32
tarixinin daha bir əlamətdar bayramını – Dövlət Bayrağı Gününü qeyd
etməyə hazırlaşır. Bütün sahələrdə keçid dövrünü başa vuran,
dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmağı qarşıya məqsəd
qoyan, beynəlxalq arenada
özünəlayiq yer tutan , qüdrətli dövlət
quruculuğu yolunda uğurlu addımlar atan respublikamızda
belə bir
bayramın təsis edilməsi və təntənəli qeyd olunması, başlıca
arzusu
Azərbaycan dövlətinin güclənməsi olan xalqımızın vətənpərvərlik
ruhunun bariz ifadəsidir. Müstəqillik ən böyük sərvətimiz, ən böyük
xoşbəxtliyimizdir. Onun əsas rəmzlərindən biri olan üçrəngli
bayrağımız müstəqilliyimizin qarantıdır.
Bu bayraq millətə tutdu üzünü,
Bayraqdar ecazkar xilaskar oldu.
Elə həkk elədi ”Allah” sözünü,
Bağrının başında məşələ döndü.
Dostları ilə paylaş: