131
məziyyətləri barədə İ.Həbibovun qənaətləri gələcəyin böyük ədəbiyyatşünasının
ədəbi əsərləri dolğun şəkildə təhlil imkanlarından soraq verirdi. H.Mehdiyevin
romanına obyektiv yanaşan İ.Həbibov bildirirdi ki, əsərin
əsas surətlərindən olan
“Atəşin ön cəbhədəki fəaliyyətinin zəif verilməsi həm obrazın bitkinliyinə xələl
gətirmiş, həm də əsərin ümumi təsir qüvvəsini azaltmışdır. Bundan başqa,
Atəşin
həyat yoldaşı Zeynəbxatunun ölümü də düzgün əsaslandırılmamışdır”. Həmçinin
yazıçı mənfi obrazların taleyini axıradək izləmədiyindən bir qədər natamamlıq
yaranır.
Xronologiyanı qabaqlayaraq onu da xatırladaq ki, İ.Həbibov on il sonra (bu
zaman o, artıq alim, ali məktəb müəllimi idi) yazıçı Həsən Mehdiyev haqqında daha
bir məqalə yazmışdır. “Dağ çiçəyi haqqında povest” adlanan həmin məqalə [102]
H.Mehdiyevin “Dağ çiçəyi” əsərinə həsr olunmuşdur. Povestin əsas ideya-bədii
xüsusiyyətlərini elmi şəkildə aydınlaşdıran tənqidçi
ümumən müsbət qənaətlərini
oxucularla bölüşmüş, müşahidə etdiyi nöqsanları da nəzərə çatdırmışdır. Tənqidçinin
haqlı qənaətinə görə, bəzi məqamlarda təhkiyənin lüzumsuz uzadılmasına ehtiyac
yox idi (Nazlı obrazı ilə bağlı olan macəralar, Reyhanın yuxusu və s.). İ.Həbibovun
digər bir iradı isə müxtəlif vaxtlarda istehsalat mövzusunda yazılmış bir sıra
digər
əsərlərdə də gözə çarpsa da, ədəbi tənqid buna o qədər də diqqət yetirməyib. Məqalə
müəllifi yazır ki, “Dağ çiçəyi” povestində istehsalat koloriti yaratmaq məqsədi ilə
müəllif təhkiyəsində, eləcə də bəzi obrazların mükalimələrində
işlədilmiş termin
səciyyəli sözlər əsərin dilini ağırlaşdırmaqla yanaşı, əksər oxucular tərəfindən
anlaşılmır. Analoji mövzularda əsər qələmə alan müəlliflər bu vacib məqama diqqət
etməlidirlər.
“Əsgər qəlbinin poeziyası” adlı məqaləsi [99]
də İsa Həbibovun bədii mətnlərə
həssas və elmi şəkildə yanaşmasının ilk təzahürlərindən biri kimi maraq doğurur.
1970-ci ildə dərc olunmuş bu ədəbi-tənqidi məqalədə şair Məmməd İbrahimin (Məm-
məd Arazın-
A.A
.) Böyük vətən müharibəsi mövzusunda yazdığı “Üç oğul anası”,
“Əsgər qəbri haqqında ballada”, “Araz axır” poemaları təhlil olunmuşdur. “Üç oğul
anası” poemasında cəbhədə döyüşən oğulların
bir bədii surət olaraq necə
tanıtdırılması məsələsini gənc tənqidçi belə izah etmişdir:
“Ana nəsihətlərinə şərəflə
132
əməl edən oğullar poemada bitkin obraz kimi verilməsə də, anaya yazdıqları
məktubları oxuduqca onların yüksək insani keyfiyyətləri ilə tanış oluruq”.
İ.Həbibovun şair İsa İsmayılzadənin “Salam, Yer kürəsi” kitabına (1982) həsr
etdiyi “Günəş hənirli nəğmələr” məqaləsi də [105] ədəbi prosesə dair təhlillərlə
nəzəri ümumiləşdirmələrin vəhdəti kimi üzə çıxmışdır. İsa İsmayılzadənin əsərlərini
“fərdi poetik üslubunun sadəliyinə, dərin məna ahənginə, işıqlı rəng çalarlarına görə”
səciyyələndirən tənqidçi onun “Naxçıvan duyğuları” şeirlər
silsiləsi üzərində daha
ətraflı dayanmış, silsiləyə daxil olan “Torpaq nəğməsi”, “Burdan Günəş keçib”,
“Od”, “Qatar gedir Araz boyu”, “Baxdım o dağlara…”, “Bir əlim bu sahildə…”
kimi əsərlərin əsas poetik məziyyətlərini aydınlaşdırmışdır. “Torpaq nəğməsi” şeirini
silsilədəki digər nümunələr üçün epiqraf kimi dəyərləndirən tənqidçi yazır:
Dostları ilə paylaş: