siyasət fəaliyyətində Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə
əməkdaşlıq istiqamətləri» adlanır və üç yarımfəsildən ibarətdir. Fəslin
«Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas
istiqamətləri» adlanan 1-ci yarımfəslində Аzərbаycаnın хаrici siyаsət
strаtеgiyаsının konkret istiqamətləri və prinsipləri müəyyənləşdirilir,
ikitərəfli və çoxtərəfli əlaqələr kontekstində Azərbaycanın region və
regiondankənar dövlətlərlə münasibətləri, habelə beynəlxalq və regional
təşkilatlarla əməkdaşlığı sahəsində məsələlər tədqiq edilir. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi balanslı
xarici siyasətin mahiyyətinə aydınlıq gətirilir, göstərilir ki, məhz bu
siyasət nəticəsində Аzərbаycаn dövlətinin strаtеji mаrаqlаrını
rеgiоndа ciddi mаrаqlаrı оlаn və rеgiоnа rеаl təsirеtmə imkаnlаrına
malik olan bеynəlхаlq güc mərkəzlərinin mаrаqlаrı ilə uzlаşdırmаq
mümkün olmuşdur.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi
xarici siyasət strategiyası Ulu öndər Heydər Əliyevin xarici siyasət
strategiyasının uğurlu davamıdır ki, Azərbaycan beynəlxalq aləmdə
bir-birinin ardınca böyük nailiyyətlər əldə etməyə davam edir. Belə
ki, 2011-ci il oktyabrın 24-də keçirilən seçkilərdə Azərbaycan 155
ölkənin dəstəyini qazanaraq, növbəti il üçün Birləşmiş Millətlər
Təşkilatının (BMT-nın) Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
olmuş, 2016-cı ildə isə BMT Baş Məclisində keçirilmiş səsvermədə
iştirak edən 184 üzv dövlətdən 176-nın səsini əldə edən Azərbaycan,
2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv
seçilmişdir. Bundan əlavə 2011-ci ildən Qoşulmama Hərəkatının
13
üzvü olan Azərbaycan, 25-26 oktyabr 2019-cu il tarixində Bakıda
keçirilmiş 18-ci dövlət və hökümət başçılarının Zirvə Görüşünə ev
sahibliyi etmişdir. Həmin Zirvə Görüşü ilə Azərbaycan, 2019-2022-
ci illər üçün Hərəkatın sədri seçilmiş və özünün bu missiyasını
uğurla reallaşdırır. Azərbaycanın beynəlxalq yarışlarda, idmanın
müxtəlif sahələrində nailiyyətləri getdikcə artır. Xüsusilə, Bakının
dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə
çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzuna özünün müsbət
təsirini göstərir.
Fəslin «Azərbaycan Respublikasının Mərkəzi Asiyanın
Dostları ilə paylaş: |