264
Kolmer et al., 2009) [8; 9]. Göbələyin sporları əvvəlcə 6 dəqiqə müddətində 42°C-lik
su hamamında saxlanılmış, daha sonra Soltrol izoparafin neftində ((Chevron Phillips
Chemical Company, The Woodlands, TX)) həll edilmişdir. İkinci
yarpaq əmələ
gəldikdə nümunələr hazırlanmış inokulyum vasitəsilə yoluxdurulmuş və 16 saat
müddətinə 20°C tempratura malik xüsusi fitotrona qoyulmuşdur. Nümunələrə
istixana şəraitində qulluq göstərilmiş, 12 gün sonra Stakmanın 0-4 ballıq şkalası
əsasında onların pas xəstəliyinə tutulma dərəcəsi qiymətləndirilmişdir (Roelfs and
Martens, 1989) [10]. Şkalaya görə 0, 1, 1; 1+, -2 balla qiymətləndirilən nümunələr
davamlı, 2, 2; orta davamlı, 2+, -3 və 3+ kimi qiymətləndirilən nümunələr isə həssas
nümunələr hesab edilmişdir.
BioSprint-96 robotundan istifadə etməklə cavan yarpaqlardan
DNT ekstraksiya
edilmiş, nanodrop vasitəsilə kəmiyyət və keyfiyyəti yoxlanılmış və PZR reaksiyası
üçün durulaşdırılmışdır. Tədqiqat işində 9 markerdən (Cədvəl1) istifadə edərək 16
genin (
Lr19, Lr21
,
Lr24
/
Sr24
,
Lr34
/
Yr18
,
Lr37
/
Sr38
/
Yr17
,
Lr39
,
Lr46/Yr29
,
Lr50,
T1RS·1BL (
Lr26
/
Sr31
/
Yr9
)) skrininqi həyata keçirilmişdir. Amplifikasiya məhsulları
2%-li aqoroz gelində yoxlanılmış və ABI DNA 3730 cihazı vasitəsilə fraqmentlərin
uzunluğu təyin edilmişdir. Əldə edilən nəticələr GeneMarker kompyuter proqramı
vasitəsilə analiz edilmişdir.
Tədqiqat materialı (157 bərk və yumşaq buğda nümunəsivə 6 nümunə Marokko)
07 oktyabr 2011-ci ildə istixana şəraitində səpilmiş, 18.10.2011-ci ildə süni
inokulyasiya olunmuş və 29.11.2011-ci il tarixində isə qiymətləndirilmişdir.
Nümunələrin qonur pas xəstəliyinin 4 izoformasına qarşı davamlılığı
müxtəlif
olmuşdur. Belə ki, buğda genotiplərinin digər izoformalarla müqayisədə BBBDB və
PRTUS25 izoformalarına davamlılıq dərəcəsinin daha yüksək olması müəyyən
edilmişdir. Fitopatoloji tədqiqatların nəticələrinə əsasən tədqiq edilən 82 bərk bugda
nümunəsinin 18-i qonur pasa yüksək davamlı, 23-ü orta davamlı, 41-i isə həssas
nümunə kimi qiymətləndirilmişdir. 18 davamlı nümunənin 61%-i
var.leucurum
növmüxtəlifliyinə aid olmuşdur. Qeyd olunmalıdır ki,
var.leucurum
növmüxtəlifliyi
sünbülün, qılçığın və dənin ağ rəngdə olması ilə səciyyələnir. Ümumilikdə, davamlı
nümunələrin 83.3%-ində sünbüllərin rənginin ağ olması müşahidə edilmişdir. Orta
davamlı kimi qiymətləndirilmiş 23 nümunənin isə 60.8%-də sünbül ağ rəngdə
olmuşdur. Digər tərəfdən, 41 həssas bərk buğda nümunəsinin 70.7%-nin sünbülünün
rənginin qırmızı olması aşkar edilmişdir. Qonur pasa qarşı davamlı
bərk buğda
formalarının axtarılmasında sünbülün rənginə –
var.leucurum
növmüxtəlifliyinə
üstünlük verilməsi seleksiya işlərinin sürətləndirilməsinə kömək edə bilər.
Tədqiq edilən yumşaq buğda nümunələrinin bərk buğdaya nisbətən qonur pasa
daha çox həssas olmasımüşahidə edilmişdir. Öyrənilən 75
yumşaq buğda
nümunəsinin 4-ü yüksək davamlı, 9-u orta davamlı, 63-ü isə həssas olmuşdur.
Yumşaq buğdalarda davamlılıqla növmüxtəliflik əlamətləri arasında hər hansı bir
asılılıq müşahidə edilməmişdir.
Bütün nümunələrin 16 davamlılıq geni üzrə skrininqi aparılmış, lakin yalnız 3
genin (Lr19, Lr34 və T1RS·1BL (
Lr26
/
Sr31
/
Yr9
)) nəticələri fenotipik analizlərlə
uyğunluq təşkil etdiyi üçün əsas götürülmüşdür. Bunlardan Lr19 geni 2 bərk (6129-
T.durum var.melanopus
və Cəfəri) və 6 yumşaq buğda (6937-
T.aestivum
265
var.milturum
, 6949-
T.aestivum var.erythrospermum
, 6985-
T.aestivum var.lutescens
,
7021-
T.aestivum var.barbarossa
, 7029-
T.aestivum var.velutinum
, Qırmızıgül 1)
nümunələrində aşkar edilmişdir. Bərk buğdanın hər iki nümunəsi qonur pasın 4
izoformasına qarşı yüksək davamlılıq nümayiş etdirmişdir. Qeyd edilən 6 yumşaq
buğda genotipi isə bütün izoformalara qarşı həssas olmuşdur. Məlumdur ki,
Lr19
geni
buğdanın 7A və 7D xromosomlarının uzun çiynində yerləşir və bu gen bərk buğdaya
Thinopyrum ponticum
=
Agropyron elongatum, Elymus elongatus
)növündən keçmişdir
[11-14]. 7D
xromosomunda yerləşən
Lr34
geni [15] isə 12 yumşaq buğda
nümunəsində (6959-
T.aestivum var.alborubrum
, 6960-
T.aestivum var.alborubrum
,
6961-
T.aestivum var.alborubrum
, 7010-
T.aestivum var.alalbidum
, Qrekum 75/50,
Arzu, Zərdabi, Gürgənə1, Mirbəşir128, Əkinçi84, Günəşli və Yeganə) rast
gəlinmişdir ki, onlarında əksəriyyəti BBBDB rasına yüksək davamlılıq göstərmişdir.
Tədqiqatın ən mühüm nəticələrindən biri, ilk dəfə olaraq, 9 yumşaq buğda
nümunəsində (6945 –
T.aestivum var.erythrospermum
, 6983-
T.aestivum var.lutescens
,
6984-
T.aestivum var.lutescens
, 6987-
T.aestivum var.lutescens
, 7014 -
T.aestivum
var.albidum
, 7033-
T.aestivum var.meridionale
, Əkinçi84, Günəşli, Mirbəşir 128)
T1RS·1BL çovdar translokasiyasının tapılmasıdır ki, onların da 4-ü qonur pasa qarşı
yüksək davamlılıq nümayiş etdirmişdir (Şəkil 1).
Şəkil1. Çovdar translokasiyası müşahidə edilən nümunələrin fraqment analizi
Məlumdur ki, bu translokasiyada pas xəstəliyinin hər üç formasına (qonur, sarı
və qara (gövdə) pası) qarşı davamlılıqda iştirak edən və öz aralarında ilişiklilik
nümayiş etdirən genlər (
Lr26
/
Sr31
/
Yr9
)vardır. Bu nümunələrdən qonur, sarı və gövdə
pasına qarşı davamlı sortların alınmasında başlanğıc material kimi istifadə edilməsi
məqsədəuyğundur(Cədvəl 1).
Dostları ilə paylaş: