91
arasında” resenziyası (1961) isə H.Razinin eyniadlı nəsr kitabının məziyyətlərindən
bəhs edirdi. H.Razinin nəsr sahəsindəki sənət axtarışlarını ümumən müsbət qiy-
mətləndirən resenziya müəllifi onun povestlərində “bəzən hadisələrin bir-birinə oxşa-
ması” barədə iradını da nəzərə çatdırmışdı [249].
O zaman Naxçıvanda yaşayan şair-tərcüməçi Şamil Zamanov (Zaman) isə
H.Razinin “Həyəcanlı gecə” povesti (1966) barədə
ədəbi-tənqidi düşüncələrini
mətbuatda bölüşmüşdü [254]. Əsərin müsbət məziyyətlərini təhlil edən Ş.Zaman
yazırdı:
“Povestin dili səlis, obrazlı və təsirlidir... Süjetdə qoyulan məsələnin lakonik
təsviri əsəri daha da oxunaqlı edir”.
Bununla yanaşı, fikrimizcə, tənqidçinin
“Həyəcanlı gecə”nin dili barədə: “bəzi cümlələrdə arxaik və dialekt sözlərə təsadüf
edilməsi” iradı əsaslı deyil. Çünki H.Razinin bir sıra
digər əsərlərində olduğu kimi,
“Həyəcanlı gecə” povestində də ədəbi dili zənginləşdirən, onu daha da xəlqiləşdirən
mənbələrdən biri kimi arxaizmlərdən və dialektizmlərdən uğurlu istifadə diqqəti
çəkir. Buna görə müəllifi tənqid yox, təqdir etmək gərək idi.
Ə.Əbülfəzin (Əbülfəz Əsgərovun-A.A.) “Bayram töhfəsi” resenziyası isə [50]
naxçıvanlı yazarların əsərlərindən ibarət “Araz üzərində şəfəq” (1964) almanaxına
həsr olunmuşdur. Məqalədə almanaxdakı poeziya, nəsr, bədii publisistika
nümunələrinə nəzər salınmış, o cümlədən H.Razinin “Naxçıvandadır”,
E.Qasımovanın “Ana”, Ə.Yusiflinin “Sən necə gözəlsən, Azərbaycanım!”
şeirləri,
M.Nəsirlinin “Bacılar”, Z.Vəfanın “Atlı” poemaları, M.Məmmədovun “Tutuquşu və
bülbül” təmsili, H.İbrahimovun “Qumralın məktubları” novellası, N. Əliyevin
“Ulduzlu papaq” hekayəsi və s. ümumən müsbət səciyyələndirilmişdir.
F.Səmədoğlunun “Yazıçının şagirdlərə hədiyyələri” adlı məqaləsində isə Hüseyn
İbrahimovun uşaqlar üçün yazdığı “Rafiq və Tofiq”, “Kərim əmi”, “Tapmaca ustası”,
“İngilis dili kitabı” və s. hekayələrinə, onlardakı nəcib əxlaqi qayəyə yönəldilmişdir
[220].
Tanınmış şair Hüseyn Razinin “Sahil həsrəti” kitabındakı (1985)
poema və
şeirlər özünün dərin vətənpərvərlik qayəsi, sərt həyat həqiqətlərini cəsarətlə dilə
gətirməsi, sənətkarlıq dolğunluğu ilə səciyyələnirdi. Kitabın bu məziyyətlərini şair
Adil Qasımov dərc etdirdiyi resenziyada belə ümumiləşdirmişdi:
Dostları ilə paylaş: