Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə329/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   325   326   327   328   329   330   331   332   ...   352
 
UOT631.6:54
ТƏBİİ SEOLİT MİNERALININ GÜBRƏLƏRLƏ BİRLİKDƏ 
VERİLMƏSİNİN PAMBIQ BİTKİSİ ALTINDA TORPAĞIN TƏBİİ 
NƏMLİYİNƏ TƏSİRİ 
 
H.Ə.ASLANOV, a.e.d., prof., N.V.HÜSEYNOV, dissertant 
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
 
azhas@rambler.ru 
 
Təqdim edilən məqalədə təbii seolit mineralının tərkibi, onun kənd təsərrüfatın-
da əhəmiyyəti öz əksini tapmışdır. Tədqiqatda müəyyən edilmişdir ki, təbii seolit və 
peyin zəminində mineral gübrələrin pambıq bitkisi altında tətbiqi torpağın 0-60 sm-
lik qatında təbii nəmliyi əhəmiyyətli dərəcədə artırır.Bunun isə vegetasiya dövründə 
suvarma suyuna qənaət edilməsin
də,
 suvarmanın vaxtının uzadılmasında, quraqlıq və 
su çatışmayan vaxtlarda bitkinin su ilə təminatında
böyük əhəmiyyəti vardır ki, 
bu da 
sonda məhsuldarlığın yüksəlməsinə səbəb olur.
 
Açar sözlər:
təbii seolit, torpaq, təbii nəmlik, pambıq, boz-qəhvəyi, peyin,
mineral gübrələr 
Ключевые слова:
естенственный цеолит, естенственная влажность, 
хлопчатник, серо-коричневый, навоз, минеральные удобрения 
Key words:
natural zeolite, soil, natural humidity, cotton, grey-brown, manure, 
mineral 
 
Respublikamızda təbii seolitlərin zəngin yataqları vardır. Bu yataqlar əsasən 
Tovuz rayonunda Aydağda, Naxçıvanda və Talış dağlarında yerləşir, ehtiyatları isə 
100 milyon tondan çoxdur. Bu yataqlardan daha çox ehtiyata malik olanı Tovuz ray-


533 
on mərkəzindən 7 km məsafədə yerləşən Aydağdadır. Əsas tərkib hissəsi 60-80% 
SiO
2
, 11-12% Al
2
O
3
, 2,0-6,0 CaO, 2,0-4,0% K
2
O, 0,8-3,5% Fe
2
O
3
, 0,5-4,0% Na
2
O, 
0,4-4,0% MgO, 0,1-0,3% TiO
2
həll olma dərəcəsi 2,1-2,3 q/l, pH 7,6-7,7, xüsusi çəki-
si 2,0-2,2 q/sm
3
, həcm kütləsi 0,8-0,9 q/sm
3
, məsaməlilik 55-60% təşkil edir [4]. 
Seolitlərin tətbiqi nəticəsində torpağın uduculuq qabiliyyəti, müxtəlif kation-
ların, ammoniumun və digər elementlərin miqdarı nəzərə çarpacaq dərəcədə artır. 
Ona görə də seolitlərdən qida maddələrinin torpaqda toplayıcısı və bitkinin boy tən-
zimləyicisi kimi istifadə etmək olar. Seolitlərin gübrələrlə birlikdə torpağa verilməsi, 
bitkilərin gübrələrdən səmərəli istifadə etməsinə yaxşı imkan yaradır, bitkilərin mete-
oroloji şəraitdən asılılığını qismən azaldır, gübrələrin təsirini uzadır [5]. 
Torpaqda lazımı miqdarda rütubətin olmaması torpaqda gedən fiziki-kimyəvi
bioloji proseslərə, torpaq münbitliyinə, bitkinin boy və inkişafına, məhsuldarlığa, qi-
da maddələrinin bitki tərəfindən mənimsənilməsinə və s. təsir göstərir. Buna görə də 
torpaqda əlverişli su rejiminin yaradılması aqronomiyanın ən mühüm vəzifələrindən 
biridir. Kənd təsərrüfatı bitkilərindən o zaman yüksək məhsul götürmək olar ki, tor-
pağın rütubət tutumu onun tarla su tutumunun 60-70%-nə bərabər olsun. Çünki bir 
qram quru maddənin əmələ gəlməsi üçün bir litrə qədər su sərf edilir. Müxtəlif tor-
paqların suya münasibətidə fərqlidir: onlardan bəzisi suyu özündən asan keçirir və 
yaxşı saxlayır, digəri isə özündə uzun müddət saxlaya bilmir. Üçüncü növ torpaqlar 
suyu həm pis keçirir, həm də tez itirir. Odur ki, müxtəlif sahələrə düşən suyun miq-
darı və əhəmiyyəti hər bir konkret şəraitdə müxtəlif olur [2].
Torpaqda nəmliyi saxlamaq, suvarma suyuna qənaət etmək və bitkinin ona olan 
təlabatını ödəmək üçün, torpağın su rejimini nizamlamaq və xüsusilə də onun su sax-
lamaq qabiliyyətini yüksəltmək lazımdır. Aparılan təcrübələrdə aprel-iyun aylarında 
suvarma və dəmyə şəraitlərində payızlıq buğda bitkisi altında, 20-40 sm-lik qatda 
nəmlikdə bir o qədər fərq müşahidə edilməmişdir. Lakin iyul ayında 0-20 sm-lik qat 
güclü quruyur və 20-40 sm-lik qatda nəmlik nəzarətdə dəmyə şəraitində 12,1 %, su-
varma şəraitində isə 13,7 % olduğu halda, seolit verilmiş variantda nəzarətə nisbətən 
hər iki şəraitdə nəmlik müvafiq olaraq 13,9% və 17,0 % olmuşdur [6]. 
Pambıq bitkisi altında torpaqda təbii nəmliyin miqdarı vegetasiya dövründə, su-
varmadan əvvəl 0-10 sm-lik qatda nəzarət variantında yay dövründə 308,6-384,4 
m
3
/ha, 5 t/ha seolit verilmiş variantda bu rəqəmlər artaraq 463,2-509,4 m
3
/ha təşkil 
etmişdir. 20-40 sm-lik qatda nəmliyin miqdarı nəzarət variantında 496,2-513,2 m
3
/ha, 
seolit 5 t/ha variantında isə 603,4-648,6 m
3
/ha arasında olmuşdur. Hər iki qatda nəza-
rətə nisbətən seolit verilmiş variantda daha çox nəmlik müşahidə edilmişdir [7]. 
Dəmyə şəraitində kartof bitkisi altında, əsas inkişaf mərhələlərində 0-25 və 25-
50 sm-lik qatlarda torpaqda təbii nəmlik öyrənilmişdir. Nəzarət variantında qönçələ-
mə mərhələsində 0-25 sm qatda nəmlik 21,3% (2 ildən orta hesabla), seolit 10 t/ha + 
peyin 20 t/ha variantında həmin qatda nəmlik 27,5%, peyin 20 t/ha variantında isə 
nəmlik 22,0% olmuş, təbii seolitin hesabına nəmlik 5,5% artmışdır. Havaların quraq 
keçməsi ilə əlaqədar yığım dövründə nəmlik daha çox azalmışdır. Belə ki, nəzarətv a-
riantında 0-25 sm-lik qatdan əmlik 8,6%, peyin 20 t/ha+N
90
P
90
K
90
-da 9,6%, seolit və 
peyin zəminində N
150
P
150
K
150 
variantında daha çox, 11,3% olmuşdur. Qönçələmə və 
çiçəkləmə dövrlərində 25-50 sm qatda nəmlik, 0-25 sm-lik qata nisbətən aşağı, yığım 


534 
dövründə isə əksinə, nəmlik 0-25 sm qatda azalmışdır. Qeyd etmək lazımdır ki, seolit 
və peyin zəminində bütün variantlarda nəmlik nəzarətə nisbətən 5-6% çox olmuşdur 
[1]. 
Prof. H.Ə.Aslanov tərəfindən boz-qəhvəyi torpaqlarda suvarma şəraitində təbii 
seolit mineralının gübrələrlə birlikdə kartof bitkisi altında torpaq nəmliyinə təsiri 
öyrənilərkən müəyyən edilmişdir ki, yayda yüksək temperaturun təsirindən torpağın 
0-25 sm-lik qatında təbii nəmlik azalır, torpaq səthi quruyur, bitkinin yeraltı kütləsi-
nin çox hissəsi isə həmin qatda yerləşir. Artıq yığım dövründə təbii nəmlik nəzarət və 
digər variantlarda aşağı düşür. Belə ki, yığım dövründə nəzarətdə təbii nəmlik 0-25 
sm-likqatda 9,8-10,2 % vəya 301,4-313,7 t/ha, peyin 10 t/havariantında 10,6-10,8% 
vəya 326,0-332,1 t/ha, peyin və seolitin birlikdə təsirindən bu rəqəmlər 12,7-13,2% 
vəya 390,5-405,9 t/ha-dır. Peyin və seolit zəminində mineral gübrələr verdikdə isə 
nəzərə çarpacaq dərəcədə nəmlik artımı müşahidə edilmişdir. Seolit 5 t/ha+ peyin 10 
t/ha+N
120
P
120
K
120
variantında müvafiq olaraq 13,4-13,7 və ya 412,1-421,3 t/ha olmuş-
dur [3].
Ədəbiyyat məlumatlarına əsasən belə nəticəyə gəlmək olar ki, yüksək uduculuq 
və ion dəyişkənliyinə malik olan təbii seolitin torpağa gübrələrlə birlikdə verilməsi 
torpaqda havalanmanı yaxşılaşdırır, kök sisteminin və bütövlükdə bitkinin normal bö-
yümə və inkişafını təmin edir. Torpaqda nəmliyi saxlamaqla suvarma suyuna qənaət 
edilir, nitratların bitkiyə daxil olması azalır, torpaqda təsir müddəti 3-5 il qalır və 
torpağın şum qatında qida maddələrinin yuyulması azalır ki, nəticədə gübrə itkisinin 
qarşısı alınır, bitkinin gübrədən istifadə əmsalı yüksəlir, bitkinin məhsuldarlığı artırır 
və keyfiyyəti yaxşılaşır. 
Yuxarıda qeyd olunanları nəzərə alaraq tədqiqatın aparılmasında əsas məqsədi 
ilk dəfə olaraq Gəncə-Qazax bölgəsində suvarılan boz-qəhvəyi (şabalıdı) torpaqlarda 
təbii seolit mineralının gübrələrlə birlikdə tətbiqinin pambıq bitkisinin becərilməsində 
səmərəliliyinin öyrənilməsindən ibarət olmuşdur.
Tarla təcrübələri aşağıdakı sxemdə qoyulmuşdur: 1.Nəzarət (gübrəsiz); 2.Peyin 
10 t/ha; 3.Seolit 10 t/ha+peyin 10 t/ha (zəmin); 4.Zəmin+N
60
P
90
K
60
; 5.Zəmin+ 
N
90
P
120
K
90
; 6.Zəmin+N
120
P
150
K
120.
Tarla təcrübələriAzərbaycanETPİ-nin Mərkəzi təcrübə bazasında pambıq bitki-
sinin AzNİXİ-195 sortu ilə 4 təkrarda qoyulmuş, hər variantın ümumi sahəsi 120,0 
m
2
(40x3,0 m) olmaqla, səpin cərgə üsulu ilə 60x15 (1bitki) sm əkin sxemində 
(hektara 60 kq toxum) aparılmışdır. Seolit 100% (3 ildə bir dəfə), peyin 100%, fosfor 
və kalium 80% payızda şum altına, fosfor və kaliumun qalan 20%-i yemləmədə, mü-
vafiq inkişaf mərləsində, cərgəaralarına verilmişdir. Azot isə 2 dəfəyə yemləmə 
şəklində verilmişdir. Fenoloji müşahidələr 25 bitki üzərində, aqrotexniki tədbirlər isə 
bölgə üçün qəbul edilmiş qaydada aparılmışdır. 
Torpaqların aqrokimyəvi xüsusiyyətlərini öyrənmək üçün təcrübə qoyulmazdan 
əvvəl 0-30; 30-60 və 60-100 sm-lik qatlardan götürülmüş torpaq nümunələrində qida 
elementlərinin ümumi və mənimsənilən formalarının miqdarı müəyyən edilmişdir. 
Torpaq nümunələrinin təhlili göstərir ki, bu torpaqlar azotun, fosforun və kaliumun 
məniməsənilən formaları ilə zəif dərəcədə təmin olunmuşdur. pH su məhlulunda 0-30 
sm qatda 7,8, aşağı qatlara getdikcə isə artaraq 60-100 sm-lik qatda 8,4 olmuşdur. 


535 
Ümumi humus, azot, fosfor və kalium 0-30 sm-likqatda 2,15; 0,15; 0,13; 2,39%-dir. 
Lakin aşağı qatlara getdikcə xeyli azalaraq 60-100 sm-lik qatda uyğun olaraq 0,85; 
0,06; 0,07; 1,51% təşkil etmişdir. Udulmuş ammonyak azotu 18,5-6,5 mq/kq, nitrat 
azotu 9,7-2,6 mq/kq, mütəhərrik fosfor 15,8-4,5 mq/kq, mübadiləvi kalium isə 263,5-
105,3 mq/kq arasında tərəddüd etmişdir. 
Götürülmüş torpaq nümunələrində: pH potensiometrdə, ümumi humus İ.V.Tyu-
rinə görə, udulmuş ammonyak D.P.Konyevə, nitrat azotu Qrandval-Lyaju, ümumi az-
ot, ümumi fosfor K.E.Ginzburq və Q.M.Şeqlova, mütəhərrik fosfor B.P.Maçiqin üsu-
lu ilə, ümumi kalium Smit, mübadiləvi kalium P.B.Protasov üsulu ilə alovlu foto-
metrdə və torpaqda təbii nəmlik 105
0
C-də termostatda təyin edilmişdir.
Seolit və peyin zəminində (seolit 10 t/ha+peyin 10 t/ha) mineral gübrə normala-
rının suvarılan boz-qəhvəyi (şabalıdı) torpaqlarda pambıq bitkisi altında tətbiqinin 
torpaqda təbii nəmliyin dəyişməsinə təsiri 2012-2013-cü illərdə öyrənilmişdir. Tədqi-
qatın nəticələri cədvəldə verilmişdir. Torpaq nümunələri 0-30 və 30-60 sm-lik qatlar-
dan qönçələmə, çiçəkləmə və məhsul yığımı mərhələsində suvarmadan əvvəl götürül-
müşdür. Seolit və peyin zəminində mineral gübrə normalarından asılı olaraq təbii 
nəmliyin miqdarının şum və şumaltı qatlarda qanunauyğun olaraq dəyişməsi, mak-
simal miqdarı qönçələmə, minimal miqdarı isə məhsul yığımı mərhələsində müşahidə 
edilmişdir. Tədqiqatlar göstərir ki, təbii seolitin gübrələrlə birlikdə verilməsi nəti-
cəsində torpaqda pambığın inkişaf mərhələlərinin hər birində nəmliyin miqdarı artır 
və bu nəmlikdən də bitki istifadə edir. 
Cədvəldən göründüyü kimi pambığın qönçələmə mərhələsində 0-30 sm-lik qat-
da nəzarət (gübrəsiz) variantında təbii nəmlik 11,3-12,5% və ya 384,4-420,4 t/ha, 30-
60-sm-lik qatda 13,5-14,1 və ya 1134,0-1167,5 t/ha, tam yetişmədə uyğun olaraq 8,5-
9,3% və ya 270,0-297,6 t/ha, peyin 10 t/ha variantında 0-30 sm 12,6-13,6% və ya 
414,8-465,0 t/ha, 30-60 sm-də 10,3-10,8% və ya 324,5-337,5 t/ha, seolit 10 t/ha+ pe-
yin 10 t/ha (zəmin) variantında isə nəmlik seolitin təsirindən hər iki qatda xeyli miq-
darda artmışdır: qönçələmədə 16,8-17,3% və ya 504,0-514,7 t/ha və 15,8-16,4% və 
ya 1251,4-1289,0 t/ha, tam yetişmədə 13,5-14,8% və ya 415,1-451,4 t/ha və 12,8-
13,2% və ya 1052,2-1053,4 t/ha olmuşdur. Təbii seolitin təsirindən nəmlik qönçələ-
mə mərhələsində hər iki qatdan orta olaraq 4,5-6,3% və ya 139,9-174,4 t/ha, vegetasi-
yanın sonunda isə 3,2-6,2% və ya 111,4-221,2 t/ha peyin 10 t/ha variantına nisbətən 
yüksəlmişdir.
Zəminlə birlikdə mineral gübrələrin müxtəlif normalarının tətbiqi nəticəsində 
nəzarət, peyin 10 t/ha və zəmin variantlarına nisbətən hər iki torpaq qatında təbii 
nəmliyin miqdarı əhəmiyyətli dərəcədə artır. Belə ki, zəmin+N
60
P
90
K
60
variantında 
isə bu göstəricilər artaraq qönçələmə mərhələsində 0-30 və 30-60 sm-lik qatda 17,3-
17,8% və ya 506,0-516,2 t/ha və 18,2-18,8% və ya 1420,0-1477,7 t/ha, tam yetişmə-
də uyğun olaraq 14,1-15,2% və ya 433,6-456,0 t/ha və 16,2-17,3% və ya 1312,2-
1411,7 t/ha təşkil etmişdir. Zəmin+N
90
P
120
K
90
variantında qönçələmə mərhləsində 0-
30 və 30-60 sm-lik qatda 17,5-18,5% və ya 503,1-527,3 t/ha və 19,0-19,5% və ya 
1459,2-1509,3 t/ha, tam yetişmədə uyğun olaraq 15,3-16,8% və ya 455,2-495,6 t/ha 
və 17,8-18,5% və ya 1420,4-1465,2 t/ha, zəmin+N
120
P
150
K
120
variantında qönçələ-
mədə 0-30 və 30-60 sm-lik qatda 16,7-18,3% və ya 484,3-535,3 t/ha və 18,5-19,1% 


536 
və ya 1443,0-1512,7 t/ha, tam yetişmədə uyğun olaraq 14,8-15,8% və ya 447,7-482,0 
t/ha və 16,1-17,5% və ya 1294,4-1396,5 t/ha olmuşdur. 


537 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin