196
Bitkilərin stres amillərə davamlılığının təyinində ən çox istifadə olunan
diaqnostik metodlardan biri də yarpaqlarda sərbəst prolin aminturşusu miqdarının
öyrənilməsidir.
Su stresi şəraitində sərbəst prolin amin turşusu miqdarının artmasının səbəbini
izah edən müxtəlif fikirlər mövcuddur. Bunlardan biri, prolin amin turşularının
parçalanmaması və ya onun zülalların strukturuna daxil olmasının qarşısının alınması
ilə prolin amin turşularının miqdarının arta bilməsidir. Bəzi alimlər belə qənaətə
gəlmişlər ki, prolin amin turşularının miqdarının artması böyük molekulların, o
cümlədən zülalların parçalanması hesabına baş verir. Bu mexanizm vasitəsilə bitkilər
öz hüceyrələrində turqor təzyiqinin yaranmasına şərait yaradaraq, bir tərəfdən su
molekullarının itirilməsinin qarşısını alır, digər tərəfdən isə, hüceyrə şirəsinin su
saxlama qabiliyyətini artırmaqla, osmotik tənzimləmə yolu ilə transpirasiyanı
azaldaraq, fotosintez prosesini davam etdirə bilirlər.
Bəzi tədqiqatçıların nəticələrinə görə, daha çox prolin toplamaq qabiliyyətinə
malik olan bitkilər adətən daha çox osmotik tənzimləməyə də malik olurlar ki, onların
quru və susuz ərazilərdə öz hüceyrələrində yüksək su saxlama potensialı olduğuna
görə adətən daha çox məhsuldarlığa malik olurlar. Lakin, bəzi tədqiqatların nəticələri
göstərmişdir ki, quraqlğa davamlı sortlar həmişə yüksək miqdarda prolin toplamır və
hətta quraqlığa həssas sortların prolin toplama miqdarı davamlı sortlarla müqayisədə
daha yüksək olur [6].
Bizim təcrübəmizdə öyrənilən 4 bərk buğda hibridlərinin yarpaqlarında
streslərlə əlaqədar prolin amin turşusunun miqdarının təyini göstərdi ki, onlar öz
yarpaqlarında müxtəlif miqdarda prolin amin turşusu toplanmasına səbəb olmuşlar
(Şəkil 1, Cədvəl 2).
Dostları ilə paylaş: