Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


THE INTRODUCTION POTENTIAL OF BULBS OF THE WILD ONION



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə74/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   70   71   72   73   74   75   76   77   ...   352
THE INTRODUCTION POTENTIAL OF BULBS OF THE WILD ONION 
(
ALLIUM 
L
.
) SPECIES 
 
S.R.Hasanov, Ch.T.Namazova 
Genetic Resources Institute of ANAS 


114 
One part of onions crops introduced to new condition perishes in their different 
period of life (vegetation). One of the perishing reasons is the inability of adaptation
to the physical-chemical factors of external condition. Other reason is the infection to 
the diseases in the new condition. Wild species was cultivated in the new condition, 
are damaged by the leek moth (
Acrolepiopsis assectella
) and onion fly (
Delia 
antiqua
) and are infected onion fungal diseases.
 
UOT630*164.3;630*165.6 
 
ARPANIN RÜŞEYM KÖKCÜYÜ VƏ ONUN ƏHƏMİYYƏTİ 
 
H.C.HƏŞİMOVA 
Əkinkçilik Elmi Tədqiqat İnstitutu, Tərtər Bölgə Təcrübə Stansiyası, Az4351, 
Zolgörən kəndi, Tərtər r. 
 
leila29-12-05@yandex.ru
 
 
Məqalədə arpanın taxıl bitkisi olaraq, məhsuldarlıqla musbət korellyasiya 
təşkil edən əlamətlərindən biri - rüşeym kökcüyü və onun bitkinin inkişafinda 
əhəmiyyətindən bəhs edilir.
 
Açar sözlər: 
arpa, sortnümunə, kök sistemi, rüşeym kökcüyü 
Ключевые слова:
ячмень, сортообразец, корневая система, зародышевые
корешки
Key words:
barley, varietysamples, root system, germinal roots 
 
Arpa (
Hordeum vulgare
L.) dunyada böyük əhəmiyyətə malik dənli taxıl 
bitkisidir, vacibliyinə görə dunya üzrə qarğıdalı, düyü və büğdadan sonra dördüncü 
yeri tutur (FAOSTAT 2014).
 
Arpa bütün dünyada heyvan yemi, pivə sənayesində maya və insan qidası kimi 
istifadə olunur. Xüsusilə Tibet, Nepal, Həbəşistan, Eritreya və Şimali Afrikada arpa 
əhəmiyyətli bir qida qaynağıdır. 
Arpa yığımından sonra küləş sahəsi hətta inkişaf etməkdə olan ölkələrdə belə 
otlaq kimi istifadə olunur. Arpa yaşıl otlaq kimi (xəsil) və ya silos üçün də geniş 
istifadə edilir.
Son illərin məlumatına görə dünyada arpa istehsalı müxtəlif səbəblərə görə
təxminən 20% yəni 123 millyon ton azalmışdır və bu da arpa bitkisi istehsalının 
artırılmasının vacibliyini -məhsuldarlığın əsas şərt olduğunu göstərir. 
Məhsuldarlıq sortdan tələb edilən əsas əlamətlərdən biri olub, sortun bioloji və 
təsərrüfat keyfiyyələrinin ətraf mühitin konkret şərtləri ilə qarşılıqlı əlaqəsini özündə 
cəmləşdirir. Məhsuldarlıq mürəkkəb göstərici kimi iki əsas elementə ayırılır: vahid 
sahədə bitki sayı və bir bitkinin məhsuldarlığı. Hər element özlüyündə bir neçə 
göstəricidən asılı olub, səpin sıxlığı- cücərtilərin və yığıma qədər salamat qalan 
bitkilərin sayı, məhsuldarlıq - məhsuldar kollanma, sünbüldə sünbülcüyün və dənin 
sayı, min dənin kütləsı və s. ilə müəyyən olunur. Ümumi məhsuldarlığın 


115 
yüksəldilməsi bütün məhsuldarlıq göstəricilərinin seleksiya yolu ilə artırılması 
hesabına baş verir.
Məhsuldarlıqla musbət korellyasiya təşkil edən bəzi əlamətlərdən biri də 
bitkilərin kök sistemidir. 
Arpa, yulaf və buğda ilə müqayisədə daha güclü kök sisteminə malikdir. 
Bitkilərin inkişafı və məhsuldarlığı xususi ilə yoxsul və az nəmli torpaqlarda bu 
göstəricidən cox asılıdır (Ведров, Дмитриев и др. 2002, Полномочнов, 2005). 
Arpa bitkisi rüşeym və düyün köklərindən əmələ gələn saçaqlı kök sisteminə 
malikdir. Rüseym kökcüyü dənin rüşeymində başlanğıc halda mövcüd olduğu üçün 
belə adlanır. Rüşeym kökcüyü 16
0
-19
0
C temperaturda adətən səpindən 5-7 gün sonra 
əmələ gəlir. Rüşeym kökcüyü 2-8 ədədə qədər ola bilir və üçüncü bəzən isə dördüncü 
yarpaq əmələ gələnədək inkişaf edir. Bundan sonra əlavə köklər əmələ gəlməyə 
baslayir. Rüseym kökcükləri dənin cücərməsi zamanı fomalaşmağa başlayır. Onların 
sayı dənin iriliyindən və keyfiyyətindən asılı olsa da sonrakı inkişaf torpagın 
keyfiyyətindən və ətraf mühitdən asılı olaraq gedir. 
Rüşeym kökcüyünün fəalyyəti vegetasiyanın ilk günlərindən dən əmələ gəlməyə 
qədər olan müddətdə bitkinin inkişafını təmin edir. Kollanma zamanı quraqlıq 
olduqda düyün kökləri əmələ gəlmir və bu zaman rüşeym kökləri bitkinin həyatında 
xüsusi əhəmyyət kəsb edir. Bu zaman bitki yalnız rüşeym köklərinin hesabına inkişaf 
edir. Buna görə də rüşeym kökləri güclü və cox sayda inkişaf etdikcə xarici mühit 
stressləri bitkinin inkişafına daha az təsir edir. 
Bu məqsədlə Tərtər Bölgə Təcrübə Stansiyası (BTS) şəraitində bölgədə arpa 
əkinləri üçün optimal səpin müddəti (oktyabrın II ongünlüyü) və səpin normasında 
(hektara 3 milyon cücərə bilən dən), hər biri 1 m

sahəli ləklərdə,1000 dən kütləsinə 
görə qruplaşdırılaraq əkilmiş arpa kolleksiya nümunələrində (50 ədəd sabit xətt) 
rüşeym kökləri tədqiq edilmişdir. Səpindən 10-12 gün sonra kütləvi cücərtilər əmələ 
gəlmiş, inkişafın üç yarpaq mərhələsindəhər nümunədən 10 bitki götürülməklə
rüseym kökcükləri sayılmışdır. Vegetasiya dövründə müvafiq fenoloji müşahidələr 
aparılmış, nümunələr xəstəliklərə davamlılığa görə qiymətləndirilmişlər. Tam 
yetişmə mərhələsində hər nümunədən 10 bitki götürülməklə (kökündən çıxarılaraq) 
məhsuldarlıq göstəriciləri təyin edilmişdir. 
Aparılmış tədqiqat zamanı müəyyən olunmuşdur ki, 1000 dən kütləsi 50 
qramdan az (45,0-48,0) olan sortnümunələrin bitkilərində rüşeym kökcüyünün sayı 
5-6 ədəd intervalında dəyişmişdir. Müvafiq olaraq 1000 dən kütləsi 50 qramdan çox 
(51,0-60,0) olan sortnümunələrdə isə rüşeym kökcüyünün sayı 7-8 ədəd intervalında 
dəyişərək, digərləri ilə müqayisədə 2-3 ədəd çox olmuşdur (Cədvəl 1). 
Aparılmış tədqiqat nəticəsində rüşeym kökcüklərinin sayının dənin iriliyi - 
dolğunluğu, kollanmanın isə öz növbəsində rüşeym kökcüklərinin sayı ilə birbaşa 
asılılıq təşkil etdiyi və yüksək məhsuldar kollanmanın ümumi məhsuldarlığın 
artmasına səbəb olduğu müəyyən edilmişdir. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin