Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə65/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   61   62   63   64   65   66   67   68   ...   352
Açar sözlər:
mərcimək, genotip, biomorfoloji parametrlər, çiçəkləmə, 
məhsuldarlıq 
Ключевые слова:
чечевица, генотип, биоморфологическиe параметры
цветение, урожайность 
Keywords:
lentil, 
genotype, 
biomorphological 
indicators, 
flowering, 
productivity 
Respublikamızda ərzaq məqsədi üçün istifadə olunan və qədim zamanlardan 
becərilən paxlalı bitkilərdən mərciməyi göstərmək olar. Bu bitkinin dəni 
karbohidratlarla, zülallarla, əvəzolunmayan amin və yağ turşuları, vitaminlərlə 
(xüsusilə də B və E qrupuna aid) və minerallarla zəngindir. Bunlarla yanaşı göstərilən 
maddələr insan orqanizmi tərəfindən yüksək səviyyədə (86%) mənimsənilir və onun 
inkişafına müsbət təsir göstərir. Ərzaq paxlalı bitkilər zülal probleminin həllində 
mühüm rol oynayır. Qida rasionunda zülal çatışmazlığı insan orqanizminə mənfi təsir 
göstərir və xroniki zülal aclığı prosesi yaranır ki, nəticədə bir sıra fəsadlar baş verir. 


100 
Heyvan mənşəli zülalların çatışmazlığını bu bitkilər əvəz edə bilərlər. Ona görə də 
əhalinin qida rasionunda bu bitkilərdən geniş şəkildə istifadə edilməsi məsləhət 
görülür [1; 2; 3; 4; 5]. 
Ayrı-ayrı bölgələrdə torpaq-iqlim şəraitinin müxtəlifliyi bu bölgələr üçün 
yüksək məhsuldar, ətraf mühitin əlverişsiz faktorlarına, xəstəliklərə qarşı davamlı, 
adaptiv xüsusiyyətli, intensiv tipli sortların yaradılmasını tələb edir. Buna görə də 
ərzaq paxlalı bitkilərin müxtəlif ekoloji-coğrafi mənşəyə malik olan dünya 
kolleksiyası nümunələri və yerli nümunələr toplanaraq öyrənilməli, onların 
respublikamızın müxtəlif bölgələrində ekoloji sınaqları keçirilərək üstün 
xüsusiyyətləri müəyyənləşdirilməli və seleksiya yolu ilə hər bölgə üçün əlverişli 
sortlar yaradılmalıdır [6; 7; 8; 9].
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Abşeron Elmi-Tədqiqat Bazasında 
tədqiq olunan mərcimək genotiplərinin bir sıra biomorfoloji parametrləri 
öyrənilmişdir. Tədqiq olunan sortnümunələr standart Arzu sortu ilə müqayisəli 
şəkildə öyrənilmişdir. Bu mərcimək genotipləri Azərbaycanın müxtəlif bölgələrindən 
toplanılmış və bir sıra Beynəlxalq mərkəzlərdən introduksiya olunmuşdur.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin