3
Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün
təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın
Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün
müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.
Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci
ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər
Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı
olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali
Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”
Qanun qəbul
edərək onu Dövlət bayrağı elan etmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını
bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası
Dövlət
bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının
və diplomatik
nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər
mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda,
mədəni
tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı
Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17
noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini
müəyyən edir.
Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-
ci il noyabrın 9-da
qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının
dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qərara alıram:
1. Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi
qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn
məsələlərihəlletsin.
İlhamƏliyev
AzərbaycanRespublikasınınPrezidenti
Bakı şəhəri, 17 noyabr 2009-cu il.