AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix29.12.2016
ölçüsü0,64 Mb.
#3859
1   2   3   4

GÜDÜ-GÜDÜ

 

 

Uşaqlar  çömçəni  gəlin  kimi  bəzəyib  gəzdirir  və  aşağıda  yazılan  sözləri 



oxuyurlar: 

I Oxucu:                                

Güdü-güdü ha, güdü-güdü! 

Güdü-güdünü gördünüzmü, 

Güdüyə salam verdinizmi? 

Güdü burdan ötəndə 

“Qırmızı günü gördünüzmü?” 

 

II Oxucu:                               



Güdü palçığa batmışdı, 

Qarmaladım götürdüm. 

Qızıl qaya dibindən 

Qırmızı gün götürdüm. 

 

I Oxucu:                                



Qara toyuq qanadı 

Kim vurdu, kim sanadı? 

Göyçəliyə getmişdim 

İt baldırım daladı. 

 

II Oxucu:                              



Yağ verin yağlamağa, 

Pay verin bağlamağa. 

Verənin oğlu olsun. 

Verməyənin qızı olsun. 

Bir gözü də kor olsun. 

Təndirə düşsün. 

Qırmızı bişsin! 

 

Uşaqlar öz aralarında “Düzgü”lər də söyləyə bilərlər. 



 

DÜZGÜ 

 

I Oxucu:                                   Beşdi-beşdi ha beşdi, 



Ağacdan alma düşdü. 

Almanın yanı zədə, 

Zədəni yeməz gədə. 

Çoban çöldə gəzirdi, 

Divarların düzürdü. 

Çoban qoyuna gedər, 

Köpəyi adam didər. 

 

II Oxucu:                               



Qabağında beş keçi

Hanı bunun erkəci, 

Erkəc qazanda qaynar,  


20 

 

Qənbər bucaqda oynar. 



Bu iş gecə nə işdi, 

Beş barmağım gümüşdü. 

Gümüşü verdim tata, 

Tat mənə darı sata. 

Darını səpdim yerə, 

Yerdə bitib göyərə. 

Yerdən darı göyərdi, 

 

III Oxucu:                                Biçinçi gəldi dərdi. 



Biçinçi Həzrətqulu, 

Cibində vardır pulu. 

Həzrətqulu bənnadı, 

Arvadını danladı. 

Arvadı Cahan banı –  

Bunun çarşabı hanı? 

Çarşabı cırılıbdı. 

Qolbağı qırılıbdı. 

Cahan gedib hamama 

Çarşabını yamama. 

Hamamın suyu isti 

İsti suda nə pisdi! 

 

IV Oxucu:                               Telpəri onun qızı, 



Paltarı qıpqırmızı, 

Oğlunun adı Xıdır, 

Əlindəki dəhrədir. 

Xıdırbıyin dəhrəsi, 

Telpərinin çöhrəsi 

Cəhrə demə, əsasdı, 

Dəhrə demə almasdı, 

Telpəri yunu darar, 

Xıdırbıy odun yarar. 

 

III gün– Yuxarı yaş qrup oxucularımızın görkəmli ədəbiyyatşunas Firidun 



bəy Köçərli haqqında hazırladıqları məruzələri tədbir iştirakçıları tərəfindən 

dinlənilir. Yaxşı məzmunu ilə fərqlənən məruzə kitabxana rəhbərliyi 

tərəfindən mükafatlandırılır. II hissədə  – F.Köçərlinin həyat və yaradıcılığı, 

əsərləri haqqında sual-cavab və test sorğusu keçirilir. 

 

Suallar:   

 

1. Firidun bəy Köçərli neçənci ildə anadan olmuşdur? 



21 

 

Cavab:  



Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşa şəhərində anadan 

olmuşdur. 

2.  F.Köçərli ilk təhsilini harada almışdır? 

Cavab: 

F.  Köçərli  Mirzə  Kərim  Münşizadənin  ibtidai  məktəbini  bitirdikdən 

sonra Qori müəllimlər seminariyasında təhsilini davam etdirmişdir. 

3. F.Köçərlinin  hansı əsərlərini tanıyırsınız? 

Cavab:  

“Azərbayacan tatarlarının ədəbiyyatı”, “Azərbaycan türk ədəbiyyatı”, 

“Azərbaycan ədəbiyyatı tarixi materialları”, “Balalara hədiyyə” və s. 

4. F.Köçərli bir tərcüməçi kimi nə kimi işlər görmüşdür? 

Cavab:  


“Təlimi  Sokrat”  kitabını,  klassik  rus  və  gürcü  ədəbiyyatından 

nümunələri Azərbaycan dilinə, M. F. Axundovun “Aldanmış kəvakib” 

povestini rus dilinə tərcümə etmişdir. 

5.  F.Köçərlinin  “Balalara  hədiyyə”  kitabının  mahiyyəti  haqqında  nə  söyləyə 

bilərsiniz? 

Cavab:


  

Balalara hədiyyə” kitabındakı nağıl və hekayələr azərbaycanlıların 

ata-babadan qalma düzgü və tapmacaları, misal və nəğmələri bizlərə 

keçmişimizi xatırladır və içimizdə milli bir duyğu oyandırır. 

6. F.Köçərli folklor sahəsində nə kimi işlər görmüşdür? 

Cavab:  


F.Köçərli  Azərbaycan  folkiorşünaslığında  xüsusi  xidmətləri  olan 

şəxsiyyətlərdəndir.  O,  şifahi  xalq  ədəbiyyatının  toplanıb  nəşr 

olunmasına nail olmuşdu. 

7. F.Köçərlinin yazdığı müdrik fikirlərdən hansını bilirsiniz? 

Cavab: 


1.  Əgər  bir  xalqı  məhv  etmək,  onu  adam  toplusuna  çevirmək 

istəyirsənsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin.  

2.  Hər  millətin  özünəməxsus  ana  dili  var  ki,  onun  məxsusi  malıdır. 

Ana 


dili 

millətin 

mənəvi 

diriliyidir, 



həyatının 

mayəsi 


mənziləsindəndir.  Ananın  südü  bədənin  mayəsi  olduğu  kimi,  ananın 

dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana 

dilini də sevir və sevməlidir. 

8. F.Köçərli hansı ölkələrin ədəbiyytları ilə işləmişdir? 

Cavab:  

Müəllimimiz  Firidun  bəy  Köçərlinin  Azərbaycan,  Şərq,  Rus  və 

Avropa  ədəbiyyatından  çox  geniş  məlumatı  vardı.  Xüsusən 

Azərbaycan xalq şeirini və bu üslubda yazan M.P.Vaqif, M.V.Vidadi, 

Q.Zakir kimi şairlərin yaradıcılığını yaxşı bilir və hər addımda onları 

bizə sevdirirdi. 

9. F.Köçərlinin yazdığı Azərbaycan ədəbiyyatı tarixi haqqında nə məlumatınız var?  

Cavab: 

Firidun  bəy  Köçərli  Azərbaycan  ədəbiyyatşünaslığı  tarixində  ilk  dəfə 

olaraq ədib və şairlərimizin böyük əksəriyyətini əhatə edən ədəbiyyat 

tarixini yazmışdır. Bu əsərdə 129 şairin ədəbi irsi və onlardan böyük 

bir  qisminin  tərcümeyi  –  halı  verilmiş,  əsərləri  haqqında  orijinal 

fikirlər  söyləmişdir.  “Azərbaycan  ədəbiyyatı”  təkcə  F.Köçərlinin 

yaradıcılığında deyil, Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində 

misilsiz yer tutur. 

10. F.Köçərli neçənci ildə və harda vəfat etmişdir? 



22 

 

Cavab:  



F.Köçərli  Sovet  hakimiyyətinin  ilk  aylarında  repressiyaya  məruz 

qalmışdır. 1920-ci il iyunun 2-də Gəncədə həbs olunmuş, həmin ayın 

21-də güllələnmişdir. Ona sonradan bəraət verilmişdir. 

 

Test sorğusu 



 

1.

 

Firidun bəy Köçərlini tanıyırsınızmı? 

 Bəli 

 Xeyir  



 

2.

 

Firidun bəy Köçərli Azərbaycan xalqı üçün nə kimi işlər görmüşdür? 

 ______________________________________________________ 

 

 



3.

 

Firidün bəy Köçərlinin harada anadan olduğunu bilirsinizmi? 

 Bəli  

 Xeyir 


 

     4. Firidun bəy Köçərlinin əsərlərini oxumusunuzmu? 

 Bəli 

 Xeyir 


5. Yazıçının ən çox sevdiyiniz hekayəsinin adını qeyd edin. 

 _____________________________________________________ 



 

6.

 

Firidun bəy Köçərlinin qələmə aldığı kitabların adını qeyd edin. 

 _____________________________________________________ 

 

7. “Balalara hədiyyə” kitabında olan atalar sözləri, tapmacalar, sayacı sözlərdən     

hansını bilirsiniz? 

 _____________________________________________________ 

 

8. Firidun bəy Köçərlini nəyə görə “İlk folklor antologiyasının banisi”  

  adlandırırlar? 

     ________________________________________________________ 

 

9. Firidun bəy Köçərlinin adını daşıyan hansı mədəniyyət ocağı var? 

     ________________________________________________________  



 

10. Hansı rayonda uşaq evinin yaradıcısı olub? 

      _____________________________________________________ 

 

11.  Firidun bəy Köçərlinin ölümünə səbəb nə olub? 

       ____________________________________________________ 

 

12. “Qoridən gələn qatar” kitabının müəllifi kimdir və bu kitab kimə həsr     


23 

 

      olunmuşdur?  

   ________________________________________________________ 

 

    13. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası neçənci ildən  



 

  fəaliyyət göstərir?  

     ______________________________________________________ 

  

14. Qori Seminariyasının Azərbaycan şöbəsi F.Köçərlinin təşəbbüsü ilə   



    Azərbaycanın hansı bölgəsində açılmışdır? 

     ______________________________________________________ 

  

15. Firidun bəy Köçərlini  nə üçün M.F.Axundzadənin maarifçilik ənənələrinin  

     fəal təbliğatçısı və yorulmaz davamçısı adlandırırlar? 

     ________________________________________________________ 

 

IV gün - Yuxarı yaş qrup oxucularımızın görkəmli ədəbiyyatşunas Firidun 

bəy Köçərli haqqında hazırladıqları məruzələri tədbir iştirakçıları tərəfindən 

dinlənilir. Yaxşı məzmunu ilə fərqlənən məruzə kitabxana rəhbərliyi 

tərəfindən mükafatlandırılır. II hissədə– F. Köçərlinin “Balalara hədiyyə” 

kitabı əsasında rəsm və şeir müsabiqəsi keçirilir. 

 

Qeyd  edim  ki,  təbdirin  keçirilməsindən  bir  ay  əvvəl  “Balalara  hədiyyə” 



kitabında  olan  nağıl  və  təmsillər  üzrə  rəsm  müsabiqəsi  elan  edilir.  Oxucuların 

kitabxanaya  göndərdikləri  rəsmlər  toplanılır  və  tədbir  günü  nümayiş  etdirilir. 

Səsvermə  yolu  ilə  rəsmlər  qiymətləndirilir.  İlk  əvvəl  yuxarı  sinif  şagirdləri 

F.Köçərlinin həyat və yaradıcılığından bəhs edən məruzələri ilə çıxış edirlər. Sonra 

rəsm  müsabiqəsinin  qalibləri  müəyyənləşdirilir  və  mükafatlandırılır.  Daha  sonra 

məktəbli oxucularımızın ifasında

 

şeir müsabiqəsi başlayır. Ən yaxşı şeir söyləyən 



oxucu  kitabxana  müdiriyyəti  tərəfindən  mükafatlandırılır.  Müsabiqədə 

F.Köçərlinin  “Balalara  hədiyyə”  kitabında  verilən  “Vətən”,”Aranla  yaylağın 

bəhsi”,”Dağlar”,  “Durnalara  xitab”,”Tülkü  və  üzüm”,  “Günəşi  çağırmaq”, 

“Dağlar”, ”Üşüdüm ha üşüdüm”və s. şeirlər söylənilir.  Bunun üçün bir neçə şeir 

nümunəsi veririk : 

Kitabxanaçı səhnəyə çıxıb deyir:  

-

 

Uşaqlar  indi  isə  gəlin    məktəbli  oxucularımızın  iştirakı  ilə  müsabiqəmizə 



başlayaq.  

 

VƏTƏN 

 

Ah, ey safü paki- xaki-vətən, 



Nə gözəlsən, nə yaxşısan, nəsən! 

Nə gözəldir sənin çölün-çəmənin, 

Dağü bağın, gül ilə yasəmənin. 

Məni çün bəslədin qucağında, 



24 

 

Yenə yer ver mənə bucağında 



Axır ömründə et məni rahət, 

Mənə bəsdir bu çəkdiyim qürbət. 

Məni bətnindən eylədin peyda, 

Yenə bətnində et məni ixfa. 

Ey vətən, ey canım sənə qurban! 

Neçin əhlin olub sənin nadan? 

əlmədəd, ey mühəndisani-vətən, 

vətənin xanəsi olubdu köhən. 

Hüsn təmirinə qılın himmət, 

Onun abadına edin qeyrət. 

Dərdinə vəqt ikən edin çarə 

Ta həlak etməyə onu yarə. 

 

ARANLA YAYLAĞIN BƏHSİ 

 

Aran:                             Yaylaq, çox da saxlama, 



Göndər gəlsin, ağır ellər mənimdir. 

Yerin göbəyiyəm, dizin dirəyi, 

Malü mülkü Süleymanlar mənimdir. 

 

Yaylaq:                       



Çıxma dindən, imandan, 

Süsəndən, sünbüldən, hər gülüşəndən; 

Həkimlik, loğmanlıq qalıbdı məndən, 

Həzaran


1

 dərdlərə dərman mənimdir. 

 

Aran:                           



Bağça mənim, bağ mənim, 

Gecə-gündüz qulluq eylər bağbanım. 

Geymək üçün yaşıl mənim, al mənim, 

Süsən, sünbül, gülşənliklər mənimdir. 

 

Yaylaq                           Mənəm çeşmələr başı, 



Axar, heç qurumaz didəmin yaşı, 

Pələnglər yatağı, ovçu sirdaşı, 

Köksü ala, qarlı dağlar mənimdir. 

 

Aran:                           



Qaldım dağ arasında, 

Piltətək qurudum yağ arasında, 

Qıvrım-qıvrım olmuş tağ arasında, 

Tutma ala qarpız, tağlar mənimdir. 

 

Yaylaq:                           Mənəm xalqın göyçəyi, 



Məndə yatar aranların qaçağı, 

Lalə-səmən, dürlü-dürlü çiçəyi, 



25 

 

Pətəkdə kəsilən ballar mənimdir. 



Aran:  

 

 



Aran deyər, məndə bulunar maya, 

İnsini, cinsini götürrəm vaya, 

Payızın fəslində qurulan taya, 

Xirməndə çevrilən vəllər mənimdir. 



 

DAĞLAR 

 

Mən aşiq yastı dağlar, 



Qar gəldi, basdı dağlar. 

Üç ay toylu-bayramlı, 

Doqquz ay yaslı dağlar. 

 

Bu dağlar qoşa dağlar, 



Verib baş-başa dağlar. 

Səndə dostum gəzibdir, 

Səni yüz yaşa dağlar. 

 

Dağlar marala qaldı, 



Otu sarala qaldı. 

Soyuq bulaq, göy yaylaq 

Yenə marala qaldı. 

 

Başı çalmalı dağlar, 



Dibi kölgəli dağlar. 

Oturub yol gözlərəm, 

Haçan el gəli, dağlar?! 

 

   DURNALARA XİTAB 

 

Göy üzündə bölük-bölük durnalar, 



Nədir sizin əhvalınız, halınız. 

Bir ərz-hal yazdım yarə söyləyin, 

Dost kuyuna düşər isə yolunuz. 

 

Mənim yarım, siz də görüb şaşarsız,  



Ol uca dağları necə aşarsız, 

Ovçu görən kimi siz də çaşarsız, 

Qışdı, qar-amandı sizin eliniz. 

 

Baxın şahın pəncəsinə düşərsiz, 



Çeşməli dağları onda keçərsiz, 

Yaz olacağın yaylaqlara köçərsiz, 

Qırarsınız qanadınız, qolunuz. 


26 

 

 



Dərdli Kərəm deyər uğradım dərdə, 

Canım qurban olsun mərd oğlu mərdə, 

Səfil durna nə gəzirsiz bu yerdə, 

Yoxmu sizin vətəniniz, eliniz. 

 

Qəribəm yoxdur arxam, 



Qanadım yoxdur qalxam, 

Çıxam qəlbi dağlara, 

Vətənə doğru baxam! 

 

                             GÜNƏŞİ ÇAĞIRMAQ 



Gün çıx, çıx, çıx! 

Kəhər atı min, çıx! 

Oğlun qayadan uçdu, 

Qızın təndirə düşdü, 

Keçəl qızı qoy evdə, 

Saçlı qızı götür, çıx! 

Gün getdi su içməyə, 

Qırmızı don biçməyə. 

Gün çıxıbdı yetirəcək. 

Qarı yerdən götürəcək, 

Keçəl qızı gətirəcək, 

Saçlı qızı gətirəcək, 

Duman, tac, qaç, qaç! 

Səni qayadan asarlar! 

Buduna damğa basarlar! 

Gün getdi dağ başına, 

 Könlü şamama istəyən 

          

Dolansın tağ başına  

 

KƏKLİK 

 

Səhər-səhər sərt qayalar küncündə, 



Oxur, səsi gələr gözəl kəkliyin. 

Dağlar ətəyində çınqıl içində 

Bulunmaz yuvası gözəl kəkliyin. 

Səhər-səhər əllərində var malım, 

Tülək tərlan ilə könlün almalım, 

Yaşıl nimtənəlim, gülgəz çalmalım, 

                          Kətandır köynəyi gözəl kəkliyin. 

 

 



                                     

27 

 

                                    TƏRLAN 



 

                                      Yaxşı olar tərlanların irisi, 

                                      Qabaqca gedər kəklik sürüsü, 

                                     Boynunda var külabatın çilqisi, 

                                     Ağ olar qaşları şahi tərlanın. 

 

                                     Xanlar, bəylər əl üstündə götürər, 



                                     Götürəbən ovlağına yetirər, 

                                     Şəhd çəkər binəsini itirər, 

                                     Onda düşər tərsilaşi tərlanın. 

 

             ÜŞÜDÜM  HA, ÜŞÜDÜM”  

                                 

Üşüdüm ha, üşüdüm 

Dağdan alma daşıdım, 

Almacığımı aldılar, 

Mənə cürm verdilər. 

Mən cürmdən bezaram. 

Dərin quzu qazaram. 

Dərin quyu beş keçi, 

Hanı bunun erkəci? 

Erkəc qaya başında, 

Hay elədim gəlmədi, 

Çiyid verdim yemədi. 

Çiyid qazanda qaynar, 

Qənbər bucaqda oynar

.

 

Qənbər getdi oduna, 



Qarğı atdı buduna. 

Qarğı deyil, qamışdı, 

Beş barmağım gümüşdü. 

Gümüşü verdim tata, 

Tat mənə darı verdi; 

Darını səpdim quşa, 

Quş mənə qanad verdi. 

Qanadlandım uçmağa, 

Haqq qapısın açmağa. 

Qapıçı qapı toxur,  

                              İçində bülbül oxur. 

Şeir müsabiqəsinin sonunda uşaqlar “Balalara hədiyyə”  kitabından  az yaşlı 

oxucularımız üçün  bəstələnmiş “Çoban”, “Qızlar nəğməsi”, “Layla”, “Səməni” 

mahnılarını ifa edirlər. 

                                                          

 


28 

 

                                    



 

ÇOBAN 

 

Göydəki göy buludlar 

Yorğanıdır çobanın. 

Yastı-yastı təpələr  

Yastığıdır çobanın. 

Yumru-yumru qayalar 

Yumruğudur çobanın. 

Əlindəki dəyənək 

Qalxanıdır çobanın. 

                                                 Yanındakı boz köpək  

                                                 Yoldaşıdır çobanın. 

Ağzı qara canavar 

                                                 Düşmənidir çobanın 

 

                          



 

 

LAYLA 

 

                     



 

Bizim yerlər qalın meşə, 

Taxtında otur həmişə, 

Aranında gül bitsin, 

Yaylağında bənövşə. 

                                                Balam layla, a layla! 

Gülüm layla, a layl 

 

                              



Layla dedim ucadan

Ünüm çıxdı bacadan, 

Səni tanrı saxlasın 

Çiçəkdən, qızılcadan. 

                                 

          Balam layla, a layla! 

Gülüm layla, a layla! 

 

                                



Layla dedim yatınca, 

Gözlərəm ay batınca, 

Canım zinhara gəldi 

Sən hasilə çatınca. 

                                    

          Balam layla, a layla! 

Gülüm layla, a layla! 

 

                                   



Layla dedim adına, 

Haqq yetişsin dadına, 

Hər layla eşidəndə, 

Balam düşər yadıma. 

                                              

Balam layla, a layla! 

Gülüm layla, a layla! 


29 

 

 



                                   

Dağlara sərin düşər

Kölgəsi sərin düşər, 

Hər vaxt layla deyəndə 

Yadıma Pərim düşər. 

                                             

Balam layla, a layla! 

Gülüm layla, a layla! 

 

                               



Layla beşiyim, layla, 

Evim-eşiyim, layla. 

Sən yat, yuxun alginən 

Çəkim keşiyin layla! 

                                

          Balam layla, a layla! 

Gülüm layla, a layla! 

 

                                



Layla dedim yatasan, 

Qızılgülə batasan. 

Qızılgül bağın olsun, 

Kölgəsində yatasan. 

                                   

          Balam layla, a layla! 

Gülüm layla, a layla! 

 

                               



Layla dedim yatasan 

Qızılgülə batasan. 

Qızılgülün içində  

Şirin yuxu tapasan. 

                                             

Balam layla, a layla! 

Gülüm layla, a layla. 

 

                                     QIZLAR NƏĞMƏSİ 

 

Əlimi bıçaq kəsibdi. 



Dəstə bıçaq kəsibdi. 

Yağ gətirin, yağlıyaq, 

Bal gətirin, ballıyaq, 

Dəsmal verin, bağlıyaq, 

Dəsmal dəvə boyunda, 

Dəvə Şirvan yolunda. 

Şirvan yolu buz bağlar, 

Dəstə-dəstə gül bağlar. 

O gülün birin üzəydim,  

Tellərimə düzəydim. 

Qardaşımın toyunda 

Oturub-durub süzəydim. 



30 

 

Çay daşıbdır, lil gəlir. 



Dəstə-dəstə gül gəlir. 

O gülün birin üzəydim, 

Saç bağıma düzəydim. 

Saç bağım qatar-qatar,  

Üstündə qardaş yatar. 

Qardaşın əl yaylığı, 

Ucları zər yaylığı. 

Hərə bir ağız desin 

Qardaşa cansağlığı. 

Hop-hopun olsun, qardaş! 

Gül topun olsun, qardaş! 

Gül ağacın dibində, 

Gülbünün

1

 olsun qardaş! 



Dəyirman üstü çiçək, 

Oraq gətir, gəl biçək 

Qardaş, nişanlın gördüm, 

Uzunboy, qarabirçək. 

 

SƏMƏNİ 

 

Səməniyə saldım badam, 



Qoymazlar bir barmaq dadam. 

Dörd tərəfin alıb adam, 

Səməni, bizana

1

 gəlmişəm, 



Uzana-uzana gəlmişəm. 

        


 

 

(V gün Yuxarı yaş qrup oxucularımızın görkəmli ədəbiyyatşunas Firidun bəy 



Köçərli haqqında hazırladıqları məruzələri tədbir iştirakçıları tərəfindən 

dinlənilir. Yaxşı məzmunu ilə fərqlənən məruzə kitabxana rəhbərliyi 

tərəfindən mükafatlandırılır. II hissədə– – “Balalara hədiyyə” adlı ədəbi-bədii 

gecənin ssenarisi təqdim olunur) 

 

Tədbir keçirilən zalın divarları ədibin şəkilləri və onun yubileyinə həsr olunmuş 



sərgisi ilə bəzədilir. F.Köçəlinin nağıl qəhrəmanlarından  Pıspısa xanım və Siçan 

bəy qonaqları  salamlayır. 

Pıspısa xanım: 

Salam əziz uşaqlar, hörmətli qonaqlar. Hamınızı sevimli 

ədəbiyyatşunas,  alim  F.Köçərlinin  150  illik  yubileyinə  həsr        

olunmuş tədbirdə xoş gördük.  

Siçan bəy: 

Bizi  yəqin  hər  bir  uşaq  gözəl  taniyir.  Biz  babamızın  sizlərə 

hədiyyəsiyik.   Amma  yəqin  ki, burda  elə  qonaqlar  ola  bilər  ki, 

siz  balaların  babası  haqqında  az  məlumatı  olsun.  Gəlin, 

F.Köçərlini lap yaxından tanıyaq. 

 


31 

 

Aparıcılar səhnəyə daxil olur. 

 

I Aparıcı: 



Çox  sag  olun,  Pıspısa  xanım  və  Siçan  bəy!  Bizə  bu  şəraiti 

yaratdığınıza görə. 

II Aparıcı: 

Biz  bu  gün  böyük  bir  həvəslə  F.Köçərli    haqqında  sizlərlə 

danışmağa hazırıq. F.Köçərli Azərbaycanda  görkəmli  maarifçi, 

pedaqoq,  ədəbiyyatşünas,  publisist  kimi  şöhrət  qazanmış 

şəxsiyyətlərdəndir.  O,1863-cü  il  yanvar  ayının  26-da  Şuşada 

anadan  olmuşdur.  F.Köçərlinin  ulu  babalarından  olan 

Məhəmməd  Cavanşir  mahalının  Köçərli  kəndindən  gəlib  Şuşa 

şəhərinin şimal-qərbində yurd salmış və sonralar onun övladları 

bütün  ətrafda  Köçərlilər  kimi  tanınmışdır.  Onun  uşaqlığı 

Qarabağda keçmişdir. Firidun bəy ziyalı ailəsində böyümüşdür. 

Ona  evdə  rus  dili,  fars  dili,  hesab  fənləri  öyrədilirdi.  Şəhər 

məktəbində oxuyarkən tale onu “Vətən dili” dərsliyinin müəllifi 

Anton  Çernyayevski ilə görüşdürmüşdür. Və  beləliklə,  Firidun 

bəy  atasının  razılığını  alıb  Qori  Müəllimlər  Seminariyasında 

oxumağa  başlamışdır.  Seminariyanı  22  yaşında  əla  əxlaqla 

bitirən  Köçərli  İrəvan  gimnaziyasına  müəllim  göndərilmişdir. 

Burada  azərbaycanlı  balalara  hüsnxət  qaydalarınca  yazmağı 

öyrədən  gənc  müəllim  həm  də  dünya  ədəbiyyatından 

nümunələri  tərcümə  etmişdir.  Dərslik  olmamasından  ciddi 

narahatçılıq  keçirən  F.Köçərli    Azərbaycan  ədəbiyyatının  ayrı-

ayrı problemləri mövzusunda məqalələr yazmışdır. 

II Aparıcı:   

F.Köçərli  dünya  ədəbiyyatını  yaxşı  öyrənmişdi.  Onda  Şərq 

ədəbiyyatına,  ümumiyyətlə,  ədəbiyyata  marağın  oyanmasında 

atası  Əhməd  ağanın  böyük  rolu  olmuşdu.  Qarabağın  orta 

bəylərindən sayılan Əhməd ağa savadlı bir şəxs olub, fars dilini 

mükəmməl  bilirdi.  Şərq  poeziyasına  xüsusi  məhəbbəti 

olduğundan  onun  dahi  sənətkarlarının  əsərlərini  müntəzəm 

mütaliə  edər,  xüsusilə,  Firdovsinin  “Şahnamə”sindən  bütöv 

fəsilləri  əzbər  deməklə  ədəbi  məclislərdə  öz  həmsöhbətlərini 

heyran  qoyarmış.  Şərq  poeziyası  nümunələrini  ilk  dəfə 

atasından  eşidən  gənc  Köçərli  sonralar  bir  ədəbiyyatşünas, 

tənqidçi  kimi  özü  onları  sevə-sevə, duya-duya  mütaliə  etmişdi. 

Ona  görə,  çox  təbiidir  ki,  o,  bütün  elmi  fəaliyyətində  olduğu 

kimi, “Azərbaycan ədəbiyyatı” əsərində də Şərqin böyük ədəbi 

simaları  Firdovsi,  Sədi,  Hafiz,  Əttar,  Xəyyam,  Rumi,  Cami  və 

başqalarının  yaradıcılığı  ilə  ətraflı  tanış  olub,  onlar  haqqında 

qiymətli  mülahizələr  söyləmiş,  türk  şairi  Yusif  Nabiyə  isə 

ayrıca  oçerk  həsr  etmişdi.  F.Köçərlini  böyüklü,  kiçikli  hamı 

sevir.  Çünki  böyük  ədibimiz  həm  uşaqlar  üçün,  həm  də 

böyüklər  üçün  biri-birindən  dəyərli  əsərlər  yaratmışdır. 

F.Köçərli 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, 



32 

 

hekayələri  artırmış,  metodika  və  stilistikasını  dəyişdirərək 



zənginləşdirmişdir. 

I Aparıcı:   

1895-ci  ildə  Qori  Müəllimlər  Seminariyasına  dəyişdirilən 

Firidun  bəy  Köçərli  dərs  deməklə  kifayətlənməmişdir.  O, 

“Kaspi”,  “Şərqi-rus”,  “İrşad”,  “Tərəqqi”  kimi  qəzetlərlə 

əməkdaşlıq  etmiş,  Azərbaycan  ədəbiyyatı  tarixi  mövzusunda 

ciddi  axtarışlara  başlamışdır.  Ədəbiyyat  məsələləri  ilə  yanaşı 

pedoqoji fəaliyyətini də davam etdirən qüdrətli şəxsiyyət xalqın 

savadlanması naminə qüvvə və imkanlarını əsirgəmirdi. Firidun 

bəy həm də Azərbaycanın görkəmli ziyalıları ilə əlaqə saxlayır, 

görüşür,  məktublaşırdı.  O,  xalqın  savadlanması  yolunda 

görüləsi  işlər  barədə  həmfikirləri  ilə  düşüncələrini  bölüşürdü. 

İlk növbədə xalqın savadlanması, xalqın sabahı olacaq balaların 

təlim-tərbiyəsi  onu  ciddi  maraqlandırır,  narahat  edirdi. 

Məktəblər  üçün  dərslik  lazım  idi.  Balalara  babaların  yaşadığı 

tarixi  mərhələlər,  ana  vətən  haqqında  məlumat  verən  əsərlər 

lazım  idi.  Böyüyən  nəsil  ana  dilinin  zənginliyinə  yiyələnməli 

idi. Firidun bəy bu məqsəd naminə folklorumuzu toplamaq, bir 

məcmuə  nəşr  etdirmək  niyyətində  idi.  O,  çoxdan  bəri  material 

toplamaqdaydı. İlk folklor antologiyası olan “Balalara hədiyyə” 

bu niyyətin məhsulu kimi araya-ərsəyə gəlmişdi. Firidun bəy ilk 

folklor antologiyamızı hazırlamaqla kifayətlənməmişdi. O, həm 

də söz sənəti, el ədəbiyyatı, qələmi ədəbiyyat barədə də dəyərli 

fikirlərini  ifadə  edərək  yazırdı:  “Ədəbiyyat  iki  qisimdir:  bir 

qismi  ağızda  söylənən  nağıl,  hekayətlərdən,  cürbəcür  milli 

nəğmələrdən,  aşıq  sözlərindən,  məsəllərdən,  tapmacalardan, 

yanıltmaclardan,  sayaçı  sözlərindən,  bayatılardan  ibarətdir.  Bu 

qisim  ədəbiyyata  ...  el  ədəbiyyatı  deyilir...  Hər  iki  qisim 

ədəbiyyatın  bünövrəsi  sözdür...  Söz  olmasaydı,  əlbəttə, 

ədəbiyyat dəxi olmazdı.” 

II Aparıcı:   

F.Köçərli  M.F.Axundzadə  və  M.Şahtaxtinskidən  sonra 

Azərbaycan  mədəniyyətinin  inkişafı  naminə  əlifba  islahatı 

aparılması  yolunda  çalışan  xadimlərdəndir.  Azərbaycan  dilini 

başqa  dillərin  zərərli  təsirindən  qorumaq  üçün  F.Köçərli, 

Ü.Hacıbəyli,  Y.V.Çəmənzəminli,  Ö.F.Nemanzadə  və  başqa 

mütərəqqi ziyalılardan ibarət olan cəbhə yaradıldı. Bu cəbhənin 

işi  Azərbaycan ədəbi dilini canlı xalq dilinə getdikcə daha artıq 

yaxınlaşdırmaq,  inkişaf etdirmək idi. Onlar dili millətin əvəzsiz 

sərvəti  hesab  edirdilər.  Şifahi  xalq  ədəbiyyatının  növ  və  janr 

zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas alim göstərirdi 

ki, keçmişdə şan və qüvvət sahibi olan türk milləti öz məişətinə, 

ayin  və  adətinə  dair  yaratdığı  qisim-qisim  nağıl  və  hekayələr, 

gözəl  mənzumələr,  hikmətamiz  məsəllər,  atalar  sözləri,  nazik 

mənalı  müəmma  və  tapmacalar,  körpələrin  qəlbini  açan 


33 

 

düzgülər  və  yanıltmaclar,  heyvanat  qisminə  məxsus  sayaçı 



sözləri    unudulmaqdadır.  Böyük  maarifpərvər  bu  unudulmaq 

təhlükəsini  duyaraq  folklorumuzu  toplamağa  başlamışdı. 

F.Köçərli gənc nəsli düzgün tərbiyə etmək, onda vətənə, xalqa, 

ana dilinə məhəbbət duyğuları oyatmaq üçün uşaqları hələ kiçik 

yaşlarından  şifahi  ədəbiyyat  nümunələri  ilə  tanış  etməyi  ilkin 

tərbiyə  üsullarından  sayır  və  bunu  valideynlərə  məsləhət 

görürdü. Nahaq deyil ki, o, çap etdirdiyi şifahi xalq  ədəbiyyatı 

nümunələri  kitabına  bu  baxımdan  çox  mənalı  olan  “Balalara 

hədiyyə” adı vermişdir.  

Pıspısa xanım: 

Uşaqlar  mənə  elə  gəlir  ki,  F.Köçərlinin  “Balalara  hədiyyə” 

kitabını  hamınız  oxumusunuz.  Biz  bu  sevimli  kitabımızı  

oxuyarkən  görürük  ki,  F.Köçərlinin  qələmə  aldığı  nağıllarda 

heyvanların hər birisi insana mənsub olan bir xasiyyəti göstərir. 

Məsələn:  çöl  heyvanlarından  aslan  rəşadət  və  mərdliyi,  ayı 

qanmazlığı,  qurd  axmaqlığı,  tülkü  hiyləgərliyi,  dovşan 

qorxaqlığı,  maral  gözəlliyi  və  s.  Ev  heyvanlarına  gəldikdə,  at 

etibarı,  it  vəfanı,  eşşək  həmaqəti,  dəvə  şəfahəti,  öküz  inadlığı, 

inək  inayəti,  qoç  igidliyi,  keçi  hiyləbazlığı,  qoyun  bərəkəti, 

quzu yazıqlığı, pişik etibarsızlığı göstərir.  F.Köçərli bu kitabda 

xalqımıza  mənsub  olan  çox  gözəl  sayaçı  sözləri  qələmə 

almışdır.  İndi  isə  gəlin  oxucuların  ifasında  sayaçı  sözləri 

dinləyək:

 

 



Uşaqlar səhnəyə çıxırlar. 

 

I oxucu:                            Səlam əleyk səy bəylər, 

Bir-birindən yey bəylər! 

Saya gəldi gördünüz, 

Salam verdi aldınız 

Alnı təpəl qoç quzu 

Sayaçıya verdiniz. 

II oxucu:                    

Siz qayadan qorxmusuz, 

Səfa yurda qonmusuz, 

Səfa olsun yurdunuz

Ulamasın qurdunuz. 

Ac getsin avanınız

 

Tox gəlsin çobanınız. 



III oxucu:               

Bu saya yaxşı saya, 

Həm çeşməyə, həm çaya, 

Həm ülkərə, həm aya, 

Həm yoxsula, həm baya 

Bu saya kimdən qaldı? 

Adəm atadan qaldı. 


34 

 

IV oxucu:                



Adəm ata gələndə, 

Qızıl öküz duranda, 

Qızıl buğda bitəndə, 

Dünya binnət olanda, 

Musa çoban olanda 

Şişliyimiz erkəcdi.

V oxucu:                     



Onun dərdi uludur, 

Aşıqlığı qurudur. 

Ucası qiymətlidir, 

Qabırğası dadlıdır. 

                            Qabırğa içrə pərdə, 

Salmaz adamı dərdə. 

Pərdəsi iki rəngdir. 

Böyrək ona dirəkdir, 

Altmış arşın bağırsaq, 

Bir-birinə ulğaşıq. 

VI oxucu:                    

Zinhar qoyunu vurma, 

Qoyunsuz evdə durma! 

                                      Qoyunlu evlər gördüm, 

Qurulu yaya bənzər. 

Qoyunsuz evlər gördüm, 

Qurumuş çaya bənzər! 

Qoyun var, kərə gəzər. 

Qoyun var, kürə gəzər. 

Gedər dağları gəzər. 

Gələr evləri bəzər. 

Siçan bəy: 

Uşaqlar  indi  isə  gəlin  Firidun  bəy  Köçərlinin    balaca 

oxucularımız  üçün  yazdığı  “Balalara  hədiyyə”  kitabından 

tapmacaları  dinləyək.  Kim  tapmacanın  cavabını  düz  tapsa 

bizdən hədiyyə qazanacaq. 

Kitab kitab içində, 

         

Atlas da qab içində,  

      


  

Nə molla bilir, nə axund, 

         

O da bir qab içində. 

 

 

 



 

 

 



(Nar) 

 

 



 

 

Qara toyuq qarğalar    



 

 

 



Evdən-evə yırğalar. 

 

 



 

 

 



 

 

(Sac) 



Pıspısa xanım: 

 

O nədir ki, göydən yerə sallanır?  



(Yağış) 

    

 

 



 

O nədir ki, hər nə desən allanır?  

(Uşaq) 

Siçan bəy:   



 

Taxçadan düşdü tap elədi,  

Gülsənəm onu hap elədi.  


35 

 

 



 

 

 



(Siçan) 

Altı hovuz içərlər, 

 

  

 



Üstü zəmi biçərlər. 

 

 



 

 

 



 

(Qoyun) 


Pıspısa xanım: 

 

O yanı çəpər, bu yanı çəpər – 



İçində atlı çapar. 

 

 



 

(Nehrə) 


      

 

 



Suda Süleyman gördüm, 

 

  



 

Dağda düleyman gördüm. 

 

  

 



Yatar gövşər daş gördüm 

 

  



 

Duzsuz bişmiş aş gördüm. 

(Balıq, ayı, dəyirman, halva) 

Siçan bəy:   

 

Uzun qız- oba gəzər.  



 

 

 



 

 

 



(Oxlov) 

Üçü bizə yağıdır, 

           

 

Üçü cənnət bağıdır. 



           

 

Üçü yığar gətirər, 



           

 

Üçü vurar dağıdar. 



 

 

 



 

 

 



(İlin fəsilləri) 

Pıspısa xanım: 

 

Biz-biz idik, 



 

 

 



Yüz qız idik.  

 

 



 

Bizi üzdülər, 

      

 

İpə düzdülər. 



 

 

 



 

 

(Qamış) 



   

 

 



İki tülkü balası, üç anası, dörd atası,  

neçə eylər hamısı?  

(Dörd) 

Siçan bəy:   



 

Ağac başında darı quyusu.  

 

 

 



 

 

 



 

 

(Əncir) 



Ağac başında sarı yumaq.  

 

 



 

 

(Heyva) 



Pıspısa xanım: 

İndi  isə  gəlin  oxucularımızın  ifasında  F.Köçərlinin  topladığı  

“Məsəllər”ə qulaq asaq.  

 

Məktəbli oxucularımız səhnəyə çıxıb məsəllər söyləyirlər. 

 

I Oxucu: 



 

Oğlum əziz, tərbiyəsi ondan da əziz. 

                            Oğul xırdası, noğul xırdası. 

                            Şüurlu oğul neylər ata malını, 

                            Şüursuz oğul neylər ata malını. 

                            El yığılsa kərən sındırar. 

      

 

          Dostun sirrin dost bilər. 



                            O baş sınsın ki, dost yolunda gərək olmaz. 

                            Dostun sirrin dost bilər. 



36 

 

                              On ölç, bir biç. 



 

 

      



Qonağın ruzusu özündən qabaq gələr. 

II Oxucu: 

 

Bu günün işini sabaha qoyma. 



Qalan işə qar yağar. 

Əldən qalan əlli gün qalar. 

Qorx payızdan, qabağından qış gəlir. 

Qorxma qışdan, qabağından yaz gəlir. 

Toyuq istər qaz yerişi yerisin, öz yerişini də yanılar. 

   


          Ac toyuq yuxusunda darı görər.  

                   Özünə umac ova bilməz, özgəyə əriştə kəsər. 

                            Qoyunu qurda tapşırmazlar. 

III oxucu:          

Pulunu ver inəyə - bağla dirəyə. 

               Ahıl öküz cütə getməsə uşaqlar acından qırılar.  

               Camış ilə gəzən dananı qurd yeyər. 

                   Şorakət yerdə bostan əkərsən. 

                   Adı bostan olar, tağı tağ olmaz. 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin