INFLUENCE OF CULTIVATION FACTORS ON THE STRUCTURAL
ELEMENTS OF THE WINTER CEREALS
Sh.H.Ahmedov
Azerbaijan Research Institute of Crop Husbandry
The article confers about the influence of the growing factors on the structural
elements of the intensive winter wheat crops Azametly-95 and Aran. According to the
results, the highest indexes for the both varieties were obtained by sowing 4,0 million
germinating seeds per hectare in the first decade of November and in the third
decade of October on the background of N
60
P
40
+ 15 tons manure.
UOT 631;631.58;631.582
SƏLƏF, QİDALANMA ŞƏRAİTİ VƏ SƏPİN NORMASININ PAYIZLIQ
BUĞDA SORTLARINDA DƏNİN FİZİKİ XÜSUSİYYƏTLƏRİ VƏ SƏPİN
KEYFİYYƏTİNƏ TƏSİRİ
A.M.ƏLİYEV
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, AZ1098, Pirşağı qəs. Sovxoz 2, Bakı
Məqalədə sələf, qidalanma və səpin normasının payıxlıq yumşaq buğdanın Azəri
və Əkinçi 84 sortlarının dəninin fiziki öüsusiyyətləri və səpin keyfiyyətinə təsirinin
tədqiqindən bəhs edilir.
Açar sözlər:
payızlıq buğda, sələf, səpin norması, gübrə norması, şüşəvarilik,
cücərmə enerjisi, cücərmə qabiliyyəti
Ключевые слова:
озимая пшеница, предшественник, норма высева, норма
удобрения, стекловидность, енергия прорастания, прорастание
Key words:
winter wheat, predecessors, sowing rate,fertilizer rate, vitreousness,
germination energy, germination
Hələ çox qədimdən sortların yaxşılaşdırılması ilə məşğul olmuş xalq
seleksiyaçıları məhsuldarlığı artırmaq məqsədi ilə iri, sağlam, açıq rəngli, qurluşca
bir-birinə oxşar, yüksək həyat qabiliyyətinə malik sağlam toxumları seçmiş əkin
materialı kimi istifadə etmişlər.
408
XX əsrin sonlarında görkəmli təbiətşünas Həsən bəy Zərdabi dənli bitkilərin
toxumlarının seçilib becərilməsinə, onların aqrotexnikasına böyük diqqət yetirmiş,
onun əldə etdiyi buğda, arpa və ağ darı sortlarının toxumları 1889-cu ildə Tiflisdə
açılmış kənd təsərrüfatı sərgisində nümayış zamanı xüsusi diplom və medala layiq
görülmüşdür.
Ədəbiyyat məlumatlarına görə buğda bitkisi dünya əhalisinin qida kalorisinə
olan təlabatının demək olar ki, 20%-ni təmin edir və yer kürəsində məskunlaşan
insanların 35%-nin əsas qida mənbəyini təşkil edir.
ABŞ və digər inkişaf etmiş ölkələrdə bu istiqamətdə geniş tədqiqatlar aparılaraq
müxtəlif aqroekoloji şəraitiə uyğun, yüksək dən məhsuluna və texnoloji keyfiyyət
göstəricilərinə malik buğda bitkisinin modeli işlənib hazırlanmışdır.
Görkəmli seleksiyaçı P.P.Lukyanenko (1973) qeyd etmişdir ki, yeni sortun
yaradılması hər şey demək deyil, kəndliyə sortu əsas becərilmə xüsusiyyətləri haqda
biliklərlə birgə çatdırmaq lazımdır [1].
Bu fikri bir çox tədqiqatçılar təsdiq edir. Payızlıq buğdanın məhsuldarlığını
artırmaq üçün tətbiq olunan aqrotexniki tədbirlər kompleksində ən elverişli səpin
müddəti və normasını düzgün təyin etməyin böyük əhəmiyyəti vardır [2; 3; 4].
Məhsuldarlığı müəyyənləşdirən ən əsas aparıcı göstəricilərdən biri də 1000
dənin kütləsidir. Bu göstərici əsasən genetik determinasiyaya malik olsa da xeyli
dərəcədə torpaq iqlim şəraitindən asılıdır [5; 6].
Vebyakin В.М. və digərləri çox ciddi sürətdə qeyd edirlər ki, dənin şüşəvariliyi
və dəndə zülalın miqdarı çox vaxt bitkinin becərilmə şəraitindən asılı olur.
Son zamanlar dünyada ərzaq qıtlığının baş verməsi nəticəsində taxılın və taxıl
məhsullarının qiyməti xeyli bahalaşmışdır.
Bu proseslərin qarşısını almaq üçün ölkəmizdə taxıl bolluğu yaratmaq və ərzaq
təhlükəsizliyinitəmin etmək məqsədi ilə vahid əkin sahəsindən daha yüksək məhsul
istehsal edilməsi fermerlərin qarşısında duran vacib məsələlərdən biridir.
Bunları nəzərə alaraq tədqiqatımızın əsas məqsədi Qarabağ düzənliyinin boz-
çəmən torpaqlarında becərmə üsullarının yeni intensiv payızlıq buğda sortlarının dən
məhsuldarlığı və toxum çıxımına təsirinin öyrənməsi olmuşdur.
Payızlıq buğda sortlarından yüksək dən və kondisiyalı toxum məhsullarının
alınmasını təmin edən əsas nizamlanan amillərin (sələf, səpin norması və qidalanma
şəraiti) öyrənilməsi məqsədi ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində
fermer təsərrüfatında tarla təcrübəsi qoyulmuşdur.
Tədqiqatımızın əsas məqsədlərindən biri də sələf, səpin norması və qidalanma
şəraitinin dənin fiziki xüsusiyyətlərinə və səpin keyfiyyətinə təsirinin
öyrənilməsiolmuşdur.
Yüksək məhsulun alınması ilə yanaşı dənin fiziki xüsusiyyətləri və səpin
keyfiyyətlərinin yaxşılaşması üçün sələfin, qida şəraitinin və səpin normalarının
düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir (Cədvəl).
|