343
UOT 633.112.1. “321”
PERSPEKTİV YUMŞAQ BUĞDA SORTNÜMUNƏLƏRİNİN BECƏRMƏ
İLLƏRİNDƏN ASILI OLARAQ BİR SIRA KEYFİYYƏT
GÖSTƏRİCİLƏRİNİN TƏTQİQİ
Q.M.HƏSƏNOVA, A.M.ABDULLAYEV, G.H.POLADOVA
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Az 1198, Sovxoz 2, Bakı, Azərbaycan,Tel:5516130
Açar sözlər:
buğda, kleykovina, KDƏ, zülal, sedimentasiya, mühit amilləri,
irsilik
Ключевые слова:
пшеница, клейковина, ИДК, белок, седиментация,
факторы среды, наследственность
Key words:
wheat, gluten,
qluten quality, protein, sedimentation,
enviromental factors, eredity
Məhsuldarlıq və yüksək keyfiyyət göstəricilərini limitləşdirən təbii amillərin
(yüksək temperatur rejimi, quraqlıq və s.), qlobal səviyyədə dəyişkənliyi fonunda,
bu amillərə neytral reaksiyalı sortların artan rolunu nəzərə alaraq bu istiqamətdə
seleksiya işlərinin gücləndirilməsi tələb olunur. Son dövrlərdə müasir seleksiya
proqramları genotip və ətraf mühit amillərinin qarşılıqlı təsirində, məhsuldarlıq və
yüksək keyfiyyətin formalaşmasında genotipin rolunun əsas olduğunu nəzərə
alaraq keyfiyyətin seleksiyasının inkişaf etdirilməsini qarşıya qoymuşdur [7; 8].
Dənin keyfiyyət
göstəriciləri mürəkkəb, kompleks əlamət olmaqla, mühit
amillərinin və becərmə texnologiyasının, xəstəlik törədicilərinin və s. təsirinə
asanlıqla məruz qaldığından seleksiyada keyfiyyət
göstəricilərinə görə seçmə
aparmasına çətinlik törədir.
A.A.Juçenko (2004, 2005) son on illikdə kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının artırılmasında seleksiyanın rolunun 30-70% qiymətləndirildiyini
və mühit amillərinin dəyişməsi ilə əlaqədar bu göstəricinin daim artacağını göstərir
[1; 2].
Müasir seleksiyanın bu günkü inkişaf mərhələsində yaradılan hər bir sortda
vacib təsərrüfat əlamətlərinin və xüsusiyyətlərinin uzlaşması tələb olunur ki, bu da
sortun müxtəlif iqlim şəraitində öz keyfiyyət göstəricilərini formalaşdırmağa, onun
potensial imkanını biruzə çıxarmasına imkan yaradır [3].
M.A.Fomenkonun (2003) fikrincə illər üzrə məhsuldarlığın və dənin
keyfiyyət göstəricilərinin yüksək saxlanmasını da nəzərə almaqla abiotik amillərə
davamlı sortların yaradılması istiqamətində seleksiya işləri gücləndirməlidir [4].
Dünya üzrə yeni sortların tətbiqi məhsuldarlığın 50-70% artmasını
təmin
etməklə ən yüksək məhsuldarlıq ekologiyaya uyğun sortların becərilməsi
hesabınadır. Dənin keyfiyyət göstəricilərinin təyinində ən böyük rol “sort” və “il”
amillərinin qarşılıqlı təsirləridir [6].
Keyfiyyətin formalaşmasına ilk növbədə təsir göstərən meteoroloji amillər
və becərmə texnologiyasıdır. Ən güclü keyfiyyət göstəricilərinə malik olan sortlar
344
belə onun bu əlamətlərinin realizə olunması üçün şərait yaratmadıqda öz irsi
əlamətlərini üzərə çıxara bilmir [9].
Respublikamızda mühit amillərinin geniş diapazonda
dəyişkən olduğunu
nəzərə alaraq yumşaq buğdalarda keyfiyyət göstəricilərinə illərin mühit amillərinin
təsirini öyrənmək məqsədilə Tərtər BTS-də becərilən bir sıra eyni sort və
sortnümunələrin dəni analiz edilmişdir.
Tədqiqatın materialı yerli yumşaq buğda sortları və sortnümunələri
olmuşdur. Bunlardan 38 nümunə Müsabiqəli Sort Sınağı, 32 nümunə isə Nəzarət
pitomnikindən olmuşdur. Bu nümunələrdən yalnız 2015-ci ildə kleykovinanın
deformasiya əmsalı yüksək olanlar seçilmiş və digər illərlərin
identik keyfiyyət
göstəriciləri ilə müqayisə olunmuşdur.
Tədqiqat və bütün analizlər mövcud metodika əsasında aparılmışdır [4].
Nümunələrdə 1000 dənin kütləsi, şüşəvarilik, kleykovinanın miqdarı və keyfiyyəti,
sedimentasiya və zülal analizləri aparılmışdır. Bəzi nümunələrdən isə çörək
bişirilərək qiymətləndirilmişdir. Dənin texnoloji analızləri – şüşəvarilik (DYST-
10842-64), dənin rəngi, 1000 dənin kütləsi (DYST-10840-64), kleykovinanın
miqdarı və keyfiyyəti (İDK-1 aparatında)kleykovinanın deformasiya əmsalı
(DYST-13586.1-68), sedimentasiya dövlət standartlarına uyğun olaraq tədqiq
edilmişdir. Ümumi azotun miqdarı Keldal üsulu ilə təyin edilmişdir.
Tədqiqatda standart olaraq Aran və Murov 2 payızlıq yumşaq sortları
götürülmüşdür. Bu sortlar intensiv tiplidir və yüksək dən keyfiyyətinə malikdirlər.
Xüsusilə Aran sortunun çörək keyfiyyəti qənaətbəxşdir. Yuxarıda
qeyd edildiyi
kimi kleykovinanın deformasiya əmsalına görə seçilmiş nümunələrin digər
keyfiyyət göstəriciləri 2-ci cədvəldə verilmişdir (Cədvəl 2).
1-ci cədvəldən göründüyü kimi tədqiq olunan sort və sortnümunələrin
təsərrüfat əhəmiyyətli göstəriciləri illərdən asılı olmuşdur. Belə ki, standart kimi
götürülmüş Aran sortunda tədqiqat illərindən asılı olaraq 1000
dənin kütləsi
tədqiqatın iki ilində (2013-2014-cü illər) bir-birinə yaxın olsalar da (45,2-41,2 q)
2015-ci ildə bu göstərici 37,2 q olmuşdur. Lakin Murov 2 sortunda 1000 dənin
kütləsi demək olr ki, sabit qalmışdır. Hər iki sortda dənin şüşəvariliyi dəyişkən
olmuşdur. Bu göstəricinin mühit amillərinin təsirinə asanlıqla məruz qaldığını
nəzərə alsaq bunun qanunauyğun olması təsdiqlənir.
Digər keyfiyyət göstəricilərinin də tədqiqat illərinin mühit amillərindən asılı
olması müşahidə edilir. Lakin bu göstəricilər bəzi
sort və sortnümunələrdə il
amillərindən deyil, sortun genotipinin davamlılığından asılı olması müşahidə edilir.
Belə ki, 2-ci cədvəldən göründüyü kimi kleykovinanın miqdarı Aran sortunda
stabil olmadığı halda, Murov-2 sortunda bu göstərici illərdən asılı olmamış və sabit
qalmışdır. Kleykovinanın keyfiyyətinin (İDK-göstəricisinin) 2015-ci ildə belə
kəskin yüksək olması diqqəti çəkən bir məsələdir.
Ən maraqlı hal isə kleykovinanın belə yüksək miqdarında KDƏ-nin
keyfiyyətinin də yüksək olmasıdır, çünki adətən kleykovinanın yüksək miqdarında
KDƏ zəif olur. Kleykovinanın yüksək miqdarında onun keyfiyyətinin (KDƏ)
yüksək olması N45 STARSHİNA/SONMEZ/2, N46AB03671/1 AU/3/MİNN/
(Turk)xƏz.95 sortnümunələrində müşahidə
olunur və bu onu göstərir ki, bu