Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
ADB

 
26 
I Aparıcı: 1991 - ci il 18 oktyabr günü. AR AS - nin sessiyası “Azərbaycan 
Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı” 
qəbul edir. ADR – dən qalma ən dəyərli miras kimi üçrəngli ay - 
ulduzlu bayraq təntənəli şəkildə rəyasət heyətinin səhnəsinə gətirilir. 
Riqqətdən köksümüz qabarır, sinəmiz qürur hissi ilə dolur.
Bu üçrəngli, ay- ulduzlu bayraq atributunda müqəddəs 
ideallarımızın, milli ideologiyamızın qayəsi öz əksini tapmışdır.
Rənglərdə “türkçülük” (mavi) türk dünyası ilə 
vəhdətimizə,”islamçılıq” (yaşıl) islam dünyası ilə din birliyimizə, 
“müasirlik” (qırmızı) dünya xalqları ilə dostluğumuza, 
bərabərliyimizə, müasirliyimizə, dünyəviliyimizə, 
beynəlmiləlçiliyimizə bir işarətdir. Tanrı nişanı olan səkkiz guşəli 
ulduz şumer türklüyündən bizə qalan anlamdadır. Türkün sevimli ağ 
çadırı həmişə səkkizguşəli olmuşdur. Hətta deyilənlərə görə 
Peyğəmbər Əfəndimizin özünün də ən sevimli çadırı, səfərlərində 
qurdurduğu ağ rəngli, səkkizguşəli türk çadırı olubdur. Çevrəsindəki 
ay isə İslam dininin dünyəviliyinə, müqəddəsliyinə, işarədir. İndi 
müharibə şəraitində yaşadığımız bir zamanda bayraq gününün təsis 
olunmasının və bayram günü kimi qeyd edilməsinin hərbi 
vətənpərvərlik ruhunun yüksəldilməsində, Xankəndinin mərkəzi 
meydanında üçrəngli bayrağın qaldırılması uğrunda “Vətən sağ 
olsun!” deməyi bacaran oğulların tərbiyə edilməsində müstəsna 
əhəmiyyət daşıması danılmazdır. 
Bayrağa baxıram, göyləri dəlir,
Başının üstündə, duman çəkilir. 
Xəyala dalıram, ruhum dincəlir. 
Qürur mənbəyidir, dövlət bayrağı! 
II Aparıcı: Bəli, üçrəngli, ay - ulduzlu bayrağımız Azərbaycan Milli 
Hökumətinin 9 noyabr 1918 - ci il tarixli fərmanı ilə təsis edildi. 1918 
- ci il dekabrın 7- də ilk parlamentin açılış iclasında bu əzəmətli 
bayrağa baxarkən Xalq Cumhuriyyətinin qurucularından olan M. Ə. 
Rəsulzadə zaman- zaman nəsillərin Azadlıq ruhunu oxşayan məşhur 
kəlamını da məhz həmin gün dilə gətiribdi: “Bir kərə yüksələn bayraq 
bir daha enməz!” 


 
27 
Zaman - zaman milli suverenliyimizin simvoluna , müstəqilliyimizin 
carçısına , azərbaycançılığımızın müqəddəs dövlətçilik rəmzinə 
çevrilən üçrəngli bayrağa yeni həyat , dəyər verən ulu öndərimiz
ümummilli liderimiz Heydər Əliyev oldu. Onun təşəbbüsü ilə 1990 - 
cı il noyabrın 17- də azərbaycançılıq məfkurəsinə, eləcə də milli -
mənəvi dəyərlərimizə, ümumbəşəri ideallara sadiqliyimizin inikası 
olaraq üçrəngli bayraq Naxçıvan MR - nin dövlət bayrağı elan edildi 
və MR - in MM - in binası üstə qaldırıldı. 
Günəş göylərdə sönməz, 
Uçan ox geri dönməz. 
Bir kərə qalxan bayraq
Heç vaxt bir daha enməz. 
Ay – ulduzlu bayrağım, 
Günəş üzlü bayrağım. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin