UOT 631.71:631.589.2:631:544
ƏKİN SIXLIĞINDAN ASILI OLARAQ AZOT GÜBRƏSİNİN TÜTÜN
BİTKİSİNİN TOXUM MƏHSULUNA VƏ TOXUMUN KEYFİYYƏTİNƏ
TƏSİRİ
S.A.QULİYEVA
Böyük elmi işçi
Elmi-Tədqiqat Əksinçilik İnstitutu, Sovxoz №2, Bakı, Azərbaycan
Tel.: 5516130
,
4974931
Məqalədə aparılan tədqiqat işinin nəticələri verilmişdir. Ətirli tütün sortları 70
X 15 sm əkin sıxlığında əkildikdə hektara 60 kq- fosfor, 60kq-kalium fonunda 45 kq
azot gübrəsinin verilməsi zamanı yüksək və keyfiyyətli toxum məhsuldarlığının
alınması müəyyən edilmişdir.
Açar sözlər:
gübrə, torpaq, azot, kalium, fosfor, toxum, sort, Zaqatala-67,
Samsun-155, Trapezond-285, əkin sıxlığı
Ключевые слова :
удобрение, почва, азот, калиум, фосфор, зерно, сорт,
Загатала-67, Самсун-155, Трапезонд-285, густота стояния растений
Key words :
fertilizer, soil, nitrogen, potassium, phosphorus, crop, variety,
Zaqatala-67, Samsun-155, Trapezond-285, plant densit
Kənd təsərrüfatı bitkiləri tütün bitkisinin məhsuldarlığı toxumun sort və əkin
keyfiyyətindən asılıdır. Tütün bitkisi öz-özünə tozlanan bitkidir. Çarpaz tozlanması
da mümkündür. Bu həşaratlar və ya külək vasitəsi ilə baş verir. Çiçəklərin normal
mayalanması üçün əlverişli şərait günün uzunluğu 15-16 saat və havanın orta sutkalıq
temperaturu 20-22
0
C olduqda daha intensiv gedir. tütün bitkisinə xas olan
əlamətlərdən biridir.
Əvvəlcə mərkəzdəki sonra isə periferik qutucuqlar yetişməyəy başlayır.
Yetişmiş qutucuqlar və toxumlar açıq qəhvəyi rəng alır. Mayalanmadan toxumların
yetişməsinə qədər olan müddət sortun bioloji xüsusiyyətlərindən və təbii iqlim
şəraitindən asılı olaraq (orta temperatur 20-22
0
C) 25-30 gün davam edir. Periferik
qutucuqlarda olan toxumlar mərkəzdəkilərə nisbətən yüngül olurlar. Bu cür
toxumlardan yetişdirilən bitkilərin yarpaqları uzunsov, məhsuldarlığı isə aşağı olur
1
. Ona görə də yüksək keyfiyyətli toxum almaq üçün periferik çiçək qrupları
448
vurulur. Bu toxum məhsuldarlığını nisbətən aşağı salır, lakin keyfiyyətli toxum
hesabına kompensasiya olunur. Tütün toxumları şərti olaraq iki əsas bioloji və
fizioloji yetişkənlik fazasına ayrılır. Birinci fazada toxumlar tam formalaşır, çiçək
yatağından ayrılır və qidalanması dayanır. Bu cür toxumlar keyfiyyətsiz olub çox
zəif cücərirlər. İkinci faza isə toxum yəğıldıqdan təxminən bir il sonra başlayır.
Tütünçülükdə 2-3 illik toxumlardan istifadə edilir. Bu fazanı istilik verməklə
tezləşdirmək mümkündür. Təzəcə yığılmış toxumlar 25-30
0
C temperaturda və 60-
65% nəmlikdə 1-2 ay ərzində fiziliji yetişkənlik fazasına çatmış olur
4
.
Tütünçülükdə elit toxumlardan istifadə edildikdə daha səmərəli olur. Tütün
toxumu çox kiçik olub uzunluğu 0,75 mm, eni 0,65 mm, qalınlığı isə 0,55 mm-dir.
1000 dənin kütləsi 0,05-0,09 q, 1000 dənin mütləq həcmi 0,055-0,075 sm
3
, toxumun
natura çəkisi 0,5 kq, xüsusi çəkisi 1,06-1,16 məsaməliliyi 54-59% olmaqla 1 qram
çəkidə 12-15 min tütün toxumu olur
2
.
Ştillik üçün toxumun səpin norması 0,3-0,5 qr/m
2
, bir hektar sahəyə 25-30 qr
toxum tələb olunur. Toxumun tərkibində 6,9-7,1% su, 3,3% kül, 36,4-43,1% yağ,
19,6-26,4% zülal, 14,2% sellüloz, 2,1-3,9% karbohidrat, 3,6 ümumi azot və 3,5%
fosfor vardır.
Məhsuldarlığın artırılması və keyfiyyətin yaxılaşdırılması və fermerlərin
keyfiyyətli toxumla təmin edilməsi böyük əhəmiyyəti malikdir. Ona görə də fermer
təsərrüfatlarını keyfiyyətli toxumla təminatı və toxumçuluq işinin yaxşılaşdırılması,
başlıca məsələlərdəndir. Toxumçuluğu düzgün təşkil etmədən tütün bitkilərindən
yüksək və keyfiyyətli məhsul almaq qeyri mümkündür
2
.
Toxumlar keyfiyyətli olduqda onlardan alınan bitkilər yaxşı inkişaf edir,
möhkəm olur bu isə gələcəkdə yüksək və keyfiyyətli məhsul alınmasında başlıca
şərtdir. Səpin üçün ayrılan toxumlar keyfiyyətli, dolu, sağlam və təmiz olmalıdır.
Fermer təsərrüfatlarında tütün bitkisinin məhsuldarlığının artırılması və keyfiyyətinin
yaxşılaşdırılmasında elit toxumların böyük əhəmiyyəti vardır. Azərbaycan
Respublikası şəraitində çiçək qrupunda olan toxum qozalarının yetişməsi orta hesabla
26-30 gün çəkir. Bu müddət havanın temperatururndan, nisbi rütubətindən və
bitkilərin qidalanma rejimindən çox asılıdır. Toxumların optimal rejimdə yetişməsi
onların keyfiyyət göstəricilərinə də təsir edir
2
.
Çiçəkləmə qurtarmamaış çiçək qrupuna verdikdə və zəif qozaları qırıb atdıqda
toxumun məhsuldarlığı artır və toxumların yetişməsi sürətlənir. Eyni zamanda 1000
dənin kütləsi artır. Bu onunla izah olunur ki, gec açılan və zəif qozalar kəsildikdə
bitkiyə daxil olan qida maddələri bu orqanların inkişafına yox toxumun və yarpağın
inkişafına sərf olunur.
Kefiyyətli toxum alınması üçün əkin sıxlığından asılı olaraq azot gübrəsinin
normalarının öyrənilməsi və tətbiqi böyük əhəmiyyət kəsb edir. Bunları nəzərə
alaraq tarla şəraitində əkin sıxlığından asılı olaraq azot gübrəsinin müxtəlif
normalarının ətirli tütün sortlarının toxum məhsuluna və keyfiyyətinə təsiri
öyrənilmişdir
6
.
Toxum sahədə tam yetişdikdən sonra yığılaraq bir çiçək qrupunda olan
qutucuqların sayı sayılmış, bir çiçək qrupunda olan toxumlar qurudularaq çəkisi
449
çəkilmiş və hektardan toxum məhsulu hesablanmışdır. Bundan 3 ay sonra 1000
dənin kütləsi çəkilmiş, cücərmə enerjisi öyrənilmişdir.
Samsun-155 sortunda 70x10 sm qida sahəsində hektara P
60
K
60
verilən variantda
hektara 2,3 sentner toxum məhsulu alındığı halda Fon +N
30
variantında 2,9 s/ha, Fon
+N
45
variantında 3,1 s/ha, Fon +N
60
variantında isə 3.4 s/ha toxum məhsulu
alınmışdır. 70x15 sm və 70x20 sm qida sahələrində toxum məhsuldarlığında eyni
qanunauyğunluq müşahidə olunmuşdur. Yəni qida sahəsi və azot gübrəsinin
normaları artdıqca toxumun məhsuldarlığı da artmışdır. Samsun-155 sortunda bu
qanunauyğunluq 1000 toxumun kütləsində, toxumların cücərmə enerjisində,
toxumların cücərməsində, bir çiçək qrupunda olan qutucuqların sayında və bir çiçək
qrupunda olan toxumların çəkisində də müşahidə edilmişdir (cədvəl 1).
Dostları ilə paylaş: |