Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   ...   10   11   12   13   14   15   16   17   18
ADB

I Aparıcı: Doğma Azərbaycanımızı müstəqil , suveren görmək həmişə qeyrətli 
babalarımızın arzusu olub. Bu arzunu reallaşdırmaq, həqiqətə 
çevirmək üçün nə qədər qurbanlar vermişik. Səttərxan, Şeyx 


 
30 
Məhəmməd Xiyabani, Məmməd Əmin Rəsulzadə, Seyid Cəfər 
Pişəvəri və başqaları Azərbaycanın müstəqilliyi uğrunda mübarizə 
meydanına atılıblar.
Bəli, bu gün Milli Bayrağımız Azərbaycan Respublikasının 
tanıtım vəsiqəsi, dövlətçilik rəmzidir. Milli bayraq - siyasi, ideoloji, 
mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin 
mövcudluğunu təsdiqləyən rəmzidir. “Bayraq “ sözü ümumtürk 
mənşəlidir və tarixi çox qədimdir. Tarixən azəri türkləri başıbəlalı 
xalq olub. Daim yadellilər tərəfindən hücuma məruz qalan, dəfələrlə 
sınağa çəkilən xalqımız çoxlu yad təsirlərlə üzləşib. Bunlara mətanətlə 
cavab verməyə cürətimiz çatıb. Müasirlik, türkçülük, etiqad azadlığı 
ideyalarını əks etdirən bayraq xalqın birlik arzularının nə qədər böyük 
olduğunun bariz nümunəsidir. 
Tarixdən qədimdir, zamandan qoca 
Mənim bayrağıma sancılan hilal. 
Aləmə nur saçdı tarix boyunca 
Məbədlər başına tac olan hilal. 
II Aparıcı: Azərbaycanlı milli düşüncəsində də əsas dövlət rəmzlərindən olan 
bayrağa münasibət tarix boyu özünü qabarıq göstərmiş, xalqımızın 
milli mövcudluq nişanəsi sayılmışdır. Tariximizin ən dəyərli 
eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar 
bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini 
öyrənməyə köməklik edir.
2009 - cu il noyabrın 17 - də Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyev tarixi bir sərəncama imza atdı. İlk dəfə olaraq 
milli bayrağa olan sevgi dövlət tərəfindən rəsmiləşdirilərək hər il bu 
ayın 9- nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi və qeyri – iş 
günü elan edilməsi qüvvəyə mindi. Prezidentin “Bayraq gününün təsis 
olunması” ilə bağlı verdiyi fərman Milli Məclisin qərarı ilə 
Konstitusiyamızın Əmək Məcəlləsinnin 105 - ci maddəsinə müvafiq 
olaraq qeyri iş günü hesab edildi. Bayram Günü ilə bağlı verilən 
sərəncamdan öncə də dövlət başçısı bu vacib milli atributumuz barədə 
mötəbər sərəncam imzalamışdı. 


 
31 
Yandır haqqın məşəlini, aləm nura dönsün, 
Çıxsın yağı düşmən önünə, ərlər öyünsün, 
Üçrəngli bayrağı qaldır, dünyada görünsün. 
Çal cəngini, olsun yağının bağrı qızıl qan, 
Azərbaycan, türkün Vətəni, can sənə qurban. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin