Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə118/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   114   115   116   117   118   119   120   121   ...   352
UOT 581.9. 
 
SÜTƏNÇAY VADİSİNİN BİTKİLİYİNİN TƏSNİFATI 
 (Şərqi Azərbaycan İran) 
T.E.GAJOTİ
1
, A.T. MƏMMƏDOV
2
 
1- Şərqi Azərbaycan (İran) Kənd Təsərrüfatı Təbii Ehtiyatlar Tədqiqat Mərkəzi, 
Təbriz, İran 
2- AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı ş., AZ1106, Azadlıq 155. 
Məqalədə tədqiqatlara əsasən İran İslam Respublikasının Ərəsbaran qoruq 
məntəqəsi daxilində Sütənçay vadisinin bitkiliyinin təsnifatı təyin edilmişdir. Sütənçay 
vadisində növlərin fidellik və sabitliyinə görə və aparılan statistik analizlərin 
nəticələrinin əsasında assosiasiyalar təyin olunmuşdur. Məntəqədə əhatə edilmiş 
ərazinin dəniz səviyyəsindən yüksəkliyi 450-2300 m, arealı 13335 ha-dir. 
 
 
Açar sözlər: 
bitkiliyinin təsnifatı, assosiasiya, Sütənçay vadisi, İran 
Ключевые слова:
классификация растительности, ассоциация вида
Сутан-Чайская долина 
Key words: 
Classification of vegetation, Association, Sutan-Chay Basin 
Müхtəlif vadilərin flоra və bitkiliyinin öyrənilməsi üzrə хüsusi işlər kimi 
dünyada A.M.Mоldоyarоvun, R.V.Kamеlinin, M.G.Barbourun və s. [5; 1; 8], 
Azərbaycan Respublikasında V.C.Hacıyеvin, A.R.Səfərоvun, M.Q.Musayеvin, 
Е.M.Qurbanоvun və s. [1; 2; 3; 4], İran İslam Respublikasında K.H.Rechinger, 
M.Asadi, K.Javanshir və s. [7; 4; 14] kimi müəlliflərin tədqiqatlarını göstərmək оlar. 
V.C.Hacıyеvin və bir sıra digər müəlliflərin əsərlərində yüksək dağlıq bitkiliyinin 
еkоsistеmi tədqiq еdilmişdir ki, bu da çay dərələrinin subalp və alp sahələrini də 
əhatə etmişdir [1].
Vitaker və digərləri [17; 18] Klimaks metodunun əsasında qeyd etmişlər ki, 
bitki örtüyünün yayılması mozaika şəklindədir. Bu nəzəriyyə “tək ictima” nəzəriyyəsi 
adı altında məşhurdur. Onun əsasında bu fikir durur ki, bitki örtüyü daşın xırda 
tikələri kimi müxtəlif şəkillərdə mozaikanın daxilində təkrar olunur.
Küçler assosiasiyaların təsnifatında bitkilərin həyati formalarının mühüm rol 
oynadığını qeyd etməklə, fizionomik (zahiri görünüş), dinamik, flora və nəhayətdə 
bitkilərin mühitlə qarşılıqlı əlaqəsinin nəzərə alınmasını vacib sayır [13].
Tarixdə botaniki tədqiqatlar floristik [3] və ya bitki örtüyünün [15] təsnifatının 
izahında təbii və əsasi rol oynayır. 


179 
Hanson və Churchill-ə (1961) görə [11], assosiasiyaların təsnifatında bir və ya 
bir neçə flora amili və ekoloji əlaqələr nəzərə alınmalıdır.
Cənubi Avropa və ya Sürix Monpelye metodu Bran Blanke vasitəsi ilə izah 
edilmişdir ki, ona Siqmatizm metodu da deyilir. Bu metodda bitki örtüyünün 
assosiasiyalarının təsnifatı flora tərkibinə görə aparılır. Bran Blanke metodunda 
(Surix Monpelye ya Siqmatism metodu) bitki assosiasiyalarının tanınması növ 
tərkibinin əsasında həyata keçirilir və assosiasiyaların təsnifatını təyin etmək bitki 
qruplaşmalarının taksonomiyasında mühüm amil hesab olunur [9]. 
Kəmiyyət analizində bitki növlərinin tərkibi tədqiqatın əsasıdır və Bran Blanke 
metodu [9] da o istiqamətdədir. Kəmiyyət və yarımkəmiyyət metodlarından istifadə 
etməklə, bitki örtüyünün homogenliyi, əvvəlcə bitkilərin zahiri şəkli əsasında və 
sonra da bitki növlərinin dominant olması cəhətindən təyin olunur. Bran Blanke 
metodında bitki cəmiyyətlərinin təsnifatının vahidi assosiasiyadır ki, o, özünəməxsus 
bitki növlərinin tərkibi ilə təyin olunur. 
Bizim tədqiqatlarda əvvəlcə görünüş ya fizionomika əsasında bitki tipləri bir-
birindən ayrılıb təyin olunmuşdur. Tədqiqat ərazisi zahiri şəkli cəhətindən homogen 
qismətlərə yəni formasiya sinfilərinə bölünmüşdür. 
Məntəqənin tiplərini və formasiya sinfilərini təyin edəndən sonra dominant 
növlərin əsasında formasiyalar təyin olunur [13].
Tip, formasiya sinfi və formasiyaları ayırmaq və onların arealını hesablamaq 
üçün GİS sistemindən istifadə edilmişdir.
Təcrübə sahələrinin təsnifatında Jakard oxşarlıq indeksindən istifadə 
edilmişdir, çünki bu indeks başqa indekslərə nisbətən daha çox istifadə olunur. Jakard 
indeksi təcrübə sahələrinin oxşarlığını və onlar arasında korrelyasiyanı göstərir. 
Ondan sonra klaster analizindən istifadə edildi və Vardın minimum variasiya metodu 
ilə müxtəlif assosiasiyalar müəyyən olundu. 
Vardın minimum variasiya metodu [16] (bu metod səmərəli hesab edilir, çünki 
onun nəticəsində bir-birinə oxşar qruplar yaranır, bu metod ekoloji baxımdan 
mənalıdır) təcrübə sahələrinin təsnıfatında ən yaxşı metoddur ki, onun vasitəsi ilə 
müxtəlif fasilələrdə 5, 6 və 7 qrup təyin etmək olar.
Tədqiqat ərazisində bitki örtüyünün öyrənilməsi nəticəsində 60 fəsilə, 211 
cinsə aid olan 303 bitki növü aşkar edilmişdir. Floranın zənginliyi ekoloji şəraitin 
münasibliyini göstərir, bu məsələ iqlim və torpağın müxtəlifliyindən irəli gəlir. 
Raunkiyerin təsnifat metodundan istifadə olunmaqla öyrənilən növlərin həyati 
formaları da təyin edilmişdir. Bu metodın əsasında hemikriptofitlərin daha çox növü 
özündə birləşdirdiyi (142 növ və ya 46.86%) məlum olmuşdur, yəni bu məntəqənin 
fitoiqlim, yaxud bitkilik iqlimi hemikriptofitik iqlimidir ki, iqlimin mötədil və 
yarımquraqlıq olduğunu göstərir. 
Yuxarıda qeyd edilmişdi ki, assosiasiyalar iki amilə: yəni növlərin fidellik və 
sabitliyinə görə tanınır. Bir qrupun daxilində bir növün davamlılıq və sabitlik indeksi 
həmin növün mövcud olduğu təcrübə sahələrinin sayı ilə hesablanır. Fidellik indeksi 
bir növün yalnız bir və ya bir neçə assosiasiyaya bağlı olmaq dərəcəsini göstərir və 
müxtəlif şəkillərdə görünür (Cədvəl 1.). 


180 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin