Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə205/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   201   202   203   204   205   206   207   208   ...   352
 


313 
Cədvəl 1 
Pomidor şitilinin başlıca xəstəliklərinə qarşı tətbiq olunmuş yeni mübarizə sxeminin səmərəliliyi
Stasionar: Zirə qəsəbəsi, özəl istixana, sort: Durinta (indeterminant)
 
s/s 
 
 
Təcrübənin variantları 
Kök 
çürümələri 
Fitoftoroz
Gövdə 
bakteriozu 
S
ağlam
 ş
it
il 
çıxı
şı 
%
 
E
talon
d
an
 ə
lavə 
şit
il
,
%
 
1000 
əd
əd
, ş
it
il
in
 s
at
ış
 
q
iym
ət
i, 
m
an
at
 
Əl
avə
 ç
ək
il
ən
 xə
rc

m
an
at
/ 1000
 ə
d
əd
 
Xalis
 gə
li
r,
 
m
an
at
/1000əd
 
S

%,
ƏƏ
F
 
Yayılm

%
 
B
iol
oj
i s
əm
ər
ə 
%
 
Yayılm

%
 
In
te
n
sivl
ik
 % 
 
B
iol
oj
i s
əm
ər
ə 
%
 
Yayılm

%
 
B
iol
oj
i s
əm
ər
ə 

 
1. 
Yeni mübarizə sxemi 
2,2 
94,2 
5,6 
1,4 
89,2 

100 
99 
13 
150 
6,2 
14,2 
S

=
1,
87
%
ƏƏF
95
=
2
,8
kq
2. 
Etalon: təsərrüfat variantı 
12,4 
67,8 
18,5 
5,9 
64,4 
12,5 
64,2 
86 
3. 
Nəzarət: Tədbir keçirilməyib 
38,5 

52,0 
20,5 

34,9 

62 
Cədvəl 2 
Örtülü sahədə pomidorun məhsuldar bikilərinin üzərində ziyan vuran başlıca xəstəliklərinə qarşı tətbiq olunmuş 
mübarizə sxeminin səmərəliliyi. Stasionar: Zirə qəsəbəsi, özəl istixana, sort: Durinta (indeterminant)
 
 
s/s 
 
 
Təcrübənin variantları 
Fitoftoroz 
Alternarioz 
Gövdə 
bakteriozu 
Fuzarioz 
soluxmalar 
M
əh
su
ld
ar

q
 
k
q
/m
2
 
E
talon
d
an
 ə
lavə 
m
əh
su
l, 
kq
/m
2
 
Əl
avə
 ç
ək
il
ən
 xə
rc

m
an
at
/m
2
 
Xalis
 gə
li
r,
 m
an
at
 
S

%,
 ƏƏF
95
 
Yayılm

%
 
In
te
n
sivl
ik
 
%
 
B
iol
oj


m
ər
ə 
%
 
Yayılm

%
 
In
te
n
sivl
ik
 
%
 
B
iol
oj


m
ər
ə 
%
 
Yayılm

%
 
B
iol
oj


m
ər
ə 
%
 
Yayılm

%
 
B
iol
oj


m
ər
ə 
%
 
1. 
Yeni mübarizə sxemi 
6,4 
2,6 
90 


100 

100 
6,2 
84 
16,4 
1,2 
0,86 
1,54 
1,6 
%, 
0,4 
kq 
2. 
Etalon:təsərrüfat variantı 
22,4 
5,2 
64 
18,2 
6,4 
51 
12,8 
63 
16,5 
49 
15,2 
3. 
Nəzarət: Tədbir keçirilməyib 
62,8 
25,6 

38,5 
16,5 

34,5 

32,2 

3,6 


ƏDƏBİYYAT 
1.Ахатов А.К. Огурцы и томаты в теплицах. //Приложение к журналу 
«Защита и карантин растений» №2, 2011, 48 стр. 
2.Быкова Т.А., Белых Е.Б. Особенности защиты овощных культур в теплицах 
от бактериозов. //Журнал: «Защита и карантин растений», 2011, №3, стр. 32-
35 
3.Грищечкина Л.Д. Проблемы защиты овощных культур от болезней в 
теплицах. //Журнал: «Защита и карантин растений», 2011, №2, с. 16-18 
4.Власов Ю.И. Вирусные и микоплазменные болезни растений. Москва, 
«Колос», 1992, 207с. 
5. Головин П.Н. и др. Практикум по общей фитопатологии. Л.Колос. 1977 г., 
342c. 
6.Ağayev C.T. Abşeron bölgəsində örtülü sahədə becərilən pomidor bitkisinin
xəstəliklərinə qarşı ekoloji-təmiz mübarizə metodlarının hazırlanması və tətbiqi. 
//ETİ-nin yekun hesabatı, Bakı- 2012, 114 cəh 
7.Доспехов В.А. Методика полевого опыта. Москва, Колос, 1985, с. 33-58.
ОСНОВНЫЕ БОЛЕЗНИ ТОМАТА В ЗАКРЫТОМ ГРУНТЕ И МЕРЫ 
БОРЬБЫ ПРОТИВ НИХ
 
Дж.Т.АГАЕВ 
Научно-Исследовательский Институт Защиты Растений, Апшеронская ОС 
 
В статье приведена
и
нформация о видовом составе основных 
вредоносных болезней томата. Показаны результаты исследований в борьбе с 
болезнями томата с использованием устойчивых сортов, оздоровлением 
семян, методов повышающих устойчивость растений.
 
MAJOR DISEASES OF TOMATO IN GREENHOUSES AND THEIR 
CONTROL MEASURES AGAINST THEM 
 
J.T.AGAYEV 
Research Institute of Plant Protection. Apsheron ES 
 
Information is given about composition of the basic diseases infecting the
tomato plant in the covered area. Control methods study results have shown by use 
of resistant varieties sanitating of the seeds of durable sorts,
 
 
 
 
 
 
 


315 
UOT: 635.651 
 
ABŞERON BÖLGƏSİNDƏ YAYILMIŞ BİTKİ NEMATODLARININ 
BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ 
 
M.M.TAĞIYEV 
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə 
Stansiyası 
E-mail: 
Mardan.Tagiyev@mail.ru
 
 
 
Məqalədə Abşeron bölgəsinin şimal-şərq ərazilərində becərilən tərəvəz 
bitkilərinin köklərinə zərər vuran nematodların növ tərkibi barədə məlumat 
verilmişdir. Aparılmış tədqiqatların nəticəsi onlaraq başlıca ziyanlı növlərin 
bioekoloji xüsusiyyətləri öyrənilmişdir.
 
Açar sözlər: 
Abşeron bölgəsi, tərəvəz, fır nematodları, Meloidogyne, 
Heterodera, inkişaf, temperatur 
Ключевые слова: 
Апшеронский регион, овощи, галловая нематода, 
Meloidogyene, Heterodera, развитий, температура
 
Key words: 
Absheron region, vegetables, Кnob malady, Meloidogyne, 
Heterodera,
development, temperature 
Hazırki dövrdə bitki nematodunun bir neçə min növü məlumdur. Bunların 
əksəriyyəti torpaqda qidalanan nematodlardır. Bunların içərisində az miqdarda 
nematod növləri vardır ki, onlar bitkilərə patogenetik (parazit) münasibət 
göstərərək onlarda spesifik nematod xəstəlikləri yaradır. Bitkilərdə yaratdıqları 
əsas xəstəlik əlamətləri köklərdə fırların əmələ gəlməsi, boydan qalma, yarpaqların 
saralması, çiçəklərin tökülməsi və.s ola bilər. Apardığımız tədqiqatlar göstərmişdir 
ki, Abşeron bölgəsinin əsasən qumsal torpaqlarında yayılmış nematod növləri 
bitkilərin köklərində parazitlik edən Meloidogiye (fır nematodu) və Heterodera 
(sista nematodu) cinsindən olan nematodlardır.
Fır nematodları öz inkişafına yumurta kisəsindən (Meloidogyne) başlayır. 
Belə ki, yumurta daxilində 1-ci yaş dövrünü keçirən sürfələr 2-ci yaş dövründə 
hərəkətli olub nazik iy (mil) şəklindədir. O, adi gözlə görünmür, uzunluğu 0,39-
0,6mm, eni isə 0,018-0,54 mm-dir. Fır nematodunun bu hərəkətli sürfələri öz 
inkişafını əvvəlcə torpaqda keçirir. Torpaqda sürfələr yuxarı aşağı hərəkət edərək
müəyyən məsafə qət edə bilirlər. Sahib bitki axtarışında olan sürfələr ilk rast 
gəldikləri bitki köklərinə sancılır, ağız aparatındakı xüsusi neştərlə dağıdıcı, 
aşılayıcı ferment ifraz etməklə nazik kökləri deşərək onların daxilinə keçir və 
orada parazitlik etməyə başlayırlar. Kökə daxil olmuş ikinci yaş nematod sürfələri 
kökün mərkəzi silindri istiqamətində hüceyrələri zədələyərək, hüceyrə şirəsini 
sormaqla hərəkətsiz vəziyyətə keçir. Intensiv qidalanan sürfələr bitkilərin inkişafını 
zəiflədir, yarpaqlar saralmağa başlayır, kök sistemi eybəcərləşir (fırlar əmələ gəlir). 


316 
Fırın daxilində 3 dəfə ardıcıl qabıqdəyişən sürfələr yetkin hala keçir və beləliklə, 
sərbəst yaşayan erkək və dişi fır nematodları əmələ gəlir.
Fır nematodunun inkişaf mərhələləri şəkil 1-də göstərilmişdir.
Şək. 1. Meloidogynenin inkişaf mərhələləri.
1-yumurta; 2-hərəkətli sürfə, 2-ci yaş; 3-6-sürfə, 3-cü yaş; 4-sürfə,
4-cü yaş (♀) formalaşmaqda olan dişi fərd; 5-dişi fərd (yumurta kisəsi ilə);
7-sürfə, 4-cü yaş (♂); 8-formalaşmaqda olan erkək fərd; 9-yetkin erkək fərd. 
Fır nematodlarının özünəməxsus bioloji xüsusiyyətlərindən irəli gələn 
üstünlükləri onu daha təhlükəli parazitə çevirir. Ən əsası dişi fərdin öz inkişafı 
dövründə çoxlu sayda (2000-2500 ədəd) yumurta qoya bilməsi, nematodun 
növündən, sahib bitkidən və temperaturdan asılı olaraq nəsilvermə imkanının çox 
(5-8 nəsl) olması və nəticədə torpaqda fır nematodlarının hərəkətli sürfələrinin 
sayının külli miqdarda artmasıdır. Digər tərəfdən fır nematodlarının ikinci yaş 
hərəkətli sürfələrinin əlverişsiz torpaq iqlim şəraitinə çox dözümlü olmasıdır. Elmi 
mənbələrə əsasən bu sürfələr qidalanmadan embrional yağın hesabına 8-12 ay və 
hətta 4-10 il torpaqda yaşaya bilirlər [4]. 
Abşeron bölgəsində az yayılan və əsasən qışlıq tərəvəz bitkilərinin (kələm, 
kök, turp, və.s.) köklərində parazitlik edən, az yayılan, sista əmələ gətirən 
Heterodera nematodunun inkişaf mərhələləri şəkil 2.-də göstərilmişdir. 


317 
Şək. 2. Heteroderanın inkişaf mərhələləri. 
1-yumurta; 2-hərəkətli sürfə (2-ci yaş); 3-sürfə 3-cü yaş (♀);
4-sürfə 4-cü yaş (♀); 5-cavan dişi fərd; 6-yumurtalarla dolu sista;
7-sürfə 3-cü yaş (♂); 8-sürfə 4-cü yaş (♂); 9-tam formalaşmış
erkək fərd; 10-yetkin erkək fərd 
Nematod sürfələrinin köklərə daxil olduğu yerlərdə kökün hüceyrələrini
zədələyir. Zədələnmiş parenxim hüceyrələri qeyri-normal inkişaf etdiyindən 
həcmcə böyüyərək “nəhəng hüceyrələr” adlanan hüceyrələr əmələ gətirirlər. 
Beləliklə, köklər üzərində əmələ gələn bu şişkinliklər xırda və iri fırların əmələ 
gəlməsinə səbəb olur. Fırların iriliyi və forması zədələnmiş bitkinin növündən asılı 
olaraq xaşxaş dənəsindən adi qoz böyüklüyünədək ola bilir. Sonra fırlar birləşib 
kökləri eybəcər şəkilə salır və onların normal inkişaf prosesini pozur. 
Görünüşünə əsasən erkəkləri dişilərindən fərqlənən fır nematodları aydın 
nəzərə çarpan cinsi dimorfizmə malikdirlər. Dişi nematod armudvari, parlaq ağ 
rəndə olub adi gözlə də görünür. Bədən ilə boyun arasında xüsusi sərhəd yoxdur. 
Uzunluğu 0,48-1,2 mm, eni isə 0,21-0,60 mm-dir. Boyun hissəsi kiçik baş ilə 
qurtarır. Baş hissəsində ağız deşiyi vardır ki, bu deşik çox da dərin olmayan ağız 
boşluğuna açılır. Ağız boşluğu düz yem borusuna keçir. Yem borusunun ortasında 
olan və bulbus adlanan əzələvi şişkinlik mədə vəzifəsini görür. 
Erkək nematod uzunsov olub, əsl qurd şəklindədir. Uzunluğu 1-1,5 mm, eni 
isə 0,03 mm-dir. Fır nematodunun sürfəsi nisbətən kiçik olub nazik iy (mil) 
şəklindədir. Uzunluğu 0,39-0,6 mm, eni isə 0,018-0,052 mm-dir. Adi gözlə 
görünmür. Quyruq hissəsi ensizləşərək tamamilə sivridir. 
Fır nematodu ağız boşluğunda yerləşən neştər vasitəsi ilə bitkinin kök 
sistemini deşərək onun daxilinə girib hərəkətsiz hala keçir. Kökün nematod 
tərəfindən sirayətlənmiş hissəsinə göbələk və bakteriyalar, viruslar daxil olub, 
kökün çürüyüb dağılmasına səbəb olur. Odur ki, bitki normal qidalana bilməyib 
böyümədən qalır. Nəticədə bitkilər zəifləyir, məhsuldarlıqları kəskin aşağı düşür, 
çox vaxt quruyur, yaxud heç bir məhsul vermir. Əgər nematodla sirayətlənmiş 
bitki məhsul verersə də, o az və keyfiyyətsiz olur. 
Fır nematodunun əmələ gətirdiyi fırlar ilə paxlalıların əmələ gətirdiyi fırları 
kökyumruları qarışdırmamaq lazımdır. Paxlalı bitkilərin əmələ gətirdiyi fırlar kökə 
yan tərəfdən yapışmış olduğuna görə kökdən asanlıqla qopub düşə bilir, ancaq 
nematodun əmələ gətirdiyi fırlar isə kökün eybəcər şəkilə düşməsi ilə fərqlənir və 
kökdən qopmur. Bundan başqa nematodun əmələ gətirdiyi fırları, filloksolriyanın 
qan mənənəsinin əmələ gətirdiyi şişlərdən, yaxud xərçəng şişlərindən ayırmaq 
üçün fırların daxilində nematodları tapmaq lazımdır. Bitki nematodları qışlama 
dövrünü əsasən yumurta və hərəkətli sürfə fazasında keçirir [6]. Heterodera 
cinsindən olan nematodlar sista fazasında qışlayır və sistanın içərisində olan 
yumurtalar və ya 1 yaşda olan sürfələr qorunmuş vəziyyətdə uzun müddət (18-25 
il) öz həyat qabiliyyətlərini saxlaya bilirlər [5]. 
Yumurtadan, yumurta tökən yetkin dişi nematod əmələ gələnə qədər 
təxminən 28-60 gün keçir. Bölgədə yayılan fır (Meloidogyne) və sista (Heterodera) 
əmələ gətirən nematodların bir bioloji generasiyası əsasən aşağıdakı amillərdən


318 
parazitlik etdikləri sahib bitkinin növündən, ətraf mühit amillərindən, əsasən 
torpağın temperatur və nisbi rütubətindən asılıdır. Ayrı-ayrı nematod növlərinin 
inkişafında müxtəlif temperatur rejimi tələb olunur. Aparılmış elmi tədqiqatlardan 
məlum olmuşdur ki, fır nematodlarının yumurtalarında inkişaf 7-9°C-də başlayır. 
2-ci yaşda olan hərəkətli sürfələr torpaqda temperatur 12°C-dən yuxarı qalxdıqda 
bitkilərin köklərini deşib kökün daxilinə nüfuz edirlər. 10°C-dən yuxarı 
temperaturda kökün daxilindəki nematodlar qidalanmağa başlayırlar. 
Torpaq iqlim şəraitindən asılı olaraq fır nematodlarının nəsilvermə sayı 
dəyişir. Belə ki, tropik ölkələrdə fır nematodları 10-11 nəsil, cənub ölkələrində 4-5 
nəsil, Ukraynada 2-3 nəsil, Belorusiyada 1 nəsil verir. Apardığımız müşahidələrə 
əsasən fır nematodları Abşeron şəraitində açıq sahələrdə yazdan payıza qədər 4-5 
nəsil, il ərzində əkin altında olan örtülü istixanalarda 7-8 nəsil verə bilir. 
Kök nematodlarının hərəkətli və yarımhərəkətli növlərinin bəziləri həm 
kökün daxilində, həm də xaricindən köklərə müdaxilə edərək parazitlik edirlər. 
Belə ki, sista əmələ gətirən Heterodera kök nematodlarının sürfələri (2. 3. 4 yaş) 
kökün daxilində endoparazit həyat tərzi keçirir, yetkin fərdi isə yarım endoparazit 
həyat tərzi keçirir. Meloidogyne fır nematodlarının hərəkətsiz sürfələri (2. 3. 4 yaş) 
və yetkin fərdi endoparazit həyat tərzi keçirir. Nematodların bitki orqanlarına daxil 
olma prosesi şəkil 3-də verilmişdir. 
Şəkil: 3.Nematodların bitki orqanlarına daxil olma prosesi. 
a – hərəkətli kök nematodları;
b – ektoparazitlər, fakultativ parazitlər; 
c – yarımhərəkətli endoparazitlər (Meloidogyne), yarımhərəkətli 
yarıendoparazitlər (Heterodera). 


319 
Aşagıdakı foto şəkillərdə bəzi bitki şitillərinin köklərində fır nematodlarının 
yayılması vəziyyəti göstərilmişdir (Şəkil 4). 
1 2 3 
Şəkil 4. Şitillərdə fır nematodlarının yayılması:
1-xiyarda; 2-kələmdə; 3-pomidorda. 
Nəticə olaraq qeyd olunmalıdır ki, Abşeron bölgəsində yayılmış bitki 
nematodlarının bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, onlara qarşı kompleks 
mübarizə tədbirlərinin vaxtında və düzgün yerinə yetirilməsinə imkan 
yaradacaqdır. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin