Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə161/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   157   158   159   160   161   162   163   164   ...   352
 
 
Açar sözlər:
Payızlıq buğda, mənənə, sürfə, həyat tsikli, iqtisadi zərərvurma 
həddi, bitkilərin zədələnməsi, aqrotexniki və kimyəvi mübarizə 
Ключевые слова: 
Озимая пшеница, тля, личинка, жизненный цикл,
экономический порог вредоносности, устойчивость, повреждение растений,
агротехнические и химические меры борьбы 
Key words:
Winter wheat, aphids, larvae, life cycle, economic threshold, 
damage of plants, agrotechnical and chemical control 
Azərbaycanda əkin sahəsinə görə dənli bitkilər içərisində buğda əsas yer tutur. 
Zərərvericilər, xəstəliklər və alaq otlarının təsirindən buğda bitkisinin məhsuldarlığı 
xeyli aşağı düşür. Respublikanın müxtəlif bölgələrində bir çox zərərvericilərin dövrü 
olaraq kütləvi çoxalması və buğda bitkisinə ziyan vurması tez-tez müşahidə olunur.
Bitkilərin zədələnməsinin qarşısının alınması üçün zərərli orqanizmlərin 
müəyyən olunaraq öyrənilməsi, xəstəlik və zərərvericilərə davamlı sortların 
seçilməsi, aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün 
aparılması bir çox hallarda bitkilərin zədələnməsinin qarşısını alaraq, məhsul itkisini 
aradan qaldırır. 
Zərərvericilərin təsirini azaltmaq üçün davamlı sortların yaradılması mühüm 
əhəmiyyət kəsb edir. Davamlı sortlar zərərvericilərlə ya zədələnmir, ya da bu zədələr 
zəif olduğundan məhsul itkisi minimum səviyyəyə düşür, eyni zamanda kimyəvi 
mübarizəyə ehtiyac olmadığından ətraf mühitin çirklənməsinin də qarşısı alınır 
(Голышин Н.М., Захаренко И.А. 1986). 
Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, taxıl əkinlərinə ziyan 
vuran əsas zərərvericilərdən biri də mənənələrdir. Azərbaycanın taxılçılıqla məşğul 
olan bütün rayonlarında mənənələr yayılmışdır.
Tədqiqatın əsas məqsədi taxıl əkinlərində mənənələrin biodinamikasının, 
zərərvurma səviyyəsinin müəyyən olunması, ona qarşı davamlı buğda nümunələrinin
seçilməsi və gələcəkdə onlardan seleksiya prosesində istifadə edilməsindən ibarət 
olmuşdur. 
Vegetasiya müddətində mənənələrin əkin sahələrində görünməsi, yayılması, 
sıxlığı, inkişafı, zərərvurma həddi, sortların yoluxması, zədələnmə səviyyəsi və s. 
göstəricilərin öyrənilməsi üçün erkən yazda bitkilərin kollanma fazasından 
başlayaraq məhsul yetişənədək müşahidə aparılmışdır. 
Qeyd etdiyimiz məsələləri öyrənmək üçün Ümumittifaq Bitki Mühafizəsi 
İnstitutunun hazırladığı xüsusi metodikalardan (Радченко Е.Е., Семенова А.Г. 1988; 
Гуслиц И.С., Шапиро И.Д.1983) və ümumi entomoloji metodlardan istifadə 
olunmuşdur (Чесноков П.Г. 1956). Həşəratları müəyyənləşdirmək üçün entomoloji 
torba vasitəsilə çalma ilə bioloji material toplanmış və laboratoriyada analiz 
olunmuşdur. Bitkinin boruyaçıxma, sünbilləmə fazalarında gövdədə, yarpaq və 


257 
sünbüldə mənənələrin say dinamikası və buğda sotlarını zədələməsi müəyyən 
edilmişdir. 
Mövzu üzrə tədqiqat işləri 2014-2015-ci illər ərzində Abşeron Yardımçı 
Təcrübə Təsərrüfatı və Tərtər Bölgə Təcrübə Stansiyasındakı buğda əkinlərində 
yerinə yetirilmişdir. Tədqiqat obyekti kimi taxıl sahələrində müşahidə olunan 
mənənələr yerli və gətirilmə sortlar götürülmüşdür. 
2015-ci ilin vegetasiya müddətində Respublikanın əksər taxılçılıq zonalarında o 
cümlədən, Abşeron YTT-da zərərverici həşəratların inkişafı üçün əlverişli şərait 
olmuşdur. Əvvəlki illərdə İZH-i keçməyən Taxıl Mənənəsinin say dinamikasında 
artım müşahidə olunmuş və əksər buğda nümunələri bu zərərvericilərə müxtəlif 
səviyyədə yoluxmuşlar. Mənənələrin buğda əkinlərində yayılması bu zona üçün 
təsadüfi deyil, lakin say dinamikasının belə yüksək olması periodik xarakter daşıyır.
Mənənələr 
Bərabərqanadlılar 
dəstəsinin 
(Homoptera) 
Mənənələr 
yarımdəstəsinə (Aphidinea) daxildir. Ölçüləri 1-4 mm böyüklükdə olan qanadlı və 
qanadsız formaları olmaqla taxıl bitkilərinin bütün hissələrində yaşaya bilir.
Başlıca olaraq partenogenetik (bakirə) yolla çoxalırlar. Dişiləri 25-100-ə qədər 
diri süfrə doğur (yalançı baladoğma). İl ərzində 15-17-yə qədər nəsil verirlər, əlverişli 
şəraitdə mənənələr kütləvi surətdə çoxalır və taxıl bitkilərinə böyük zərər vururlar 
(Məmmədova S.R., Xəlilov B.B.1986).
Mənənələrin özünəməxsus inkişafları vardır. Bu inkişafdan asılı olaraq onlar 
iki bioloji qrupa köçəri və oturaq mənənələrə bölünür. 
Köçəri mənənələrin həyatı iki bitki ilə bağlıdır və mövsümdən asılı olaraq 
qanunauyğun tərzdə bir bitkini digəri ilə əvəz edir. Bu mənənələr bütün yay ərzində 
dənli taxıl bitkiləri ilə qidalanır və çoxalır. Payızda qanadlı fərdlər ağaclar üzərinə 
uçur və qışlamaq üçün orada da yumurta qoyur. Məsələn, meşə gilası mənənəsi 
(Rhopalosiphumpadi L.) yazda bu bitki üzərinə yumurta qoyur. Bir müddət 
keçdikdən sonra onun koloniyaları əmələ gəlir və may ayından etibarən artıq 
qidalanmış mənənələr yulaf, çovdar, qarğıdalı, digər mədəni və yabanı taxıl bitkiləri 
üzərinə keçərərək, bütün yay müddətində bu bitkilər üzərində bakirə yolla çoxalır.
Oturaq mənənələrin bütün inkişafı dənli bitkilər üzərində gedir. Payızlıq dənli 
bitkilər üzərinə qoyulmuş yumurtalar qışlayır. Yazdan başlayaraq payıza qədər arası 
kəsilmədən bakirə çoxalma gedir. Əgər bu dövrdə mənənə üçün əlverişli olmayan 
qida mühiti əmələ gəlirsə o zaman yayılmağa qadir olan qanadlı fərdlər əmələ gələrək 
nisbətən zəif və hələ tam kobudlaşmamış dənli bitkilər üzərinə keçir. Doğrudur, 
burada da bir bitkidən digər bitkiyə keçmə halları olur, lakin hər iki halda onun qida 
mühiti dənli bitkilərdən ibarətdir. 
Taxıl bitkilərinə əsasən Böyük Taxıl mənənəsi (Sitobion avenae F.), Adi taxıl 
mənənəsi (Toxoptera graminum Rond.), Arpa mənənəsi (Brachycolus noxius Mordv.) 
ziyan vururlar (Павлов И.Ф. 1983; Орлов В.Н. 2006). 
Böyük taxıl, Adi taxıl və Arpa mənənəsi köçəri olmayan mənənələrə aiddirlər. 
Böyük Taxıl mənənəsi buğda bitkisindən əlavə arpa, çovdar, vələmirə də ziyan 
vurur. Qanadsız fərdlər digər mənənələrdən bədən ölçüsünün daha iri (2,5-3,2 mm) 
olması ilə fərqlənir. Yaşılımtıl və ya sarı-qonur rəngli olub, ayaqları və bığcıqları, 
şirə sovuran borucuğunun uzun olması ilə fərqlənirlər. Sünbüllər üzərində açıq 


258 
yaşayaraq bitkinin şirəsini sormaqla ciddi ziyan vururlar. Qanadlı fərdlərin rəngi 
qırmızımtıl - qonur olur. Digər mənənələrdən fərqli olaraq həmçinin daha hərəkətli 
olur və böyük kaloniyalar əmələ gətirmirlər. Amma bəzən bir sünbüldə bir neçə 
onlarla fərd olur. Yabanı taxıl və bitki qalığı üzərinə qoyulan yumurta fazasında 
qışlayırlar. Yazda yumurtadan çıxan sürfələr qanadsız yetkin fərdlərə çevrilərək bir 
neçə nəsil verirlər. Sonra qanadlı formalar əmələ gəlir və payızlıq buğdanın 
boruyaçıxma fazasında bitkilərə yoluxurlar. Mənənələrin sayının pik nöqtəsi 
buğdada sünbülləmə-dənəmələgəlmə fazaları ilə eyni vaxta düşür.
Deşib-soran ağız aparatına malik olan bu həşərat qrupu bitkinin hüceyrə şirəsi 
ilə qidalanaraq onların böyümə və inkişafını zəiflədir. Sünbüllərdə mənənələrin 
koloniya halında toplanması və qidalanması nəticəsində bitkinin bütün yarpaq 
(xüsusən üst yarpaqlar), sünbül və gövdə hissələri şirəli yapışqanlı ifrazatla 
çirklənir.
Bəzi hallarda isə bitkini, yaxud da onun ayrı-ayrı gövdələrini məhv edir. 
Mənənələr qidalanan bitkilərdə qeyri-normal əyilmələr, eybəcərləşmələr, toxumaların 
genişlənməsi və fırların əmələ gəlməsi kimi hallar baş verir (Cəfərov Ə.Ə., 
İbrahimov H.R. 1966). 
Mənənələrin bitkilərin yarpaqları ilə qidalanması nəticısində xlorotik sarı 
ləkələr əmələ gəlir, yarpaqlar burulur, və quruyurlar. Zədələnmiş bitkilər inkişafdan 
qalır, sünbüllər deformasiya olur və güclü zədələnmə nəticəsində sünbül qınından 
çıxmır. Məhsul itkisi əsasən dənin kütləsinin azlması nəticəsində yaranır (Cливкина 
К.А. 1981). 
Vegetasiya müddətində bütün tədqiqat aparılan bölgələrdə Mənənələr geniş 
yayılmış, xüsusən suvarma və rütubətin daha yüksək olduğu Abşeron YTT və Tərtər 
BTS-i bu zərərvericilərin daha çox ziyan vurduğu ərazilərdən biridir. Bu zərərverici 
əksər taxılçılıq bölgələırində yayılaraq, əlverişli şərait yarandıqda güclü inkişaf edib 
bitkilərin 50%-dən çox zədələnməsi nəticəsində məhsul itkisinə gətirib çıxarır. Yerli 
şəraitdə davamsız payızlıq buğda sortlarının məhsuldarlığı mənənələrlə güclü 
zədələnmə nəticəsində 15%-dək azalır, davamlı sortlarda isə ziyanvericinin nisbətən 
az sayda olması və bitkinin zəif zədələnməsi nəticəsində məhsul itkisi o qədər də 
müşahidə olunmur (Cəfərov Ə.А, İbrahimov H.R. 1966).
Ədəbiyyat məlumatına əsasən Qazaxıstanda bu zərərvericinin təsirindən 
məhsul itkisi hektardan 0,6-0,9 sentner təşkil edir (Евдокимов Н.Я., Корчагин 
А.А. 1982). 
2015-ci ilin vegetasiya müddətində buğda sahəsində mənənələrin say 
dinamikasında artım müşahidə olunmuşdur ki, nəticədə bitkilərin zədələnmə 
səviyyəsi yüksək olmaqla, sortlardan asılı olaraq müxtəlif olmuşdur. 
Əkinçilik İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında 2014-2015-ci 
illərdə suvarma şəraitində 51 yerli bərk və yumşaq buğda sortnümunələrınin 
mənənələrlə yoluxması və zədələnməsi qiymətləndirilmişdir. Bir sünbüldə 
mənənələrin sayı 20-80 ədəd arasında olmuşdur. Bitkilərin sünbülləmə fazasında 
mənənə ilə yoluxması 14 bərk buğda nümunəsindən 2-də (Mirbəşir-50, Mirvari) 
20%, 5-də 20-50%, 7-də isə 50%-dən artıq olmuşdur. 35 yumşaq buğda 
nümunəsindən 20% yoluxma 8-də 50%-dək 6-da, 50%-də artıq yoluxma 21 


259 
nümunədə olmuşdur. Zədələnmə səviyyəsinə görə bərk büğdalarda bu göstərici 50%, 
yumşaq buğdalarda 35% olmuşdur ki, bu da bərk buğdaların zədələnməyə daha 
həssas olduğunu göstərir. 
Mənənələrə qarşı mübarizə aparmaq üçün aqrotexniki və kimyəvi mübarizə 
tədbirləri tətbiq edilir. Taxıl mənənələrinin miqdarı iyul və avqust aylarında istilərin 
təsiri, tüfeyli və yırtıcı həşəratın fəaliyyəti nəticəsində kəskin azalır. Taxıl 
mənənələri ilə aqrotexniki mübarizə məqsədilə torpağı vaxtında və düzgün 
becərmək, bitkilərin böyüməsini sürətləndirən gübrələr vermək və s. bu kimi 
tədbirlərin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır. Aqrotexniki tədbir kimi, 
mənənələrə qarşı davamlı buğda sortlarının əkilməsi məhsul itkisinin qarşısını 
almaqla yanaşı ətraf mühitin də qorunmasında mühim rol oynayır. 
Məhsul yığımından sonra bitki qalıqlarını təmizləmək üçün kövşən 
üzlənilməli, sonra isə dərin dondurma şumu aparılmalıdır, çünki mənənələr məhsul 
yığımından sonra payızlıq taxıl əkinlərinin cücərtiləri əmələ gələnə qədər öz 
inkişafını bitki qalıqları üzərində keçirir. 
Mənənələrə qarşı kimyəvi mübarizə zərərvericinin İZH keçdiyi və məhsul 
itkisinin gözlənildiyi təqdirdə tətbiq edilməlidir. V.İ.Tanskinin

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin