Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə164/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   160   161   162   163   164   165   166   167   ...   352
BUĞDA (
T.durum
 Desf., 
T.aestivum
 L.) GENOTİPLƏRİNİN QONUR PASA 
DAVAMLILIĞININ SÜNİ FONDA QİYMƏTLƏNDİRİLMƏSİ VƏ 
DAVAMLILIQ GENLƏRİNİN SKRİNİNQİ 
 
M.Ə.ABBASOV
1,2 
1
AMEA Genetik Ehtiyatlar İnstitutu, AZ1106, Azadlıq 155, Bakı
2
Bakı Dövlət Universiteti, AZ 1148, Z. Xəlilov küç. 23. 
Bakı
 
 
Tədqiqat işində bərk və yumşaq buğdaların müxtəlif növmüxtəlifliklərinə aid 
121 genbank nümunəsi və 36 seleksiya sortunun qonur pas xəstəliyinə (Puccinia 
triticina) davamlılığı istixana şəraitində qiymətləndirilmiş və 16 davamlılıq geninin 
(Lr19, Lr21, Lr24/Sr24, Lr34/Yr18, Lr37/Sr38/Yr17, Lr39, Lr46/Yr29, Lr50, 
T1RS·1BL 
(Lr26/Sr31/Yr9)) 
skrininqi 
aparılmışdır. 
Davamlılığın 
qiymətləndirilməsində qonur pas xəstəliyini törədən göbələyin 4 izoformasından 
(rasa) (BBBDB, PRTUS25, PRTUS45 və PRTUS60) istifadə olunmuşdur. Nəticələrin 
analizi zamanı qonur pasa davamlılıq ilə bərk buğdanın növmüxtəliflik əlamətləri 
arasında, xüsusilə sünbülün rəngi arasında əlaqə müşahidə edilmişdir. Müəyyən 
edilmişdir ki, ağ sünbüllü nümunələrin qonur pasa davamlılığı qırmızı sünbüllülərə 
nisbətən daha yüksəkdir. Bərk buğda nümunələrinin yumşaq buğdaya nisbətən qonur 
pasa daha davamlı olması müəyyən edilmişdir. İlk dəfə olaraq, 12 yumşaq buğda 
nümunəsində Lr34 geni, 9 yumşaq buğda nümunəsində isə T1RS·1BL çovdar 
translokasiyası aşkar edilmişdir. Fitopatoloji və molekulyar analizlərin nəticələrinə 
əsasən 25 nümunədən ibarət əlamət kolleksiyası yaradılmışdır ki, onlardan yeni 
sortların yaradılmasında başlanğıc seleksiya materialı kimi istifadə olunması tövsiyə 
olunur.


262 
 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin