Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 57,25 Kb.
tarix02.01.2022
ölçüsü57,25 Kb.
#1096




5

7

4






5

7

4

AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi

Zaqatala rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi



Milli

istiqlal ədəbiyyatın sərkərdəsi

(Cəlil Məmmədquluzadə-145)

Zaqatala-2014

AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ


Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi

Zaqatala rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

Cəlil Məmmədquluzadə-145
(Metodiki vəsait)

Zaqatala-2014


Tərtib edən : Gülnar Abdullayeva-Metodika və

biblioqrafiya şöbəsinin müdiri

Redaktor : G.Məmmədova- MKS-nin direktoru

Tərtib edən: G.Y.Abdullayeva-Zaqatala 2014-15 səh.


N.Gəncəvi adına Mərkəzi kitabxanası, 2014

Milli Istiqlal ədəbiyyatın sərkərdəsi.
Görkəmli yazıçı, böyük ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, tənqidi-realist nəsrin dahi yaradıcısı kimi geniş şöhrət qazanmışdır. Məhz onun yaradıcılığı sayəsində kiçik adam böyük ədəbiyyatın əsas qəhrəmanına çevrilmişdir. Mirzə Cəlil Azərbaycan dramaturgiyası tarixində tragikomediya mərhələsini yaratmışdır. Onun komediyaları xarakterinə görə faciəyə yaxındır. Cəlil Məmmədquluzadə Azərbaycan tragikomediyasının banisidir. Məşhur «Ölülər» əsəri Azərbaycan tragikomediyasının zirvəsini təşkil edir. Azərbaycanda mənzum faciələrin banisi olan Hüseyn Cavidin «Ölülər»in hər təbəssümündə acı bir fəryad qopar» - sözlərində dahiyanə şəkildə yazılmış bu əsərin tragikomik xarakteri böyük məharətlə ifadə olunmuşdur. Orijinal bədii nəsri, dramaturgiyası və publisistikası ilə Cəlil Məmmədquluzadə Azərbaycan tənqidi realizm cərəyanının əsasını qoymuşdur. Tipik şəraitdə tipik xarakterlərin canlandırılmasını tələb edən, fanatizm və cəhalətə ağır zərbələr vuran, cəmiyyətin dəyişilməsi zərurətini meydana qoyan tənqidi realizm ədəbiyyatı ölkəmizdə milli şüurun oyanışına və dirçəlişinə bir ordudan çox xidmət göstərmişdir.  

Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr edilən məşhur «Molla Nəsrəddin» jurnalı Azərbaycan tənqidi realizm ədəbiyyatının ideya-sənət cəbhəxanasıdır. Mübariz ideyalarına və qətiyyətli mövqeyinə görə «Molla Nəsrəddin» jurnalı Azərbaycan xalqının istiqlal kitabına çevrilmişdir. Öz ətrafında Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri... kimi görkəmli sənətkarları birləşdirən «Molla Nəsrəddin» jurnalı Azərbaycan mollanəsrəddinçilərinin baş qərargahı funksiyasını yerinə yetirmişdir. Cəlil Məmmədquluzadənin formalaşdırdığı mollanəsrəddinçilik təlimi «Molla Nəsrəddin» jurnalının və onun ətrafında birləşən ədiblərin strategiya və taktikasını özündə cəmləşdirir. «Molla Nəsrəddin» jurnalı

-3-

mollanəsrəddinçi yazıçı və şairlərin əsərlərinin çoxcildlik külliyyatıdır. Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» ədəbi məktəbinin banisidir. «Molla Nəsrəddin» eyni zamanda həm də satirik publisistika məktəbidir. Böyük ədib Azərbaycan mollanəsrəddinçilərinin ağsaqqalıdır. Hələ 1924-cü ildə Cəlil Məmmədquluzadə tərəfindən deyilmiş aşağıdakı sözlər bu günün də etirafı kimi səslənir: “Molla Nəsrəddin» - tək bir nəfər müəllifin əsəri deyil. «Molla Nəsrəddin» bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların - ancaq ağsaqqal yoldaşıyam».



Cəlil Məmmədquluzadə XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikrinin ağsaqqalıdır. Fikrimizcə, böyük müasirlik və millilik imkanlarına malik olan zəngin yaradıcılığı ilə Cəlil Məmmədquluzadə bu gün də, müstəqillik dövründə də Azərbaycan ədəbiyyatı və mətbuatına ağsaqqallıq edir. Həyatını milli oyanış və dirçəlişə, Azərbaycan xalqının azadlığına və müstəqilliyinə həsr etmiş Cəlil Məmmədquluzadə milli istiqlal ədəbiyyatının sərkərdəsidir. XX əsrin əvvəllərində yaşayıb-yaratmış yeganə ədəbi şəxsiyyətdir ki, o, ölkəmizin ərazi bütövlüyü və milli istiqlal davasında döyüşçü kimi də iştirak etmişdir.

Ədibin 14 sentyabr 1917-ci ildə Qarabağdan Kəhrizli kəndinə, Həmidə xanım Məmmədquluzadəyə göndərdiyi məktub döyüş bölgəsindən yazılmışdır: «Yaxın günlərdə Türk qoşunlarının Əsgərana hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən də gəlmişəm əlimdən gələn köməyi göstərim və qoşunlarla birgə döyüşdə iştirak edim”


Göründüyü kimi, Cəlil Məmmədquluzadə Əsgəran döyüşünün əsgəri idi. Bəlkə də az sonra mövzusunu Qarabağ hadisələrindən aldığı «Kamança» pyesindəki «atlı dəstəsi sərkərdəsi Qəhrəman yüzbaşını» da iştirakçısı olduğu həmin döyüşlərdə görüb müşahidə etmişdi. «Kamança» pyesi Azərbaycan ədəbiyyatında Qarabağ savaşına həsr olunmuş birinci dram əsəri kimi mühüm əhəmiyyət kəsb edir. Bütün bu kimi real hadisələr onun içində milli istiqlal düşüncəni dərinləşdirmişdir. Cəlil Məmmədquluzadə Qarabağ savaşının əsgəri olmaqdan çox ədəbiyyatda Azərbaycan davasının baş komandanı səviyyəsinə çatmışdır.
        Azərbaycan ədəbiyyatı və ictimai fikrinin tarixində Cəlil Məmmədquluzadə həm də böyük demokrat kimi şöhrət qazanmışdır.
-4-

Hələ 1917-ci ildə meydana çıxmış «Cumhuriyyət» məqaləsi milli-demokratik dövlət quruculuğunun nizamnaməsidir. İlk dəfə həmin il Tiflisdə Müsəlman Milli Komitəsinin yığıncağında səsləndirilmiş «Cümhuriyyət» məqaləsi böyük Mirzə Cəlilin cəmiyyətşünaslıq baxışlarının yekunu və zirvəsidir. Bu əsər «Cümhuriyyətin vacib əsasları»ndan yoğrulmuş proqramdır: «Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni millət vəkilləridir. Məmləkətin rəisinə prezident deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman,yəni millət vəkilləri seçir.       

Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərti var... Bu şərtlərdən əvvəlincisi ümumilikdir. Yəni məmləkətdə yaşayan nüfuzun cəmisi seçkidə iştirak etməlidir... Şərtlərin ikincisi seçkinin müsavi olmasıdır, yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir. Üçüncü şərt seçkinin düzbədüzlüyüdür... dördüncü şərt seçkinin gizli qalmasıdır».
Vaxtilə Cəlil Məmmədquluzadə «Cümhuriyyət» tipli əsərləri ilə mənsub olduğu xalqı yaxınlaşmaqda olan müstəqil, milli-demokratik dövlət quruculuğuna hazırlamaq vəzifəsini həyata keçirmişdir. Bununla belə, 93 il əvvəl yazılmış «Cümhuriyyət» məqaləsi hazırda da ölkəmizdə müstəqil, demokratik dövlət quruculuğunun daha da möhkəmləndirilməsinə uğurla xidmət edir.
        Böyük ədib Cəlil Məmmədquluzadənin bütün həyatı və yaradıcılığı azərbaycançılıq idealının həyata keçirilməsinə həsr olunmuşdur. Yaşadığı dövrdə, XX əsrin əvvəllərindəki ədəbi-ictimai mühitdə turançılığın, islamçılığın və Rusiyaya meylliliyin çox aktual olduğu şəraitdə o, bu istiqamətlərdən heç birini qəbul etməmişdi. İctimai düşüncə və mübarizə forması kimi azərbaycançılıq Cəlil Məmmədquluzadənin seçimi və kəşfi idi. O, ədəbiyyatda azərbaycançılıq ideyasının dahi yaradıcısıdır. Mirzə Cəlil həyatını böyük risk və təhlükə qarşısında qoymaqdan çəkinməyərək, 1909-cu ildə «Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, Vətən hissi varsa, oranın qeydinə qalmalıdır» demişdi. Ədibin əsərləri canlı xalq dilinin, Azərbaycan danışıq dilinin təbii hadisəsidir. «Anamın kitabı» dramı azərbaycançılığın ədəbi manifestidir. Bu dahiyanə əsər Azərbaycanın tale kitabıdır. 1917-ci ildə yazılmış «Azərbaycan» məqaləsində
-5-

Mirzə Cəlil vaxtilə Şah İsmayıl Xətainin qılıncı ilə çəkdiyi Azərbaycan xəritəsini böyük məharətlə qələmi ilə cızmışdır.«Azərbaycan» məqaləsi Cəlil Məmmədquluzadənin azərbaycançılıq konsepsiyasının bəyannaməsidir: «Bəzi vaxt otururam və papağımı qarşıma qoyub fikrə gedirəm, ... özümdən soruşuram ki:

Mənim anam kim olub?

-Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

Dilim nə dilidir?

-Azərbaycan dilidir.

Yəni Vətənim haradır?

-Azərbaycan vilayətidir.

Haradır Azərbaycan?

-Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissəsi də Gilandan tutub, Qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir». Cəlil Məmmədquluzadə Azərbaycan xalqı üçün vətən, millət və ana dilindən başqa özgə nicat yolu olmadığını var gücü ilə car çəkmişdir. Vətən, millət və dil məsələləri Cəlil Məmmədquluzadə yaradıcılığının əsas sütunlarıdır. Ədib bu fikirdə idi ki: «dünya və aləm dəyişdi, mənalar özgə təbir əxz elədi. Yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, ... hamı buna qaril oldu ki, Vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət! Dəxi bu dairədən kənar bəni-noi-bəşər üçün özgə nicat yolu yoxdur».


       Azərbaycan xalqının milli istiqlalı yolunda Cəlil Məmmədquluzadə böyük şərəflə xidmət göstərmişdir. Böyük ədib bədii yaradıcılığa avamdan, cəhalətdən giley etməklə başlamışdı. «Danabaş kəndinin əhvalatları»nda Qəzetçi Xəlilin dilindən deyilən aşağıdakı sözlər cavan yazıçının məramını başa düşməyə imkan verir: «Qoy avam hər nə deyir desin. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. Hələ bəlkə bir az gərək fəxr edək ki, avam bizim üstümüzə gülür. Dünyada hədsiz şəxslər avamdan gileyli qalıblar. Biz də dağarcığımızı çəkirik çuvalların cərgəsinə».

-6-


Cəmiyyətdə gedən ictimai hadisələrin təsiri ilə Cəlil Məmmədquluzadənin yaradıcılığında, tədricən avamdan gileyli qalmaqdan, ictimai tənqidə, satiraya keçid baş vermişdir. Bu əslində maarifçi realizmdən tənqidi realizmə keçidi də şərtləndirir. 1903-cü ildə yazılmış məşhur «Poçt qutusu» hekayəsində artıq münaqişə indiyədək yazıldığı kimi Vəli xanla Novruzəli, azərbaycanlı ilə azərbaycanlı müstəvisində yox, «qulluq adamı» olan rus poçt məmuru ilə azərbaycanlı Novruzəli arasında cərəyan edir quruluşun şərtləndiyi tipik Azərbaycan kəndlisi olan Novruzəli «qulluqçunu bihörmət etmək» üstündə cəzaya məhkum edilir. Sədaqətli, mənəvi cəhətdən saf, halal, zəhmətkeş Novruzəlinin silist zamanı «günahını boynuna almaması» divanxanadan poçtxanaya qədər keçilən yolun ən mühüm nəticəsidir. Bu kiçik detal ölkədə milli, mənəvi özünüdərkin, milli oyanışın başlanmasından xəbər verir. Bu mənada «Poçt qutusu» hekayəsi Azərbaycan ədəbiyyatında milli oyanışın ilk paroludur.
  Yazıçının əsərlərində tədricən istiqlal düşüncəsi genişlənmiş və dərinləşmişdir. 1906-cı ildə yazılmış «İranda hürriyyət» hekayəsi ilə ədəbiyyatda hürriyyət mövzusunda söhbətlər başlanmışdır. Kiçik bir hekayədə Cəlil Məmmədquluzadə XX əsrin başlanğıc illərində vilayətin şuluq vaxtında Azərbaycanın hər iki tayında hürriyyət düşüncəsinin əks-sədasını bütün təbiiliyi ilə canlandırmışdır: «Axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək... belə zadlar gələr. Yoxsa vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyətgələ.
       Cəlbedici hadisələrin fonunda ədib artıq «hürriyyət alış-verişi» etməyin zamanının gəlib çatdığından söz açmışdır. Yazıçının gəldiyi qənaət bundan ibarət idi ki, hər kəs «hürriyyət payını öz vətənində almalıdır». Yəni azadlıq ixrac yolu ilə qonşu ölkələrdən hazır gələ bilməz. Artıq 1911 -ci i ldə qələmə alınmış «Nigarançılıq» hekayəsində Cəlil Məmmədquluzadə millətin ziyalılarının «politika və milli söhbətlər» üstündə köklənməsinin vacibliyini xüsusi olaraq vurğulamışdır.

-7-
Cəlil Məmmədquluzadənin əsərlərində nəzərə çarpdırılan «rus böyüyü», «ruhani boyunduruğu», «dəyənək zorakılığı» kimi ifadələr ölkədə milli istiqlal mübarizəsinin konturlarının müəyyən olunmasına xidmət edirdi. Fikrimizcə, «Anamın kitabı» dramı ilə Cəlil Məmmədquluzadənin milli istiqlal idealı ideyası kamala çatır. «Anamın kitabı» əsəri Azərbaycana aid olmayan fərqli düşüncələrə malik üç qardaşın komediyası, Anamın faciəsi, Gülbaharın dramıdır. «Anamın kitabı» əsəri Azərbaycan milli istiqlalının dramatik üverturasıdır. Əsərdə senzorun fərqli məsləklərə xidmət edən üç qardaşa irəli sürdüyü ittihamnamə Cəlil Məmmədquluzadənin arzularının ifadəsiidi.


       Cəlil Məmmədquluzadə bu fikirdə idi ki, «yer, göy, aylar və ulduzlar... gündən qopub ayrılmış parçalar» olduğu kimi, ölkədəki müxtəlif yönlü siyasi düşüncələr də vahid Ananın – Azərbaycanın ətrafında birləşməlidirlər. Bu mənada əgər Kefli İskəndərin «tarixlərimizin kitabında...qan ilə yazılmış bir səhifəyə» çevrilmiş monoloqu milli-mənəvi özünüdərkin ittihamnaməsidirsə, Gülbaharın bir kitaba sığmayan monoloqu milli-siyasi birliyin təsdiqnaməsidir: «Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanırlar. Çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanunu pozmaq istəyə. Onun insafı və vicdanı ona müdamül həyat əziyyət edəcək,nə qədər canında nəfəs var peşiman olacaq».
        Gülbaharın əlindəki kitabın «açıq səhifəsi»ndə ifadə olunan mətləblər Azərbaycanın açılacaq taleyinin açıq üfüqlərinə işıq salırdı. Azərbaycanda sovet hökumətinin yaranması ərəfəsində Cəlil Məmmədquluzadənin siyasi baxışları bunlardan ibarət idi. Təkcə ölkədə yaranan qarışıqlığa görə deyil, arzu etdiklərini bolşeviklərin məramnaməsində tapa bilmədiyi üçün Cəlil Məmmədquluzadə Vətəni tərk etməyə məcbur olmuşdu.

-8-


Böyük vətənpərvər ədibin siyasi qənaətləri Arazın o tayında Azadistan dövləti qurmuş Şeyx Məhəmməd Xiyabaninin istiqlal mübarizəsi ilə üst-üstə düşürdü. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının Səttarxanıdır. Sərdari-milli Səttarxanı milli-siyasi hərəkatda həyata keçirdiyi mübarizəni Cəlil Məmmədquluzadə ədəbiyyatda və mətbuatda aparmışdır. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə «Molla Nəsrəddin» jurnalının Təbrizdə nəşr olunan sayları Cənubi Azərbaycanda həm milli azadlıq düşüncəsinin dərinləşməsinə, həm də realist-satirik ədəbiyyatın imkanlarının genişlənməsinə güclü təkan vermişdir. Məşhur «Ölülər» əsərinin Təbriz səhnəsində tamaşaya qoyulması (1 may 1921) Azərbaycanın o tayında da fanatizm və cəhalət uğrunda mübarizəyə hərəkət vermişdir. Bununla belə, Xiyabani hərəkatının faciəli süqutu və başlanğıc mərhələdə bolşeviklərin zəhmətkeş xalq haqqındakı işartılı vədləri yazıçını yenidən Vətənə dönüb Sovet Azərbaycanında xidmət etməyə ruhlandırmışdır. Cəlil Məmmədquluzadə «O şey ki, qoca Molla Nəsrəddinin qəlbinə və məcazına hər babətdən müvafiqdir, onun adı Şuradır» deyərək özünün fəhlə-kəndli hökuməti elan edən Şura Azərbaycanına xidmətə həsr edəcəyini bəyan etmişdi. Çünki kiçik adamın böyük müdafiəçisi olan Cəlil Məmmədquluzadə fəhlə-kəndli hökuməti vasitəsilə zəhmətkeş xalqın, sadə, sıravi insanların azadlıq əldə edəcəyinə ümid bəsləyirdi. Lakin ümid və inam dövrü o qədər də çox çəkmədi. Az sonra Cəlil Məmmədquluzadə sovet gerçəkliyinin daxili çürüklüyünü hiss etdiyi üçün həyatını sosialist idealına deyil, millətə və Vətənə xidmətə həsr etmişdir. Böyük ədib bu fikirdə idi ki, «özümüzü... quru tərif və alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik». Buna görədir ki, yazıçının sovet dövrü əsərlərində yeni cəmiyyətin yaratdığı çaşqınlıq və xaos, siyasi-mənəvi puçluq, hərc-mərclik öz əksini tapmışdır. Artıq Cəlil Məmmədquluzadə keçən əsrin iyirminci illərinin ikinci yarısından başlayaraq, mövcud cəmiyyətdəki proseslərlə barışmaz mövqedə dayandığını büruzə verirdi. Mirzə Cəlil aşkar şəkildə görürdü ki, yeni qurulan sovet cəmiyyəti «hələ rəndələnməyib...düyünü-müyünü də alınmayıb». Artıq 1922-ci ildə yazmışdı ki, «zülmət çox dərindir, qaranlıq nəhayət qalındır». -9-

Buna görə də Cəlil Məmmədquluzadə «riçədən başlamağın» lazım gəldiyini dərk etmiş, «əgər riçəni baltalayıb, ona zərər yetirə biləcək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq» qənaətində olmuşdu. Həmçinin Cəlil Məmmədquluzadə arzu edirdi ki, kaş «firqəyə daxil olanların bir para yaramazları firqədə olmayaydılar». Ona görədir ki, zahirən gənc sovet dövlətinin müdafiəsinə həsr olunmuş kimi görünən «Bəlkə də qaytardılar» hekayəsində Mirzə Cəlil özünəməxsus üsullarla «Moskvanın özündə də çox böyük və pünhan daxili qarışıqlıqların» olduğunu», Azneftin müdiri Serebrovskinin Bakı neft mədənlərini xarici ölkələrinin milyonçularına satmaq istədiyini ictimaiyyətin diqqət mərkəzinə çəkirdi. Hekayədə həmçinin keçmiş Bakı milyonçularına münasibət də tənqid olunmuşdu: «İnsaf və mürüvvətdən kənardır ki, Ağa bəyin, ya Cahangir xanın on min desyatindən özünə barı min desyatin də verməyələr. Ya Musa Nağıyevin iki yüz otuz yeddi tikilisini əlindən alasan və onun varisinə barı 5-10 ev qaytarıb verməyəsən ki, ... o biçarə... camaat içindəxəcalətçəkməsin».


       Cəlil Məmmədquluzadənin sovet dövrü hekayələrində, o cümlədən «Taxıl həkimi», «Hamballar», «Oğru inək» kimi bədii nümunələrdə cəmiyyətin əyintiləri və eybəcərlikləri nəzərə çarpdırılmışdır. «Dəli yığıncağı» isə birbaşa sovet cəmiyyətinin obrazı idi. Əsərdə həm də ölkənin xalqının dilini bilməyən özgə millətlərin nümayəndələri olan Həzrəti Əşrəf kimi hakimlər, Lalbyuz kimi həkimlər tərəfindən idarə edilməsinə etiraz notları vardır. «Dəli yığıncağı»nın yazıldığı illərdə Azərbaycana bolşevik Sergey Mironoviç Kirovun rəhbərlik etdiyini nəzərə alsaq, Cəlil Məmmədquluzadənin bu əsəri yazmaqla nə qədər böyük vətəndaşlıq və cəsarət nümunəsi göstərdiyini təsəvvür etmiş olarıq. Bunun ardınca qələmə alınmış «Ər» pyesində isə azad cəmiyyətdə xalqın öz içindən çıxmış ər, başçı, rəhbər seçmək hüququnun zəruriliyi diqqət mərkəzinə çəkilmişdir: «Azad bir əsrdə, azad millət arasında hər bir şəxsin zənn edirəm ixtiyarı gərək olsun ki, özü üçün evlənməyə qərar verdiyi surətdə öz xoşladığı qadını evlənməyə dəvət etsin.
-10-

Baş doktor kimi azad və mədəni bir vücud zəmani ki evlənmək istədi, ta qədim kişilər kimi bəyəndiyi qızın yanına xala nisbəti, ya da bibisini elçi göndərməyəcək».


        Beləliklə, ailə müstəvisində təqdim edilən hadisələr və ideyalar vasitəsilə cəmiyyətə aid siyasi məsələlər gündəmə gətirilmişdir. Asanlıqla görmək mümkündür ki, əsərin cövhərini təşkil edən «ər axtarışı» motivi əslində ailə başçısından çox, dövlət başçısı mənasını ifadə edir. Cəlil Məmmədquluzadə «Ər» pyesində deyildiyi kimi «bu sözdən qan qoxusu» gəldiyini yaxşı bildiyi üçün hadisələri ailə-məişət mühitində baş verən «vəlvələ» şəklində təqdim etmişdir. 1929-1930-cu illərdə yazılmasına baxmayaraq, ədibin sağlığında çap olunmaması da əsərdə ciddi ictimai-siyasi mətləblərin ifadə olunması ilə əlaqədar idi.
      Cəlil Məmmədquluzadənin milli istiqlal arzuları Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra gerçəkləşmişdir. Böyük demokrat ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir və xalqımızın gələcək inkişaf yoluna işıq salır..Görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) əsərlərindən nümunələrin XX əsr boyu ingilis, fransız, alman, rus, türk, ukrayna, polyak, moldovan, özbək, fars, türkmən, gürcü, qırğız dillərində nəşr edilməsi onun yaradıcılığına beynəlxalq aləmdə, xüsusən Avropada və Mərkəzi Asiyada böyük maraq doğurmuşdur. Son illərdə əsərlərinin və haqqında yazılan kitabların ərəb və urdu dillərində çap olunması Şərq aləmində, müsəlman dünyasında geniş miqyasda tanınmasına böyük yol açmışdır. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin 2004-cü ildə İslamabadda "Seaf Publikations" nəşriyyatında urdu dilində çapdan çıxmış "Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə" kitabı qüdrətli yazıçının ədəbi irsinə Cənubi Asiya ölkələrində - Pakistanda, Hindistanda və Əfqanıstanda rəğbət qazandırmışdır.
-11-

Son vaxtlar Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində akademik İsa Həbibbəylinin ərəb dilində nəşr edilmiş iki kitabı Cəlil Məmmədquluzadə irsinin Afrika qitəsində geniş yayılmasına meydan açmışdır. "Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə" adlanan birinci kitabda akademik İsa Həbibbəyli görkəmli yazıçının həyatının əsas məqamlarını, "Molla Nəsrəddin" jurnalı ilə bağlı məsələləri və ədibin yaradıcılığının ana xətlərini elmi şəkildə ərəbdilli oxuculara təqdim etmişdir. Bundan başqa, "Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas tarixləri" adlı xronoloji qaydada hazırlanmış icmalın kitabda iki dildə - ərəb və ingilis dillərində verilməsi əsərin yayılma dairəsinin genişləndirilməsinə və istifadə imkanlarının daha da artmasına səbəb olmuşdur. Böyük tirajla çap olunmuş kitaba Misirin Əl Həzər Universitetinin müəllimi Həmdi Məhruz Basyuninin yazdığı ön sözdə bütövlükdə Azərbaycan haqqında, Cəlil Məmmədquluzadənin şəxsiyyəti və yaradıcılığı, habelə akademik İsa Həbibbəylinin fəaliyyəti barədə əhəmiyyətli fikirlər öz əksini tapmışdır.

"Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə" kitabında əlavə olaraq böyük ədibin irsindən örnəklərə də yer ayrılmışdır. Beləliklə, Cəlil Məmədquluzadənin "Ölülər" tragikomediyası, "Danabaş kəndinin əhvalatları" povesti, "Poçt qutusu", "Dəllək", "Pirverdinin xoruzu", "Quzu", "Saqqallı uşaq", "Xanın təsbehi" və başqa hekayələri ərəbdilli oxuculara çatdırılmışdır. Bu, Cəlil Məmmədquluzadənin əsərlərinin ərəb dilində kitab halında ilk təqdimatı kimi də mühüm əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəylinin Qahirənin "Mədəniyyət nəşrləri evi" nəşriyyatında çapdan çıxmış "Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə" kitabını və ölməz sənətkarın əsərlərini ərəb dilinə Qahirə Universitetinin professoru Cəlal Səid əl-Hifnəvi tərcümə etmişdir. Professor Cəlal Səid əl-Hifnəvi iki dəfə Naxçıvan Dövlət Universitetində olmuş, diyarla tanışlıq imkanı qazanmış, yazıçının ev muzeyini ziyarət etmişdir. Muxtar Respublikaya səfərlər, Naxçıvan Dövlət Universitetində keçirilən görüşlər, aparılan müzakirələr professor Cəlal Səid əl-Hifnəvinin tərcümə prosesində Azərbaycan koloritini, orijinalın xüsusiyyətlərini mümkün qədər daha çox qoruyub saxlamasına imkan yaratmışdır.

-12-

Bundan başqa, akademik İsa Həbibbəylinin Misir Ərəb Respublikasında, Qahirə şəhərində çap edilən "Azərbaycanın yeni dövr yazıçısı Cəlil Məmmədquluzadə" adlı ikinci kitabında böyük ədibin həyatı və yaradıcılığı haqqındakı araşdırmalar ərəb və ingilis dillərində oxuculara çatdırılmışdır. Əsərdə eyni zamanda Cəlil Məmmədquluzadə əsərlərinin yayılma dairəsi və yazıçının nəsil şəcərəsi barədə də məlumatlar verilmişdir. Kitaba Cəlil Məmmədquluzadənin məşhur "Poçt qutusu" və "Bəlkə də qaytardılar" hekayələrinin ərəb dilinə tərcümələri də əlavə edilmişdir. Kitabı ərəb dilinə Qahirə Universitetinin professoru Həni Əs-Sisi tərcümə etmişdir. Misir Ərəb Respublikasının Azərbaycandakı sabiq səfiri Yusif Əhməd Şarkavinin kitaba yazdığı ön sözdə Cəlil Məmmədquluzadənin yaradıcılığı və İsa Həbibbəylinin fəaliyyəti ölkələrarası münasibətlər müstəvisində dəyərləndirilmişdir.



Qahirə şəhərində Cəlil Məmmədquluzadə haqqında çap olunmuş kitablar barədə Misir Ərəb Respublikasının dövri mətbuatında geniş informasiyalar yayılmışdır.

Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin Misir Ərəb Respublikasında çap olunmuş kitabları görkəmli alimin böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqi və təbliği sahəsindəki çoxillik ardıcıl fəaliyyətinin məntiqi davamıdır. Bu kitablar qüdrətli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin Şərq aləmində, müsəlman dünyasında daha geniş miqaysda tanıdılmasına xidmətin ifadəsidir. Qahirə şəhərində çap edilmiş kitablar Azərbaycan-Misir əlaqələrinin də yeni və əhəmiyyətli səhifələridir. Təqdim edilən kitablar görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamı ilə ölkəmizdə geniş qeyd edilən 145 illik yubileyinə layiqli hədiyyədir.

Cəlil Məmmədquluzadənin yaradıcılığının təbliği məqsədiylə kitabxanalarda bir-birindən maraqlı tədbirlər keçirmək mümkündür.Bu tədbirləri keçirməkdə əsas məqsəd oxucuları C. Məmmədquluzadə yaradıcılığı ilə yaxından tanış etmək, mövcud bilikləri daha da artırmaqdır.Cəlil Məmmədquluzadənın kitablarının biblioqrafik icmalının təşkili oxucular üçün maraqlı olar. Maraqlı təsbirlərdən biri də kitab sərgiləridir. C. Məmməgquluzadənin 145-illik yubileyi ilə əlaqədar aşağdakı başliq altında sərgi təşkil etmək olar.

-13-


Milli istiqlal ədəbiyyatının sərkərdəsi

1



2




3




4




5

7

4



6

10

6




7

5

9

1.Başlıq-“Milli istiqlal ədəbiyyatının sərkərdəsi”

2.Yazıçının şəkli.

3.Yarım başlıq- Molla Nəsrəddin ədəbi məktəbinin banisi

4.Sərgidə veriləcək sitatlar:

1.Milli istiqlal ideologiyasının carçısı

2. Görkəmli Azərbaycan mütəfəkkiri

3.Azərbaycanın milli yazıçısı Cəlil Məmmədqulizadə.

Tövsiyə ədəbiyyat siyahısı.

1. Məmmədquluzadə C. Seçilmiş Əsərləri. C-1 Bakı .:Azərbaycan dövlət nəşriyyatı.1983-304 səh.

2.Məmmədquluzadə.C.Əsərləri C-2-Bakı.: Azərbaycan dövlət nəşriyyatı.1984-191 səh.

3. Məmmədquluzadə .C.Əsərləri C-3-Bakı.: Azərbaycan dövlət nəşriyyatı.1984-257 səh.

4.Məmmədquluzadə .C.Əsərləri C-4-Baki .: Öndər nəşriyyatı.2004- 460 səh.

5. Məmmədquluzadə. C. Əsərləri C-2 –Baki.: Öndər nəşriyyatı.2004-583 səh.

6.Məmmədquluzadə . C.Əsərləri C-3-Baki .: Öndər nəşriyyatı.2004-478 səh.

7. Məmmədqulazadə. C.Əsərləri Bakı.: Öndər nəşriyyat ı. 2004-636 səh. -14-



Ədəbiyyat siyahısı:

1.Məmmədquluzadə C. Seçilmiş Əsərləri. C-1 Bakı Azərbaycan dövlət nəşriyyatı.1983-304 səh.

2.Məmmədquluzadə.C.Əsərləri C-2-Bakı.: Azərbaycan dövlət nəşriyyatı.1984-191 səh.

3. Məmmədquluzadə .C.Əsərləri C-3-Bakı.: Azərbaycan dövlət nəşriyyatı.1984-257 səh.



-15-


Yüklə 57,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin