səciyyələndirilmiş, onun poeziya və pedaqoji publisistika sahəsində
səmərəli fəaliyyəti, o cümlədən maarifçi poema və şeirləri, uşaq ədəbiyyatı
sahəsindəki xidmətləri, məhəbbət lirikası, ictimai məzmunlu əsərləri müfəssəl şəkildə
dəyərləndirilmişdir. Sonra isə əsas yer “Vətənin əbədi harayı” məqaləsindən tanış
olduğumuz sürgün mövzusunun təhlilinə ayırılmışdır. İ.Həbibbəyli şairin repressiya,
sürgün mövzusunda yazdığı şeirlərin, “Cəhənnəmdən qaçmış uşaq”, “Ata yurdu”,
“Canlı şəhidlər”, “Düşmən iti” və digər poemalarının əsas
xüsusiyyətlərinə diqqət
yetirmiş, onların tematikası, problematikası, ideyası, obrazları, gerçəkliklə bağlılığı,
sənətkarlıq məziyyətləri və s. barədə dolğun təhlillər aparmışdır.
Bəllidir ki, Cavad Cavadlının atası Ələsgər kişi saxta ittihamlarla həbs
olunmuş, ömrünü məhbəsdə başa vurmuşdur. Anası Keysu xanımı isə beş uşağı ilə
birlikdə Qazaxıstana sürgünə göndərmişdilər. Məktəbli yaşında olan Cavad da
139
məşəqqətli sürgün həyatı yaşamışdır. Hətta o, sürgündən qaçmağa da cəsarət tapmış,
lakin yenidən əzabla həyata qaytarılmışdır... Uşaqlıqdan şahidi olduğu qanlı-qadalı
hadisələr, əzablı insan taleləri C.Cavadlının yaddaşında kök salmış, sonralar çoxsaylı
əsərlərin yaranmasına rəvac vermişdir.Akademik İ.Həbibbəylinin qeyd etdiyi kimi:
Dostları ilə paylaş: