434
Azərbaycanda qarğıdalıçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən ən gəlirli
sahələrindən biri hesab olunur.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu bitki olduqca böyük
potensial imkanlara malikdir.
Qarğıdalı xalq təsərrüfatının
müxtəlif sahələrində ərzaq, yem və texniki
məqsədlər üçün istifadə olunur. Qarğıdalı çoxtərəfli istifadə olunan xüsusiyyətlərə
malikdir. Onun yüksək qidalılığı zəngin kimyəvi tərkibə malik olması ilə bağlıdır.
Respublikamızda torpaq-iqlim şəraiti qarğıdalıdan yüksək və keyfiyyətli məhsul
alınmasına imkan verir.
Ümumiyyətlə, kənd təsərrüfatı bitkillərinin o cümlədən qarğıdalının
məhsuldarlığı və keyfiyyəti sortdan, torpaqdan, iqlim şəraitindən
və tətbiq olunan
aqrotexniki tədbirlərdən çox asılıdır.
Bütün bunlar üçün qarğıdalının bioloji xüsusiyyətləri və becərilmə
texnologiyasını öyrənmək tələb olunur.
Yer kürəsində elə bir ölkə yoxdur ki, orada qarğıdalıdan istifadə edilməsin.
Dünya miqyasında 139 milyon hektardan çox dən məhsulu üçün qarğıdalı
becərilir.
Ölkəmizdə qarğıdalının öyrənilməsi üçün geniş tədqiqat işləri aparılmışdır,
lakin zaman keçdikcə bu bitkinin sort və hibridləri təzələnmış, becərmə texnologiyası
dəyişmişdir.
Respublikamızda istər kənd təsərrüfatının, istərsə də sənayenin daxili
təlabatının tam ödənilməsi məqsədi ilə qarğıdalı bitkisinin əkin sahəsinin və
məhsuldarlığının artırılması zəruridir.
1980-ci ilərdə qarğıdalının əkin sahəsi 100 min hektar olduğu halda, bu gün bu
bitkinin əkin sahəsi və məhsuldarlığı xeyli azalmışdır. Son vaxtlar məhsuldar
sortların və hibridlərin yaradılması bu bitkidən daha yüksək və keyfiyyətli dəni və
silos kütlə alınmasını təmin edir.
İlk vaxtlar qarğıdalı bir bağçılıq və bostan bitkisi kimi becərilirdi, ondan sonra
yetişməmiş halda sütül bişirib istifadə edilirdi. Qarğıdalının mənşəyi haqqında çox
müxtəlif
fərziyyələr mövcuddur, lakin nisbətən dəqiq məlumat alaraq mənşəyi
Meksika sayılır. Azərbaycana qarğıdalının haradan gətirilməsi haqqında dəqiq
məlumat yoxdur, belə güman edilir ki, qarğıdalı Gürcüstandan gətirilmişdir. Şəki-
Zaqatala bölgəsində əkilən yerli sortların bir sıra ümumi xüsusiyyətləri Gürcüstanda
becərilən sortlara çox oxşayır, xüsusilə sortların uca boylu olması, 1000 dənin kütləsi
və s.
Dünyamalıyev S.A. və [5] göstərirlər ki, Əkinçilik
institutunda uzun illər
ərzində aparılmış tədqiqatla seleksiya işləri nəticəsində təsərrüfat qiymətli əlamətlərə
malik həm dən, həm də yemlik istiqamətli sortlar o cümlədən Zaqatla-68 sortunun
vegetasiya müddəti 111 gün, bitkinin boyu 316 sm, yarpaq sayı 16 ədəd, qıcanın
uzunluğu 24 sm, qıçanın dən çıxımı 81,4%, 1000 dənin kütləsi 335 qr, məhsuldarlığı
65,9 s/ha olmuşdur. Şəki rayonunun suvarma şəraitində tədqiqat nəticəsində müəyyən
etmişlər ki, gübrəsiz variantda Zaqatala-68 qarğıdalı sortunun 1000 dənin kütləsi
359-382 qr, məhsuldarlığı 61-71,6 s/ha arasında dəyişmişdir.
435
Musayev Ə.C; Təlai C.M. [1] qeyd edirlər ki, qarğıdalı hər hektar sahədən 50-
60 dən və 500-600 s yaşıl kütlə məhsul götürüldükdə torpaqdan 150-180 kq azot, 50-
60 kq fosfor və 150-160 kq kalium aparır.
Bu məqsədlə qarğıdalı əkilən sahəyə 30-40 ton üzvi gübrə, 150 kq fosfor, 90
kq kalium şum altına azot gübrəsi isə səpindən sonra becərmədən əvvəl yemləmə
şəkilində verilmişdir.
Məmmədova P.M; Rzayev M.Y. [4] - Abşeronun suvarma şəraitində 2012-
2014-cü illərdə apardıqları tədqiqata əsasən göstərirlər ki, hektarda bitkilərin sayı
artdıqda qarğıdalının inkişafı ləngiyir,
ən yüksək böyümə, inkişaf və məhsuldarlıq
N
130
P
100
+20 ton peyin fonunda hektara 41 min bitki olmaqla 70 X 20 sm sxemində
aparılan səpinlərdə müşahidə edilmişdir.
Akademik Xadjinov M.H. [3] tədqiqatında ilk dəfə ölkədə qarğıdalıda zülalın
keyfiyyətinin yaxşılaşdırılması üçün seleksiya işinə başlamışdır. Qarğıdalının genetik
xüsusiyyətlərini öyrənməklə hibrid qarğıdalının müxtəlif sortlarının Meksika və Latın
Amerikasında 1930-cu ilə qədər öyrənilmədiyini izah etmişdir. 1966-cı ildə mutasiya
Opeyk-2 yaranmış nəticəsində ehtiyyat zülalın fraksiya tərkibinin dəyişməsi
endospermoda lizinin artmasına səbəb olmuşdur.
Əliyev S.C, Behbudova S.P. [6] yazırlar ki, qarğıdalı yağı ən yaxşı və
keyfiyyətli bitki yağıdır. Aparılmış təcrübələrlə sübut etmişlər ki, qarğıdalı yağı
istifadə edən yaşlı insanların orqanizmində cavanlaşma prosesi gedir. Qarğıdalıda
keyfiyyətli texniki spirt, yağ lak, qənd və sabun alınır.
Cəfərov M.İ. [7-8] yazır ki, sortun başlıca göstəricisi olan məhsuldarlığın ona
təsir edən amillərdən asılı olduğunu, aqrotexniki qaydalara əməl olunduqda k/t
bitkiləri, o cümlədən qarğıdalı rütubət; qida maddələri; günəşdən daha səmərəli
istifadə edərək öz məhsuldarlığını yüksəltmişdir.
Bu mənada qarğıdalının
mənşəyini, biologiyasını, yayılmasını, becərmə
texnologiyasını, xalq təsərrüfatı əhəmiyyətini, botaniki xüsusiyyətlərini öyrənmədən
bu bitkidən yüksək və keyfiyyətli məhsul almaq olmaz. Yuxarıda göstərilənləri
nəzərə alaraq biz tədqiqatımızda Zaqatala rayonunun nəmliklə təmin olunmuş dəmyə
şəraitində, qarğıdalının dən üçün becərilməsində əsas amillərin (bitki sıxlığı,
qidalanma şəraiti və cərgəarası becərmə) elmi cəhətdən öyrənilməsi və
əsaslandırılaraq fermerlərə iqtisadi cəhətdən sərfəli tövsiyələrin verilməsini qarşıya
məqsəd qoymuşuq.
Tədqiqat işi ƏET İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasının Pərzivan
sahəsində Zaqatala-68 sort ilə aparılmışdır. Ərazinin torpaqları
əsasən çəmən-dağ
torpaqları olub, humusun miqdarı 2,56 %, ümumi azot 0,17 %, ümumi fosforun
miqdarı 22,7% təşkil edir. Təcrübə sahəsində qarğıdalı səpini aprelin 3-cü
ongünlüyündə aparılmışdır.
Qarğıdalı dəni almaq üçün 3 amilli (2 x 3 x 3) tarla təcübəsi aşağıdakı sxemdə
aparılmışdır. Səpin hektarda 41 min bitki olmaqla 70 x 35 sm, hektarda 47 min bitki
olmaqla 70 x 30 sm, hektarda 57 min bitki olmaqla isə 70 x 25 sm sxemdə
aparılmışdır.
Gübrə normaları üzrə Gübrəsiz, N
140
P
100
+20 ton peyin və N
180
P
120
K
60
variantları öyrənilmişdir. Peyin, fosfor və kalium gübrələrinin hamısı şum altına
436
verilmişdir. Azot gübrəsinin isə 30 %-i səpinqabağı, qalan hissəsi isə cərgəarası
becərmələrdə verilmişdir. Bitki sıxlığı və qidalanma şəraiti cərgəarası 2 dəfə becərmə
və dibdoldurma variantında öyrənilmişdir.
Dostları ilə paylaş: