98
bədii nümunələrin düşüncə ilə hissin vəhdətindən yarandığını nəzərə çatdırmaq
istəyib. E.Maqsudovun digər resenziyaları da analoji keyfiyyətlərə malikdir.
Dosent İman Cəfərov da ötən əsrin 90-cı illərində müasir ədəbiyyatla bağlı
ədəbi-tənqidi məqalələr yazmışdır. “Dünyadan keçən yollar” məqaləsində xalq şairi
Məmməd Arazın səfər təəssüratlarından yaranmış şeirlərini elmi-ədəbi təhlilin
nəzər
nöqtəsinə çəkən [171, s.25-26] İ.Cəfərov Naxçıvan Dövlət Universiteti
əməkdaşlarının (onların sırasında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan bir sıra
qələm sahibləri də var) və tələbələrinin bədii əsərlərindən ibarət “Gəmiqaya”
almanaxının nəşrinə (1999) resenziya həsr etmiş [41], “baş mövzusu vətən və
vətəndaş olan” topludakı bədii nümunələr barədə müfəssəl təhlillər aparmışdır.
Naxçıvanda yaşayan tədqiqatçılar tərəfindən 1980-1990-cı illərdə müasir ədəbi
prosesin müxtəlif aspektlərdən monoqrafik səviyyədə
öyrənilib ümumiləşdilməsi
sahəsində də layiqli addımlar atılmışdır.
Folklorşünas Məhərrəm Cəfərov Osman Sarıvəlli və xalq yaradıcılığı
problemini araşdırmış, müasir ədəbiyyatda özünəməxsus dəst-xətt sahibi olan şairin
həm folklor haqqındakı elmi-nəzəri fikirlərini, həm də şeir və poemalarında
zəngin
şifahi söz sənətimizin müxtəlif nümunələrindən yaradıcılıqla istifadəni sistemli
şəkildə tədqiq etmişdir. O, 1984-cü ildə bu mövzuda dissertasiya müdafiə etmiş,
həmçinin müxtəlif vaxtlarda elmi məqalələri və iki kitabçası dərc olunmuşdur:
“Osman Sarıvəlli və aşıq yaradıcılığı” [39], “Xalqla bağlılıq” [40]. Bu kitablarda
O.Sarıvəllinin Aşıq Ələsgər, Aşıq Şəmşir və digər ustad el sənətkarlarının poetik irsi
barədəki elmi məqalələrini təhlil edib səciyyəvi məziyyətləri aşkarlayan M.Cəfərov
şairin həm xalq-aşıq şeiri janrlarında yazdığı
əsərləri, həm də yaradıcılığında
folklordan gələn süjet, obraz, deyim və s.-nin mövqeyini müvafiq mətnlərin əsasında
incələyib dəyərləndirmişdir. Bütün bunlar folklorşünaslıq baxımından faydalı olduğu
kimi, müasir ədəbi prosesin şifahi söz sənəti ilə əlaqələrinin aşkarlanması baxımından
da əhəmiyyətlidir.
O zaman gənc tədqiqatçı olan Hikmət Mehdi (Mehdiyev) 1990-cı illərin ikinci
yarısında xalq şairi Məmməd Arazın poema yaradıcılığını akademik İsa
Həbibbəylinin rəhbərliyi altında araşdırmış, 10-dan artıq elmi məqalə yazmış, bu
99
mövzuda dissertasiya müdafiə etmişdir. H.Mehdinin bu araşdırması əsasında 2000-ci
ildə “Çağdaş poema və gerçəklik” monoqrafiyası [164] çapdan çıxmışdır. Tənqidçi
Vaqif Yusiflinin sözləri ilə desək, həmin tədqiqatda “Məmməd Arazı, bu poetik feno-
meni poemalarında açıqlamaq məqsədi” özünün uğurlu elmi həllini tapmışdır [250,
s.40].
Monoqrafiyanın ilk fəslində müasir poeziyamızın ustadlarından sayılan
Məmməd Arazın həyat və sənət yoluna nəzər salınmış, onun çoxşaxəli yaradıcılıq
axtarışlarının əsas istiqamətləri, səciyyəvi tendensiyaları
təhlil edilərək
ümumiləşdirilmişdir. Şairin üz tutduğu əsas mövzular da nəzərdən keçirilmişdir.
Sonrakı fəsillərdə isə M.Arazın poemaları tematika və problematika üzrə
qruplaşdırılaraq araşdırılmış, onların ideya-bədii xüsusiyyətləri,
çağdaş ədəbi
prosesdə yeri müəyyənləşdirilmişdir.
Tədqiqatın sistematikliyi və konseptuallığı baxımından ikinci fəslin “Poemanın
janr təkamülünün yeni mərhələsi və M.Arazın poemaları” adlı ilk yarımfəslindəki
təhlil və ümumiləşdirmələr diqqəti cəlb edir. Burada Azərbaycan poemasının inkişaf
tarixinə qısa ekskurs edilmiş, ədəbiyyatımızda bu janrın XX əsrin ikinci yarısında
qazandığı yeni keyfiyyətlər, bu prosesdə M.Arazın rolu
barədə elmi qənaətlər ifadə
olunmuşdur. Sonrakı yarımfəsillərdə isə M.Arazın müharibə dövrü həqiqətlərinin
bədii inikasına həsr olunmuş “Üç oğul anası”, “Araz axır”, “Əsgər qəbri haqqında
ballada” poemaları araşdırma predmetinə çevrilmişdir. Xüsusən sonuncu əsərin janr
özəllikləri, eləcə də onun ideya-bədii arxitektonikasının ”itirilmiş
nəsil və ədəbi
yaddaş” problemi işığında aydınlaşdırılması diqqəti çəkir.
M.Arazın poemalarında insan, zaman və sənətkar problemi üçüncü fəsildə
araşdırılmış, bu məqsədlə şairin sosial-mənəvi qayəsi ilə seçilən “Paslı qılınc”,
mənəviyyat ensiklopediyası sayılan “Atamın kitabı”, M.Ə.Sabirə həsr olunmuş “Mən
də insan oldum”, S.Vurğuna poetik ehtiramdan yaranan “Qayalara yazılan səs”
əsərləri əhatəli şəkildə təhlil olunmuşdur. H.Mehdinin tədqiqat boyu M.Arazın
yaradıcılığını
Dostları ilə paylaş: