Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ


  Müstəqilliyimizin və milli mənsubiyyətimizin



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   2   3   4   5   6   7   8   9   ...   18
ADB

 

Müstəqilliyimizin və milli mənsubiyyətimizin
müqəddəs rəmzi olan bayrağımız 
Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim 
vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. 
Ümummilli lider Heydər Əliyev 
Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur 
mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 
Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün 
vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan 
Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli - 
mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
İlham Əliyev 
Azərbaycan Respublikasının prezidenti
Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik 
rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır.
Respublikamızın dövlət bayrağı – müstəqil Azərbaycan dövlətinin 
suverenliyinin rəmzidir. Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara 
təsvir edilmiş, mavi, qırmızı, yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər 
xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir. Mavi rəng 
türk soyumuzu, qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə müqəddəs İslam dinini 
ifadə edir. Bu gün Konstitusiya ilə müstəqil Azərbaycan Respublikasının dövlət 
rəmzlərindən biri sayılan üçrəngli bayrağımızın yaranma tarixi XIX əsrin 
əvvəllərinə təsadüf edir. Bu bayraq 1918 - 1920 - ci illərdə mövcud olmuş 
Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış milli dövlətçilik 
atributlarındandır. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası 1918 - ci il 
noyabrın 9 - da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında 
Azərbaycanın üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlı və üzərində ağ rəngli aypara 
ilə səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq olunması haqqında qərar 
qəbul etmişdir. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq 
Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. Lakin 


 

Azərbaycan Xalq Cumhuriyyətinin ömrü uzun olmadı, o, qonşu iri dövlətlərin 
məkrli planları nəticəsində 1920 - ci ildə süqut etdi. Xalq üçrəngli bayrağından 
məhrum edilsə də, ona olan sevgini ürəyində yaşatdı. Düz 70 il xalqın qəlbində 
istiqlal sevgisi və istiqlalın rəmzi olan üçrəngli bayrağa məhəbbət səngimədi. 
İnsanlar milli bayrağımızın nə vaxtsa yenidən başımız üzərində dalğalanacağına 
həmişə böyük ümid bəsləyirdilər.
Xalqın arzuları 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli 
bayrağımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı. 1990 - cı il noyabrın 17 
- də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 
Muxtar respublikanın dövlət bayrağı kimi təsdiqləndi. 1991 - ci il fevralın 5- də isə 
Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət 
bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanunu qəbul etdi.
Bəli, üçrəngli bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. 
Respublikamızın prezidenti xarici ölkələrə səfərlərə getdikdə milli bayrağımız onu 
qəbul edən dövlət tərəfindən qaldırılır. Təntənəli mərasimlərdə dövlət bayrağı 
gətirilərsə, tədbirdə iştirak edən hərbiçilər hərbi salam verirlər, mülki şəxslər isə 
bayrağa dərin hörmət əlaməti olaraq baş geyimlərini çıxarırlar. Belə təntənəli 
mərasimlər qapalı yerlərdə keçirildikdə iştirakçılar bayrağın gətirilməsini ayaq üstə 
qarşılayırlar. Biz üçrəngli milli bayrağımızın respublikamızda bütün təşkilatların, o 
cümlədən Prezident Aparatının , Milli Məclisin binası üzərində dalğalanmasından 
böyük qürur hissi keçiririk. Bu gün milli bayrağımız həmçinin müstəqil 
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların iqamətgahları önündə qaldırılıb. 
Milli bayrağımız respublikamızın Fransa, Almanya, Çin, Rusiya, ABŞ, Türkiyə, 
İran və digər xarici ölkələrdəki səfirliklərinin yerləşdikləri binalarda, beynəlxalq 
sularda üzən gəmilərimizdə əzəmətlə dalğalanır. Üzərində milli bayrağımızın əksi 
həkk olunmuş “Azal” Hava Yollarının təyyarələri dünyanın, demək olar ki, bütün 
ölkələrinə məxsus hava məkanlarında uçur. Birləşmiş Millətlər Təşkilatının Nyu – 
Yorkdakı iqamətgahı önündə 180 - dən artıq müstəqil dövlətin bayrağı asılıb. 
Onların arasında üçrəngli bayrağımız xüsusilə seçilir.
Bir sözlə, dostu sevindirən, düşmənin gözünə tikan kimi batan üçrəngli 
bayrağımız dövlətimizin varlığını bütün dünyada təsdiqləyir. Şübhə yoxdur ki, 
müstəqil Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli 
bayrağımız daha yüksəklərə ucalacaq, sancıldığı məkanların sayı daha da artacaq. 
Qoy daim zəfər soraqlı olsun üçrəngli bayrağımız! 
Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir 
azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı 


 

fəxr - fəxarət mənbəyidir. Dövlət bayrağımızın üzərindəki rənglərin, aypara və 
ulduzun özündə nə kimi mənaları gizlətdiyi, tarixin hansı dərinliklərinə gedib 
çıxdığı və nəhayət, nə üçün seçildiyi hər kəs üçün maraqlıdır. 
Göylərin sonsuzluğuna ucalan dünyanın ən hündür bayrağı Bakıda Dövlət 
Bayrağı Meydanında dalğalanan Azərbaycanın 95 yaşlı üçrəngli bayrağıdır. 
Səkkizbucaq ulduzlu hilalımız iyirmi ildən çoxdur ən mötəbər beynəlxalq 
qurumların qarşısında bütün millətlərin bayraqları ilə bir sıradadır. Bu gün 
bayrağımızın yaradılmasının və ilk dəfə vətənimizin səmalarında dalğalanmasının 
95 - ci payızıdır. Millətimiz 95 il öncə başı üzərinə qaldırdığı üçrəngli bayrağının 
bir daha enməməsi üçün savaşdı, bu hilal uğrunda yüz minlərlə şəhid verdi, analar 
qucaqlarında körpələri ilə birgə doğrandı, yandırıldı. Millət olmaq üçün 
millətimizin övladları yaşamaq hüququndan keçdi. 
Azərbaycan bayrağı öz rəmzi mənalarında məxsus olduğu dövlətin dilini, 
dinini, milliyətini, mədəniyyətini, tarixini, milli - mənəvi dəyərlərini, milli 
konsepsiyasını və s. amilləri ehtiva edir. 
Xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün öz 
yüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə 
görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir. 
Hər bir müstəqil dövlətin tanınması üçün dövlət rəmzləri zəruridir. 
Azərbaycan dövlətinin də müstəqilliyini simvolizə edən öz bayrağı, gerbi və himni 
var. Dünyada Azərbaycanın suverenliyini tərənnüm edən bu rəmzlərə ölkəmizdə 
hədsiz hörmətlə yanaşılır. Dövlət və hökumət də bunun üçün əlindən gələni edir. 
Bütün təhsil, səhiyyə və mədəniyyət ocaqlarında, ictimai yerlərdə dövlət 
rəmzlərimizi əks etdirən panno və lövhələr qoyulur, standartlar asılır, nəşr olunan 
kitab və dərsliklərdə də simvollarımızın əksi vurulur, himnimizin mətni yazılır, 
radio və telekanalllarda, idman yarışlarında, eləcə də müxtəlif səpkili tədbirlərdə 
himnimiz mütəmadi olaraq səsləndirilir.
Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik 
ənənələri ilə yanaşı, həm də zəngin milii – mənəvi irsi, qlobal planda maddi və 
mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Tarixən formalaşmış 
ənənələr, mental baxışlardan qaynaqlanan milli – mənəvi dəyərlər hər bir etnosun 
kimliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər 
sivilizasiyasına dəyərli töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni 
zamanda, hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi, özünütəsdiq faktıdır. 
Dünyanın qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini
zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos 


 

kimi mövcudluqlarını daim qoruyublar. Tariximizin ən dəyərli eksponatları 
sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində 
mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. 
Müasir anlamda isə Bayraq xalqın müstəqillik , suverenlik, milli azadlıq, istiqlal 
ideallarını simvolizə edir. 
Bəli, hər bir xalqın tarix boyu əldə etdiyi ən müqəddəs nemət olan milli 
müstəqilliyinin real mahiyyəti və məzmunu onun dövlət rəmzlərində əksini tapır. 
Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər 
xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini formalaşdırmağa 
çalışmışlar. Bəşər övladı ən ağır müharibələrdən , çətin mücadilələrdən sonra
ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşmış, onu öz şərəfi, ləyaqəti 
kimi qorumuş, daim uca tutmuşdur.
Bayraq tarix boyu özünü özü kimi anlayan hər bir ailənin, hər bir tayfanın , 
hər bir qəbilənin , hər bir cəmiyyətin , xalqın, millətin özünü təqdim rəmzi olub. 
Ona görə bayrağa namus kimi, qeyrət kimi, qala kimi baxıblar əcdadlarımız. Gil 
lövhələrə yazı qazıyan ulularımız deyirdilər: “Enməz Bayraq”. Yenilməz bayraq 
gəzəridir, yaşarıdır, səmalarda yellənəndir. Bayrağı yenilməz edən millətin 
övladlarıdır. Vaxtilə siyasət meydanlarından endirilmiş Azərbaycanın Müstəqillik 
Bayrağı yenidən Bakının, Azərbaycanın üstündə dünyanın ən hündür bayraq 
səviyyəsinə qaldırıldı və bu gün səmada. Fəxr, qürur duyduğumuz Bayrağımız! 
Məlumdur ki, 1918 - ci il iyun ayının 21 - də dövlət bayrağı barədə ilk 
hökumət fərmanı imzalanmışdı. Lakin qırmızı rəngli, ağ yerli ayparası və səkkiz 
guşəli ulduzu olan, bir növ Osmanlı imperatorluğunun bayrağını andıran ilk dövlət 
bayrağımız qısa ömürlü olur. 5 ayı tamam olmamış Azərbaycan Xalq 
Cümhuriyyəti Hökuməti 9 noyabr 1918 - ci il tarixdə bu bayrağın təsvirini 
dəişməklə ay - ulduzlu üçrəngli bayraq ehtiva etdiyi məna və mahiyyətinə görə 
müqəddəs rəmzə çevrilir və milli bayraq statusu qazanır. Zaman - zaman üçrəngli 
bayraq milli dirçəlişimizin, milli savaşımızın, istiqlal uğrunda mücadiləmizin qida 
mənbəyinə, cövhərinə, mayasına çevrilir.”Türkləşək, islamlaşaq, müasirləşək” 
deyən Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu kimi neçə - neçə millət fədailərimizin, 
ideya - düşüncə sahiblərimizin ruhunu oxşayır. 
Üçrəngli bayraqla bəzənən günlərimiz ömrümüzün ən əziz , yadda qalan 
anları, möhtəşəm günləri olub. O günlərin, o anların həyacanını illər boyu 
yaşamışıq. 1988 - ci ildə üçrəngli bayraq Azadlıq hərəkatına rəvac verən dəstələrin 
başları üstə qalxdı. Hər ürəkdə bu bayrağı dalğalanan gördük. Bu bayraq 


 

Azərbaycan xalqının istiqlal mübarizəsində ölçüyəgəlməz, əvəzsiz, misli bərabəri 
olmayan rol oynadı.
2003 - cü ildə cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə bu 
inkişaf və quruculuq prosesləri yeni mərhələyə qədəm qoymuşdur. Son 10 il 
ərzində aparılan islahatlar daha da sürətlənmiş, Müstəqil Azərbaycanın üçrəngli
bayrağı daha da yüksəklərə qaldırılmış, ölkəmizin beynəlxalq mövqeyi daha da 
möhkəmlənmişdir. Bayraq bizim üçün bir də ona görə əzizdir ki, həm işğalçı 
qüvvəyə qarşı mübarizələr aparılan xanlıqlar dövründə, həm ilk müstəqil 
Azərbaycan dövlətinin yaradılması və qorunması üçün aparılan mücadilə 
dövründə, həm də ötən əsrin son onilliyində baş verən ictimai – siyasi proseslərdə, 
xüsusən, 20 Yanvar faciəsi və Qarabağ uğrunda gedən savaşlarda qocalı - cavanlı, 
qadınlı, kişili istənilən azərbaycanlı bayrağı qorumaq üçün öz canını 
əsirgəməmişdir. Bəli, onlar bir daha sübut etmişlər ki, bizim bayrağımız fəxrimiz, 
iftixarımız və qürur mənbəyimizdir. 
Hər dəfə paytaxtımızdakı “Azneft” meydanının yanından keçərkən Xəzərin 
sahilində əzəmət, qələbə, milli mənlik rəmzi olan üçrəngli bayrağımızın vüqarla 
dalğalandığını görəndə qürur hissi keçirməyə bilmirsən. Bəli, taleyin qisməti ilə 
biz indiki nəslə respublikamızın müstəqillik əldə etməsini, onun başlıca dövlət 
atributlarından biri olan Azərbaycan bayrağının qəddini düzəltməsini görmək nəsib 
oldu. İndi bayrağımız xarici ölkələrdə respublikamızı təmsil edən səfirliklərimizin 
binası üstündə dalğalanır. Xarici ölkələrin respublikamıza təyin olunan elçiləri öz 
etibarnamələrini təqdim etmək üçün Prezident cənab İlham Əliyevin qəbuluna 
gələrkən fəxri qaravulun önündən ötərək buradakı Azərbaycan bayrağının 
qarşısında ayaq saxlayıb baş əyirlər. İdmançılarımızın müxtəlif beynəlxalq 
yarışlarda bayrağımızı hər dəfə yüksəklərə qaldırdıqlarını gördükcə qürur hissi 
keçiririk. Bunları seyr etdikcə isə böyük şair M. Hadinin vaxtı ilə ürək yanğısı ilə 
dediyi “Yox millətimin imzası bu imzalar içində” misrası yada düşür. İndi isə hər 
bir Azərbaycan vətəndaşı iftixarla deyə bilər: “Var millətimin imzası bu imzalar 
içində”. 
Hamımıza məlumdur ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın 
müstəqilliyi üçün əlindən gələni etdi. Güclü, qüdrətli dövlət quraraq onu gələcək 
nəsillər üçün əmanət qoyub getdi. Göstərdi ki, müstəqillik Azərbaycan xalqının 
milli sərvətidir. Bu sərvət daimidir, dönməzdir, əbədidir. Onu qorumaq isə zaman - 
zaman dünyaya gələcək yeni - yeni nəsillərin müqəddəs borcudur.
Bəli, hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, 
mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas 


 

göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və 
güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq 
mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən 
şəffav və dəqiq meyarıdır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı 
buxtasında qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını bəyan 
edir. Bu, Azərbaycan xalqının azadlığını, suverenliyini, öz istiqlalı uğrunda 
apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağıdır. 
Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq 
məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini 
nümayiş etdirir. 
“Bayraq sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. “Hələ min il 
bundan əvvəl böyük türk dilçi alimi Mahmud Kaşğarlının məşhur “Divanü- lüğət -
it - türk” əsərində bu söz müasir dilimizdəki mənada və BAYRAK - BATRAK 
fonetik variantlarında qeydə alınmışdır. Eyni zamanda tədqiqatçıların fikrincə, 
həmin söz “BATIRAK” semantic – struktur təkamül modeli əsasında yaranmışdır.
B ATIR (batırmaq,”sancmaq”) felindən törəmişdir. Onu da qeyd edək ki, müasir 
türk dilində BAYRAQ sözü ilə yanaşı SANCAQ sözü də işlədilir ki, o da 
SANCMAQ felindən yaranmışdır”. “Bayraq” sözü bir müstəqillik işarəsidir. 
Müasir anlamda bayraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli 
azadlıq və istiqlal rəmzi funksiyasında işlənməkdədir. Dövlət bayrağı müqəddəs 
anlam daşıyır. Millətin qeyrəti, namusu, şərəfi, ləyaqəti bayraqda ifadə 
olunmuşdur. Bayraq milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında 
istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür.
Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin 
bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. 
Dövlətin müstəqilliyinin simvolu olan bayraq bütün nəsillər üçün müqəddəs və 
yenilməzdir. Həmrəylik, türkçülük, dini dəyərlərə hörmət, müasirlik rəmzi olan 
bayrağımız həm də milli birliyin simvoludur. Bu gün bütün sahələrdə bir – 
birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycanın yeganə problemi 
Ermənistan – Azərbaycan , Dağlıq Qarabağ münaqişəsidir. Dövlətimizin uğurlu 
siyasəti bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına , bayrağımızın 
işğal altındakı torpaqlarımızda dalğalanacağına böyük əminlik yaradır. 
Dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi 
uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvi arzunun, prinsipial 
məqsədin gerçəkləşəcəyinə birmənalı əminlik yaradır. 


 
10 
İndi bayrağımız dünyanın 180 - dən artıq müstəqil dövlətinin bayraqları ilə 
bir sırada dalğalanmaqdadır. Azərbaycan Respublikası üçrəngli dövlət bayrağımız 
altında müstəqillik yolları ilə inamla irəliləyir. 
Bu gün Azərbaycan adlı bir məmləkət bütün Avropanı qazandığı iqtisadi 
nailiyyətləri ilə fəth edirsə bu daim uca tutduğumuz bayrağımıza sədaqət rəmzidir. 
Amma müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımızın dalğalanacağı 
daha bir ünvan bizi gözləyir. Bu ünvan Qarabağımızdır. 
9 noyabr Dövlət bayrağı Günü münasibəti ilə respublikamızın hər yerində 
olduğu kimi, kitabxanalarda, lisey və gimnaziyalarda, ümumtəhsil məktəblərində, 
muzeylərdə və s. yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə 
tutulmuşdur. Bu tədbirlərin sırasına Bayrağımızla, Dirçəlişimizlə, 
Müstəqilliyimizlə bağlı ilk növbədə sərgi, kitab icmallarını, oxucu konfranslarını, 
inşa, şeir, rəsm müsabiqələrini, ədəbi-bədii kompozisiyaları və s. daxil etmək olar. 
İlk növbədə kitabxanalarda Bayraq Günü ilə bağlı sərginin tərtib olunması 
vacibdir. Sərgilərə müxtəlif başlıqlar vermək olar. 
Məsələn: “Üçrəngli bayrağınla məsud yaşa Azərbaycan”,” Bir kərə 
yüksələn bayraq, bir daha enməz”, İlhamla, inamla dalğalanan 
bayrağımız”,”Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız”,”Bayraq 
müstəqilliyimizin simvoludur”,”Qüdrətli Azərbaycanın gücünün, əbədi 
müstəqilliyinin parlaq nümunəsi bayrağımız”,”Bayrağımız qürur 
mənbəyimizdir”,”Türkçülük, Müasirlik və İslamçılıq bayramı”,”Müstəqilliyimizin 
və milli mənsubiyyətimizin müqəddəs rəmzi”,”Əbədi ucalan bayrağımız”,”İnkişaf 
yolumuzun rəmzi - bayrağımız”,“Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, 
“Milli dirçəliş yolu milli birlikdən keçir” ,”Birliyimizin sübut günü” , “95 yaşın 
mübarək Azərbaycan Bayrağı” və s. 
Bayraq Günü ilə bağlı kiçik yaşlı oxucular üçün nağıl otağında Azərbaycan, 
Vətən, Bayraq, Dirçəliş, Müstəqillik mövzusunda yazıçı və şairlərin qələmə aldığı
əsərlərdən ucadan oxular, səhərçiklər hazırlamaqla, onlarda vətənə məhəbbət aşılamaq, 
bayrağımızın tarixini, mənasını başa salmaq olar. Həmçinin bayraqla əlaqədar Uşaq 
kitabxanalarında keçirilən tədbirlərdən biri də sual-cavab gecələri, viktorinalar, 
oxucular arasında bilik yarışmalarıdır. Bu tədbirlər oxucuların mövzu ilə əlaqədar 
biliklərini üzə çıxardır, bilmədiklərini isə öyrədir. Sual-cavab gecələri və viktorinalar 
canlı söhbət və müsahibə şəklində keçirilir. Bu da oxucuları Azərbaycanın tarixi, 
bayrağı ilə bağlı olan sualların aydınlaşdırılmasına xidmət edir.
Kitabxanalarda Bayraq günü ilə bağlı kitabxanaçı oxucularla söhbət apara bilər. 
Bildiyimiz kimi kitabxana bilik məbədgahıdır, kitab və ədəbiyyat isə tərbiyə işində 
böyük qüvvədir, Azərbaycan bayrağının nə kimi əhəmiyyət daşıdığının təbliği, izahı və 
öyrədilməsində kitabxanaların özlərinə məxsus spesifik imkanları vardır. Yəni başqa 
sözlə desək, kitabxanalar kitabın tərbiyəvi rolundan geniş və hərtərəfli, məqsədyönlü 


 
11 
istifadə etməklə, təhsil müəssisələri ilə birlikdə vətəni, onun atributlarını necə 
sevməyin öyrənilməsi işində yaxından iştirak etməlidir. Mənim fikrimcə kitabxanaçı 
elmdə öyrənməyin sirlərini öyrədən mütəxəssis sayılır. Kitabxanaçılıq işində adətən 
belə bir qayda özünü doğrultmuşdur ki, məktəblilərin, yeniyetmələrin, gənc oğlan və 
qızların düşünmək və öyrənmək qabiliyyətini fəallaşdırmaq üçün hansı iş üsulundan 
istifadə edilirsə, edilsin kitabxananın apardığı söhbət aparıcı rol oynayır. 
Bu gün aparılan tərbiyə işinin əsas qayəsi müstəqil, demokratik, hüquqi dövlət 
qurmağa qadir olan və həmin cəmiyyətdə yaşayacaq gənclər yetişdirməkdir. Bu tərbiyə 
sisteminin əsas tərkib hissələrindən biri də vətənpərvərlik tərbiyəsidir. Kitabxanaçı 
“Azərbaycan bayrağı, dirçəliş, müstəqillik, vətəndaşlıq “ anlayışı ilə yanaşı 
“vətənpərvərlik” anlayışı haqqında da geniş məlumat verməlidir. Çünki vətənpərvərlik 
elə bir hisdir ki, hər kəsin fəaliyyətinə məqsədyönlülük verir, məktəblilərin, gənclərin 
vahid məqsəddə birləşməsinə kömək edir. Bu gün xüsusilə məktəblilərdə, gənclərdə 
Vətənə məhəbbət və vətənpərvərlik hissini inkişaf etdirmək daha vacibdir. 
Məhz bu məqsədlə kitabxanaçı uşaqlara, məktəblilərə, yeniyetmələrə 
öyrətməlidir ki, müstəqillik yolunda xalqımızın göstərdiyi vətənpərvərlik onların vətənə 
sevgisindən doğur. Bayrağımızın, Dirçəlişimizin, Müstəqilliyimizin, Konstitusiyamızın 
təbliğı mövzusunda olan tədbirlərdə məktəblilərdə, gənclərdə Vətənə , doğulduğu 
torpağa, mənsub olduğu xalqa, dövlətə və onun rəmzlərinə dərin hörmət hissi 
aşılanmalıdır. Dövlətimizin himni, Dövlət gerbi, Milli bayrağının mənasının izah 
edilməsi, bunların müqəddəslik ideyasının oxuculara öyrədilməsi ön plana çəkilməlidir. 
Kitabxanada mövzu ilə bağlı inşa, rəsm müsabiqəsi keçirmək olar və bu tədbirlər 
oxucular üçün maraqlı olar. Belə ki, kitabxanaçı müsabiqələrin keçirilməsi ilə bağlı 
yazılmış elanı kitabxananın divarından asır və oxucuların işlərinin toplanmasına, 
seçilməsinə 1 ay vaxt ayırır. Bu müddət ərzində uşaqlar tərəfindən təhvil verilən işlər
içərisində ən yaxşı inşa, rəsm müəyyən olunur. Həmin oxucular müsabiqənin qalibi 
elan olunur və müxtəlif hədiyyələrlə kitabxananın müdiriyyəti tərəfindən 
mükafatlandırılırlar. Müsabiqəni “Bir kərə yüksələn bayraq bir daha enməz” başlığı ilə 
adlandırmaq olar. 
Şeir müsabiqəsinin keçirilməsi də təqdirə layiq olardı. Şeir müsabiqəsi uşaqların 
ən çox sevdiyi tədbirlərdən biridir. Çünki, uşaqlar belə tədbirlərdə özlərinin şeir demək 
bacarıqlarını nümayiş etdirirlər. Bu tədbir yaxşı olardı ki, orta və yuxarı yaş qrup 
oxucular arasında keçirilsin. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin