İkitərəfli və çoxtərəfli əlaqələrin çoxşaxəli inkişafı isə sonrakı illərdə
17
səfər etməsi və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrində 20
müqavilənin imzalanması bundan xəbər verir
26
.
Müstəqilliyin ilk illərində Azərbaycan rəsmilərinin Özbəkistanda
baş verən siyasi proseslərə münasibət bildirməsi isə Azərbaycan-
Özbəkistan münasibətlərində bir müddət soyuqluq yaşanmasına səbəb
olmuşdur
27
. Lakin bu uzun çəkməmiş, Ulu öndər Heydər Əliyev
Prezident seçildikdən sonra ikitərəfli münasibətlər yenidən inkişaf etməyə
başlamışdır. İki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin
gedişində əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər və götürülmüş
öhdəliklər iki dövlət arasında münasibətləri strateji əməkdaşlıq
səviyyəsinə yüksəltmişdir. 2016-cı il sentyabrın 2-də İslam Kərimovun
vəfatından sonra Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçilmiş və
az sonra ölkədə ciddi islahatlara başlamışdır. Siyasi sahədə daha çox
mövcud problemləri həllinə yönələn xarici siyasət strategiyası qəbul edən
Özbəkistanın Azərbaycanla olan əlaqələrini qarşılıqlı etimad və
əməkdaşlıq çərçivəsində davam etsə də, indiyə kimi Ş.Mirziyoyevin
Azərbaycana birbaşa rəsmi səfəri olmamışdır.
Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər
1993-cü ilin əvvəllərində qurulmuş, lakin bu əlaqələr ilk vaxtlar arzu
edilən səviyyədə olmamışdır. İki ölkə arasında səfirlik əlaqələri digər
ölkələrlə müqayisədə qismən gec qurulmuşdur. Belə ki, Azərbaycan
Respublikasının Qırğızıstandaki səfirliyi 2007-ci il mayın 16-da
açılmış, 2012-ci il avqustun 10-da isə Bakıda Qırğızıstan
Respublikasının diplomatik missiyası fəaliyyətə başlamışdır.
Missiya, Qırğızıstan Respublikası Prezidentinin fərmanına uyğun
olaraq 2014-cü il oktaybrın 24-də səfirlik statusuna yüksəlmişdir.
Dövlət başçılarının mütəmadi görüşləri, imzaladıqları sənədlər
Azərbaycanla türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır.
Fəslin «Azərbaycan Respublikasının Mərkəzi Asiyanın
Dostları ilə paylaş: