152
Təcrübələrin qoyulması, fenoloji müşahidələrin aparılması,
xəstəliklərə
davamlılığın qiymətləndirilməsi müvafiq metodikalara [1; 7; 8], botaniki növ və
növmüxtəlifliklərinin təyinatı ÜRBİ (VİR) təyinedicisinə əsasən aparılmışdır [5; 6].
Kompaktum nümunələrində inkişaf tipi–həyat tərzi yazda, kollanma fazasının
sonunda kollanma formasına əsasən müəyyən edilmişdir [3; 10].
Cari ildə Dağlıq Şirvan şəraitində qış fəsli mülayim keçmiş, yazın uzunmüddətli
olması, havanın temperaturunın orta çoxillik normadan aşağı olması və yağıntıların
miqdarının nisbətən çox olması müşahidə edilmişdir. Mayın sonlarında
isə güclü
torpaq quraqlığı ilə müşayət olunan yüksək hərarət başladığından burada göbələk
xəstəliklərinin epifitotiyası müşahidə olunmamışdır. İqlim şəraiti ilə bağlı olaraq
öyrənilən sortnümunələrdə potensial yüksək boy
göstəriciləri və sünbülləmə
müddətinin ötən illərə nisbətən 4-10 gün gecişməsi qeyd edilmişdir.
Qeyd
etdiyimiz kimi, Tərtər BTS-dən toplanılmış materiallardan seçilmiş 8
kompaktoid hibriddən növbəti illərdə,
uyğun olaraq, 20, 54 və 70 nümunə
seçilmişdir, 22 nümunədə iki növmüxtəlifliyi (qılçıqsız-qılçıqlı, ağ-qırmızı sünbüllü,
ağ-qara qılçıqlı, ağ-qırmızı dənli və s.) təyin edilmişdir. Seçilmiş nümunələr 2013-
2015-ci illərdə 1 m
2
sahədə səpilərək öyrənilmiş, toxumları artırılaraq
Milli
Genbanka təhvil verilmişdir (Cədvəl 1, 2).
Cədvəl 2
Növdaxili və növlərarası hibridləşdirmədən seçilmiş kompakt buğdaların
növmütəlifliyi tərkibi, Qobustan, 2015
Növmüxtəlifliyi
Say
Səciyyəvi əlamətləri
T.cоmpactum
Hоst.
subconvar.rigidicompactum
–
38 nümunə
v.karsiense
8
Qılçıqsız, sünbülcük pulcuğu ağ, tükcüksüz, dəni ağ
v.splendidorigidum
3
Qılçıqlı, sünbülcük pulcuğu ağ, tükcüksüz, qılçığı, dəni ağ
v.pseudofetissovii
8
Qılçıqlı, sünbülcük pulcuğu qırmızı, tükcüksüz, qılçığı qara, dəni ağ
v.asiaticicterinum
4
Qılçıqlı, sünbülcük pulcuğu ağ, tükcüksüz, qılçığı ağ, dəni qırmızı
v.erinaceum
9
Qılçıqlı, sünbülcük pulc. qırmızı, tükcüksüz, qılçığı qırm., dəni ağ
v.pseudoerinaceum
6
Qılçıqlı, sünbülcük pulc. qırmızı, tükcüksüz, qılçığı qara, dəni ağ
subconvar.roshanum
12 – nümunə
v.humboldtinflatum
1
Qılçıqsız, sünbülcük pulcuğu şişkin, ağ, tükcüksüz, dəni ağ
v.rufinflatum
2
Qılçıqsız, sünbülcük pulcuğu şişkin, qırmızı, tükcüksüz, dəni ağ
v.wernerinflatum
4
Qılçıqsız, sünbülcük pulcuğu şişkin, ağ, tükcüksüz, dəni qırmızı
v.roshanum
5
Qılçıqsız, sünbülcük pulcuğu şişkin, qırmızı, tükcüksüz, dəni qırmızı
convar.compactum –
40 nümunə
v.humboldtii
5
Qılçıqsız, sünbülçük pulcuğu ağ, tükcüksüz, dəni ağ
v.rufulum
11
Qılçıqsız, sünbülcük pulcuğu qırmızı, tükcüksüz, dəni ağ
v.wernerianum
7
Qılçıqsız, sünbülcük pulcuğu ağ, tükcüksüz və dəni qırmızı
v.creticum
4
Qılçıqsız, sünbülcük pulcuğu qırmızı, tükcüksüz, dəni qırmızı
v.pseudorubrum
2
Qılçıqsız, sünb. pulc. qırm., tükcüklü, qılçıqv. çıxıntı qara, dəni qırm.
v.compactum
3
Qılçıqlı, sünbülcük pulcuğu ağ, tükcüksüz, qılçığı və dəni ağ
v.icterinum
3
Qılçıqlı, sünbülcük pulcuğu ağ, tükcüksüz, qılçığı və dəni qırmızı
v. rubriceps
(kompakt,
var.nova)
3
Qılçıqlı, sünbül. pulcuğu zərif, qırmızı, tükcüklü, qılçığı qırmızı, dəni ağ
v.echinoides
(var.nova)
5
Qılçıqlı, sünbül. pulcuğu zərif, qırmızı, tükcüklü, qılçığı və dəni qırmızı
Tədqiq olunan nümunələrdə sünbül və əlamətləri, həyat tərzi, sünbülləmə
müddəti, boy, sarı pasa davamlılığa və məhsuldarlığa
görə polimorfizm müşahidə
153
edilmişdir.
T.compactum
nümunələri həyat tərzinə görə fərqli olmuşlar. Nümunələrin
təqribən yarısı (48,6%) payızlıq (9 ball) həyat tərzinə malikdir, 23 nümunə isə əsl
payızlıqdır (kollanma fazasında yabanı buğdalar kimi tam yerə sərilmiş olur – ball
9+). Nümunələrin 35,7%-i payızlıq-yazlıq, 8,6%-i yarımpayızlıq, 7,1%-i yazlıq-
payızlıq olmuşdur. Əsl yazlıq genotiplərə rast gəlinməmişdir.
Müqayisə üçün,
Naxçıvan MR ərazisindən toplanılmış
T.compactum
nümunələrin də təqribən yarısı
payızlıq 39,8%-i payızlıq-yazlıq həyat tərzinə malik olmuşdur [3].
Son 2014-2015-ci illərdə Gobustanda göbələk xəstəliklərinin epifitotiyası
müşahidə edilməmişdir. Buna baxmayaraq,
T.spelta
,
T.compactum
və yumşaq
buğdanın Asiya növaltısına aid nümunələrin sarı pasla müxtəlif dərəcədə (MR-70S)
siyarətlənməsi qeyd olunmuşdur. Ekspedisiya nəticəsində Naxçıvan MR ərazisindən
toplanılmış spontan
T.compactum
nümunələrinə nisbətən hibrid mənşəlilərdə immun
(R) və orta davamlı (MR) nümunələrin sayı çox olmuşdur. Bunu onların valideyin
formalarının son illərdə yaradılmış, o cümlədən Beynəlxalq təşkilatlatdan alınmış
müasir, yüksək davamlı yumşaq və bərk buğdaların olması ilə izah etmək olar.
Qeyd etdiyimiz kimi, cari ildə sünbülləmə fazasının ötən illərə nisbətən 4-10
gün gecişməsi müşahidə edilmişdir. Bölgədə rayonlaşdırılmış Qobustan yumşaq
buğda sortundan tez (24 may) sünbülləyən
T.compactum
genotiplərinə rast
gəlinməmişdir. Nümunələrin təqribən yarısı (48,6%) nisbətən tez (26-27 may),
18,6%-i gec (01-04 iyun) sünbülləmişdir.
Sünbülləmə fazasında yüksək hava hərarəti və torpaq quraqlığı –
depresiya
səbəbindən kompaktum buğdaların əksəriyyətində sünbülaltı buğumarasının
uzunluğunun ötən illərə nisbətən qısalması müşahidə olunmuşdur. Öyrənilmiş
kompaktum nümunələrində minimal boy 70,0 sm, maksimum 127,0 sm, orta göstərici
104,3 sm olmuşdur (Cədvəl 3). Qeyd etmək lazımdır ki, cari ildə Naxçıvan MR-ə aid
ekspedisiya materiallarında minimal boy 75,0 sm, maksimum 127,0 sm, orta göstərici
99,7 sm olmuşdur.
Dostları ilə paylaş: