Tədqiqatın elmi yeniliyi. Postsovet məkanının müstəqil
türkdilli dövlətləri arasındaki əlaqələrin qurulması və inkişafı
Azərbaycan politoloji fikrinin daim diqqət mərkəzində olmaqla
çoxsaylı tədqiqatları şərtləndirmişdir. Lakin Azərbaycanın Mərkəzi
Asiyada yerləşən türkdilli dövlətlərlə siyasi, iqtisadi və mədəni-
humanitar əlaqələri ilk dəfə olaraq dissertasiya işi səviyyəsində tədqiq
olunmuşdur.
Dissertasiya işinin elmi yeniliyini aşağıdaki kimi xülasə etmək olar:
-Azərbaycanın Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə əlaqə və
əməkdaşlığının inkişafı günümüzdəki yeni faktlar əsasında
araşdırılmışdır;
-Azərbaycanın Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə iki və
çoxtərəfli əməkdaşlığının beynəlxalq münasibətlər sistemindəki rolu təhlil
edilmiş və əməkdaşlığın inkişaf etdirilməsinin türkdilli dövlətlərlə yanaşı
ABŞ və Qərb ölkələri ilə də inteqrasiyaya qoşulmasının təmin ediləcəyi
nəticəsinə gəlinmişdir;
-Azərbaycanın türkdilli dövlətlərlə olan siyasi, iqtisadi, mədəni
və humanitar əlaqələrinin mövcud vəziyyəti təhlil edilmiş və yaxın
gələcəkdə
türkdilli dövlətlər arasındaki əlaqələrin inkişaf
perspektivləri dəyərləndirilmişdir;
-Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
münasibətlə bağlı Mərkəzi Asiya türkdilli dövlətlərinin mövqeləri
təhlil olunmuş, həmin dövlətlərin Azərbaycanın ərazi bütövlüyünün
dəstəkləməsi əsaslandırılmış, bununla belə, Özbəkistan istisna
olmaqla, bu regionun türkdilli dövlətləri tərəfindən təcavüzkar
Ermənistan Respublikası ilə diplomatik münasibətlərin davam
etdirilməsi mənfi qiymətləndirilmişdir.
Dostları ilə paylaş: |