476
Məlumdur ki, torpağın fiziki vəziyyətinin dəyişməsi su, hava (qaz)
və qida
rejimlərini şərtləndirir. Torpağın su-hava rejiminin pisləşməsi bitkinin kök sisteminin
inkişafının, qaz mübadiləsinin, rizosferdə mikroorqanizmlərin
həyat fəaliyyətinin
pisləşməsinə və bütövlükdə bitkilərin məhsuldarlığının azalmasına səbəb olur.
Aqrofiziki nöqteyi-nəzərdən fiziki vəziyyəti optimala yaxın olan torpaqda onun
həyata keçirdiyi bütün funksiyaların stabil balansı və bitkilərin dayanıqlı
məhsuldarlığı təmin olunur.
Cədvəl 2.
Torpağın şum və şumaltı qatlarının aqrofiziki vəziyyət göstəriciləri
Torpaq qatı,
sm
AFİ
NAFİ
K
gd
"
inis
X
ρ
b
ɛ
t
AQA
>0.25sd
Buğda
0-25
0.88
0.68
1.01
83.07
85.63
90.17
81.93
25-50
0.94
1.16
89.17
89.66
91.97
70.74
Arpa
0-25
0.86
0.71
4.50
88.02
84.55
93.87
59.43
25-50
0.93
1.08
88.82
89.51
92.83
68.91
Apardığımız tədqiqatlara
əsasən demək olar ki, Dağlıq Şirvanın alçaqdağlıq
hissəsinə aid olan quraq dəmyə şəraitli tədqiqat ərazinin taxıl aqrosenozunda
bitkilərin boruyaçıxma-sünbülləmə inkişaf fazasında açıq-şabalıdı torpağın
şum və
şumaltı qatları zəif və orta fiziki vəziyyətlə (AFİ = 0.86-0.94) xarakterizə olunur.
2014-2015 vegetasiya ilində taxıl aqrsenozunda dən məhsulunun formalaşması
dövründə iqlim şəraiti orta çoxilliklə müqayisədə kəskin fərqlənmişdir. Belə ki,
noyabr-iyul aylarında 323.0 mm-ə qarşı (orta çoxillik) 206.5 mm yağıntı düşmüşdür
ki, bu da ortaçoxilliklə müqayisədə 63.9 % təşkil edir. Yağıntının 90.6 faizi noyabr-
aprel aylarına təsadüf edir. May-iyun aylarında cəmi 17.5 mm yağıntı düşmüşdür ki,
bu da orta çoxilliklə müqayisədə 69.5 mm azdır və ümumi yağıntının 8.5%-ni təşkil
edir. Vegetasiya dövrünün quraq keçməsinə baxmayaraq bölgə üçün ekoloji-plastik
Qobustan yumşaq buğda və Cəlilabad 19 arpa sortlarının dən məhsulu uyğun olaraq
45-50 və 30-35 s/ha intervalında dəyişmişdir. Yəni torpaq-iqlim
şəraitinə uyğun
olaraq bölgə üçün tövsiyə olunmuş aqrotexniki üsulların tətbiqi ilə torpağın mövcud
aqrofiziki vəziyyəti taxıl aqrosenozunun faktiki məhsuldarlıq səviyyəsini təmin
etmişdir.
Dostları ilə paylaş: