Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə49/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   45   46   47   48   49   50   51   52   ...   68
dis anar (1)

: “Ədəbi tənqid bu naqisliklərə 
qarşı aktiv mübarizə aparmırsa, istər-istəməz“şeir axınına”şərait yaradır”
[
46,s.48]. 
Y.Axundovun diqqətəlayiq ədəbi-tənqidi məqalələrindən biri də yazıçı Tahir 
Hüseynovun “Çətin görüş” kitabına (1990) həsr etdiyi “Torpaq dərdi, ocaq dərdi” 
resenziyasıdır [23].
 
Tahir Hüseynovun kitabda verilmiş “Çətin görüş”, “Gecə 
məhkəməsinin hökmü”, “Torpaq dərdi”, “Borçalı əhvalatları” kimi povestlərinin 
ideya-bədii təhlilini verən tənqidçi xüsusən sonuncu povestin ədəbi tənqid tərəfindən 
maraqla qarşılandığını, Akif Hüseynovun “Həyat sınağı” məqaləsində (1989) yüksək 
qiymətləndirildiyini də xatırlatmışdır. Povestlərdə müasir sosial-mənəvi problemlərin 
dolğun sənət dili ilə təqdim olunduğunu, xüsusən dəyişən kənd, dəyişən mənəviyyat 
probleminin qabarıq təcəssümünü vurğulayan məqalə müəllifi kitabdakı əsərlərdən 
alınan təəssüratı belə ümumiləşdirmişdir: 
“Bu mürəkkəb və dramatik hadisələrlə başa 
çatan XX əsrdə çox şey unudula bilər, lakin xalqın mənəvi qüdrətini və xarakterini 
yaşadan amillər unudulmamalıdr” 
[23, s.184]. T.Hüseynovun povestlərində nəzərə 
çarpan qüsurlara da diqqət yetirən tənqidçinin haqlı qənaətinə görə, “Gecə 
məhkəməsinin hökmü” povestində baş qəhrəman Qurbanın ölümü, ümumən əsərin 
final səhnəsi lazımınca əsaslandırılmamışdır.
İyirminci əsrdə Naxçıvanda ədəbi tənqidin mühüm qollarından biri bədii nəsrlə 
bağlıdır. Bu da təsadüfi deyil. Çünki həmin dövrdə Naxçıvanda bədii nəsr zəngin 


110 
yaradıcılıq yolu keçmiş, bir sıra yazıçıların əsərləri təkcə Azərbaycan miqyasında 
deyil, onun hüdudlarından kənarda da tanınmışdır. Bu baxımdan xalq yazıçısı, 
“Şöhrət” ordenli Hüseyn İbrahimovun yaradıcılığı xüsusilə diqqəti çəkir. 
H.İbrahimovun müxtəlif vaxtlarda çap olunmuş çoxsaylı kitablarında toplanmış 
hekayə, povest və romanları onun geniş yaradıcılıq diapazonunun, dolğun sənət 
axtarışlarının parlaq təzahürüdür. Yazıçının bir sıra əsərləri rus, türk, belarus, tatar, 
tacik və s. dillərə tərcümə olunmuşdur. Rus dilində iki kitabının nəşr edildiyini də 
xatırladaq. 
Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı ədəbi tənqidin diqqət 
mərkəzində olmuş, AMEA-nın həqiqi üzvlərindən Məmməd Arif, Mirzə İbrahimov, 
İsa Həbibbəyli, müxbir üzvlər Təhsin Mütəllimov, Kamran Əliyev, xalq yazıçısı və 
şairlərindən Süleyman Rəhimov, Rəsul Rza, Qılman İlkin, Balaş Azəroğlu, Nəriman 
Həsənzadə, Fikrət Qoca, professorlar Qulu Xəlilov, Yavuz Axundlu, Qara Namazov, 
Şahin Səfərov, Hüseyn Həşimli və başqaları müxtəlif vaxtlarda görkəmli sənətkarın 
əsərləri barədə elmi fikirlər söyləmişlər. Ədibin yaradıcılığı barədə Mətanət Saraclı 
dissertasiya müdafiə etmiş, monoqrafiya yazmış [216], Hüseyn İbrahimova həsr 
olunmuş şeir, məqalə, xatirə və s.-dən ibarət kitablar da çap edilmişdir [120; 126].
 
Göründüyü kimi, Naxçıvanda yaşayıb fəaliyyət göstərən bir sıra tənqidçi və 
ədəbiyyatşünaslar da Hüseyn İbrahimovun yaradıcılığını təhlilə cəlb etmiş, xüsusən 
onun nəsr əsərlərinin ideya-bədii məziyyətlərindən, müasir ədəbi prosesdə yerindən 
söz açmışlar. Bu kimi materialların nəzərdən keçirilməsi təkcə H. İbrahimovun 
yaradıcılıq axtarışlarına verilən qiymətin aşkarlanması baxımından deyil, bütövlükdə 
Naxçıvan Muxtar Respublikasında iyirminci əsrin ikinci yarısında ədəbi tənqidin 
inkişaf xüsusiyyətlərini araşdırmaq baxımından da faydalı və gərəklidir. 
Yavuz Axundovun 1969-cu ildə dərc etdirdiyi “İstedadlı nasir” məqaləsində 
[16] tanınmış yazıçı Hüseyn İbrahimovun Azərbaycan ədəbi mühitində diqqəti çəkən 
yaradıcılığına nəzər salınmışdır. Yazıçının məişət mövzulu hekayələrindən 
danışarkən Y.Axundov nəzərə çatdırır ki, “saf məhəbbət, yüksək mənəvi keyfiyyətlər 
bu hekayələrdə qabarıq şəkildə qələmə alınan əsas məsələlərdəndir”. H.İbrahimovun 
“Qəhrəman Qüdrətov”, “Müdirin məzuniyyəti”, “Eyvazovun salamı”, “Xəcalət” və s. 


111 
hekayələri isə “yalançı, yaltaq, riyakar adamların tənqid olunduğu” satirik nümunələr 
kimi 
qiymətləndirilmişdir. 
Y.Axundov 
həmin 
məqalədə 
H.İbrahimovun 
yaradıcılığında beynəlxalq mövzulara müraciətin getdikcə qabarıqlaşdığını də yaxşı 
hal saymış, müvafiq əsərləri dəyərləndirmişdir. 
“Sabahın sorağında” romanında müasirlərimizi düşündürən sosial-mənəvi 
problemlərin ustalıqla bədii təcəssümünə diqqət çəkən Y.Axundov ”yazıçının 
sənətkarlıq cəhətdən inkişaf etdiyini, qələminin püxtələşdiyini” bildirmiş, işıqlı 
idealın təntənəsini, mənfi qütbü təmsil edən qüvvələrin yaramaz əməllərinin ifşasını 
məharətlə bədii müstəviyə gətirdiyini vurğulamışdır. Tənqidçi yazırdı: 
“O,
(H.İbrahimov - A.A.)
kənddəki yeniliyi göstərmək, müəllimlərin işini, yaşayış tərzini, 
yenilik uğrunda mübarizəsini, təsvir etmək məqsədini qarşısına qoymuşdur. Müəllifin 
yaradıcılığına xas olan bir cəhət - ailə-məişət məsələlərini ön plana çəkmək meyli bu 
romanda da özünü göstərir”.
“Sabahın sorağında” romanının süjet və kompozisiyası-
nı, həmçinin obrazlar aləmini yığcam təhlil edən tənqidçinin qənaəti belə idi: 
“H.İbrahimov həyata yaxşı bələd olan, qələmə aldığı mövzunu yaxşı bilən yazıçıdır. 
Onun rəvan

səlis bədii dili, rəngarəng ifadə və təsvir vasitələri, gözəl nəql etmək 
tərzi vardır”.
Tənqidçi Y. Axundovun məqalədə yazıçı Hüseyn İbrahimovun “Sabahın 
sorağında” romanını yüksək qiymətləndirməsi, nasirin yaradıcılığında yeni hadisə 
sayması təsadüfi deyildi. Belə ki, həmin roman 1964-cü ildə “Azərbaycan” 
jurnalında, iki il sonra isə kitab halında çap edilmiş, ədəbi ictimaiyyətin böyük 
marağına səbəb olmuşdu. Məşhur ədəbiyyatşünas alim, akademik Məmməd Arif
Dadaşzadə “Qəhrəmanın sorağında” adlı məqaləsində romana yüksək qiymət 
verərək yazmışdı: 
“Müəllifin müsbət qəhrəman uğrundakı axtarışları, mənəvi-
intellektual keyfiyyətlərə malik surətlər yaratmaq təşəbbüsləri qiymətləndirilməlidir.
Yazıçının səmimiyyətlə təsvir etdiyi təmiz vicdanlı qəhrəmanları oxucuya çatdıra 
bilməsi bizi inandırır ki, o, gələcəkdə də bu yolda daha müvəffəqiyyətli addımlar ata 
biləcəkdir”
[31]. 
Ədəbiyyatşünas-tənqidçi Təhsin Mütəllimov isə 1964-cü ildə “Ədəbiyyat və 
incəsənət” qəzetində dərc etdirdiyi məqalədə H.İbrahimovun “Sabahın sorağında” 


112 
romanındakı psixologizmə xüsusi əhəmiyyət verərək yazırdı: 
“Süjet xəttindəki hər bir 
hadisə əslində müsbət qəhrəmanların daxili səciyyəsinin, hamıya nümunə ola biləcək 
yüksək əxlaqi sifətlərinin açılmasına, daha canlı, daha qabarıq ifadəsinə kömək edir. 
“Sabahın sorağında” romanını kolxoz həyatından bəhs edən bir sıra əsərlərimizin 
“ənənəvi” süjetindən fərqləndirən əsas cəhət də məhz bu psixoloji problemin ön 
planda təsviridir”
[182]. Şair-publisist Cavad Cavadlı və pedaqoq Məhyəddin 
Əbdülov da 1964-cü ildə yazdıqları resenziyada bu romanı “son vaxtlarda müasir 
mövzuda yazılmış yaxşı əsərlərdən biri kimi” təhlil etmişlər [35].

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin