Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə38/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
dis anar (1)

 
həmçinin
 
iki il sonra qələmə aldığı 
“Bayrama nə ilə gəlirik?” məqalələri (“Ədəbiyyat və incəsənət” q., 1967, 14 yanvar) 
Naxçıvan ədəbi mühitinin yaradıcılıq hesabatı, ədəbi icmalı təsiri bağışlayırdı. Bu 
məqalələrdə tanınmış müəlliflərin müxtəlif janrlı əsərləri önə çəkilsə də, gənclərin 
sənət axtarışlarına da nəzər salınmış, muxtar respublikadakı ədəbi prosesin gedişatı, 
əsas tendensiyaları təhlil olunmuşdur.
M.Nəsirlinin “Tükənməz ilham mənbəyi” məqaləsi isə [190] Naxçıvanda 
1970-ci ilin ədəbi yekunlarının təhlilinə həsr olunmuşdur. Başa çatmış ili muxtar 
respublikanın ədəbi qüvvələri üçün uğurlu sayan müəllif bu baxımdan səciyyəvi 
məqamlara diqqət yönəltmiş, xüsusən şairlərdən Hüseyn Razinin “Səsləşən dağlar”, 
Adil Qasımovun “Pıçıltılar”, nasir Möhsün Möhsünovun “Süd haqqı” kitabları 
üzərində dayanmış, onların əsas tematikasını və bədii məziyyətlərini 
aydınlaşdırmışdır. Onu da deyək ki, M.Nəsirli A.Qasımovun adı çəkilən kitabına 
ayrıca məqalə də həsr etmişdi (“Şərq qapısı” q., 1970, 5 yanvar). 
M.Nəsirli ayrı-ayrı şair və yazıçıların yaradıcılığına da ədəbi-tənqidi məqalələr 
həsr etmişdir. Məsələn, onun 1969-cu ildə yazdığı “Yaradıcılıq yollarında” məqaləsi 
yazıçı Hüseyn İbrahimovun zəngin sənət aləminə müfəssəl elmi baxışla səciyyələnir. 
M.Nəsirli onun nəsr və dramaturgiya sahəsində ciddi uğurları kimi “Sabahın 
sorağında” romanı, Ü.Hacıbəyova həsr etdiyi “Ölməz mahnılar” kinopovesti, 
həmçinin “İtirilən sağlıq”, “Torpağın övladları” pyesləri, onların ideya-bədii 
xüsusiyyətləri barədə yığcam elmi fikirlər söyləmişdir [189].
 
Tənqidçinin “Şairin 


83 
töhfəsi” resenziyasında [191] isə Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi 
Əliyar Yusiflinin “İllər ömürdən gedir” kitabındakı əsərlərə obyektiv münasibət ifadə 
olunub. Kitabdakı əsərləri ümumiləşdirib qiymətləndirən Müzəffər Nəsirli 
“Dostlarıma” və bəzi belə şeirlərdəki poetik deyimin zəifliyini, “Ürək sevərsə” 
pyesinin müxtəlif pərdələrindəki qeyri-inandırıcı epizodları da diqqətdən qaçırmayıb. 
M.Nəsirlinin “İnsanlara sözüm var” resenziyasında isə (“Şərq qapısı” q., 1973, 16 
avqust) şair Cavad Cavadlının eyniadlı kitabının əsas məziyyətlərinə nəzər 
salınmışdır. 
M.Nəsirlinin 1975-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmiş 
“İnanırıq ki” adlı məqaləsi [192] Naxçıvanda yaşayan istedadlı şair-dramaturq 
Hüseyn Razinin yaradıcılığına həsr olunmuşdur. M.Nəsirli onun şeir və poemalarının 
mövzu dairəsini, ideya istiqamətini yüksək qiymətləndirmiş, xüsusən əsərlərdəki 
müasirlik keyfiyyətlərini və dolğun sənətkarlığı təqdir etmişdir. Şairin vətəndaşlıq 
lirikasına da ayrıca diqqət yetirilmişdir. Bunlarla yanaşı, H.Razinin “Həyəcanlı gecə” 
povesti, “Odlu diyar”, “Arxalı dağlar” kimi pyesləri də məqalədə Naxçıvan ədəbi 
mühitinin uğurları kimi dəyərləndirilmişdir. Əlavə olaraq deyək ki, M.Nəsirlinin 
“Şərq qapısı” qəzetində dərc etdirdiyi (1975, 15 fevral) “Vətənpərvər şair” məqaləsi 
də H.Razinin yaradıcılığına həsr olunmuşdur.
 
Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus mühüm xidmətləri olan 
xalq yazıçısı, “Şöhrət” ordenli Hüseyn İbrahimovun qələmindən dəyərli nəsr və dram 
əsərləri 
ilə 
yanaşı, 
bir 
sıra 
ədəbi-tənqidi 
məqalələr 
də 
çıxmışdır. 
“Ədəbiyyatşünaslıqda ideya saflığı uğrunda” (“Ədəbiyyat qəzeti”, 24 noyabr 1952), 
“Çiçəklənən mədəniyyətimiz” (“Ədəbiyyat və incəsənət” q., 17 oktyabr 1964) kimi 
ümumiləşdirici məqalələri ilə yanaşı, S.Vurğun haqqında “Xalqımızın sevimli şairi” 
(“Şərq qapısı” q., 7 may 1956), A.Şaiq barəsində “Qocaman yazıçımız” (“Şərq 
qapısı” q., 24 fevral 1956), S.Rəhimova həsr olunmuş “Onun yaradıcılıq çeşmələri” 
(“Şərq qapısı” q., 2 aprel 1960), həmçinin rus ədibi M.A.Şoloxovla görüşündən, onun 
“Sakit Don” epopeyasının ideya-bədii məziyyətlərindən bəhs edən “Görkəmli sovet 
yazıçısı” (“Şərq qapısı” q., 25 may 1955) məqalələri müasiri olan ayrı-ayrı məşhur 
ədiblərin yaradıcılığına dərin bələdlikdən yoğrulmuşdur. 


84 
Naxçıvanda yaşayıb-yaradan bəzi sənətkarların 1950-1960-cı illərdəki 
əsərlərini təhlil edib dəyərləndirməyə də təşəbbüs göstərən H.İbrahimov “Mənim 
arzum” resenziyasında şair Əkbər Məftunun eyniadlı şeirlər kitabı barədəki 
mülahizələrini ifadə etmiş [132], “Baharın sözü” məqaləsində isə [133] istedadlı şairə 
Kəmalə Ağa-yevanın yeni kitabı barədə fikirlərini ədəbi ictimaiyyətə çatdırmışdır. 
Hər iki resen-ziya ümumən müsbət xarakterdə olub adı çəkilən müəlliflərin 
yaradıcılıq axtarışla-rına ədəbi fikirin münasibəti kimi maraq doğurur. Onu da deyək 
ki, Əkbər Məftunun kitabındakı nümunələrin bir qisminin poetik cəhətdən zəifliyi 
müqabilində resenziya-nın təqdiredici ovqatı müəyyən qədər uyğunsuz görünür. 
H.İbrahimov 1970-1980-ci illərdə yazdığı məqalə və resenziyalarda Naxçıvan 
ədəbi mühitinin nümayəndələrinin yaradıcılığına daha çox diqqət yetirmişdir. 
“Səsləşən dağlar” resenziyası (“Şərq qapısı” q., 1971, 21 fevral) H.Razinin eyniadlı 
şeirlər kitabına həsr olunub. “Şərq qapısı” qəzetinin 10 iyun 1976-cı il tarixli sayında 
dərc olunmuş “İstedadlı, məharətli” məqaləsində isə H.İbrahimov Naxçıvanda 
yaşayıb-yaradan bir sıra sənət müasirlərinin yaradıcılıq axtarışları, diqqətəlayiq yeni 
əsərləri, o cümlədən gənc şair və yazıçıların uğurları barədə söz açmış, ədəbi-tənqidi 
dəyərləndirmələr aparmışdır. Yazıçı-tənqidçinin “Gənclik nədir, dinclik nədir?” 
məqaləsi isə (134) o zaman poeziya sahəsində ilk ciddi addımlarını atan gənc şair 
Vaqif Məmmədovun şeirlərinə həsr olunmuşdur. Vaqifin özünəməxsus duyum və 
deyim tərzini, orijinal poetik yozumlarını vurğulayan müəllif “Günəş”, “Acı”, 
“Buludlar” və s. şeirlərini təhlil etmiş, onların ideya-bədii məziyyətlərini müsbət 
qiymətləndirmişdir. 
Hüseyn İbrahimovun 1979-cu ildə yazdığı “Vətəndaşlıq borcumuz” adlı 
ədəbitənqidi məqaləsi (135) toxunulan problemlərin aktuallığına görə daha çox 
diqqəti çəkir. Məqalədə Naxçıvanda yaşayıb-yaradan şair, yazıçı və dramaturqların 
(Hüseyn Razi, Əliyar Yusifli, Müzəffər Nəsirli, Adil Qasımov, Kəmalə Ağayeva və 
s.) 1970-ci illərdə qələmə aldıqları müxtəlif janrlı əsərləri təhlil olunmuş, onların 
mövzu, ideya xüsusiyyətləri, sənətkarlıq səviyyəsi barədə əsaslı fikirlər 
söylənilmişdir.


85 
H.İbrahimovun 1980-ci illərdə yazdığı “İlhamlı poeziya yollarında” (136), 
“Torpağa inamın bəhrəsi” (137) adlı ədəbi-tənqidi məqalələri də Naxçıvan ədəbi 
mühitinin istedadlı təmsilçilərinin yaradıcılığına həsr olunmuşdur. İlk məqalədə 
tanınmış qələm sahibi Hüseyn Razinin dolğun sənət axtarışlarına nəzər salan 
H.İbrahimov Vətəndən, onun füsunkar gözəlliklərindən, yüksək mənəviyyatlı 
insanlarından ilham alan şairin əsərlərindəki humanizm, xəlqilik, vətənpərvərlik 
duyğularının bədii təcəssümünü önə çəkmişdir. Məqalədə H.Razinin poeziyası ilə 
yanaşı, dramaturgiyasına da diqqət yetirilmiş, “Arxalı dağlar”, “Günəş”, “Haray səsi” 
pyesləri ümumən müsbət qiymətləndirilmişdir. Həmin pyeslərin mövzusu, dramaturji 
konflikti, bitkin xarakterləri barədəki müfəssəl fikirlər diqqəti çəkir. H.İbrahimov onu 
da vurğulayırdı ki, şairin “Cokondanın təbəssümü”, “Nazim Hikmətin məzarı”, 
“Aman ovçu, vurma məni” kimi şeirlərində “bütün dünyanın taleyindən nigarançılıq, 
xalqların sülh arzuları səmimi bir ahənglə təsvir və tərənnüm edilmişdir”. 
“Torpağa inamın bəhrəsi” məqaləsi isə Elman Həbibin yeni nəşr olunmuş 
“Yoluma çıx” kitabı haqqındadır. Şairin kitabdan-kitaba təkmilləşdiyini təqdir edən 
məqalə müəllfi bu fikirdə idi ki, “gənc şairin yaradıcılıq axtarışları uğurludur, poetik 
tapıntıları ürəyə yatımlıdır”, onun “poetik gələcəyinə inam güclüdür”. Sonrakı 
axtarışları E.Həbibin özünəməxsus dəst-xətt sahibi olduğunu daha genişliyi ilə 
göstərdi.
Naxçıvanda yaşayan şair və yazıçılar sırasında ədəbi tənqidlə ən çox Hüseyn 
Razi məşğul olmuşdur. Filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun hazırlayıb 
çap etdirdiyi biblioqrafiyadan görünür ki, H.Razi 1950-80-ci illərdə “Şərq qapısı” 
qəzetində müxtəlif ədəbi mövzularda çoxsaylı məqalə və resenziya dərc etdirmişdir 
[122, s.78-110]. Lakin bunlar indiyədək araşdırılmayıb. Hətta şairin yaradıcılığına 
həsr olunmuş monoqrafik tədqiqatda onun bu sahədəki fəaliyyəti barədə cəmi iki 
cümlə verilib: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin