AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ
Dünyada polietilen və polipropilen istehsalı haqqında
ARAYIŞ
Hazırladı:
Sənaye şöbəsinin Emal sənayesi sektorunun
aparıcı məsləhətçisi Vasif Bayraməliyev
BAKI – 2015
2
Mündəricat
Plastik sənayesi ___________________________________________________ 3
Polietilen haqqında ________________________________________________ 3
Polietilenin yaranma tarixi ___________________________________________________________ 5
Polietilenin sinifləndirilməsi və fiziki xüsusiyyətləri _______________________________________ 5
Polipropilen haqqında ______________________________________________ 7
Polipropilen haqqında ümumi anlayış ___________________________________________________ 7
Polipropilenin yaranma tarixi _________________________________________________________ 8
Polimerlər bazarı __________________________________________________ 9
Dünya polietilen bazarı ____________________________________________ 12
Xətti bağlı aşağı sıxlıqlı polietilen (LLDPE) _____________________________________________ 15
Aşağı sıxlıqlı polietilen (LDPE) ______________________________________________________ 17
Türkiyə polietilen sənayesi __________________________________________________________ 17
MDB ölkələri _____________________________________________________________________ 19
Dünya polipropilen bazarı _________________________________________ 22
Dünyada polipropilen ticarətinin istiqamətləri ___________________________________________ 27
Çin _____________________________________________________________________________ 28
Azərbaycanın neft-kimya sənayesi ___________________________________ 31
Azərikimya İstehsalat Birliyi _________________________________________________________ 33
Azərbaycanda planlaşdırılan layihələr _________________________________________________ 34
İstifadə olunmuş ədəbiyyat__________________________________________38
3
Plastik sənayesi
“Plastik” yunan dilindən (“plastikos”) tərcümədə qəliblənən deməkdir. Plastik
dövrü eyni zamanda polimerlər dövrü kimi də adlanır. Polimerlər (“poly” = çox) çox
böyük molekullar olub, monomerlərdən (“mono” = bir) təşkil edilmişdir. Polimerlərin
çoxu bir-birinə bənzəyən və zəncir vasitəsilə bağlanmış monomerlərdən təşkil
olunmuşdur.
Təbiətdə polimerlərin minlərlə növü mövcuddur. Ən geniş yayılmış polimer
ağacların və bitkilərin tərkibində olan sellülozadır. Eyni zamanda proteinlər də təbii
polimerlərin geniş yayılmış bir növüdür.
1870-ci ildə Amerika ixtiraçısı John Wesley Hyatt sellülozadan istifadə etməklə,
çox geniş istifadə olunan sellüloid adlı yeni məhsul ixtira etdi.
Bu və digər erkən plastiklər mövcud materiallardan yaradılmışdı. Növbəti addım
tam sintetik plastikin yaradılması idi.
Polietilen haqqında
Polietilen çox müxtəlif məhsullarda istifadə edilən termoplastik maddədir.
Polietilen istehsalı etilenin polimerləşməsi ilə olur və monomer haldakı etilendən alınır.
Polietilen yumşaq və elastik, eləcə də sərt və ağır məhsul kimi istehsal edilə bilər.
Xarici mühit şərtlərinə və nəmə qarşı davamlılıq, rahatlıq, zərbəyə və şaxtaya
dözümlülük, dielektrik xüsusiyyətli olması ilə fərqlənir. Əsasən gündəlik tələbat
məhsullarında, qablaşdırmada, borularda, oyuncaqlarda istifadə olunur.
Polietilen səmərəli xammaldır. İl ərzində qlobal polietilen istehsalı üçün ümumi
xam neft və təbii qazın bir faizdən də az hissəsi istifadə olunur. Termoplastik material
olduğu üçün, dəfələrlə təkrar istehsal üçün yararlıdır. Məsələn, zibil qabları təkrar
istehsal olunmuş polietilendən istehsal olunur. Əgər istifadə edilmiş polietilen təkrar
istehsal üçün yararsız olarsa, yüksək keyfiyyətli yanacağa çevrilir.
4
Polietilenin əsas istifadə sahələri:
Polietilen film (qablaşdırma, bubble, skoç)
Tara
Polimer borular (kanalizasiya, drenaj, su və qaz təchizatı üçün)
İzoləedici materiallar
Polietilen toz (termoyapışqan kimi istifadə olunur)
Hərbi zireh
Plastik qutular
Mətbəx əşyaları
Uşaq oyuncaqları
Plastik texnologiyasının sürətli inkişafı xammal istehsalı sahəsində də mühüm
dəyişikliklərə səbəb olmuşdur. Ümumiyyətlə, polietilen istehsalının iki üsulu vardır:
yüksək təzyiq altında aşağı sıxlıqlı, aşağı təzyiq altında orta və yüksək sıxlıqlı polietilen
əldə edilir.
Monomer etilen C
2
H
4
formulundan ibarət karbohidrogendir, hansı ki, bir-birinə bağlı
bir cüt (CH
2
=CH
2
) metilen qrupları kimi hesab edilə bilər. Etilen adətən neft-kimya
mənbələrdən istehsal olunur, eyni zamanda etanolun dehidratasiyası (susuzlaşdırma)
nəticəsində yaradılır. Etilenin kifayət qədər sabit molekulları var və yalnız
katalizatorların təsirilə polimerləşir və polietilen yaranır. Polietilen istehsalı 2-5 mm
qranullar şəklində olur və etilenin polimerləşməsi ilə əldə edilir.
Sxem 1. Polietilenin görünüşü
(C
2
H
4
)
n
5
Polietilenin yaranma tarixi
Polietilenin ixtiraçısı alman mühəndis Hans Von Pechmann hesab edilir. O, 1899-
cu ildə diazometan araşdırması zamanı təsadüfən polietileni kəşf etdi. Ancaq bu kəşf
çox yayılmadı. Polietilenin “ikinci həyat”ı mühəndislər Eric Fawcett və Reginald
Gibson sayəsində 1933-cu ildə başladı. İlk sənaye üsullu polietilen sintezi (diazometan
qeyri-sabit maddə idi) Eric Fawcett və Reginald Gibson tərəfindən 1933-cü ildə
Britaniyanın Norviç şəhərindəki İmperial Kimya Sənayesində (Imperial Chemical
Industries) əldə edilmişdir. Onlar çox yüksək təzyiq (bir neçə yüz atmosfer) tətbiq
etməklə, etilen və benzaldehid qarışığından polietilen əldə edirdilər.
Eskperimentlərin təkmilləşdirilməsindən sonra Perrin və Patton 1936-cı ildə aşağı
sıxlıqlı polietilen (LDPE) üçün patent aldılar və sənaye istehsalına 1938-ci ildə
başlanıldı.
Polietilen istehsalında dönüş katalizatorların təsiri ilə daha aşağı temperatur və
təzyiq şəraitində istehsal oldu. Yüksək sıxlıqlı polietilenin əldə edilməsi üzrə
eksperimentlərə 1920-ci illərdə alman kimyaçı Karl Zigler başlamışdır. 1954-cü ildə isə
patent əldə etmişdir.
İlk dövrlərdə polietilen yalnız telefon kabellərinin istehsalında istifadə edilirdi.
Yalnız 1950-ci illərdən qablaşdırma vasitəsi kimi qida sənayesində istifadə edilməyə
başlanmışdır.
Polietilenin sinifləndirilməsi və fiziki xüsusiyyətləri
Polietilen sıxlığına və kimyəvi xüsusiyyətlərinə görə müxtəlif kateqoriyalarda
təsnifləşdirilir. İstifadə həcminə görə polietilenin əsas növləri YSPE, XASPE və ASPE-
dir.
HDPE (yüksək sıxlıqlı Polietilen)
HDXLPE (yüksək sıxlıqlı çarpaz bağlı Polietilen)
6
XLPE(çarpaz bağlı Polietilen)
MDPE (orta sıxlıqlı Polietilen)
LPPE (aşağı sıxlıqlı Polietilen)
LLDPE (xətti bağlı aşağı sıxlıqlı Polietilen)
VLDPE(çox aşağı sıxlıqlı Polietilen)
UHMWPE (ultra yüksək molekulyar sıxlıqlı Polietilen)
ULMWPE (ultra aşağı molekulyar sıxlıqlı Polietilen)
Cədvəl 1. Əsas polietilen növlərinin fiziki xüsusiyyətləri
Temperatur
Təzyiq
Kristallılıq
dərəcəsi
Sıxlıq
q/sm
3
Yüksək təzyiqli
polietilen
(LDPE)
200 - 260 °C
150 - 300 MPA 50 - 60 %
0,9-0,93
Orta təzyiqli
polietilen
120 - 150 °C
3 - 4 MPA
75 - 85 %
0,93-0,94
Aşağı təzyiqli
polietilen
(HDPE)
100 - 120 °C
0.1 - 2 MPA
80 - 90 %
0,94-0,96
Yüksək sıxlıqlı polietilen (HDPE) – yuyucu vasitələrin şüşələri, zibil qabları, su
boruları. Oyuncaqların 1/3-i HDPE-dən hazırlanır. Zərbəyə davamlıdır. 2007-ci ildə
dünya üzrə HDPE istehlakı 30 milyon tona çatmışdır.
Orta sıxlıqlı polietilen (MDPE) – Sıxlığı 0.926-0.94 q/sm
3
. Qaz boruları və
fitiqlər, çantalar, çuval, qablaşdırmada istifadə olunur.
7
Aşağı sıxlıqlı polietilen (LDPE) – Sıxlığı 0.91- 0.94 q/sm
3
. 2013-cü ildə qlobal
ASP bazarının həcmi 33 milyard dollar olmuşdur. İzolyasiya materialı kimi istifadə
olunur.
Ultra yüksək molekulyar sıxlıqlı polietilen (UHMWPE) – Çox yüksək
molekulyar çəkiyə malikdir. Süni diz oynaqlarının hazırlanmasında istifadə olunur.
Xətti bağlı aşağı sıxlıqlı polietilen (LLDPE ) - Sıxlığı 0.915- 0.925 q/sm
3
. LDPE-
yə nisbətən zərbəyə daha dözümlüdür. 2013-cü ildə qlobal LLDPE bazarının həcmi 40
milyard dollar olmuşdur.
Çox aşağı sıxlıqlı polietilen (VLDPE) - Sıxlığı 0.880- 0.915 q/sm
3
.
Polietilen uzun karbohidrogen zəncirlərindən ibarət termoplastik polimerdir.
HDPE 120-180 °C, LDPE isə 105-115 °C temperaturda əriyir. Polietilən yanarkən mavi
alov ilə yavaş-yavaş yanır və yanarkən şamda olduğu kimi parafin qoxusu yayılır.
Polipropilen haqqında
Polipropilen haqqında ümumi anlayış
Kimyəvi formulu (C
3
H
6
)
n
Ərimə temperaturu 130 - 171°C
Sıxlığı - 0.91 q/sm³
Polipropilen avtomobil sənayesində istifadə olunan hissələrdən, tekstil və qida
qablaşdırmasına qədər çox geniş istifadə sahəsi olan termoplastik bir polimerdir.
Monomer propilenin polimerləşməsi ilə əldə olunur.
8
Aşağı sıxlıqlı polietilendən (LDPE) daha az sərt və yuxarı sıxlıqlı
polietilendən(HDPE) daha az kövrəkdir. Zərbəyə davamlıdır, elektrik izolyasiyasını
təmin edir. Açıq havada tez alışandır, oksidləşə bilir.
Sxem 2. Polipropilenin quruluşu.
CH
3
H CH
3
H CH
3
H
\ / | | | |
C==C -> -- C -- C -- C -- C --
/ \ | | | |
H H H H H H
propilen monomer polipropilen polimer
Polipropilenin yaranma tarixi
Kimyaçılar Paul Hogan və Robert Bank ilk dəfə 1951-ci ildə propileni
polimerləşdirərək polipropilen əldə etdə etdilər. Polipropilen ticarət həcminə görə ən
vacib plastiklərdən biridir. 2021-ci ilə qədər təxminən ildə 5,8% artımla 2019-cu ildə
145 milyard dollara çatacağı gözlənilir.
Molekulyar strukturuna görə polipropilenin 3 əsas növünü qeyd etmək olar:
İzotaktik
Sindiotaktik
Ataktik
Polietilendən fərqli olaraq polipropilen daha aşağı sıxlıqlı (0.91 q/sm
3
), daha
möhkəm, istiliyə daha çox dözümlü (140 °C temperaturda əriməyə başlayır) və
aşınmaya davamlıdır. Polietilenlə müqayisədə istiliyə daha dözümlü, soyuğa qarşı isə
dözümsüzdür.
9
Polimerlər bazarı
Diaqram 1. Polimerlərin dünya bazar payı
Polimerlər arasında istehlak həminə görə polietilen (37%) və polipropilen (26%)
daha çox istehlak olunur. Dünya plastik sənayesinin təxminən 2/3 hissəsi polietilen və
polipropilenin payına düşür.
Şəkil 1. Dünya plastik sənayesində rəqabətqabiliyyətlilik.
10
Dünya plastik sənayesində istehsal olunan məhsulun böyük hissəsi Çin, Yaxın
Şərq və Şimali Amerika ölkərəri tərəfindən istehsal olunur.
OECD hesabatına görə, 2014-cü ildə Çin 8.2%, Hindistan 4.1%, ABŞ 2.9%,
Rusiya 2.3%, Braziliya 2.2%, Avropa regionu ölkələri isə 1% həcmində istehsalda
artıma nail olmuşlar.
ABŞ enerji qiymətlərinin ucuz olmasına görə, Yaxın Şərq ölkələri isə zəngin neft
və qaz yataqlarına malik olması səbəbiylə dünya bazarında əsas plastik məmulatlar
istehsalçısı kimi tanınır. Çin və Hindistan ucuz işçi qüvvəsinə sahib olduğu üçün dünya
plastik məhsulları bazarında ən böyük istehsalçı ölkələrdir. Avropa ölkələri isə əsasən
daxili tələbatı ödəmək üçün Çin, Yaxın Şərq və ABŞ-dan plastik sənayesi məhsullarını
idxal edirlər.
Diaqram 2. Sektorlar üzrə Avropa plastik tələbatı, 2013
11
Cədvəl 2. Dünya plastik materiallar istehsalı, 2014
Regionlar
Bazar payı (%)
Çin
24.8
Avropa
20
Şimali Amerika
19.4
Asiya
16.4
Yaxın Şərq və Afrika
7.3
Latın Amerikası
4.8
Yaponiya
4.4
MDB ölkələri
2.9
2014-cü ildə 250 milyon ton plastik materiallar istehsal edilmişdir. İstehsal
olunan plastik materialların 40%-dən çoxu Çin və digər Asiya ölkələrinin payına düşür.
Həmin ölkələrdə həmçinin son illərdə istehsalın artım tempi də yüksək olaraq qalır.
Ümumilikdə isə polietilen istehsalının 24.8%-i Çin, 20%-i Avropa, 19.4%-i
Şimali Amerika, 16.4%-i isə digər Asiya ölkələri, 7.3% Yaxın Şərq və Afrika ölkələri
tərəfindən reallaşdırılmışdır.
12
Dünya polietilen bazarı
Şəkil 2. Polietilen idxal və ixrac balansı (2010-2015)
Dünyada ən böyük istehsalçı Çindir. Dünya polietilen istehsalının 19%-i Çinin payına
düşür. Çin, Almaniya, ABŞ, Belçika və İtaliya polietilen istehsalının 40%-ini özündə
cəmləşdirir. İllik dünya istehsalı təxminən 80 milyon ton təşkil etmişdir (2013).
2013-cü dünya polietilen ixracatı 69 milyard dollar olmuşdur. Səudiyyə
Ərəbistanının ixracatı dünya polietilen ixracatının 13%-ni təşkil edir. Digər böyük
ixracatçılar isə ABŞ, Belçika, Sinqapur və Qatardır. Bu 5 ölkə ümumi ixracatın 44%-ni
əhatə edir.
13
Şəkil 3.Dünya polietilen tələbatının artım tempi (2010-2015)
Yüsək sıxlıqlı polietilen istehsalı ümumi polietilen istehsalının yarısını təşkil edir.
Boru kəmərlərinin inşasının sürətlənməsiylə əlaqədar yüksək sıxlıqlı polietilenə tələbat
da sürətlə artacaq.
Cədvəl 3. Polietilen üzrə əsas istehsalçı şirkətlər
Şirkətin adı
İstehsal
(mln. ton)
Bazar payı (%)
1
ExxonMobil
9.11
8.65
2
Dow Chemical
8.13
7.72
3
SABIC
6.63
6.30
4
Sinopec
5.64
5.36
5
LyondellBasel
5.52
5.24
6
PetroChina
5.16
4.90
14
7
Chevron Phillips
4.63
4.40
8
Borealis
4.42
4.20
9
Ineos
3.07
2.91
10
Braskem
3.06
2.90
Cəmi istehsal
105.29
100
Braskem və Toyota Tsusho Corporation şəkər qamışından polietilen istehsal
edirlər. Braskem şirkəti Braziliyanın Triunfo şəhərində illik istehsal gücü 200.000 ton
olan yeni müəssisə inşa edəcək. Bu müəssisədə şəkər qamışından toplanan bioetanol
maddəsindən yüksək sıxlıqlı polietilen (HDPE) və aşağı sıxlıqlı polietilen (LDPE)
istehsal edəcək. Dünya bioplastik kütlə ehtiyatının 35%-i Braziliyadadır.
Diaqram 3. Regionlar üzrə dünya polietilen tələbatı (min ton)
2004-2014-cü illər arasında dünya polietilen istehsalı Şimali Amerika və Qərbi
Avropadan Yaxın Şərq və Şərqi Asiyaya yönlənmişdir. Yaxın Şərq və Şərqi Asiyada
enerji və xammal qiymətləri aşağıdır, tələbat isə sürətlə artır.
0
10000
20000
30000
40000
50000
60000
70000
80000
90000
100000
Şimali
Amerika
Qərbi Avropa
Asiya/Sakit
Okean
Digərləri
Dünya PE
tələbatı
2008
2013
2018
15
Cədvəl 4. Dünya polietilen istehsalı
Dünya polietilen istehsalı (min ton)
İllik artım tempi (%)
2008
2013
2018
2008-2013
2013-2018
Şimali Amerika
15295 16025 18130 0,9
2,5
Qərbi Avropa
13885 12900 13780 -1,5
1,3
Asiya/Sakit Okean
24730 36575 47530 8,1
5,4
Digərləri
13520 16285 20160 3,8
4,4
Dünya polietilen
istehsalı
67430 81785 99600 3,9
4
Dünya polietilen istehsalı 2018-ci ilə qədər illik 4% artacaq. 2018-ci ildə 98.9
milyon ton olacaq. 2014-cü ildəki statistikaya əsasən dünya polietilen istehsalının ¼-i
Çinin payına düşür.
Xətti bağlı aşağı sıxlıqlı polietilen (LLDPE)
Diaqram 4. LLDPE istehlak dünya 2014
İlk dəfə 1959-cu ildə Kanadanın DuPont şirkəti tərəfindən istehsal edilen LLDPE,
2014-cü il göstəricilərinə görə LDPE və HDPE-dən sonra dünya polietilen bazarının 31
%-ni əhatə edir. Dünyada adam başına düşən LLDPE istehlakı 5 kq təşkil edir.
16
2014-cü ildə LLDPE istehsal olunan əsas regionlar Çin, Yaxın Şərq və ABŞ
olmuşdur. Əsas ixracatçılar Yaxın Şərq ölkələri, Kanada, ABŞ, Cənub Şəqi Asiya,
idxalatçılar isə Çin, Afrika, Hindistan, Qərbi Avropa ölkələridir. Dünya LLDPE
bazarının 2/3 hissəsi Çin, Cənub Şəqi Asiya, Yaxın Şərq ölkələrinin payına düşür.
Yaxın 5 ildə Yaxın Şərq ölkələri, ABŞ və Çin LLDPE istehsalını əhəmiyyətli
dərəcədə artıracaqlar. Dünya LLDPE tələbatının illik orta hesabla 5.5% aratacağı
gözlənilir. 2019-cu ildə Çin dünyada ən böyük LLDPE istehsalçısı olacaq, lakin daxili
tələbatının 30-35%-ni idxal hesabına təmin edəcək. Ən böyük ixracatçılar isə Şimali
Amerika və Yaxın Şərq ölkələri olacaq.
Diaqram 5. Avropa polietilen tələbat/istehsal balansı
17
Aşağı sıxlıqlı polietilen (LDPE)
Aşağı sıxlıqlı polietilen etilenin yüksək təzyiq altında polimerləşməsindən alınır.
Daha çox qablaşdırmada istifadə olunur.
Asiya – Sakit Okean region dünya aşağı sıxlıqlı polietilen
(LDPE) bazarında
33.5%, Şimali Amerika region isə 26.2% paya sahibdir (2014).
Aşağı sıxlıqlı polietilen (LDPE)
bazarında əsas şirkətlər:
Sealed Air Corporation (U.S.),
Amcor Limited (Australia),
Bemis Company (U.S.),
Jindal Polyfilms Limited (India),
Toyobo Co. Limited (Japan),
AEP Industries Inc. (U.S.),
Berry Plastics Group Inc. (U.S.),
Saudi Basic Industries Corp. (Saudi Arab),
Toray Industries Inc. (Japan),
Dünya aşağı sıxlıqlı polietilen (LDPE)
bazarı 2014-cü ildə 18.7 mln dollar olmuşdur.
2019-cu ildə isə bazarın həcminin 22.5 milyon dollar çatacağı gözlənilir.
Türkiyə polietilen sənayesi
Plastik sənayeçiləri federasiyasının (PLASFED) 2013-cü il hesabatına görə
Türkiyənin plastik sektorunun istehsalı 8.1 milyon ton və satış həcmi isə 34.3 milyard
dollar olmuşdur. Türkiyə Avropada Almaniyadan sonra 2-ci, dünyada isə 7-ci yerdədir.
Plastik sektoru daxili tələbatın 91%-ni əhatə edir.
18
PLASFED hesabatına görə, son 5 ildə polietilen istehsalı azaldı, idxalat 14%
artdı. Daxili tələbat isə ildə 11% artdı. 2009-cu ildə daxili tələbatın 76%-i idxal
hesabına ödənirdi, 2013-cü ildə isə bu rəqəm 84%-ə yüksəldi. Eyni trendin 2018-ci ilə
qədər davam edəcəyi və daxili bazarın idxalla qarşılanma nisbətinin 89%-ə çatacağı
proqnozlaşdırılır.
Türkiyənin plastik sənayesində ən böyük şirkətlər:
PETKİM Petrokimya Holding A.Ş.
Korozo Ambalaj San. ve Tic. A.Ş.
Naksan Plastik ve Enerji San. ve Tic. A.Ş.
Pakpen Plastik Boru ve Yapı Elemanları San. ve Tic. A.Ş.
Polinas Plastik San. ve Tic. A.Ş.
Polibak Plastik Film San. ve Tic. A.Ş.
Adopen Plastik ve İnşaat Sanayi A.Ş.
Elif Plastik Ambalaj San. ve Tic. A.Ş.
PLASFED hesabatına görə, 2013-cü ildə Türkiyədə 1.79 milyon ton polietilen
xammal istifadə olunub, lakin yerli istehsal miqdarı 450 min ton olmuşdur. Yerli
istehsalın 100 min tonu isə ixrac edilmişdir. Ona görə də, Türkiyə daxili tələbatının
84%-ni idxal hesabına təmin edir.
Türkiyə 2.5 milyard dollarlıq və ya 1.5 milyon ton polietilen idxal edir. Bu da dünya
polietilen idxalatının 3.3%-ni təşkil edir. Səudiyyə Ərəbistanı, İran, Qatar, ABŞ və
Cənubi Koreya Türkiyənin polietilen idxal etdiyi əsas ölkələrdir.
Türkiyə plastik qablaşdırma sektoru Türkiyənin plastik sektorunun 40%-ni əhatə
edir. 2014-cü il məlumatlarına görə plastik qablaşdırma sektorunun həcmi 12,76
milyard dollar, ixracat 2,35 milyard dollar, idxalat isə 1,89 milyard dollar çatmışdır.
19
PLASFED-in hesabatına görə Türkiyə 2014-cü ildə 3.2 milyon ton plastik
qablaşdırma istehsal edərək, Avropada 3-cü, dünyada isə 9-cu olub.
MDB ölkələri
Rusiya polipropilen istehsalı 1981-ci ildə Tom neft-kimya kombinatında (hazırki
“Sibur”) başlamışdır. Rusiyanın ən böyük polipropilen istehsal zavodu “Tobolsk-
Polimer”15 oktyabr 2013-cü ildə fəaliyyətə başlayıb. İllik 510 min ton istehal gücü var.
Digər müəssisələrin istehsal gücü isə 250 min tonu keçmir.
2009-2013-cü illərdə MDB ölkələrində polietilen istehsalı 1.8 milyon tondan 2.6
milyon tona qədər artmışdır. Region ölkələri arasında satış həcminə görə Rusiya 1-ci
yerdədir (73%). Rusiyadan sonra isə Ukrayna və Qazaxıstan gəlir. Business Stat-ın
proqnozlarına görə 2018-ci ildə region üzrə polietilen satışı 3.9 milyon tona çatacaq.
Cədvəl 5. Polietilen ixracı (min ton)
İllər
İxrac (min ton)
Artım
tempi
2009
606,7
2010
559
-7,9
2011
574,8
2,8
2012
537,4
-6,5
2013
572,6
6,6
2014
550,9
-3,8
2015
595,6
8,1
2016
843,5
41,6
2017
1010,8
19,8
2018
1198,5
18,6
20
Diaqram 6. Polietilen ixracı (min ton)
2014-cü ildə polietilen ixracının azalmasının əsas səbəbi Rusiyanın “Stavrolen”
zavodundakı qəza ilə bağlıdır. 2015-2018-ci illərdə MDB ölkələrində texnologiyanın
modernizasiyası, ölkələrdə yeni istehsal gücünün yaradılması hesabına ixracatın
artacağı və 2018-ci ildə 1.2 milyon tona çatacağı gözlənilir.
2013-cü ildə Rusiya 397 min ton polietilen ixrac etmişdir. Rusiyadan sonra
Belarus 104 min ton və Azərbaycan 47 min ton polietilen ixrac etmişdir. 2015-2018-ci
illərdə Qazaxıstan və Özbəkistanın polietilen ixracını artıracağı gözlənilir. Bunun
nəticəsində digər MDB ölkələrinin bazar payında azalma olacağı gözlənilir.
Cədvəl 6. Polietilenin tipinə görə ixracat və proqnozlar (min ton)
İllər
Aşağı sıxlıqlı PE Yüksək sıxlıqlı PE Cəmi
2009
409,3
197,4
606,7
2010
332,3
226,6
559
2011
332,6
242,2
574,8
2012
335,5
201,9
537,4
0
200
400
600
800
1000
1200
1400
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
İxrac (min ton)
İxrac (min ton)
21
2013
329,3
243,3
572,6
2014
331,0
219,9
550,9
2015
339,7
255,9
595,6
2016
443,2
400,4
843,5
2017
497,2
513,5
1010,8
2018
573,7
624,8
1198,5
İllər keçdikdə, yüksək sıxlıqlı polietilen ixracı aşağı sıxlıqlı polietilen ixracını
keçəcək. Bunun əsas səbəbi isə qlobal bazarda yüksək sıxlıqlı polietilenə tələbatın
artmasıdır.
Cədvəl 7. İxracın həcmi və proqnoz (milyon dollar)
İllər
İxrac (mln. USD)
Artım
dinamikası
2009
595,3
2010
735,6
23,6
2011
882,7
20,0
2012
806,0
-8,7
2013
843,6
4,7
2014
924,8
9,6
2015
977,5
5,7
2016
1 588,7
62,5
2017
2 076,2
30,7
2018
2 621,7
26,3
2015-2018-ci illərdə polietilenin ixrac dəyəri aktiv surətdə artacaq və 2018-ci ildə 2.62
milyard dollara çatacaq. Bu isə 2014-cü ilin göstəricisindən 2.85 dəfə çoxdur.
22
Dünya polipropilen bazarı
2013-cü ildə qlobal polipropilen bazarının həcmi təxminən 55 milyon ton olmuşdur.
Cədvəl 8. Top-10 polipropilen istehsalı şirkətləri: (2011-ci il)
№
Şirkət
Ölkə
İstehsal
(min ton)
Dünya
bazarında payı
(%)
1
LyondellBasell
Hollandiya
6 471
11,24
2
Sinopec
Çin
4 930
6,37
3
SABIC
Səudiyyə
Ərəbistanı
3455
5,13
4
PetroChina Group
Çin
3038
4,69
5
Braskem
Braziliya
2814
4,60
6
Reliace
Hindistan
2750
4,54
7
Total PC
Fransa
2715
4,48
8
Formosa
Tayvan
2273
3.75
9
ExxonMobil
ABŞ
2280
3,61
10
Formosa Plastics Corp. ABŞ
2270
3.59
Dünya üzrə ümumi
istehsal gücü
64178
100
23
Diaqram 7. Dünya polipropilen istehlakı (2014)
Hazırda polipropilen istehlak həcminə görə 26% payla yalnız polietilendən geri
qalaraq, bütün polimerlər arasında dünyada 2-ci yeri tutur. Rusiyada polipropilen
istehlakı 2002-ci ildə 250 min tondan, 2012-ci ildə 880 min tona qədər artmışdır. 2015-
ci ildə dünya polietilen istehlakı həcminin 79 mln tona çatacağı gözlənilir.
Cədvəl 9. Dünyada əsas polipropilen idxalatçıları (mln dollar)
Ölkələr
2014
2015
1
Çin
6951
7654
2
İtaliya
2325
2603
3
Türkiyə
2191
2456
4
Almaniya
1676
1861
5
Vyetnam
1409
1595
6
Belçika
1281
1444
7
Honq Konq
1205
1349
8
İndoneziya
1109
1238
9
Meksika
1079
1230
24
10
Sinqapur
937
1044
Cəmi
34354
38251
Dünyada adambaşına düşən polipropilen istehlakı:
Rusiya 6 kq/il
Qərbi Avropa 18 kq/il
ABŞ 17 kq/il
Çin 12 kq/il
Türkiyə 23 kq/il
Cədvəl 10. Polipropilen idxalı və proqnozu (mlrd. dollar)
2008
2009
2010
2011
2012
2013
2014
İdxal
21,8
17
22,8
27,5
27,6
30,9
34,4
Dinamika 0
-22
34,1
20,3
0,5
11,8
11,3
Cədvəl 11. Proqnoz (mlrd. dollar)
2015
2016
2017
İdxal
38,3
42,6
47,5
Dinamika 11,3
11,4
11,4
Polipropilenin əsas ixracatçıları Çin, Yaxın Şərq ölkələri, Niderland və Şimali
Amerika ölkələridir. ABŞ polipropileni sadəcə ixrac etmir, eyni zamanda qeyri-ənənəvi
enerji mənbələrindən istifadə etməklə polipropilen istehsal edir.
25
Diaqram 8. Dünyada polipropilen istehsalının dinamikası (min ton)
İqtisadi inkişafın sürətinin azalması dünya polipropilen istehsalına az da olsa təsir
etdi və 2014-cü ildə 62 milyon ton oldu. Alman araşdırma şirkəti Ceresana polipropilen
üzrə dünya bazar həcminin 2021-ci ilə qədər ildə orta hesabla 5.8% artacağını
proqnozlaşdırır.
Ümumiyyətlə, demək olar ki, növbəti bir neçə il ərzində dünya polipropilen
bazarında trend dəyişməz qalacaq. Tələbat artmaqda davam edəcək və 2015-ci ilin
sonunda 66 milyon tonu keçəcəyi gözlənilir. İstehsal gücü isə 79 milyon tona çatacaq.
Qiymətlərdə də artım gözlənilir. İdxalatçı və ixracatçı ölkələrin də sabit qalacağı
proqnozlaşdırılır.
26
Diaqram 9. Poliproplien üzrə dünya istehsal gücü (min ton)
Diaqram 10. Dünya polipropilen sənayesi, sektorlar üzrə tələbat (%-lə), 2013
27
2013-cü ildə qablaşdırma sənayesi ümumi polipropilen bazarın 30.5%-ni təşkil
edirdi, elektrik (13.6%), avadanlıq və ləvazimatlar (12.8%), məişət əşyaları (10.2%),
avtomobil (9.%), inşaat (5.1%).
Qablaşdırma sənayesinin son məhsul istifadəsi sahəsində liderliyi davam
etdirəcəyi gözlənilir.
Diaqram 11. Avropa ölkələri üzrə polipropilen istehsalı, 2012
Qərbi Avropanın istehsalçı ölkələrinin dünya bazarında payı qarşıdakı illərdə
13.9%-dən 11.4%-ə düşəcək. Bunun əsas səbəbi Almaniya, İtaliya, Fransa kimi əsas
istehsalşı ölkələrdə artım tempinin çox yüksək olmamasıdır. Eyni zamanda, Şərqi
Avropa ölkələrində artım tempi Rusiyanın hesabına yüksələcək.
Dünyada polipropilen ticarətinin istiqamətləri
2020-ci ildə dünya polipropilen bazarı Asiya/Sakit Okean və Yaxın
Şərq/Afrikadakı sürətli inkişafın hesabına 62.4 milyon tona çatacaq. GBİ (Blobal
Business İntelligence) araşdırmalarına əsasən bazarda 2011-2020-ci illər arasında orta
illik artım tempi 4.5% olacaq.
28
Asiya və Sakit Okean regionu ümumi bazarın 62.2%-ni təşkil edəcək. Çin və
Hindistan Asiya/Sakit Okean bazarının 84%-ni təşkil edəcək. Şimali Amerikada normal
artım gözlənilsə də, Avropadakı krizisin Avropa bazarının inkişafının artım tempinə
mane olacağı gözlənilir.
Business Stat-ın proqnozlarına görə 2017-ci ildə dünyada polipropilen istehsalı
75 mln ton olacaq ki, bu da 2012-ci ildə olan rəqəmlərdən 36% çoxdur.
Çin
Diaqram 12. Çin polietilen statistikası
29
Diaqram 13. Çin polipropilen istehsal/satış balansı (2014-2015 yanvar-mart)
Diaqram 14. Çində Polipropilen istahlakı (2005-2013), milyon ton
30
Çin dünyada polipropilen istehsalına görə ən böyük ölkələrdən biridir. Hazırda Çinin
illik istehsalı 15 milyon tondur. Çin eyni zamanda həm də polipropileni yüksək tələbat
olan qabaqcıl ölkələrdən biridir. Proqnozlara görə tələbatın artım tempi digər ölkələrlə
müqayisədə yüksək olacaq.
Diaqram 15. Çin polietilen statistikası 2012-2014 (yanvar-may)
Çin və Hindistanda polipropilen istehsalı sürətlə artır və bunun nəticəsində 2021-
ci ildə dünya polipropilen istehsalının 58%-inin Asiya/Sakit Okean regionunun payına
düşəcəyi gözlənilir.
31
Azərbaycanın neft-kimya sənayesi
Azərbaycanda kimya sənayesinin yaranma tarixi ötən əsrin 50-60-cı illərinə
təsadüf edir. 1938-ci ildə Sumqayıt şəhərində Sintetik-kauçuk və digər kimya
zavodlarının tikintisinə başlanılmışdır.
İkinci Dünya Müharibəsinin başlanması ilə Sumqayıtda aparılan tikinti işlərinə
ara verilmiş, 1945-ci ildən etibarən isə Sumqayıt ərazisində ardıcıl olaraq ağır sənaye
müəssisələri - Kimya, Boru-Prokat, Sintetik-kauçuk, Alüminium, Superfosfat zavodları
istifadəyə verilmişdir. 1966-cı ildə istifadəyə verilən Kimya kombinatı həmin dövrdə
Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu.
70-80-ci illərdə həmin zavodlar tam gücü ilə işləmiş və keçmiş SSRİ-nin, demək
olar ki, hər yerinə məhsul ixrac etmişdir. Bu iqtisadi yüksəliş Sumqayıtın Azərbaycanın
ən böyük şəhərlərindən birinə çevrilməsinə səbəb olmuşdur.
1971-ci ildə respublikada kimya sənayesinin qarşısında duran vacib məsələləri
diqqətlə araşdıran Heydər Əliyev bu sahənin inkişaf konsepsiyasının əsasını qoydu. Ulu
Öndərin konsepsiyasında nəzərdə tutulduğu kimi “Kimyasənaye” İstehsalat Birliyində
1970-ci ildən başlayaraq istehsalat sahələrində avadanlıqların yenilənməsi, yeni
texnologiyaların tətbiqi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görüldü. 1975-ci ildə yeni
sulfanol istehsalı kompleksi istismara verildi. 1971-ci ildə sintetik kauçuk zavodunda
illik gücü 15 min ton olan butil-kauçuk istehsalı işə salındı və müəssisə keçmiş SSRİ-də
bu tip kauçuk istehsal edən yeganə müəssisəyə çevrildi.
1981-ci ildə Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya, yüksək
istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və propilen
istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Kompleksdə respublikanın neft
emalı zavodlarının karbohidrogen xammalından istifadə olunması nəzərdə tutulurdu.
Xüsusilə qeyd etmək lazımdır ki, son və qabaqcıl texnologiyaya əsaslanan belə bir
kompleksin işə salınması o dövr üçün, hətta SSRİ miqyasında çox böyük bir hadisə idi.
32
Məhz EP-300 qurğusunun sayəsində Etilen-polietilen zavodu hal-hazırda dünya
bazarında tələbatın böyük olduğu yüksək keyfiyyətli polietilen istehsal edir və bu gün
respublikamızda kimya kompleksinin bütövlükdə inkişafı üçün əsas xammal
tədarükçüsü rolunu oynayır.
Həmin dövrdə EP-300-lə eyni vaxtda onun bir növ texnoloji davamı olan,
polietilen istehsalı üçün nəzərdə tutulmuş “Polimer-120” kompleksinin də əsası
qoyulmuşdur. Bu unikal komplekslər ona görə xüsusilə qiymətli və daha münasib idi ki,
əsas qurğu olan EP-300 üçün xammal kənardan, xaricdən deyil, bilavasitə respublikanın
neft emalı zavodlarında istehsal olunan karbohidrogen məhsullarından alınırdı.
Kimya sənayesi müəssisələrinin əksəriyyəti yüksək enerji tutumludur, onların
vahid məhsul istehsalına enerji sərfi xeyli yüksəkdir. Elə kimyəvi məhsullar var ki,
onların maya dəyərində elektrik enerjisi və enerjidaşıyıcılarının xüsusi çəkisi, hətta 50
faizdən də çoxdur.
“Azərkimya” Dövlət Şirkətinin tərkibində olan müəssisələr son illərdə məhsul
istehsalının həcminin və keyfiyyətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə
etmişdir. Bu isə şirkətin dünya bazarında özünə layiq yer tutmasına zəmin yaradıb.
Hazırda Şirkətin müəssisələrində müxtəlif markalı və kifayət qədər yüksək keyfiyyətli
kimyəvi məhsullar - polietilen, piroliz qətranı, propilen, izopropil spirti, propilen oksidi,
propilenqlikol, müxtəlif markalı poliefirlər və s. istehsal olunur ki, onların da müəyyən
hissəsi daxili tələbat üçün, böyük əksəriyyəti isə yaxın və uzaq xarici ölkələrə ixrac
üçün nəzərdə tutulub.
Etilen-polietilen zavodunda istehsal edilən yüksək təzyiqli polietilenə, “Sintez-
kauçuk” zavodunun qiymətli məhsulu olan mütləqləşdirilmiş izopropil spirtinə
beynəlxalq bazarda olan tələbat ildən-ilə artır. Kimya müəssisələrinin digər məhsulları
da xarici şirkət və firmalar tərəfindən böyük tələbatla və iri həcmdə alınır.
33
Hazırda “Azərkimya” markalı kimyəvi məhsullar geniş çeşiddə və iri həcmdə
dünyanın bir çox qabaqcıl ölkələrinə, o cümlədən, ABŞ, Almaniya, İngiltərə, İsveçrə,
Rusiya, Türkiyə, Polşa, Rumıniya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və
s. ölkələrə ixrac edilir. Bütün bunlar bugünkü kimya və neft-kimya kompleksinin iftixar
doğuran nailiyyətləridir və Azərbaycanın kompleks inkişafının tərkib hissəsidir.
2003-cü illə müqayisədə əmtəəlik məhsul istehsalı həcmi 2 dəfədən çox artmışdır.
Həmin dövr ərzində məhsul ixracı 3,6 dəfə çoxalmışdır ki, bu da respublikaya xarici
valyuta axınının ümumi həcmini xeyli artırıb.
Azərikimya İstehsalat Birliyi
Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə
mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli Sərəncamına
əsasən, "Azərikimya" Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə verilmişdir.
Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr
və dəyişikliklər edilməsi barədə" Fərmanla ARDNŞ-nin tərkibində "Azərikimya"
İstehsalat Birliyi təsis olunmuşdur. "Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen"
zavodu, "Səthi Aktiv Maddələr" zavodu, "Üzvi Sintez" zavodu, "Mexaniki Təmir"
zavodu, "Kimyalayihə" institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika
idarəsi, Anbar Təsərrüfatı daxildir.
Birliyin "Etilen-Polietilen" zavodunda 260000 ton/il gücündə Etilen, 136000
ton/il gücündə Propilen, 156000 ton/il gücündə Polietilen, Üzvi Sintez zavodunda
15000 ton/il gücündə Propilen Oksidi, 8000 ton/il gücündə Propilen Qlikol, 10800 ton/il
gücündə Poliefir Qətranları istehsalatları vardır.
34
"Azərikimya" İB-nin perspektiv inkişaf planına uyğun olaraq Birliyin fəaliyyətdə
olan müxtəlif qurğularında beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla
əvəz edilməklə rekonstruksiya işləri həyata keçiriləcək, istehsal olunan məhsulların
çeşidi və keyfiyyəti artırılacaqdır. "Azərikimya" İB-də yaxın gələcəkdə kimya sənaye
parkının yaradılması da nəzərdə tutulur ki, bu da ölkənin iqtisadi inkişafına təkan
verməklə yanaşı yeni iş yerlərinin açılmasına və gənc mütəxəssislərin işə cəlb
olunmasına səbəb olacaqdır.
"Etilen-Polietilen"
zavodunun
EP-300
və
Polimir-120
qurğularında
rekonstruksiya aparılmış və mənəvi-fiziki köhnəlmiş avadanlıqlar daha müasir
avadanlıqlarla əvəzlənmişdir. 2015-ci ilin oktyabr ayında Prezident İlham Əliyev
Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni
qurğuların işə salınması mərasimində iştirak etmişdir. İllik layihə gücü 87.600 ton olan
qurğunun istismara verilməsi nəticəsində məqsədli məhsul olan propilenin digər
məhsullara çevrilməsinin qarşısı alınacaq.
Azərbaycanda planlaşdırılan layihələr
“SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Sumqayıt Kimya
Sənaye Parkında inşasını nəzərdə tutduğu zavodda polietilen istehsalı üçün Böyük
Britaniyanın “Ineos Technologies” şirkətinin “Innovene S Process” texnologiyasını
seçib.
2015-ci ilin aprel ayında isə Azərbaycan-İtaliya işgüzar görüşü zamanı İtaliyanın
“Maire Technimont” Mühəndislik Şirkətlər Qrupu və Azərbaycanın “SOCAR-Polymer”
arasında dəyəri 750 mln. avro olan Sumqayıt Polipropilen zavodunun inşası layihəsi
üzrə müqavilə imzalanıb. İnvestisiyanın 60%-i borc kapitalı, 40%-i isə səhmdar
kapitalından ibarətdir.
35
Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont S.p.A.” Şirkətlər
qrupu mühəndislik və tikinti, texnologiyaların hazırlanması və lisenziyalaşdırma,
energetika və karbohidrogenlərin sənaye istehsalında ixtisaslaşan birgə müəssisələrin
yaradılması (neft və qaz, neft-kimyası və gübrə), o cümlədən energetika və infrastruktur
layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 30-dan artıq ölkədə
nümayəndəliyə malik və 45-dən artıq şirkətə nəzarət edən “Maire Tecnimont S.p.A.”
Şirkətlər qrupunda təxminən 4300 nəfər işçi çalışır.
Müqavilənin ümumi dəyəri 350 mln. avrodur və layihə çərçivəsində mühəndislik,
təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur.
Azərbaycanın ilk propilen zavodu olacaq bu müəssisənin Sumqayıt Kimya
Sənaye Parkında 30 hektar ərazidə tikilməsi planlaşdırılır. “SOCAR Polymer” 23
sentyabr 2013-cü ildə parkın rezidenti qismində qeydə alınmışdır.
Polipropilen-qablaşdırma,
tekstil,
dəftərxana
ləvazimatı,
avtomobil
komponentləri, elektron və elektrik texnikası və digər məqsədlər üçün istifadə olunan
əsas məhsuldur. Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xaricdən
idxal edir. “SOCAR-Polymer” layihəsinin həyata keçirilməsi bu vacib məhsulun
ölkəmizdə də istehsal olunmasına imkan yaradacaq.
Layihənin əsas səhmdarı SOCAR-dır. Bundan başqa, layihəyə ölkənin 3 əsas
holdinqi - “PASHA Holding”, “Gilan Holding” və “Azersun Holding” də cəlb olunacaq.
Layihənin 40% kapitalını bu şirkətlər ödəyəcək.
Layihədə istehsal olunacaq məhsulların 30%-i yerli bazara çıxarılacaq. Qalan
70% isə “SOCAR-Trading” vasitəsi ilə dünya bazarlarına ixrac olunacaq.
Müqavilənin şərtlərinə görə, "SOCAR Polymer" MMC-nin strukturuna daxil olan
layihə gücü 180 min ton/il olan Polipropilen qurğusunun 2018-ci ilin əvvəlində və
layihə gücü 120 min ton/il olan yüksək sıxlıqlı Polietilen (HDPE) qurğusunun isə 2018-
36
ci ilin ikinci yarısında tikilib istismara verilməsi planlaşdırılır. Polipropilen və yüksək
sıxlıqlı Polietilen (HDPE) zavodlarının tikilməsi üçün Rusiyanın "Qazprombank"ı ilə
425 mln. ABŞ dolları həcmində kreditin ayrılmasına dair ilkin şərtlər toplusu imzalanıb.
Polipropilen qurğusunun lisenziarı "Lyondell Basel", olan yüksək sıxlıqlı Polietilen
(HDPE) qurğusunun lisenziarı isə "Ineos" şirkətidir.
37
İstifadə olunmuş ədəbiyyat
1.
http://www.wikipedia.org
2.
http://www.subconturkey.com/2011/Mart/koseyazisi-Dunya-ve-Turkiye-Polietilen-PE-Dis-
Ticaret-Analizi.html
3.
http://www.iso.org.tr/Sites/1/content/500-buyuk-liste.html?j=5024132
4.
http://www.plasfed.org.tr/index.php?cmd=haberler&id=42
5.
http://www.socar.az
6.
http://az.trend.az/tags/700/
7.
http://www.polypark.az/hqo.html
8.
http://www.chemical-imaging.com/plastic-sorting.html
9.
https://eksisozluk.com/polietilen--287064
10.
http://www.giiresearch.com/report/mmm331908-global-low-density-polyethylene-ldpe-market-
by.html
11.
http://www.ceresana.com/en/market-studies/value-chain/propylene-china/
12.
http://www.plasticsnews.com/article/20130909/NEWS/130909948/global-pp-market-to-reach-
62-4-million-metric-tons
13.
http://www.medicinenet.com/plastic/article.htm
14.
http://en.wikipedia.org/wiki/Polypropylene
15.
http://www.plasticmoulding.ca/polymers/polyethylene.htm
16.
http://www.cmtevents.com/aboutevent.aspx?ev=101248
17.
http://polimernedir.com/?page_id=149
18.
http://nakpa.com.tr/polipropilen/
19.
https://www.ihs.com/products/linear-low-density-polyethylene-chemical-economics-
handbook.html
20.
http://www.brentwoodplastics.com/polyethylene
21.
http://www.co2g.co.uk/?page_id=343
22.
http://www.plastics.gl/market/plastics-the-facts-2014/
23.
http://www.doguspolimer.com/yuksek-yogunluklu-polietil.asp
24.
http://globenewswire.com/news-release/2015/02/18/707386/0/en/Global-Low-Density-
Polyethylene-LDPE-Industry-Forecasts-to-2020.html
25.
http://www.plasticsnews.com/article/20130909/NEWS/130909948/global-pp-market-to-reach-
62-4-million-metric-tons
26.
http://www.giiresearch.com/report/fd318034-world-polyethylene.html
38
27.
http://www.rtpcompany.com/products/product-guide/polypropylene-pp/
28.
http://www.pimtasplastik.com.tr/Turkce/tbilgiler_devam2.asp?haber_id=214
29.
http://composite.about.com/od/Plastics/a/What-Is-Polypropylene.htm
30.
http://www.ceresana.com/en/market-studies/value-chain/propylene-china/
31.
http://www.ogj.com/articles/print/volume-108/issue-27/technology/ogj-focus-global-
ethylene.html
32.
http://composite.about.com/od/Plastics/a/What-Are-Plastics.htm
33.
http://rstb.royalsocietypublishing.org/content/364/1526/2115
Dostları ilə paylaş: |