AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix29.12.2016
ölçüsü0,64 Mb.
#3859
1   2   3   4

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



11 

 

                               II.Yubiley tədbirlərinin keçirilməsi 



 

Bu  il  Azərbaycan  ədəbiyyatının  qüdrətli  ədəbiyyatşünası,  folklor 

tədqiqatçısı,  sevimli  pedaqoqumuz  Firidun  bəy  Köçərlinin  anadan  olmasının  150 

ili  tamam  olur.  Bu münasibətlə  respublikanın  bütün  mədəniyyət  müəssisələrində, 

eyni  zamanda  kitabxanalarda  yubiley  tədbirlərinin  keçirilməsi  nəzərdə 

tutulmuşdur. Kitabxanalarda bununla əlaqədar maraqlı tədbirlər keçirmək  olar. İlk 

növbədə  kitabxanada  F.Köçərlinin  150  illik  yubileyi  münasibəti  ilə  “Köçərli  

lektoriya həftəsi”nin keçirilməsi yaxşı olar. Bu tədbirdə az yaşlı, orta yaşlı, yuxarı 

sinif  şagirdləri,  ali  təhsil  müəssisələrinin  müəllim  və  şagird  kollektivi  iştirak  edə 

bilərlər.  Tədbiri  keçirmək  üçün  kitabxana  bağçalarla,  məktəblərlə,  ali  təhsil 

ocaqları ilə əməkdaşlıq etməlidir.  



“Köçərli  lektoriya  həftəsi”  ərzində  yuxarı  yaş  qrup  oxucular  sevimli 

pedoqoqumuz  Firidun  bəy  Köçərli  haqqında  maraqlı  məruzələr  hazırlayırlar.  Ən 

yaxşı hazırlanmış məruzə müdriyyət tərəfindən qiymətləndirilir.  

“Köçərli lektoriya həftəsi”nin I gününü balaca oxucularımıza həsr edək. İlk 

əvvəl  “Köçərli  lektoriya  həftəsi”  açıq  elan  edilməlidir.Tədbirin  birinci  hissəsində 

yuxarı  yaş  qrup  oxucular  F.Köçərli  haqqında  hazırladıqları  məruzələri  ilə  çıxış 

edirlər.  Ən  yaxşı  məruzə  kitabxana  rəhbərliyi  tərəfindən  mükafatlandırılır.  Yaxşı 

olar  ki,  həmin  gün    F.Köçərlinin  “Balalara  hədiyyə  “  kitabında  olan    nağıllar 

əsasında  hazırlanmış  ucadan  oxu,  səhərciklər  təqdim  olunsun,  II  günü  “Balalara 

hədiyyə”  kitabında  verilmiş  oyunlar  oxucular  arasında  keçirilsin.  III  günü 

yubilyarla  bağlı  sual-cavab,  test  sorguları  keçirilsin.  Sorguda  fərqlənən  oxucular 

mükafatlandırılsın.  IV  gün  rəsm  müsabiqəsi,  şeir  musiqisi,  V  gün  isə  yubilyara 

həsr  olunmuş  ədəbi-bədii  gecə  ilə  “Köçərli  lektoriya  həftəsi”nə  yekun  vurulsun.  

Qeyd  edim  ki,  “Köçərli  həftəsi”nin  hər  bir  günündə  kitabxanaçı  tədbirdən  sonra 

oxucuları  yubilyara  həsr  olunmuş  sərgiyə  baxmağa  və  kitabxanaya  ekckursiyaya 

dəvət etsə daha yaxşı olar.  

“Köçərli  lektoriya  həftəsi”nin  təşkilində  kitab  sərgisinin  təşkili  vacibdir. 

Sərgidə  F.Köçərlinin    indiyə  qədər  çap  olunmuş  kitabları,  onun  haqqında  şair  və 

yazıçıların  yazdığı  əsərlər  ilə  yanaşı,  dövrü  mətbuatda  da  yer  alan  materialların 

nümayişi nəzərdə tutulmuşdur.  

Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər.  

Məsələn:  “Firidun  bəy  Köçərli  -  150”,  “Ədəbiyyatımızda    yaşayan  həyat”, 

“Qüdrətli  ədəbiyyatşünas,  folklor  tədqiqatçısı”,  “Yorulmaz  maarifçi  Firidun  bəy 

Köçərli”,  “Tariximizin  fəxri:  F.Köçərli”,  “İlk  folklor  antologiyasının  banisi”, 

“Böyük maarifpərvər: F.Köçərli” və s. İndi isə sərginin nümunəsini veririk.        

1.

 



Başlıq: İlk folklor antologiyasının banisi. 

2.

 



F.Köçərlinin portreti. 

3. Görkəmli insanların F.Köçərli  haqqında söylədikləri sitatlar. 

4. Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası. 

5. Kitablarının nümayişi. 

6. Şeir parçası. 

7. F.Köçərlinin hikmətli sözləri. 



12 

 

Sərgidə veriləcək sitatlar:  



1.

 

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq  

ədib  və  şairlərimizin  böyük  əksəriyyətini  əhatə  edən  ədəbiyyat  tarixini 

yazmışdır.  Bu  əsərdə  129  şairin  ədəbi  irsi  və  onlardan  böyük  bir  qisminin 

tərcümeyi-halı  verilmiş,  əsərləri  haqqında  orijinal  fikirlər  söyləmişdir. 

“Azərbaycan  ədəbiyyatı”  təkcə  F.Köçərlinin  yaradıcılığında  deyil, 

Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində görkəmli yer tutur. Firidun 

bəy  Köçərlinin  həm  tənqidi  məqalələrində,  həm  də  tədqiqatçılıq  

fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyətlərdən ən başlıcası, onun 

müasirlik problemini həmişə diqqət mərkəzində saxlamasıdır. 



                                                                     Akademik Bəkir Nəbiyev 

2.

 

Firidun bəy Köçərli ədəbiyyat tarixi yaratmaq işinə son dərəcə ciddi  

yanaşmış,  onun  bir  sıra  prinsiplərini  doğru  dərk  etmişdi.  Odur  ki, 

“Azərbaycan türklərinin ədəbiyyatı” kitabını “material” hesab edənlər, onun 

elmi  mahiyyət  daşımağını  iddia  edənlər  ciddi  səhv  edirlər.  Köçərli 

təzkirəçiliyin  çərçivəsini  dağıdıb,    ədəbiyyat  tarixinin  tədqiqinə  yeni  bir 

istiqamət vermişdir. 

                                                                           Akademik Kamal Talıbzadə 



3.

 

Firidun bəyin ədəbiyyat tədqiqatı Azərbaycan ədəbiyyatşünaslığı üçün        

çox  qiymətli  və  tarixi  xidmətdir.  Onun  sayəsində  qədim  dövrün  bir  çox 

şairləri və əsərləri meydana çıxarılıb xalqa tanıdılmışdır.  



4.

 

Onun  əsərləri  uzun  illər  qədim  ədəbiyyat  tarixçiləri  üçün  mənbə  və  vəsait 

olmuşdur.  Köçərlinin  əsərləri  yalnız  ədəbiyyatı  öyrənmək  deyil,  həm  də 

qiymətləndirmək təşəbbüsünü irəli sürən əsər idi. 

                                                                       Yazıçı Mir Cəlal Paşayev 

5.

 

 Firidun bəy Köçərli mənim qəlbimdə həssas bir insan, qərəzsiz ədəbiyyatçı, 

yorulmaz  bir  maarifçi  kimi  əbədi  iz  buraxmışdır.  Millətimizin  istedad    və 

məharəti  –  fitrilərinə  və  əhvali  –  ruhiyyəsinə  aşina  olmaq  istəyənlər 

möhtərəm bəradərim Firidun bəy Köçərlinin tərif etdiyi “Balalara hədiyyə” 

kitabçasından istifadə edə bilərlər.  

                                                                                       Şair Abdulla Şaiq 

6.

 

Firidun bəy  Köçərli ən  müqtədir,  ən  sevgili  ədiblərimizdən  biridir. Bu şəxs 

ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvi 

ruhlarını canlandırdı və həyati– fikriyyəmizi təbii yoluna saldı. 

 

7.

 

Ədəbiyyatımızı  müntəzəm  bir  şəklə  salmaq  və  ümumən  tanıtmaq 

əhəmiyyətli  məsələlərdəndir.  Bu  yolda  iyirmi  ildən  bəri  çalışması  ilə  və 

ədəbiyyatımızı  nizama  salması  ilə  məşhur  olan  şəxsiyyət    –  Firidun  bəy 

Köçərlidir. 

                                            Ədəbiyyatşünas, yazıçı Y. V.Çəmənzəminli 



8.

 

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi sahəsində  

böyük  iş  görmüşdür.  Onun  bu  sahədə  yaratdığı  əsər  ədəbiyyat  tarixinin 

yaradılması yolunda atılan əhəmiyyətli bir addım idi. 

                                      Yazıçı, dramaturq Şıxəli Qurbanov 


13 

 

9.



 

F.Köçərli məşhur ədəbiyyat tarixçisidir. Bütün məşhur ədəbiyyat tarixçiləri  

kimi, o da ədəbiyyat tarixinin məhz şifahi xalq yaradıcılığından başlandığını 

çox yaxşı bilirdi. 



                                                                     Əməkdar elm xadimi Paşa Əfəndiyev 

10.

 

 Firidun bəy Köçərli böyük pedaqoqdur. Qori müəllimlər seminariyasının  

Azərbaycan  şöbəsini  Qazaxa  köçürməklə  xalqımızın  maariflənməsində 

əvəzolunmaz  əməyi  olan  şəxsiyyətdir.  Firidun  bəy  sadəcə  praktik  müəllim 

deyildi.  O,  tədqiqatçı  –  alim,  ədəbiyyatşünas,  nəzəriyyəçi  –  pedaqoq  və 

yüksək mədəniyyətli humanist, ziyalı idi. 

                                          Pedaqogika elmləri doktoru Əhməd Seyidov 

11.“Türk yurdunun ən şiddətli ehtiyacı məktəb və maarifdir. Hakim bir millətin  

məhkum  düşməsi,  məhkum  bir  millətin  yox  olması  məktəbsizlikdən  irəli 

gəlir”.  Bu  çətin  illərdə,  1886-ci  ildə  F.Köçərli  Azərbaycan  teatrının  əsasını 

qoymuş bir şəxsiyyətdir. 



  Dahi türkçü”Tərcüman”qəzetinin  

baş redaktoru İsmayıl bəy Qaspralı  

12. F.Köçərli Azərbaycan ədəbiyyatı tarixini dirildən bir şəxsiyyətdir. 

                                                                           Yazıçı, şair, ictimai 



xadim Eynəli Sultanov 

13. F.Köçərlinin qələmə aldığı “Balalara hədiyyə” kitabından vətən qoxusu,  

dağların ətri, köçərilərin tüstüsü gəlir.  



                                                                                                 

Ədəbiyyatşünas, pedaqoq Əli Sultanlı 

14. Firidun bəyin arxivi XX əsr ictimai həyatımızın güzgüsüdür. 

                                                                                   Professor Əziz Şərif 

 

“Köçərli lektoriya həftəsi”nin ssenarisini təqdim edirik: 

 

KÖÇƏRLI LEKTORİYA HƏFTƏSI  



 

I gün – Yuxarı yaş qrup oxucularımızın görkəmli ədəbiyyatşunas 

Firidun bəy Köçərli haqqında hazırladıqları məruzələri tədbir 

iştirakçıları tərəfindən dinlənilir. Yaxşı məzmunu ilə fərqlənən məruzə 

kitabxana rəhbərliyi tərəfindən mükafatlandırılır. II hissədə  “Balalara 

hədiyyə” kitabında olan nağıllar və  təmsillər üzrə hazırlanmış 

səhərciklər təqdim olunur. 

Kitabxananın girişi və oxu zalı bayram  münasibətilə bəzədilir.  Divarlardan 

şarlar, əlvan rəngli bayraqlar asılır, F.Köçərliyə həsr olunmuş  kitab sərgiləri təşkil 

edilir.  Tədbir  iştirakçıları  üçün  səhnə  düzəldilir.  Səhnənin  baş  tərəfində 

F.Köçərlinin  şəkli  asılır,  digər  tərəfində  F.Köçərlinin  nağıl  qəhrəmanları  öz 

geyimlərində otururlar. Kitabxanaçı bayramı açıq elan edir, F. Köçərlinin həyat və 

yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı  məlumat verir.

 

Sonra kitabxanaçı 



nağıl  qəhrəmanlarını  uşaqlara  təqdim  edir  və  kiçik  yaşlı  oxucuların  iştirakı  ilə 

F.Köçərlinin  “Qarı  və  buz”,  “Pıspısa  xanım  və  Siçan  bəy”  nağılı,  “Eşşək  və 



14 

 

dəvə”, “Darı və buğda” 



təmsili əsasında səhərciklər keçirilir. Səhərcikləri təqdim 

edirik: 


 

Səhnə dekorasiyalarla bəzədilir. Kitabxanaçı təmsildə olan hər bir obrazın əlcək 

kuklasını əlində tutaraq təmsili söyləyir. 

 

Bir gün bir qarı inəyini apardı suvarmağa. İnəyin ayağı buzun üstündən 

sürüşüb yıxıldı və qıçı sındı. Onda qarı buza dedi: 

Qarı: A buz, sən nə güclüsən? 

Buz: Əgər mən güclü olsaydım, gün məni əritməzdi. 

Qarı: A gün, sən nə güclüsən? 

Gün: Əgər mən güclü olsaydım, bulud qabağımı kəsməzdi. 

Qarı: A bulud, sən nə güclüsən? 

Bulud: Mən güclü olsaydım,  yağış məndən yağmazdı! 

Qarı: A yağış, sən nə güclüsən? 

Yağış: Əgər mən güclü olsaydım, ot məndən bitməzdi. 

Qarı: A ot, sən nə güclüsən? 

Ot : Mən güclü olsaydım, qoyun məni yeməzdi! 

Qarı: A qoyun, sən nə güclüsən? 

Qoyun: Əgər mən güclü olsaydım, qurd məni yeməzdi! 

Qarı: A qurd, sən nə güclüsən? 

Qurd: Mən güclü olsaydım, it məni boğmazdı. 

Qarı: A it, sən nə güclüsən? 

İt: Mən güclü olsaydım, çoban məni döyməzdi. 

Qarı: A çoban, sən nə güclüsən? 

Çoban: Mən güclü olsaydım, xanım məni söyməzdi. 

Qarı: A xanım, sən nə güclüsən? 

Xanım: Əgər mən güclü olsaydım, siçan torbalarımı kəsməzdi. 

Qarı: A siçan, sən nə güclüsən? 

Siçan: Əgər mən güclü olsaydım, pişik məni yeməzdi! 

 Qarı: A pişik, sən nə güclüsən? 

Pişik:  Pişik  iki  əllərini  qabağa,  iki  ayaqlarını  dala  qoyub,  gərdənini  çəkib, 

quyruğunu qalxızıb, gözlərini bərəldib, dilini çıxarıb, qarıya dedi: 

 

 

 



Güclüyəm ha, güclüyəm, 

 

 



 

Dəmir daraq dişliyəm. 

 

 

 



Yük üstü yaylağımdır, 

 

 



 

Yük altı qışlağımdır. 

 

 

 



Kürsü üstə duraram, 

 

 



Bığlarımı buraram...   

Növbəti səhərciyi ”Pıspısa xanım və Siçan bəy” nağılından hazırlamaq 

olar. Səhnəni nümayiş etdirəcəyimiz nağıla uyğun bəzəməliyik. Məsələn: 

dekorativ ağaclar, güllər, təpəciklər, quşlar və s.  

Aparıcı:   

Biri var imiş, biri yox imiş, allahdan başqa heç kəs yox imiş. Bir 

də  bir  Pıspısa  xanım  var  imiş.  Bir  gün  bu  Pıspısa  xanımın 


15 

 

könlünə  ərə  getmək  düşdü.  Geyindi-kecindi,  bəzəndi-düzəndi, 



öz evinin qapısına çıxdı və dedi: 

Pispisa xanim:   

Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm! 

Aparıcı:       

Bir odunçu gəlib keçəndə Pıspısa xanımı görüb dedi: 

Odunçu:      

Mənə gələrsənmi? 

Pıspısa xanım:  

Məni döyəndə nə ilə döyərsən? 

Odunçu:        

Balta ilə vuraram əzilərsən. 

Pıspısa xanım:  

Yeri, yeri, mən sənin tayın deyiləm. 

Aparıcı:        

Odunçu getdi. Pıspısa xanım yenə başladı: 

Pıspısa xanım :   Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm! 

Aparıcı:  

 

Bir də gördü ki, kürəkçi gəlir.  



Kürəkçi:      

Pıspısa xanım, mənə gələrsənmi? 

Pıspısa xanim:    Məni döyəndə nə ilə döyərsən? 

Kürəkçi:      

Bir kürək çalaram, xıncım-xıncım olarsan! 

Pıspısa xanım:    Yeri, yeri, mən sənin tayın deyiləm. 

Aparıcı:           

Kürəkçi də getdi.  

Pıspısa xanım:     Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm! 

Aparıcı:    

Bu  halda  siçan  oradan  keçirdi.  Gördü  Pıspısa  xanım  bəzənib-

düzənib, geyinib-kecinib, özünə zinət verib, evin qapısına çıxıb: 

 

 

 



 

 

Qara xaradan don geyib əyninə, 



 

 

 



 

 

Ucunu qatlayıb salıb çiyninə. 



 

 

 



 

 

Tökübdür üzünə qara tellərin, 



 

 

 



 

 

Yuyub tərtəmiz, aparı əllərin. 



 

 

 



 

 

Çəkib gözlərinə qara sürmələr, 



 

 

 



 

 

Salıb başına əbrələr, tirmələr, 



 

 

 



 

 

Xuraman-xuraman ki rəftar edir, 



 

 

 



 

 

O rəftara sərvi-giriftar edir. 



 

 

 



 

 

Soluna baxır, gah baxır sağına, 



 

 

 



 

 

Baxır gah qolundakı qolbağına. 



 

 

 



 

 

Durub hər yana o baxır naz ilə, 



 

 

 



 

 

Deyir bu sözü xoş bir avaz ilə: 



 

 

 



 

 

Gedirəm ərə, mən gedirəm ərə. 



 

 

 



 

 

Ər olmasa, axır gedirəm gora. 



Aparcı: 

 

 



Siçan  bəy gəldi Pıspısa xanımın yanına, dedi: 

Siçan  bəy:  

Salaməleyk,  Pıspısa xanım, sevgili canım, ruhi-rəvanım, 

canü cananım, tabu təvanım! Kefin, halın? Həmişə beləcə 

kefdə, gəzməkdə, seyri-səfada olasan! 

Pıspısa xanım: 

Ay  əleykəssalam.  Siçan    bəy,  top  qara  birçək,  yerişdə 

ördək, dişləri mixək, qıçları dirək, hamıdan göyçək, dəxi 

nə  demək?  Halın,  kefin  kökdümü?  Damağın  çağdımı, 

canın-başın sağdımı?! 

Siçan bəy :   

 

Sağ ol, Pıspısa xanım, əzizim-canım, mənə gələrsənmi? 



Pıspısa xanım: 

 

Məni döyəndə nə ilə döyərsən? 



16 

 

Siçan  bəy: 



Səni  döymərəm,  döysəm  də  quyruğumu  molçi  eylərəm, 

batıraram  xanımların  sürmədanına,  gözünə  sürmə 

çəkərəm. 

Pıspısa xanım:  

 

Sənə gedərəm.  



Aparıcı:  

Razı oldular. Toy elədilər. Pıspısa xanımı Siçan  bəy aldı, 

apardı evinə. Bir zaman yaxşıca yeyib-içib kef elədilər.  

Aparıcı:  

 

 

Bir gün Siçan bəy Pıspısa xanıma dedi: 



Siçan bəy:  

Sən evdə otur, mən gedirəm şah evinə, sənə noğul-nabat, 

şirni  və  hər  cürə  həlviyyat  gətirim.  Qoy  yanına,  könlün 

istədikcə at ağzına, xırıldat, ye. 

Pıspısa xanım: 

Get,  amma  tez  gəl.  Sənsiz  damın  altında  tək  otura 

bilmirəm, qorxuram. 

Siçan bəy:   

 

Qorxma, tez gələrəm! 



Aparıcı: 

Pıspısa  xanım  oturdu,  oturdu,  qərarı  tutmadı.  Fikirləşdi 

ki,  Siçan  bəy  gəlincə  durub  onun  paltarlarını  aparıb 

dəvəizi  dərin  göldə  yuyum,  sərim,  qurudum,  gələndə 

verim geysin əyninə ki, üst-başı təmiz olsun. 

Aparıcı: 

Siçan  bəyin  paltarını  götürüb  apardı  yumağa.  Amma 

yuyanda ayağı sürüşüb düşdü dəvəizi dərin gölə. 

Sağa  dolandı,  gurp  düşdü,  sola  dolandı,  şarp  düşdü,  nə 

qədər  əlləşdisə  çıxa  bilmədi,  hər  nə  qədər  çapaladısa, 

qurtara  bilmədi.  Dəvəizi  dərin  göldə  az  qaldı,  çox  qaldı, 

gördü ki, bir neçə atlı gedir. Durdu çağırmağa: 

Pıspısa xanım: 

 

 



Tapur-tupur atlılar, 

 

 



 

 

Qolları bazbatdılar. 



 

 

 



 

Şah evinə gedərsiz, 

 

 

 



 

Siçan bəyə deyərsiz: 

 

 

 



 

Pıspısa Püstə xanım,  

 

 

 



 

 

 



Dabanı xəstə xanım. 

 

 



 

 

Düşüb dəvə gölünə, 



 

 

 



 

Boğulur xəstə xanım. 

Aparıcı:  

Gəlib  gördülər  ki,  bunları  çağıran  bir  dozanqurdudur, 

düşübdür, dəvəizi dərin gölə, boğulur. Bunları görəndə  

Pıspısa xanım: 

 

 

Gedin deyin Siçan bəyə, 



 

 

 



 

Börkü dəlik Solub bəyə: 

 

 

 



 

Saçı uzun, saray xanım, 

 

 

 



 

Donu uzun, daray xanım, 

Pıspısa xanım  paltar yuduğu yerdə sürüşüb dəvəizi dərin 

gölə, boğulub ölür, durmasın, özünü mənə tez yetirsin! 

Aparıcı:  

Atlılar çox təəccüb edib, getdilər şah evinə. Gördüklərini 

orada  nağıl  elədilər.  Siçan    bəy  şirni  sandığının  içində 

gəzirdi,  bu  xəbəri  eşidib  qaçdı  və  tez  özünü  Pıspısa 

xanıma  yetirdi.  Gəldi  gördü  ki,  Pıspısa  xanım  dəvəizi 


17 

 

dərin göldə batır, çıxır. Az qalıb ki, canı çıxsın. Cəld əlini 



uzadıb dedi: 

Siçan bəy:   

 

Əlini mənə cik-ərəcik! 



Pıspısa xanım: 

 

Yeri, mənciyəz səndən küsərəcik! 



Siçan  bəy dedi:    

Əlini mənə cik-ərəcik! 

Pıspısa xanım: 

 

Yeri, mənciyəz səndən küsərəcik! 



Siçan bəy:   

 

Əlini mənə cik-ərəcik! 



Pıspısa xanım : 

 

Yeri, mənciyəz səndən küsərəcik! 



Aparıcı:  

Axırda siçanın acığı tutdu, bir ovuc palçıq götürüb çırpdı 

pıspısa xanımın  başına və dedi: 

Siçan bəy:    

 

Küsərəciksən-küsərəcik, 



                    

 

Üstünə palçıq enirəcik. 



Aparıcı:  

 

 

Pıspısa xanımın oradaca canı çıxdı. Yazıq Pıspısa xanım. 

 

“Eşşək və dəvə” təmsili əsasında səhərcik: 

                                               

Eşşək:                            Mən hamıdan fağıram, 

Palçığa batanda uca dağdan ağıram. 

Çöllərdə qalanda mən yiyəmi çağırram, 

Kərənaydan yoğun səsim var mənim, 

Atlar ilə böyük bəhsim var mənim! 

 

Dəvə:                             Heç heyvan götürməz mənim yükümü, 



İgid oğlan gərək çəkə ipimi, 

Ərəbistan içər mənim südümü, 

Uzaq-uzaq mənzillərim var mənim, 

Uca-uca dəyələrim var mənim! 

 

“Darı və buğda” təmsili əsasında səhərcik: 

 

Darı:   



 

 

 



Mənə darıcan deyərlər 

Yağ, bal ilə yeyərlər 

Ehtiyatla götürüb; 

Güclə saca yetirərlər. 

 

Buğda: 


 

 

 



Yastı-yastı yatarsan, 

Kol dibində bitərsən. 

Məndən sənə qarışmasa 

Palıddan da betərsən! 

 

II gün – Kitabxanada yuxarı yaş qrup oxucular  F. Köçərli haqqında 

hazırladıqları məruzələri ilə çıxış edirlər. Məruzəsi ən yaxşı olan oxucu 

kitabxananın rəhbərliyi tərəfindən mükafatlandırılır. II hissədə  “Balalara 

hədiyyə” kitabında olan oyunlar təqdim olunur. 


18 

 

Tədbirin  birinci  hissəsi  Firidun  bəy  Köçərlinin  həyat  və  yaradıcılığına  həsr 



olunur.  İkinci  hissədə  balaca  oxucularımızla  oyun  keçiririk.  “Vur  nağara,  çıx 

qırağa”  oyunun sözlərini uşaqlar oyunu icra edərkən deyirlər. Uşaqlar dövrə vurub 

oturur, ayaqlarını bir yerə uzadırlar. Onların biri başlayır bu sözləri oxumağa. Hər 

kəlməni deyəndə əlini növbə ilə yoldaşlarının və özünün ayağının üstünə qoyur.  

İynə-iynə, 

Ucu düymə, 

Bal ballıca,  

Ballı keçi, 

Şam ağacı, 

Şatır keçi, 

Qoz ağacı, qotur keçi. 

Happan, 


Huppan, 

Qırıl. 


Yırtıl, 

Su iç –  

Qurtul. 

Əmim oğlu, 

Uzunbığlı, 

Haldırım dedi, 

Huldurum dedi,  

Göyə bir ağac atdı. 

Qarğı sapı 

Gül budağı, 

Motala-motal, 

Tərsə motal, 

Ellər atar, 

Qaymaq qatar. 

Ağ quşum – ağar çinim, 

Göy quşum – göyərçinim, 

Vur nağara, 

Çıx qırağa. 

Mətnin  sonundakı  “çıx  qırağa”  sözləri  hər  kəsin  ayağının  üstünə  dəyirsə  o, 

ayağını çəkir. Sonra yenə başdan həmin sözlər oxunur və uşaqlar bir-bir ayaqlarını 

çəkirlər. Hər kəsin ayağı axıra qalsa, onu üzü üstə uzadır, əllərini yumruq tutub bir-

birinin üstə onun arxasına qoyub soruşurlar: 

-

 

Əl üstə kimin əli? 



Tapsa, onu durğuzurlar, tapmasa, “götürün vurun, yalandır!” deyib onu bir neçə 

dəfə astaca vururlar və yenə soruşurlar: 

-

 

Əl üstə kimin əli? 



Uşaq tapanadək onu astaca yumruqlayırlar. 

 

 



19 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin