479
Hal-hazırda Əkinçilik Elmi Tədqiqat İnstitutu tərəfindən yaradılmış
yeni intensiv
yumşaq buğda sortlarının potensial məhsuldarlığı hektardan 70-80 sentner dən
məhsulu verməyə qadirdir. Lakin çox müxtəlif torpaq-iqilim şəraitinə malik olan
respublikamızda bu sortların qida maddələrinə təlabatı ətraflı öyrənilməmişdir.
Bir çox tədqiqatçıların məlumatına görə [1-3]
azot və fosfor gübrəsinin
səmərəliliyi, bitkinin azot, fosforla təmin olunmasından asılıdır. Fosfor və kalium
qidası çatışmadıqda azotun səmərəliliyi azalır, dənin keyfiyyəti aşağı düşür.
Tədqiqatçıların məlumatına görə [5-8] buğda bitkisinin məhsuldarlığı,
gübrələrin
norma və nisbətlərindən, bitkinin nəmliklə təmin olunma dərəcəsindən
asılıdır. Nikitişen V.İ.-nin [3] məlumatına görə hektara N
60
gübrə normasında nəmlik
çatışmadıqda hər hektarın məhsuldarlığı 29,5 sentner olduğu halda normal nəmlikdə
məhsuldarlıq 38 sen/ha olmuşdur. Optimal qida rejimində (N
60
P
60
K
60
) isə
məhsuldarlıq hər hektardan 46,1-48,1 sentner olmuşdur.
Azotun mənimsənilməsi, gübrə normalarının məhsuldarlığa
təsirində də oxşar
nəticələr bəzi tədqiqatlarda da alınmışdır [4-5]. Umarov M.M. [7] məlumatına görə
nəmliklə təmin olunmuş Dağ-meşə qəhvəyi torpaqlarda tək azot gübrəsi (N
90
)
verildikdə payızlıq buğdanın məhsuldarlığı hektardan 36 sentner olduğu halda azot,
fosfor (N
90
P
90
) gübrələrinin tətbiqində hər hektardan 39,7 sentner dən məhsulu, azot,
fosfor və kalium (N
90
P
90
K
60
) gübrələrinin tətbiqində isə 5 ildə orta hesabla hər
hektardan 43,1 sentner dən məhsulu yığılmışdır.
Oxşar nəticələr bəzi tədqiqatçıların [8] suvarılan
boz-qonur torpaqlarda
apardıqları tədqiqat nəticələrində də alınmışdır. İ.M.Hacıməmmədov və S.R.Vəliyeva
[8] məlumatına görə tək azot (N
90
) gübrəsi verilən variantda yerüstü biokütlə ilə
aparılan azotun miqdarı tədqiqat illərindən asılı olaraq 84,04-92,55 kq/ha olduğu
halda azot, fosfor və kaliumun (N
90
P
60
K
60
; N
120
P
60
K
60
) norma və nisbətlərindən asılı
olaraq yerüstü biokütlə ilə aparılan azotun miqdarı 142,29-159,73 və 171,125-182,21
kq /ha olmuşdur. Dəndə zülalın miqdarı (N
120
P
60
K
60
) gübrə normasında daha yüksək
11.23-13,40% olmuşdur.
Bir çox tədqiqatçılara [4;6;8] görə payızlıq buğda
bitkisinin yerüstü biokütlə
məhsulu ilə aparılması (azotun mənimsənilməsi) sələf bitkisindən, torpaq-iqlim
şəraitindən, mineral gübrələrin norma və nisbətindən asılıdır.
Fosforun ayrı-ayrı bitkilərin vegetativ və generativ orqanları arasında
paylanmasına dair Miniyevin [9] tədqiqatlarında maraqlı nəticələr alınmışdır.
Müəllifin məlumatına görə bitkidə zülalın əmələ gəlməsində fosfor azotla sıx əlaqəli
təsirə malikdir. Bitkilərin ayrı-ayrı orqanlarında fosforun paylanması
azotla eyni
qanuna uyğunluğa tabedir. Bir çox bitkilərdə: buğda, qarğıdalı, arpa, yem noxudu,
soya və sairə dəndə fosforun miqdarı küləşdən 3-6 dəfə, yalnız qarabaşaqda əksinə
küləşdə dənə nisbətən 6-7% çox olur.
Tədqiqat işinin məqsədi Abşeronun boz-qonur torpaqlarında mineral gübrələrin
norma və nisbətlərinin “Qobustan” yumşaq buğda sortunun məhsuldarlığına,
məhsulun keyfiyyətinə və gübrədən azotun mənimsənilməsinə
təsirinin öyrənməsi
olmuşdur.
Sahə təcrübələri 2011-2014-cü illərdə Abşeron Yardımçı Təcrübə təssərrüfatının
boz-qonur torpaqlarında aparılmışdır. Təcrübə hər bölmənin sahəsi 60 m
2
olmaqla 4
480
təkrarda aparılmışdır. Səpin bölgə üçün tövsiyyə olunan vaxtda hər hektara 5 mln.
cücərən dən hesabı ilə aparılmışdır.
Dostları ilə paylaş: