Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə107/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   103   104   105   106   107   108   109   110   ...   352
Molekulyar markerlərin təsnifatı. 
Dominant markerlər:
Allel genlərarası əlaqədə dominantlıq üstünlük təşkil 
etdiyindən heteroziqot fərdləri (Aa) təyin etmək mümkün deyildir. 
Kodominant markerlər:
Allellərarası əlaqədə dominantlıq əsas olmadığından 
heteroziqot fərdləri (Aa) homoziqot dominant fərdlərdən (AA) ayırd etmək 
mümkündür. Buna görə hər hansı bir nöqtədəki marker üçün 3 müxtəlif şəkil (AA, 
Aa və aa) əldə edilə bilər və bunlar bir-birlərindən asanlıqla ayrıla bilər.
 
Molekulyar markerlərin xüsusiyyətləri. 
Molekulyar markerlər morfoloji və biokimyəvi xüsusiyyətlərinə görə bir çox 
üstünlüklərə malikdir [24]. Bunlara daxildir:
 
a)
Genoma bağlı olduqlarından etibarlıdırlar; 
b)
Təkrarlana bilir və laboratoriyalar arasında standartlaşdırılması 
mümkündür; 
c)
Genomda birdən çox bölgəni müəyyən etmə imkanına malikdir; 
d)
Ətraf mühit şəraitindən asılı deyildir; 
e)
Dominant və kodominant xüsusiyyətlərə malikdirlər; 
f)
Bütün toxumalarda təyin oluna bilirlər; 
g)
Markerlər öldürücü təsirə malik deyillər. 
Genetik ehtiyatların müəyyən edilməsi və qorunması. 
Molekulyar markerlər sayəsində gen resurslarının bütün genetik kökləri ilə 
əlaqədar olduqca faydalı məlumatlar əldə edilir. Bu məlumatlar seleksiyaçılar üçün 
aparılan tədqiqat işlərində xüsusilə nadir olan genləri daşıyan gen resurslarının 
istifadə edib etməyəcəklərinə qərar vermədə əhəmiyyətlidir. Dəyişən ekoloji və bazar 
tələbləri, mədəni ticari sortlarının inkişaf etdirilməsini zəruriləşdirir. Yeni sortlarda 
dəyişik bir meyvə rəngi və ya hər hansı bir xəstəliyə dayanıqlılıq kimi xüsusiyyətlər 
tələb oluna bilər. Lazım gəldikdə hər hansı bir xüsusiyyəti, kolleksiyada olan bir 
bitkidən hibridləşmə yolu ilə bazar tələblərinə uyğun sortlara köçürülə bilər. Bu 
vəziyyətdə, genetik müxtəlifliyin qorunması və lazım olduqda istifadə edilməsi 
məqsədi ilə genetik ehtiyatların qorunması və gen qaynaqlarında yer alan genlərin 
müəyyənləşdirilməsi lazımdır. Molekulyar markerlərdən istifadə edərək müxtəlif 
genetik quruluşlu bitkilər təsbit edilərək qorunur. Çox sürətli polimorfik marker 


164 
istehsal edən RAPD, SSR və AFLP kimi markerlər təbii populyasiyalardakı 
variasiyanı təxmini olaraq təmsil edəcək genetik resursların yaradılmasında mühüm 
rol oynayır [25; 26; 27; 28; 29]. 
Ölkəmizdə yayılmış bitki nümunələrinin qorunması, saxlanması və istifadəsinə 
son illərdə maraq daha da artmışdır. Bu məqsədlə, AMEA Genetik Ehtiyatlar 
İnstitutu və onun tərkibində Cənubi Qafqazda ilk dəfə olaraq genbank yaradılmışdır. 
Bu genbankda 8000-ə yaxın bitki nümunəsi qorunub saxlanılır ki, onunda 1283 
nümunəsi buğda bitkisinə aiddir. Genbankda qorunub saxlanılan nümunələrin genetik 
identifikasiya edilərək pasportlaşdırılması və onlardan seleksiyada düzgün istifadə 
edilməsi günün aktual məsələsinə çevrilmişdir. İlk dəfə olaraq, bu məqsədlə, 
respublikamızda yayılmış diploid və tetraploid buğda növlərinin RAPD DNT 
markerlərilə identifikasiyası həyata keçirilmişdir. 196 diploid buğdanın 
(
T.monococcum, T.urartu, T.boeoticum
) molekulyar genetik üsullarla duza 
davamlılıq genlərinə görə skrininqi zamanı Nax1 və Nax2 davamlılıq genlərinin 
diploid buğdalardan yalnız
T.monococcum
və 
T.boeoticum
-da olduğu müəyyən 
edilmişdir. 
Gen 
ekspresiyası 
analizi 
isə 
bu 
genlərin 
yalnız 
duza 
davamlı 
T.monococcum
növünə aid nümunələrdə ekspresiya olunduğunu aşkar 
etmişdir. 
Fraqment analizi nəticəsində, ilk dəfə olaraq, Azərbaycan mənşəli yumşaq 
buğda növmüxtəlifliklərində (T
.aestivum v. erythrospermum, T.aestivum v. albidum, 
T.aestivum v. meridionale, T.aestivum v. lutescens
) və sortlarında (Əkinçi 84, 
Günəşli, Mirbəşir 128) gövdə pasına davamlılıq geni (Sr31) aşkarlanmışdır. Aparılan 
molekulyar skrininq nəticəsində yumşaq buğdanın Qrekum 75/50, Arzu, Zərdabi, 
Gürgənə-1, Mirbəşir 128, Əkinçi 84, Günəşli və Yeganə sortlarında sarı və qonur 
pasa davamlılığı təmin edən ilişikli Yr18/Lr34 genləri tapılmışdır. 
Fransa alimləri ilə birgə aparılan tədqiqatlar zamanı Qazaxıstan mənşəli yabanı 
ərik genotiplərinin şarka xəstəliyinə davamlılıq geni ilə ilişikli olan bir mikrosatelit 
markeri ilə skrininqi nəticəsində bu xəstəliyə davamlı olan yeni nümunələr aşkar 
olunmuşdur. 
İlkin molekulyar-genetik tədqiqatlar kimi, buğda, mərcimək və üzüm 
kolleksiyasında RAPD və SSR markerlərdən istifadə etməklə, genetik müxtəliflik və 
genetik oxşarlıq dərəcəsi tədqiq olunmuşdur. Öyrənilən buğda, mərcimək və üzüm 
kolleksiyasında yüksək genetik müxtəliflik dərəcəsinin olması təyin edilmişdir. 
İlk dəfə olaraq Azərbaycanın müxtəlif rayonlarından toplanmış noxud 
genotipləri üzərində biomorfoloji, RAPD, ISSR və ən perspektivli markerlərdən 
hesab olunan SSR marker analizləri kompleks şəkildə aparılmış və nəticədə 
nümunələr arasında yüksək polimorfizm dərəcəsi aşkar edilmişdir. Genotiplər 
arasındakı genetik məsafə və genetik oxşarlıq əmsalları əsasında genotiplərin genetik 
qohumluq dərəcəsi müəyyən edilmişdir. UBC 880 ISSR praymeri ilə yalnız quraqlığa 
davamlı genotiplərdə 630 n.c. uzunluğunda bir spesifik amplikonun sintezi müəyyən 
olunmuşdur. Bundan əlavə, ilk dəfə olaraq, tolerantlıq indeksləri və müxtəlif 
məhsuldarlıq elementləri əsasında yerli noxud genotiplərinin quraqlığa davamlılığı 
statistik metodların köməyi ilə tədqiq edilmiş və 62 genotip arasında 35,5% 
quraqlığadavamlı genotiplər aşkar edilmişdir. 


165 
Noxud genotipləri arasında 11 RAPD marker ilə cəmi 77 amplikon sintez 
edilmiş və onlardan 76 amplikon, 8 ISSR markerlə isə 42 amplikon sintez edilmiş və 
onlardan 32 amplikon polimorf olmuşdur. Ən çox amplikon sayı OPA 19 (12 ədəd) 
praymeri və UBC 810 (8 ədəd), ən az amplikon sayı isə OPG 14 (3 ədəd) və UBC 
873, UBC 809 (3 ədəd) praymerləri vasitəsilə sintez edilmişdir. Genetik Oxşarlıq 
İndeksi əsasında genotiplər 12 qrupa ayrılmış və genotiplərin GMİ orta qiyməti isə 
0.85-ə bərabərdir. Lakin ISSR markeri ilə müəyyən olunmuş GOİ və GMİ əsasında 
genotiplər 8 klasterdə qruplaşmışdır. UBC 880 praymeri ilə yalnız quraqlığa davamlı 
genotiplərdə (Flip 00-19, Flip 97-32, Flip 97-81, Masallı 30, Flip 22-04, Şamaxı 25, 
Ağdaş 18, Flip 03-27, Flip 04-38, Flip 97-24) 630 n.c. uzunluğunda bir spesifik 
amplikon sintez olunmuşdur ki, ondan genotiplərin quraqlığa davamlılığının 
skrininqində və ya daha spesifik SCAR marker hazırlanmasında istifadə oluna bilər 
[30; 31]. 
Genetik Ehtiyatlar İnstitutugenofond kolleksiyalarında cəmlənmiş subtropik və 
giləmeyvə bitkilərinin 400-dən artıq sort və formalarının bioloji xüsusiyyətləri və 
təsərrüfat göstəriciləri müqayisəli şəkildə tədqiq edilərək qiymətləndirilmişdir. 
Müsbət bioloji-təsərrüfat göstəricilərinə malik sort və formalar müəyyənləşdirilmiş 
və təsərrüfatlarda istifadə üçün tövsiyə edilmişdir.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin