128
təcrübəsi aydın göstərmişdir ki, ancaq həm klassik ədəbiyyatı və onun nəzəriyyəsini,
həm də müasir ədəbiyyatı və onun problemlərini yaxşı bilən tənqidçilər müasir
ədəbiyyatın inkişafına kömək etmiş, ona düzgün istiqamət verə bilmişlər”
[42,s.183].
Akademik İsa Həbibbəyli məhz belə universal və dərin biliyə malik tənqidçi-
ədəbiyyatşünas kimi Azərbaycan elmində müasir əsəbi prosesin elmi təhlili və tədqiqi
sahəsində mötəbər söz sahibidir. Tanınmış tənqidçi Vaqif Yusifli yazır:
“Bu gün
“tənqidçi” deyəndə biz həm də “tənqidçi-ədəbiyyatşünas” tipini nəzərdə tuturuq. Hər
hansı bir tənqidçinin həm də ədəbiyyatşünaslıqla bağlı kitablar, məqalələr çap
etdirdiyimi də görürük və əslində, ən yaxşı tənqidçi həm də ən yaxşı
ədəbiyyatşünasdır”
[251, s.36)].
Bu mənada akademik İsa Həbibbəyli həm
mükəmməl ədəbiyyat tarixçisi, həm dərin təfəkkürlü ədəbiyyat nəzəriyyəçisi, həm də
professional tənqidçidir.
İsa Həbibbəylinin tədqiqatlarında bədii mətnin, ədəbi problemin, hərəkatın,
yaxud yaradıcı şəxsiyyətin sənət axtarışlarının əsl mahiyyətinin
hərtərəfli şəkildə
araşdırılmasına yönələn mükəmməl və unikal bir sinkretizm müşahidə edilir. Onun
əsərlərində ən müxtəlif məqamlarda üzvi vəhdət halında təzahür edən çoxşaxəlilik,
universallıq, ədəbiyyatşünaslığın hər üç şöbəsinə dərin bələdlikdən yoğrulan
hərtərəfli elmi yanaşma özünün uğurlu nəticələrini ortaya qoyur. Bu məqamda
akademik Muxtar Kazımoğlunun (İmanovun) fikirləri yerinə düşür:
“Ədəbiyyat
tarixçisi kimi İ.Həbibbəylinin ən yaxın silahdaşı nəzəriyyəçi və tənqidçi
İ.Həbibbəylinin özüdür. Ədəbiyyatın ümumi qanunauyğunluqlarını dərindən bilməsi,
ədəbi prosesi və ədəbi proses içində hər sənətkarın, hətta ən məşhur əsərin yerini
görməsi İ.Həbibbəyliyə ədəbiyyatın tarixi inkişaf mərhələlərini dəqiq və hərtərəfli
şəkildə təhlil etməkdə ən böyük yardımçıdır. Deməli, nəzəriyyəçilik, ədəbiyyat
tarixçiliyi və tənqidçilik İ.Həbibbəylinin bir ədəbiyyatşünas kimi portretinin əsas
cizgiləridir”
[198,s.472].
Akademikin iki kitabına qısa nəzər salaq. Görkəmli alimin “Romantik lirikanın
imkanları” monoqrafiyasında əsas istiqamət XX əsrin əvvəlləri Azərbaycan romantik
şeirinin sənətkarlıq xüsusiyyətlərini araşdırmaqdır. Bu problem tədqiqatda özünün
uğurlu elmi həllini tapmşdır. Həmin kitab həm də ədəbiyyat tarixçiliyi baxımından
129
dəyərlidir.
Azərbaycan
romantizminin
tarixi
təcrübəsinin
öyrənilib
ümumiləşdirilməsinə layiqli töhfə sayıla biləcək yeni materiallar, təhlil və qənaətlərlə
zəngindir.
“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı fundamental tədqiqatında
isə Mirzə Cəlilin ömür yolu, mühiti, müasirləri, əlaqələri və s. ən incə detallara qədər,
yeni aşkara çıxarılmış yüzlərlə material əsasında sistemli şəkildə araşdırılmış, beləcə,
ədəbiyyat tariximizin böyük bir epoxasının dolğun elmi mənzərəsi yaradılmışdır.
Bununla bərabər, həmin monoqrafiyanın bir sıra bölümləri həm də dərin,
əhatəli
elmi-nəzəri
təhlilləri, konseptual qənaətləri ilə diqqəti çəkir. Məsələn,
monoqrafiyanın “Molla Nəsrəddin” ədəbi cəbhəsinin formalaşması və “Molla
Nəsrəddin”çi ədəbiyyatın təşəkkülü” adlı üçüncü fəslində aparılan araşdırmalar,
ümumiləşdirmələr problemin ədəbi-nəzəri əsaslarını üzə çıxarır. Üstəlik bu
monoqrafiyada ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq sənətkarın mühiti anlayışının
ədəbi-tarixi, nəzəri-estetik hüdudları və mahiyyəti məsələsi də özünün dolğun elmi
təhlilini tapmışdır.
İ.Həbibbəylinin klasik irslə bağlı monumental tədqiqatları həm də güclü
müasirlik keyfiyyətlərinə malikdir. Onun haqlı qənaətinə görə, klassikanın sağlam
ənənələri həm də çağdaş ədəbi prosesin rəngarəng inkişaf tendensiyaları
kontekstində özünün sınaqdan çıxmış təcrübəsi ilə iştirak edə bilir.
Görkəmli
nasirdramaturq İlyas Əfəndiyev hələ 1983-cü ildə “Ədəbi tənqidimiz barədə bəzi
fikirlər” məqaləsində yazırdı:
“Ədəbi tənqid … Mirzə Cəlilin müasir Azərbaycan
ədəbi prosesindəki rolunu müəyyənləşdirməli, bu barədə öz tutarlı sözünü deməlidir.
Deməlidir!.. Bəs nə vaxt deyəcək?”
[56]. Bu tutarlı elmi sözü məhz akademik İsa
Həbibbəyli dedi, həm də dərin təhlillər və yüksək elmi əsaslandırmalarla. Onun
tədqiqatlarında başda Mirzə Cəlilin əsərləri olmaqla klassik tənqidi realist
ədəbiyyatın müasir ədəbi prosesə səmərəli təsir imkanları, bunun yol və vasitələri də
özünün əhatəli təhlilini tapmışdır.
1990-cı illərdə “klassiklərə qarşı başlanan nihilist tendensiya ilə mübarizədə ön
sıralarda” dayanan [181,s.878] İsa Həbibbəyli çağdaş ədəbi-tənqidi fikrin sağlam
ruhda formalaşmasında da mühüm xidmət göstərmişdir.“Mirzə Cəlilə qayıtmaq
130
zərurəti” məqaləsindəki (1995) aşağıdakı fikirlər bu baxımdan xarakterikdir:
“Mirzə
Cəlilə, “Molla Nəsrəddin”ə hər hansı dönüş keçmişə, geriyə qayıdış demək deyildir,
həqiqi milli oyanışın, fanatizmdən yaxa qurtarmağın, özünüdərkin cövhəri, əsasıdır”
[86].
Müasir Azərbaycan ədəbi tənqidində İsa Həbibbəylinin özünəməxsus yeri və
ciddi xidmətləri vardır. İllərdən bəridir ki, o, müasir ədəbi
prosesin təhlil olunub
dəyərləndirilməsi, səciyyəvi inkişaf xüsusiyyətlərinin aşkarlanması istiqamətində
mühüm rol oynayan ədəbi-tənqidi əsərlərlə çıxış edir. Alimin müasir ədəbi prosesə
aid əsərlərində çağdaş mərhələnin axtarışları, yaradıcılıq tendensiyaları dərindən
araşdırılır. Eyni zamanda mövzuya konseptual yanaşma onun tarixi aspektdə təhlilini
də şərtləndirir. Həmçinin bədii mətnin, ümumən ədəbi prosesin təhlilində müvafiq
elmi-nəzəri müddəalar da öz layiqli yerini tutur.
Akademik Məmməd Cəfər Cəfərov “Tənqid və ədəbi proses”
məqaləsində
yazırdı ki, ədəbi tənqidin söz sənətinin yüksəlişinə kömək göstərə bilməsi üçün gərək
“
məqalə yazan ədəbi inkişafın problemləri ilə bütün incəliklərinə qədər tanış olsun,
ədəbi proses haqqında düşüncə, qayğı onun gündəlik işinə çevrilsin. Belə olmayanda
məqalələrdə elmilik, professionallıq çatmır, sadəcə subyektiv təəssürat ifadə edilir”
[43].
Dostları ilə paylaş: