525
Məqalədə Respublikanın müxtəlif bioiqlim zonalarında allüvial-hidromorf
torpaqların morfogenetik diaqnostikasının formalaşmasına əhəmiyyətli təsir
göstərən təbii fitosenozlarda azotun və kül elementlərinin miqdarının
öyrənilməsindən bəhs edilir. Bitkilərin fitokütləsinin kəmiyyəti ilə azotun və kül
elementlərinin faiz miqdarının hesablanması əsasında bitkilərin yerüstü və kök
hissəsindən 1 ha torpaq sahəsinə daxil olan ayrı-ayrı kül elementlərinin və azotun
ehtiyatı müəyyən edilmişdir.
Açar sözlər:
allüvial-hidromorf torpaqlar, təbii fitosenozlar, azot, kül
elementləri, yerüstü kütlə, kök kütləsi
Ключевые слова:
аллювиально-гидроморфные почвы,
естественные
фитоценозы, зольные элементы, надземная часть, корневая часть
Key words:
alluvial-hydromorph soils
,
natural fitoshenoses, nitrogen,
elements of ashes, the aerial part, root maas
Müxtəlif torpaq tiplərinin genetik xüsusiyyətlərinin, torpaq profilinin və
münbitlik parametrlərinin formalaşmasına köklü təsir
göstərən bitki örtüyünün
fitokütləsi ilə bərabər, azotun və kül elementlərinin miqdarına və tərkibinə aid
kifayət qədər ədəbiyyat mənbələri mövcuddur. Müəyyən edilmişdir ki, torpağın
üzvi akkumulyativ hissəsi, bitkilərin canlı və qurumuş şəkildə olan fitokütləsindən
(yerüstü və kök kütləsindən) torpaqdakı mikroorqanizmlər və digər canlılardan,
onların parçalanma məhsulu olan üzvi-mineral birləşmələrdən ibarətdir. Ayrı-ayrı
torpaq tiplərinin tam genetik xüsusiyyətləri, nomenklaturası və sistematikasının
dəqiqləşdirilməsi üçün bitki
örtüyünün fitokütləsindən, həmçinin kül elementləri
tərkibinin öyrənilməsi birinci dərəcəli əhəmiyyətə malikdir [2; 4; 7; 8; 9; 10; 11].
Lakin, çay subasarlarının allüvial-hidromorf torpaqlarının təbii fitosenoz
bitkilərində azotun və kül elementlərinin miqdarı və tərkibi zəif öyrənilmişdir [1;
3; 6; 12].
Azərbaycanda az tədqiq edilməsini və allüvial-hidromorf torpaqların genetik
xüsusiyyətlərinin formalaşmasında və xüsusən üzvi-mineral maddənin toplanma-
sında mühüm rolunu nəzərə alaraq Qanıx-Əyriçay vadisində, Kür çayı subasarında
və Quba-Xaçmaz massivində çəmən-ot bitkilərinin fitokütləsinin (yerüstü və kök
kütləsinin), həmçinin ağac bitkilərində meşə döşənəyinin miqdarı
müəyyən
edilmişdir. Tədqiqatlar çəmən-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və
çəmən-qəhvəyi torpaqlar üzrə seçilmiş tədqiqat məntəqələrində aparılmışdır. Çə-
mən-ot bitkilərinin qeydiyyatı (uçotu) tam inkişafının çiçəklənmə dövründə (may-
iyun aylarında) müəyyən edilmişdir. Ot bitkilərinin yerüstü hissəsi torpaq səthinə
qədər 50x50 sm
2
ölçüdə biçməklə və kök kütləsi isə 25X25x20 sm
3
ölçüdə; 0-20,
20-50 sm dərinlikdə 3 təkrarda təyin edilmişdir. Meşə döşənəyi xəzəlinin
miqdarının ölçüsü 50x50 sm
2
olan 3 təkrarda öyrənilmişdir [1].
Bitkilərin fitokütləsində azotun təyini –
Keldel metodu, Si, Al, Fe, Ca, Mg,
Mn bitkilərin quru yanma külündən adi kimyəvi metodla, K, P, S isə bitkilərin yaş
yanma məhlulunda, kalium - spektral, kükürd – çəki və fosfor – kalorimetrik
metodla təyin olunmuşdur.
526
Analiz nəticələrinin müqayisəli təhlili zamanı müxtəlif torpaqlarda və
bioiqlim şəraitində inkişaf edən çəmən-ot bitkilərində azotun və kül elementlərinin
miqdarı və həmçinin kimyəvi tərkibi fərqli xüsusiyyətlərə malik olması müəyyən
edilmişdir. Belə ki, Qanıx-Əyriçay vadisinin çəmən-ot
bitkilərinin yerüstü
fitokütləsində kül elementlərinin miqdarı 3,74-4,98% təşkil etdiyi halda, Kür çayı
subasarının çəmən-ot bitkilərində onun miqdarı 5,98-7,04%-ə qədər artır (cədvəl
1).
Ədəbiyyat mənbələrində qeyd olunduğu kimi, şimal regionlarından
başlayaraq quru bozqır zonaya kimi çəmən-ot bitkilərində kül elementlərinin
miqdarı 2-4 %-dən 5-12 %-ə qədər artır [2; 3; 9].
Qanıx-Əyriçay vadisinin cil-cığ, çəmən-bataqlıq bitkilərinin yerüstü
kütləsində kül elementlərinin miqdarı az (1,92-2,34 %) olmasına baxmayaraq, azo-
tun miqdarı 1,75-2,35 %-ə qədər artır. Çəmən-ot bitkilərinin yerüstü kütləsində isə
kül elementlərinin miqdarının xeyli artması (3,74-4,98%) ilə bərabər, azotun
miqdarında da (1,24-2,03%) kifayət qədər stabillik nəzərə çarpır. Həmçinin çəmən-
bataqlıq
bitkilərinə nisbətən, çəmən-ot bitkilərinin yerüstü kütləsində Si (0,82-
1,62%), Ca (1,07-1,37%) və K-un (0,83-1,16%) 1,5-2,0 dəfə artması müəyyən
edilmişdir. Lakin, bitkilərin kök hissəsində azotun nisbətən azalması (0,81-1,16%)
müşahidə olunur. Göstərilən fitosenozların yerüstü kütləsi Al (0,05-0,13 %) və Fe
(0,03-0,09%) elementləri ilə çox zəif təmin olunmuşdur. Əksinə kök hissəsində Al
(0,37-0,64%) və Fe-un (0,34-0,46%) kəskin artması analiz nəticələrindən aydın
görünür.
Qeyd etmək lazımdır ki, L.N.Bıkova və N.Q.Zırin [3] tərəfindən Mərkəzi
Rusiya düzənliyi Klyazma çayı subasarının allüvial-çəmən və çürüntülü-qleyli
torpaqlarında bitkilərin yerüstü kütləsinə nisbətən, kök hissəsində Al (0,50-0,73%)
və Fe-un (0,74-1,01%) 5-10 dəfə artması müəyyən edilmişdir.
Əvvəldə qeyd etdiyimiz kimi, arid bioiqlim şəraitinə malik Kür çayı
subasarının çəmən-bataqlıq və çəmən-ot bitkilərində kül elementlərinin miqdarının
istər yerüstü (5,91-7,04 %) və istərsə də kök hissəsində (4,04-5,75 %) xeyli artması
müəyyən edilmişdir. Bitkilərin yerüstü hissəsində azotla (1,88-3,29%) yanaşı Si
(1,67-2,16%), Ca (1,41-1,86%), xüsusən K (1,14-2,59%) və Na-un (0,24-0,38%)
kifayət qədər artması analiz nəticələrindən aydın görünür. Lakin, gözlənildiyi kimi
bitkilərin kök hissəsində azotun və kül elementlərinin nisbətən azalması müşahidə
olunur.
T.Y.Mixitarova, T.S.Cəfərova [10], İ.A.Şipanova [11]
tərəfindən Şərqi
Şirvan bölgəsinin yabanı yonca və biyan bitkilərinin yerüstü kütləsində kül
elementlərinin (6,67-6,95%) və azotun miqdarının yüksək (4,63-5,42%) olması və
kök hissəsində isə xeyli azalması (3,92-4,12 %) müəyyən edilmişdir.