501
örtüyündən təşkil olunmuşdur. Tədqiqat antropogen təsirin intensivliyinə görə
nisbətən fərqlənən, 2014-cü ilin noyabr ayının Iongünlüyündə Cəlilabad 19 arpa sortu
səpilmiş 3 torpaq konturunda (I, II, III) aparılmışdır. I (N40
0
31.456
ʹ
, E48
0
53.488
ʹ
,
734m)– sələfi arpadır; 2014-cü ilin yayında məhsul yığılıb, sonra 6-8 sm dərinlikdə
diski ilə işlənib və sentyabr ayında 20-22 sm dərinlikdə şum aparılıb; sahəni payızlıq
taxıl səpininə hazırlamaq üçün oktyabr ayının axırında yenidən diski və mala
çəkilib.II (N40
0
31.370
ʹ
, E48
0
53.801
ʹ
, 831m) – sələfi qara herikdir; 2013-cü ilin
yayında taxıl məhsulu yığıldıqdan sonra bu sahə 2014-cü ilin yanvarına
qədər boş
qalıb və yanvar ayında 25-27 sm dərinlikdə şumlanıb. Sonra, 2 dəfə yaz işləməsi
aparılmışdır. I işləmə 8-10 sm dərinlikdə diski, II – həmin dərinlikdə kultivasiya
vasitəsilə həyata keçirilmişdir. Sahə payızda yenidən bir dəfə kultivasiya ilə işlənmiş
və üzərindən mala çəkilmişdir. III (N40
0
31.156
ʹ
, E48
0
53.564
ʹ
, 831m) – sələfi arpadır;
bu sahə də 2014-cü ilin yayında əkin altından çıxmışdır, iyul ayında 6-8 sm, oktyabr
ayında isə 8-10 sm dərinlikdə diski ilə işlənmişdir.
Vegetasiya dövründə hər 3 sahədə aşağıdakı aqrokimyəvi tədbirlər həyata
keçirilmişdir: 1) 2014-cü ilin payızında əkin sahələrinə səpinlə birlikdə 100 kq/ha
fiziki çəki hesabı ilə
nitrofoska
, 2) 2015-ci il mart ayının I ongünlüyündə isə 200
kq/ha fiziki çəki hesabı ilə
ammonium nitrat
verilmişdir, 3) 2015-ci il aprel ayının I
ongünlüyündə bitkilərə herbisid çilənmişdir (hektara 20 q hesabı ilə 200-300 litr suda
həll edilməklə
tribenuron-methyl
).
Tədqiqat üçün hər 3 əkin sahəsində eyni ölçülü (40 x 40 m) torpaq konturu
seçilmiş və aralarındakı məsafə 10 m olmaqla torpağın şum (10-15 sm) və şümaltı
(35-40 sm) qatlarından 9 təkrarla nümünələr götürülmüşdür. Torpağın aqrofiziki
xassələrinin dinamikasını izləmək məqsədilə hər təkrar üçün 1 m
2
sahə qorunaraq
fiksə edilmişdir. Tədqiqat müddətində torpağın aqrofiziki xassələri 6
dəfə təyin
edilmişdir: t
1
– 11.11.2014 (səpindən sonra), t
2
– 27.03.2015 (kollanma), t
3
–
01.05.2015 (boruyaçıxma), t
4
– 27.05.2015 (sünbülləmə), t
5
– 22.06.2015 (tam
yetişmə), t
6
– 21.08.2015 (biçindən sonra). Torpağın aqrofiziki xassələri təcrübi və
hesabi yolla standart metodlarla təyin edilmişdir [3; 4]. Tədqiqatın nəticələri
p>0.05ehtimal səviyyəsi ilə Minitab Release 14statistik proqram paketi vasitəsilə
qiymətləndirilmişdir [16].
Müəyyən ehtimal səviyyəsi ilə statistik analiz aparmaq üçün torpağın aqrofiziki
xassələrinin paylanma qanunu müəyyən edilməlidir ki, ona uyğun statistik
parametrləri qiymətləndirmək mümkün olsun. Odur ki, ilk öncə paylanmanın normal
və ya Qaus qanununa tabe olmasına dair Ryan-Coynerin RJ-kriteriyası yoxlanılmışdır
və tədqiq edilən aqrofiziki xassələrin paylanmasının 90%-dən çox hallarda (144-dən
131-i) normal qanuna tabe olduğu müəyyən edilmişdir. Bu bizə normal paylanmanın
parametrlərini (orta qiymət və dispersiya) və əlaqəli statistik göstəriciləri müqayisəli
qiymətləndirməyə imkan verir. Statistik analizdə
Stüdentin t- və Fişerin F-
kriteriyalarından istifadə edilmişdir. Cədvəl 1-də torpağın aqrofiziki xassələrinin orta
qiymətləri (
X
) və variasiyaəmsalları (C
v
, %) göstərilmişdir.Aqrofiziki xassələrin
dəyişkənlik meyyarı olan variasiya əmsalının dəyişmə diapazonları aşağıdakı kimidir:
I dərinlikdə ‒W: 2.1-23.1, ρ
b
: 3.4-12.9, ε
t
: 3.6-13.5; ε
a
: 6.5-43.3; II dərinlikdə ‒W:
502
3.5-30.3, ρ
b
: 2.5-10.1, ε
t
: 2.8-11.6, ε
a
: 13.7-33.5. Göründüyü kimi torpağın aqrofiziki
xassələri tədqiqat müddətində zəif və orta dəyişkənliklə xarakterizə olunur.
Məlumdur ki, dəmyə şəraitində torpağın nəmlənmə dərəcəsi dayanıqsız olub,
yağıntıların miqdarından asılıdır. Torpağa suyun daxil olması məhdudiyyətli olduqda
nəmlik bitkinin inkişafında ən mühüm amillərdən biri olur [1; 11]. Hər iki dərinlikdə
səpindən sonra bitkilərin kollanma fazasına qədər torpağın kütləvi nəmliyi artır, sonra
kollanma fazasından vegetasiyanın sonuna qədər və biçindən sonra azalır.Bu, bir
tərəfdən yağıntəların miqdarı, digər tərəfdən isə ümumi evapotranspirasiyaitkiləri ilə
əlaqədardır. Belə ki, may ayından başlayaraq avqust ayına qədər yağıntıların miqdarı
kəskin azalmışdır. May-iyul aylarında cəmi 19.3 mm yağıntı düşmüşdür ki, bu da
uyğun dövr üçün orta çoxilliklə müqaisədə 81.7mm azdır. Bitkilərin kollanma
fazasında torpaqda kifayət qədər rütubət ehtiyatı olur və kök sistemi zəif inkişaf
etdiyindən torpağın dərin qatlarını əhatə edə bilmir. Bitkilərin inkişafıintensivləşdikcə
onların kök sistemi güclənir və suya olan təlabatı artır ki,
bu da özünü ümumi
evapotranspirasiya itkilərinin çoxalmasında büruzə verir. Torpağın şum qatında
nəmliyin azalma tempinin şumaltı qata nisbətən daha intensiv getməsində bitki sıxlığı
ilə əlaqədar olaraq fiziki buxarlanmanın da müəyyən rolu vardır.
Tədqiqatın başlanğıcında torpağın şum qatında nəmliyin I, II və III sahələrinə
uyğun qiymətləri müvafiq olaraq 23.46%, 25.08% və 25.02%-dir. Vegetasiyanın
sonunda həmin torpaq qatında nəmlik təqribən soluxma nəmliyi səviyyəsində olur və
biçindən sonravariantlara uyğun olaraq 4.99%, 5.34%, 5.13% təşkil edir. Göründüyü
kimi hər iki halda qara herik sələfində nəmlik nisbətən yüksəkdir. Torpağın şumaltı
qatında da kütləvi nəmliyin dinamik xarakteri müşahidə olunur (şəkil 1).