195
Tədqiqat bərk buğdanın 4 hibridi (09K-175 var.
leucurum
Abşeron; 09K-56
var
.hordeiforme
hibrid; 13K-55 var.
mutuco leucurum
hibrid; 13K122 var.
mutico-
affine
hibrid) üzərində aparılmışdır. Sahədə əkilmiş bu nümunələrdən (sünbül
əmələgəlmə fazasında) bir neçə bitki kökü ilə çıxarılaraq laboratoriyaya gətirilmiş və
onlara streslər verilmişdir. Köklü bitkilərin bir hissəsi suda, bir hissəsi quraqlıq
şəraitində (20 atm saxaroza məhlulunda), o biri hissəsi isə 2%-li
duz məhluluna
yerləşdirilmişdir. Bitkilər laboratoriyaya gətirilərkən onlarda xlorofilin miqdarı
ölçülmüş, stresdən 3 gün sonra təkrarən həmin bitkilərin yarpaqlarında olan ümumi
xlorofilin miqdarı SPAD 502 cihazının vasitəsilə ilə ölçülmüşdür. SPAD metr
İnadanın metodu əsasında dizayn edilmiş və istehsal olunmuşdur. SPAD-502 yarpaq
toxumasından işığın qırmızı və infraqırmızı zonalarını (659 nm-940
nm dalğa
uzunluğunda) ölçərək, xlorofilin nisbi qatılığını müəyyən edir [2; 3]. Ölçülər hər
bitkinin flaq yarpağının orta hissəsində aparılmışdır. Eyni zamanda həmin
yarpaqlardan nümunələr götürülərək onlarda xlorofil “a”, xlorofil “b” (4) və prolinin
(5) miqdarı təyin edilmişdir.
Yarpaqlarda ümumi xlorofilin miqdarını göstərən rəqəmlər 1 nömrəli cədvəldə
verilmişdir. Təcrübə obyekti olan Abşerondan toplanmış v.
leucurum
(09K-175)
özünü duza və quraqlığa davamlı kimi göstərmişdir. Belə ki, nəzarət variantında
həmin nümunənin yarpaqlarında ümumi xlorofilin miqdarı 54,4 olduğu halda (SPAD-
502-nin göstəricisi) duz və quraqlıq stresindən sonra yarpaqlarda
demək olar ki heç
bir dəyişiklik baş verməmışdır (55,0; 55,5).
Dostları ilə paylaş: