Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


Cədvəl 1. Müxtəlif assosiasiyalarda xarakter növlərin yayılması (fidellik)



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə119/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   115   116   117   118   119   120   121   122   ...   352
Cədvəl 1.
Müxtəlif assosiasiyalarda xarakter növlərin yayılması (fidellik) 
Assosiasiyalar 
 
Növlər 

(Otluq 
Assosiasiya-
ları) 

(Querce 
tum macran 
thera) 

(Carpin 
etum 
betulus) 

(Juniper 
etum foetidis 
sima) 

(Paliur 
etum spina-
christii) 
1 (
Taxus baccata
L. ) 
**********
2 (
Cornus mass
L.)
…………… ********** ……………
3 (
Acer campestre
L.) 
.................... **********

(
Celtis 
caucasica
Willd.) 
********** **********
5 (
Jasminum fruticans

********** ********** 
6 (
Veronica ceratocarpa
) ********** **********
7 (
Fraxinus excelsior
L.) 
********** ********** **********
8 (
Stachys byzantina
C. 
Koch.) 
********** ********** ********** **********
1.Elə xarakterik növlərdir ki, yalnız bir assosiasiyada rast gəlinir (C assosiasiyası). 
2. Elə xarakterik növlərdir ki, C assosiasiyasının qonşu assosiasiyalarında da (B və 
D) görünür.
3. Elə xarakterik növlərdir ki, A assosiasiyasında görünür.
4. C və B assosiasiyalarını A və D assosiasiyalarından ayıran növ.
5,6. E və D, həmçinin A və B assosiasiyalarını qonşu assosiasiyalardan ayıran növlər.
7. B, C və D assosiasiyaları təşkil edən növ. 
8. Müxtəlif məskən şəraitinə fərq qoymayan növ. 
Aparılan statistik analizlərin nəticələrinin əsasında aşağıdakı 6 assosiasiya 
təyin olundu. Sütənçay vadisində nisbi bitki layihəsi və nisbi sıxlıq əsasında 
dominant növləri təyin olundu və ona görə 6 formasiya seçildi. Vadinin bitkiliyinin 
təsnifatı aparıldı (Şəkil 1.). 


181 
Şək 1. Sütənçay vadisinin bitkiliyinin təsnifatı 
Tədqiqat ərazisi Witakerin metodunun əsasında Meşə və Çəmən bitkiliyindən 
təşkil olunmuşdur. Bu ərazi ağaclıq, kolluq, kolcuqluq və otluq tiplərinə malikdir. 
Meşə bitkiliyi enliyarpaq və iynəyarpaq meşələrdən təşkil olunmuşdur. Çəmən 
bitkiliyidə bozqır və subalp çəmənliklərinə malikdir. Meşə bitkiliyi ağaclıq və kolluq 
tiplərindən təşkil olunmuşdur. Çəmən bitkiliyidə kolcuqluq və otluq tiplərinə 
malikdir.
Tədqiqat ərazisində ağaclıq ən böyük tipdir və bu tip
Carpinetea

Quercetea 
və 
Juniperetea
formasiyalarından təşkil olunmuşdur. Ağaclıq (meşə) tipində zahiri 
görünüş cəhətdən fanerofitlər üstünlük təşkil edir. Ərazinin ikinci böyük tipi kolluq 
tipidir ki 
Paliuretea 
formasiyasına malikdir. Kollar ərazinin aşağı sərhədlərində, 
meşə kənarlarında və meşə tərkibində geniş yayılmışdır. Onlar meşələrdə meşəaltı 
təbəqəsini əmələ gətirir.
Otluq və kolcuqluq tipləri, müvafiq olaraq
Festucetea 

Thymetea 
formasiyalarından təşkil olunmuşdur. 
Məntəqədə çox məhdudiyyət və problem yaradan amillərin olmamasına görə 
biomüxtəliflik çoxdur və bu əsasda növlərin arasında olan rəqabətin miqdarı onların 
fərdləri arasındakı rəqabətə nisbətən çoxdur. Bu rəqabət əməldə növlərin ekoloji 
meydanını göstərir. 


182 
Bu tədqiqatlar əsasında yüksəklik, yamacın cəhəti və yamacın meyllik faizi 
ərazinin nisbətən məhdudiyyət yaradan amillərindən hesab olunur, belə ki, o, 
bitkilərin yayılmasında mühüm rol oynayır. O cümlədən, 
Paliuretum spina – christii
assosiasiyası 630-920 m yüksəklikdə və 
Juniperetum foetidissima
assosiasiyası 800-
1250 m yüksəklikdə müşahidə olunmuşdur. 
Ona görə bu iki assosiasiyanın xarakter növləri özünəməxsus yüksəklikdə bitir 
ki, ondan istər aşağıda, istərsə də yuxarıda bu növlər itəcəkdir, yəni yüksəklik bəzi 
növlərə məhdudiyyət yaradır.
Növlərin bir miqdarına çətinlik yaradan digər bir amil də yamacın cəhətidir. Bu 
barədə yalnız şimal yamaclarında müşahidə edilən 
Taxus baccata
növunə işarə etmək 
olar ki, orada rütubətlilik əmsalı vahiddən böyükdür. Digər mənada bu yerlərin 
torpağının rəngi qəhvəyidir və onlarda temperatur az, rütubət və üzvi maddənin 
miqdarı çoxdur. 
Palıd və ya 
Quercetum macranthera
assosiasiyanın xarakterik növləri əsasən 
cənub və cənub-şərq yamaclarında rast gəlinir. Bu assosiasiyanın bəzi hallarda şərq 
və şimal-qərb yamaclarında da müşahidə olunması mümkündür. 
Vələs və ya 
Carpinetum betulus
assosiasiyası və onun xarakterik növlərinin 
əksəriyyəti şimal və şimal-qərb yamaclarında yayılmışdır. Vələs növü həmin 
yamaclarda sıx toplumlar təşkil edir, yəni bu assosiasiya temperatur və işıq rejimi 
münasib olan rütubətli yerlərdə müşahidə olunur. Bu tədqiqatlar əsasında vələs növü 
müvafiq yamaclarda təmiz formasiya şəklində rast gəlinir. Vələs formasiyasının bu 
yamaclarda layihə örtüyü 90%-dən çoxdur ki, bu da gözəyarı təyin edilmişdir. 
Yamacın meyllik dərəcəsi bitkilərin yayılmasında məhdudiyyət yarada bilən ekoloji 
amillərdəndir. Yuxarıda qeyd etmişdik ki, meyllik dərəcəsi 65-85%-ə bərabər olan 
yamaclarda göyrüş (
Fraxinus excelsior
) növü daha çox rast gəlinir. Hər hansı bir 
növün meydana çıxması, yayılması və itməsində yamacın rolu böyükdür. 
Tədqiqat ərazisində aşağıdan yuxarıya yüksəkliyin artması ilə rütubət və ali 
maddənin miqdarı çoxalır və nəhayətdə məskən şəraiti yaxşılaşır. Ekoloji amillər 
bəzən bir-biri ilə mövqelərini dəyişir. Məsələn, 
Fraxinus excelsior
şimal 
istiqamətlərində, sərt yamaclarda (>70%) daha çox müşahidə olunur. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin