92
həmişə həyatın qaynarındadır, ictimai həyatın iştirakçısıdır, biganəliyin, laqeydliyin,
bitərəfliyin, ictimai şüurdan məhrumluğun qəti əleyhdarıdır”
[148].
Muxtar respublikanın rayon qəzetlərində də müxtəlif
vaxtlarda ədəbi-tənqidi
məqalələr, əsasən də resenziyalar və yubiley yazıları verilmişdir. Məsələn, Şərurda
yaşayan tanınmış şair İbrahim Yusifoğlunun rayon qəzetində 1981-ci ildə dərc
etdirdiyi “Ayrılmaram” resenziyasında [252] şair Hüseyn Razinin eyniadlı
kitabındakı əsərlərin ideya-bədii məziyyətləri layiqincə aydınlaşdırılmışdır. Şair
Həsən Valehlə yazıçı Rafiq Babayevin birlikdə yazdıqları “Baharlı günlərin
nağılları” məqaləsi isə H.İbrahimovun “Bahar yağışı” romanı barədə yığcam
düşüncələrdən ibarətdir [34].
Məqalədə daha çox romanın obrazlarının əsas səciyyəsi
barədə söz açılmışdır.
XX əsrin son onilliklərində Naxçıvanda ədəbi
tənqid sahəsində filoloq
alimlərdən Vəliyəddin Əliyevin, Arif Əliyevin, Məhərrəm Cəfərlinin,
Əbülfəz
Əzimlinin, Seyfəddin Eyvazovun, Hüseyn Həşimlinin və digərlərinin də fəaliyyəti
olmuşdur. Bu illərdə
“Naxçıvanda yaşayan ədəbiyyatşünaslar Azərbaycanda müasir
ədəbi prosesi də müntəzəm izləyir, onun aktual problemlərini, ayrı-ayrı görkəmli
nümayəndələrinin yaradıcılığını tədqiq edir, haqlarında məqalələr ... yazırlar”
[213,
s.146].
Professor Vəliyəddin Əliyevin resenziyaları bədii mətnə müfəssəl, amma
kompleks yanaşma ilə diqqəti çəkir. Məsələn, o, Naxçıvanda yaşayan Hüseyn
Fərəcoğlu haqqında yazdığı “Fəhlə şair” məqaləsində [68] müəllifin təmsil və satirik
şeirlərinin əhəmiyyətini əsaslandırmışdı. V.Əliyevin yazıçı
Çingiz Hüseynovun
“Adalar” kitabına həsr etdiyi eyniadlı resenziyada [69] müəllifin povest və
hekayələrinin mövzu, ideya, sənətkarlıq xüsusiyyətləri vəhdətdə nəzərdən keçirilmiş,
ümumiləşdirmələr aparılmışdır. Hər bir əsərin özünəməxsus məziyyətlərinə də nəzər
yetirilmişdir. Xüsusən “Adını demədi” povestində “gah nağılvari, gah lirik, gah
romantik deyim tərzi” və bunun ideya-bədii arxitektonikadakı yeri barədə fikirlər
diqqətəlayiqdir.
Dosent Arif Əliyev mətbuat və publisistika tarixi
üzrə tədqiqat aparmaqla
yanaşı, bəzi ədəbi-tənqidi məqalələr də yazmışdır. Onun 1974-cü ildə qələmə aldığı
93
“Bir bulaqdan su içənlər” resenziyası şair, nasir Həsən Fətullayevin (Elsevər)
“Gözəllik bulağı” kitabına həsr olunub. Kitabdakı “Gəlin”, “Gözəllik bulağı” kimi
hekayələri ümumən müsbət qiymətləndirən A.Əliyev “Ömür dəftərindən” adlı
povestdəki qüsurlara daha çox diqqət yetirmiş, yazıçının gələcək sənət axtarışlarında
belə halların aradan qaldırılmasını arzulamışdır. Tənqidçi yazıçıya irad tuturdu ki,
povestin əsas obrazı olan
“Sədanın həyatının təsviri xronoloji xarakter daşıyır,
qəhrəmanın mənəvi inkişaf xəttinə, dinamik yüksəlişinə ... müəllif nail ola bilmir”
[60].
A.Əliyev 1977-ci ildə Hüseyn Razinin “Canlı tonqal” adlı yeni kitabı ilə
əlaqədar dərc etdirdiyi “Şeirə dönmüş sətirlər” [61] resenziyasında “bədii
təsvir
vasitələrinin əlvanlığına, məna dəyəri və misraların ahəngdarlığına” görə şairin
“Sevinc”, “50 yaşım”, “Mənim xəyallarım”, “Çinar” kimi şeirlərini müsbət
qiymətləndirmiş, bildirmişdir ki, müəllif belə nümunələrdə “emosional
təsvirin
vəhdətinə, hiss və duyğuların təravətinə, misraların cilalanmasına çox diqqət
yetirmişdir”.
Ədəbiyyatşünaslıqda qeyd olunduğu kimi, sovet dövründə bir sıra
hallarda
ədəbi tənqid
“poetik məhsula ilk növbədə mövcud ictimai məzmun, sosial tutum və
Dostları ilə paylaş: