12
Ay ulduzlu bayrağım,
Günəş üzlü bayrağım.
Rəngin mavi, al, yaşıl,
Sənə necə yaraşır...
Seyr
etdikcə hüsnünü
Sevincim aşıb – daşır.
Ay – ulduzlu bayrağım,
Günəş üzlü bayrağım.
Günəş göylərdə sönməz,
Uçan ox geri dönməz.
Bir
kərə qalxan bayraq,
Heç vaxt bir daha enməz.
Ay – ulduzlu bayrağım,
Günəş üzlü bayrağım.
And içib birər – birər,
Balaca Heydərçilər.
Onlar qaldıracaqlar
Səni günəşə qədər,
Ay ulduzlu bayrağım,
Günəş üzlü bayrağım.
Azərbaycanım
Göz açıb dünyaya
gəldiyim gündən,
Ömrümü adına bağlamışam mən.
Sənsiz mən kiməm ki, vətən, ay vətən,
Ay arzum, diləyim, ruhum, vicdanım
Könlümün sevinci Azərbaycanım.
Sən varsan, ömrüm də güllü bahardır,
Mənə hər addımda taleyim yardır.
Sənsiz yerişim də müşkül olardı
Sənsən üfüqlərdə şəfəqim, danım,
Hər qumu bir inci Azərbaycanım!
Nə
çoxdur dünyada ellər, obalar,
Hər elin öz adı, öz ünvanı var,
Övlada can deyən anası olar,
13
Qoysana adını hər yerdə anım,
Həmişə birinci Azərbaycanım!
Qara
daşa dəyməz gövhərim sənsiz,
Bu geniş dünyada
yox yerim sənsiz,
Bir
gün dara düşsəm, de görüm, sənsiz
Hikmət döyüşündə neçə dayanım,
Sözümün qılıncı Azərbaycanım!
Seyran Cavadov
Vətənin qüruru, xalqın qüruru,
Müqəddəs varlıqdır, dövlət bayrağı!
Ucadan ucadır, uludan ulu,
Azadlıq rəmzidir, dövlət bayrağı!
Bir dəfə qalxıbdır. Bir daha enməz.
Düşmən qarşısında heç vaxt əyilməz.
Döyüşdə qalibdir, rəngi dəyişməz.
Ölkəyə şöhrətdir, dövlət bayrağı!
Bayraqlar içində ucadır başı.
Tarixi varaqla, bilinmir yaşı.
Onunla
fəxr edir, hər vətəndaşı.
Günəştək parlaqdır, dövlət bayrağı!
Bayrağa baxıram, göyləri dəlir,
Başının üstündə, duman çəkilir.
Xəyala dalıram, ruhum dincəlir.
Qürur
mənbəyidir, dövlət bayrağı!
Milli qürurumuz, gərəyimizsən,
Sən bizim şərəfli tariximizsən.
Zaman dəyişsə də dəyişməmisən,
Sonda qürurumsan dövlət bayrağı!
Müstəqil dövlətin rəmzidir bayraq!
Azad bir dövlətin əzmidir bayraq!
Azəri xalqının fəxridir bayraq!