Azərbaycan respublikasi əlyazması hüququnda


türkdilli dövlətləri ilə əlaqələrini şərtləndirən amillər»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
AVTOREFERAT

türkdilli dövlətləri ilə əlaqələrini şərtləndirən amillər» adlanan 2-ci 

yarımfəslində vurğulanır ki, din, dil, irq kimi amillərlə yanaşı ortaq 

mədəniyyətin birləşdirici bir ünsür olduğu türk dünyası ilə əlaqələrin 

inkişaf  etdirilməsi  Azərbaycan  Respublikasının  xarici  siyasətinin 

prioritetlərindəndir.  Məlum  olduğu  kimi,  müstəqilliyin  əldə 

olunmasından sonra türkdilli dövlətlərin  yerləşdiyi  geosiyasi  mövqe 

ABŞ  başda  olmaqla  Rusiya  və  Qərb  ölkələrinin  diqqət  mərkəzində 

olmuşdur.  Yaranmış  yeni  beynəlxalq  şəraitdə  Azərbaycan 

Respublikası  qarşılıqlı  faydalı  əməkdaşlıq  kontekstində  türkdilli 

dövlətlərlə  bütün  sahələrdə  əlaqələri  genişləndirməyə  başlamış, 

xüsusilə  Mərkəzi  Asiya  ölkələrinin  enerji  resurslarının  dünya 

bazarlarına  çıxarılması  məqsədi  ilə  həmin  ölkələrin  sərvətlərinin  öz 

ərazisindən daşınmasına şərait yaratmışdır. Belə ki, 2007-ci il iyunun 

16-da  BTC  layihəsinə  Qazaxıstan  Respublikası  da  qoşulmuş, 

Qazaxıstan və Azərbaycan Prezidentləri Qazaxıstan neftinin Bakı-Tbilisi-

Ceyhan vasitəsilə dünya bazarlarına çıxmasına dəstək və yardım barədə 

saziş imzalamışlardır. Həmin il Bakı-Tbilisi-Qars dəmiryolunun inşası isə 

Azərbaycanın  kommunikasiya  siyasətinin  ən  böyük  uğurlarından  biri 

olmuşdur.  30  oktyabr  2017-ci  ildə  istismara  verilmiş  bu  dəmiryolu  ilə 

sərnişin daşınması da reallaşacaqdır. Bu layihə sayəsində Şərq ilə Qərbin 

qovuşuğunda  yerləşən  Azərbaycan  Çinin  Kəmər  və  Yol  Təşəbbüsünün 

mərkəzi  ölkələrindən  biri  olmuşdur.  2015-ci  ilin  dekabrında  Prezident 

İlham  Əliyevin  Çinə  dövlət  səfəri  çərçivəsində  “İpək  Yolu  İqtisadi 

Kəməri”nin  yaradılmasının  birgə  təşviq  edilməsi  barədə  Azərbaycan 

Respublikası  Höküməti  ilə  Çin  Xalq  Respublikası  Höküməti  arasında 

qarşılıqlı  anlaşma  memorandumu  imzalanmışdır  ki,  bu  kəmər  global 



14 

 

miqyasda  ticarəti,  turizmi  təşviq  etməklə  yanaşı,  region  ölkələri 



arasındaki əlaqələrin inkişaf etməsini də təmin edəcəkdir

20

.



 

Birinci  fəslin  «Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin