Azərbaycan respublikasi əlyazması hüququnda


münaqişəsi  ilə  bağlı  türkdilli  dövlətlərin  mövqeyi»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
AVTOREFERAT

münaqişəsi  ilə  bağlı  türkdilli  dövlətlərin  mövqeyi»  adlanan  3-cü 

yarımfəslində münaqişənin ilk mərhələsindən başlayaraq geniş məlumat 

verilir  və  qeyd  edilir  ki,  1993-cü  il  iyunun  15-də  Ulu  öndər  Heydər 

Əliyevin  yenidən  hakimiyyətə  qayıdışından  sonra  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanmasında  yeni 

mərhələ  başlamışdı

21

.  Münaqişənin  Azərbaycanın  ərazi  bütövlüyü 



çərçivəsində  həll  olunması  Ümummili  lider  Heydər  Əliyevin  siyasi 

kursunu  uğurla  davam  etdirən  Azərbaycan  Prezidenti  İlham  Əliyevin 

xarici siyasətində prioritet istiqamət olmuşdur. 

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə 

bağlı  regional  və  beynəlxalq  təşkilatların  qərarlarında,  türkdilli  dövlət 

başçılarının bəyanatlarında münaqişənin beynəlxalq hüququn normaları 

və  prinsipləri  əsasında  və  Azərbaycanın  dövlət  sərhədlərinin 

tохunulmаzlığı, 

ərazi 

bütövlüyü 



çərçivəsində 

nizamlanması 

dəstəklənmişdir. Bu prosesdə Özbəkistan münaqişənin nizamlanmasına 

qədər  Ermənistanla  diplomatik  münasibətlər  qurmayacağını  birmənalı 

olaraq  bəyan  etmişdir.  Belə  ki,  Ermənistan  Özbəkistanın  MDB 

məkanında  diplomatik  nümayəndəliyinin  olmadığı  yeganə  ölkədir

22



Qazaxıstan,  Qırğızıstan  və  Türkmənistan  isə  Ermənistanla  diplomatik-



siyasi  münasibətlərin  qurulması  ilə  yanaşı,  qarşılıqlı  səfirlik 

mübadiləsini də həyata keçirmişlərdir. Bununla belə, türkdilli dövlətlər 

27  sentyabr  2020-ci  il  tarixində  Ermənistanın

 

Azərbaycana  qarşı 



törətdiyi  genişmiqyaslı  hərbi  təxribat  nəticəsində  Qarabağda  hərbi 

                                                           

20

Rakhimov,  A.  Khasanov,  U.,  Umarov,  A.  The  New  Foreign  Policy  of 



Uzbekistan: Central Asia, the EAEU and the BRI / A. Rakhimov, U. Khasanov, A. 

Umarov. –Kent: GCRF Compass Policy Paper, - November 2020. – s. 4. 

21

Abbasbeyli,  A.,  Özsoy,  B.  An  evaluation  on  economic  development  of 



Azerbaijan and Kazakhstan after the independence //  - Bakı  AvrasiyaUniversiteti, 

Sivilizasiya, -2019. 8(2), s. 24-31.  

22

Rabbimov,  K.  “Tog‘li  Qorabog‘  Mojarosi:  O‘zbekiston  Qaysi  Tarafda?”, 



SOF.UZ. 

[Elektron 



resurs] 

– 

Sentyabr 



30, 

2020. 


URL:  

https://sof.uz/uz/post/togli-qorabog-mojarosi-ozbekiston-qaysi-tarafda  

 



15 

 

əməliyyatların başlanması ilə bağlı narahat olduqlarını bildirmişlərdir



23

Həmçinin  Türk  Şurası  tərəfindən  sentyabrın  28-də  Ermənistan-



Azərbaycan  münaqişəsinin  Azərbaycan  Respublikasının  suverenliyi, 

ərazi  bütövlüyü  və  beynəlxalq  səviyyədə  tanınmış  sərhədlərinin 

toxunulmazlığı  əsasında  təcili  həll  olunmasının  vacibliyini  vurğulayan 

bir bəyanat yayılmışdır

24

. Həmin bəyanat Türk Şurasına üzv dövlətlərin 



Dağlıq  Qarabağ  məsələsində  Azərbaycanın  yanında  olduğunu 

göstərməsi  baxımından    böyük  əhəmiyyət  kəsb  etmişdir.  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyev  2021-ci  il  yanvarın  19-da 

Türkdilli  Dövlətlərin  Əməkdaşlıq  Şurasının  Baş  katibi  Bağdad 

Amreyevi  videoformatda  qəbul  edərkən,  Türk  Şurasının  müharibə 

dövründə  Azərbaycanı  hamıdan  çox  dəstəkləyən  təşkilat  olduğunu, 

dəfələrlə  bəyanatlarla   çıxış  etdiyini  xüsusi  vurğulamış,  müharibə 

dövründə  və  müharibədən  sonrakı  dəstəyə  görə  təşəkkürünü 

bildirmişdir

25



     Bu  fəsildə  həmçinin  Qazaxıstan  və  Qırğızıstanın  Dağlıq  Qarabağ 

münaqişəsinə dair mövqeyi Kollektiv Təhlükəsizlik Müqaviləsinə (KTM) 

üzvlüyü  çərçivəsində təhlil edilmişdir. Məlum olduğu kimi, KTM 1992-

ci il mayın 15-də Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan 

və  Ermənistan  Respublikaları  tərəfindən  yaradılmış,  2002-ci  ilin 

oktyabrından  Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatına  (KTMT) 

çevrilmişdir. Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən Təşkilata üzv 

ölkələrdən  hər  hansı  birinə  qarşı  olan  hücum  bütün  üzv  ölkələrə  qarşı 

reallaşdırılmış hesab edilir. Bu da təşkilata üzv olan türkdilli dövlətlərin 

müharibə  vəziyyətində  mövqeyinin  nə  olacağı  sualını  yaradırdı.  Buna 

baxmayaraq Azərbaycan diplomatiyasının çoxtərəfli fəaliyyətinin uğurlu 

nəticəsi olaraq, Ermənistanın işğalından  özünün tarixi torpaqlarını azad 

                                                           

23

Öztopal,  M.K.  Azerbaycan  ile  ilişkileri  bağlamında  Türkistan  devletlerinin 



Dağlık Karabağ konusundakitutum ve tepkileri // Giresun Üniversitesi İktisadi ve 

İdari Bilimler Dergisi, -2021. 7(1), s. 216-232. 

24

  Türk  Keneşi,  Türk  Konseyi  Genel  Sekreteri’nin  Beyanatı,  [Elektron  resurs]  - 



Senyabr  28,  2020.  URL:  https://www.turkkon.org/tr/haberler/turk-konseyi-genel-

sekreterinin-beyanati_2075  

25

İlham  Əliyev  Türkdilli  Dövlətlərin  Əməkdaşlıq  Şurasının  Baş  katibini 



videoformatda  qəbul  edib,  [Elektron  resurs]  -  Yanvar  19,  2021.  URL: 

https://president.az/articles/50282  




16 

 

edən  Azərbaycana  bu  ölkələrin  mövqeləri  Kollektiv  Təhlükəsizlik 



Müqaviləsinin  şərtlərindən  daha  çox  iqtisadi,  geostrateji  və  Cənubi 

Qafqaz maraqları çərçivəsində müəyyən olunurdu. Qeyd edək ki, İkinci 

Qarabağ  -  Vətən  müharibəsi  dövründə  Ermənistanın  Baş  naziri  Nikol 

Paşinyanın səylərinə baxmayaraq, Rusiya da daxil olmaqla Təşkilata üzv 

dövlətlərdən heç biri Ermənistanın təcavüzkar siyasətini dəstəkləmədi. 

 

Dissertasiyanın II fəsli « Azərbaycan Respublikasının Mərkəzi 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin