21
sərkərdələr, sərdarlar belə bayraq önündə diz çökməyi, bayrağın
ətəyindən öpməyi özlərinə şərəf - şan bilmişlər. İstiqlal və azadlıq
mücahidləri bayraq yolunda qan axıtmağı həyatlarının mənası
sanmışlar. Ölümün üstünə bayraq naminə yerimişlər. Şəhidlik
zirvəsinə “ya
istiqlal, ya ölüm” deyə bayraqla bağlı amal, arzu - istək
üstə yüksəlmişlər. Bayraq gününün təsis edilməsi və ümumxalq
bayramı günü kimi qeyd olunması dövlətçilik, milli həmrəylik və
hərbi vətənpərvərlik, yaddaşlarda özünə yuva
quracaq vətən sevgisi
kimi hissilərin şüurlara yeridilməsi baxımından əvəz olunmaz və
təsiri tərbiyə vasitəsidir.
Cəngi sədaları altında oxucu səhnəyə çıxıb Fazilə Qaraxanqızının “Dalğalansın
bayrağımız şeirini söyləyir.
Dalğalansın bayrağımız
Bu gün babam Xətainin
Nəvələri səngərdədir.
Azərbaycan torpaqları
Etibarlı əllərdədir.
Bəndik cəngi sədasına ,
Bir anda səfərbər olaq.
Əsir düşmüş torpaqları
Düşmənlərdən geri alaq.
Nicat tapsın, azad olsun
Əsirlikdən torpağımız.
Dalğalansın qoy üçrəngli
Ay - ulduzlu bayrağımız.
Dostları ilə paylaş: