Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə62/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   58   59   60   61   62   63   64   65   ...   68
dis anar (1)

“Məmməd Arazım ata ocağı sözün həqiqi 
mənasında bütöv bir xalqı və böyük bir vətəni təmsil edən ümumiləşmiş Azərbaycan 
ocağıdır... Xalq şairinin yaradıcılığında qırx ildən artıq çağlamada davam edən 
Azərbaycan ruhu, bənzərsiz vətən duyğusu və milli ideyalar həqiqi və geniş mənada
öz odunu-qorunu təmiz, müqəddəs “ata ocağı”ndan-vətəndən alır”
[92, s.295].
 
İlk qələm təcrübələrini obrazlı şəkildə “tapşırıq dəftəri” adlandırdığı “sal daşlar 
üstündə” yazmalı olan Məmməd Arazın poeziyasında Daş obrazının poetik 
semantikası, işlənmə məqamları bütöv bir sistem təşkil edir. Akademik İsa 
Həbibbəyli yazır ki, şairin müxtəlif əsərlərində bu obraz rəngarəng mənalar daşıyır, 
çeşidli mətləbləri ifadə etməyə xidmət göstərir: 
”Daş Məmməd Araz poeziyasında 
bütövlük, Vətənə, toprağa bağlılıq, gərəkli olmaq, əsl vətəndaşlıq mənalarını ifadə 
edir. Şair hətta özünü milli şeirimizin “daş əsgəri” hesab edir”
[92,s.296].
 
Bu 
istiqamətlərin hər biri Məmməd Arazın müxtəlif poema və şeirlərindən gətirilən 
parçaların təhlili timsalında əsaslandırılmışdır.
Akademik İsa Həbibbəyli M.Araz yaradıcılığının qaynaqları, şairin poetik 
“mən”inin formalaşmasına təsir göstərən mənbələr sırasında xalq müdrikliyinin 
ifadəsi olan zəngin folklorumuzla yanaşı, klassik ədəbi irsin rolunu da 
aydınlaşdırmış, o cümlədən bir sıra söz ustadlarının sənətindən gələn ənənələrin 
mövqeyini və bədii müstəvidə təzahür çalarlarını da müəyyənləşdirmişdir. M.Araz 
sənətində ənənə və novatorluq, klassika və müasirlik kimi məsələlərin çağdaş 
poeziyamızın yaradıcılıq axtarışları, inkişaf problemləri kontekstində tədqiqi elmi 
müddəaların yeniliyi və mükəmməlliyi ilə diqqəti çəkir. Xüsusən Məhəmməd Füzuli, 
Mirzə Ələkbər Sabir və Səməd Vurğun ənənələrinin M.Araz yaradıcılığında davamı 
və inkişafı barədə deyilənlər dərin elmi müşahidələrin bəhrəsi kimi ciddi əhəmiyyət 
daşıyır. 


142 
Təqdirəlayiq cəhət bir də budur ki, İ.Həbibbəyli bu problemi sadəcə M.Arazın 
adı çəkilən ustadlara həsr etdiyi, poetik ehtiramını bildirdiyi əsərlərinin nəzərdən 
keçirilməsi ilə məhdudlaşdırmır. Fikrini ən müxtəlif bədii mətnlərin ideya-bədii 
arxitektonikasında, semantik yaddaşında yer alan ədəbi bağlılıqların aşkarlanması 
əsasında diqqətə çatdırır. Alimin əhatəli elmi təhlillərdən sonra gəldiyi haqlı 
qənaətinə görə, 
“Ustad Məhəmməd Füzulinin müdriklik və məsuliyyəti, Sabir 
sənətinin vətəndaşlıq cəsarəti, Səməd Vurğun şeirinin yüksək ilhamı və milliliyi 
özünəməxsus şəkildə Məmməd Araz poeziyasında cəmləşmiş, yeni keyfiyyətlərlə 
zənginləşmişdir. Məmməd Araz adları çəkilən ustad sənətkarlardan yaradıcılıqla 
öyrənmiş, onların heç birini təkrar etməmişdir. Nəticə etibarı ilə millilik və müasirlik, 
dərin və incə lirizm, fəal vətəndaşlıq mövqeyi və bəşərilik Məmməd Araz şeirinin 
özünəməxsusluğunu müəyyən edir”
[92, s.303].
 
M.Arazın, ümumən onun mənsub olduğu ədəbi nəslin müasir ədəbiyyatımızın 
inkişafında göstərdiyi xidmətləri əsaslı keyfiyyət dəyişikliyi kimi xarakterizə edən 
akademik yazır ki, 1930-50-ci illərin poeziyasındakı zamanın tələblərindən doğan 
poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyl kimi 
qəlibləşmiş ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin 
istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır [92,s.299-300]. Bu 
prosesdə Məmməd Arazın rolunu xüsusi qiymətləndirən, onun
 
yaradıcılığını 
“tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidin dolğun ifadəsi” kimi 
səciyyələndirən, şairi “mili şeirdə düşüncə lirikası komandasının baş kapitanı” sayan 
[92, s.303] tənqidçinin bu elmi ümumiləşdirmələri də ədəbi həqiqəti ifadə edir.
 
Məmməd Arazın əsərlərindəki mövzu genişliyi, fikir təzəliyi, aydın qayə, 
orijinal duyum və deyim tərzi də İ.Həbibbəylinin ədəbi təhlillərində özünün layiqli 
elmi qiymətini almışdır. Tənqidçi fikrini belə ümumiləşdirir: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin