Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda


TERMİNOLOGİYA KOMİSSİYASININ



Yüklə 1,14 Mb.
səhifə14/76
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#2435
1   ...   10   11   12   13   14   15   16   17   ...   76
Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu

Rəyçilər: filologiya elmləri doktoru İ.Tahirov

filologiya üzrə fəlsəfə doktoru,dos.M.Əsədova

Fəridə Allahverdiyeva

Azərbaycan Dillər Universiteti,

filologiya üzrə fəlsəfə doktoru
MÜASİR İNGİLİS DİLİNDƏ SADƏ NƏQLİ CÜMLƏLƏRİN

İNTONATİV VARİATİVLİYİ
Açar sözlər: variativılik, semantik aspekt, kommunikasiya, praqmatik aspekt.

Ключевые слова: вариативность, семантический аспект, связи, прагматический аспект.

Key words: variability, semantic aspect, communication, pragmatic aspect.
Dilin müxtəlif cümlə tiplərinin və növlərinin struktur-sintaktik və intonasiya tədqiqi məsələsi XX əsrin üçüncü onilliyi dövrlərindən başlayaraq genişlənmişdir.

Cümlə intonasiyasının tədqiqi, ilk mərhələdə dillərin tədrisi ilə daha çox bağlı olmuşdur. Sonrakı mərhələlərdə isə nitq intonasiyasının tədqiqi ilə dilçiliklə yanaşı psixoloqlar, fiziklər və başqa sahələrin mütəxəssisləri də məşğul olmağa başladılar. Son zamanlaradək bu sahədə aparılan araşdırmalarda cümlənin kommunikativ tiplərinin intonasiya strukturunun başlıca olaraq formal tərəfdən öyrənilməsinə üstünlük verilirdi. Bu cəhətdən cümlənin kommunikativ tiplərinin və törəmə növlərinin təkcə struktur-sintaktik təhlili onların semantik məzmununun bütövlükdə üzə çıxarılması üçün tam yetərli olmurdu.

Müasir dövrdə isə cümlə sintaksisin və semantikasının intonasiya variativliyi planında öyrənilməsi bu problemin aktuallığının bugün həmişəkindən daha çox olduğunu göstərir. Odur ki, hər bir kommunikativ tipə məxsus cümlə növünün, o cümlədən tədqiqata cəlb etdiyimiz ingilis dili sadə nəqli cümlələrin fonosemantik variativliyinin müəyyən kontekstual-situativ çərçivədə intonativ variativliyi ilə müqayisəli tədqiq edilməsi müasir mərhələdə xüsusi linqvistik əhəmiyyət kəsb edir. Cümlə hər hansı bir məqamda, situasiyada müəy­yən məqsədlə ifadə olunan və adekvat intonasiya formasını qəbul edir. Eyni cümlə ayrı-ayrı kontekstlərdə heç vaxt eyni intonasiya konturu ilə ifadə olunmur. O, bu və ya digər dərəcədə müxtəlif variativliyə uğra­yır.

İngilis dilinin öyrənilməsində və öyrədilməsində intonasiya üzərində müşahidənin böyük əhmiyyəti vardır. Hər bir dilin özünəməxsus fonetik və qrammatik qanunları vardır: bu qanunların elmi cəhətdən öyrənil­məsi qarşıya qoyulan məqsədə çatmaqda başlıca rol oynayır. Belə ki, ingilis dilinə xas olan fonetik qanunları öyrənmədən bu dildə düzgün tələffüz vərdişlərinə yiyələnmək mümkün deyildir. İngilis dilinin düzgün başa düşülməsində intonasiyanın rolu böyükdür. Eyni cümlənin müxtəlif intonasiya variantları ilə tələffüz edilməsi fikri düzgün başa düşülmə­sin­də çətinlik yaradır.

İngilis dilində sadə nəqli cümlələrin struktur-sintaktik və fonosemantik aspektlərdə intonativ variativliyininin öyrənilməsindən ibarətdir. İngilis dilində sadə nəqli cümlənin ənənəvi qaydada intonasiya strukturunun öyrənilməsi məsələsindən fərqli olaraq, bu kommunikativ tipin törəmə növlərinin kontekstual-situativ variativliyə uğramasının səbəblərinin öyrənilməsi əsas yenilik sayılır. Bundan əlavə, çox hallarda cümlənin sintaktik məzmunu intonasiya elementlərinin variativliyi sayəsində öz dəqiq ifadəsini tapmış olur. Tədqiqatda belə bir aspektdə yanaşmanın özü əsas məsələlərdən biridir. Tədqiqatın əsas vəzifələri müasir ingilis dilində müəyyən kontekstlərdə işlənən sadə nəqli cümlə modellərinin intonasiya strukturunda baş verən variativliyi müəyyən edib, onun funksional əhəmiyyətini öyrənməkdən ibarətdir. Ingilis dilinin fonemləri səviyyəsində adı gedən məsələyə toxunan ingilis fonetisti D.Counz “variativlik” terminini işlətməmiş, bu anlayışı fonemlərin “diafonik” dəyişməsi kimi təqdim etmişdir. 70-ci illərin sonunda isə G.P.Torsuyer ingilis dili fonemlərinin sözün fonetik strukturunda konstant­lıq və variativlik məsələsini tədqiq etmişdir.

G.P.Torsuyer qeyd edir ki, konstantlıq və variativlik dil strukturunun əsas xüsusiyyətlərindən olub onun daxili təbiəti ilə bağlıdır. Onlarsız dil nə mövcud ola bilər, nə də inkişaf edə bilər.

Qeyd etməliyik ki, G.P.Torsuyer həmin tədqiqat işində variativliyin bir neçə funksiyası haqqında fikir yürüdür. Bunlar arasında variativliyin üslub-fərqləndirici və ya üslubi funksiyası haqqındakı fikri məsələnin cümlə intonasiyası səviyyəsində tətbiq oluna bilməsinə ciddi zəmin yaradır.

Qarşıya qoyulmuş vəzifəni yerinə yetirmək üçün bir sıra metod və linqvistik təhlil priyomlarından, o cümlədən struktur-semantik və kontekstual təhlil metodundan istifadə edilmişdir. Eyni zamanda tarixi-müqayisəli və təsviri metoddan da istifadə edilmişdir.

Dil sistemində variativlik probleminin tədqiqi XX əsrin ikinci yarısına təsadüf edir. Lakin bu sahədə aparılan tədqiqat işləri istər miqyasına görə, istərsə də miqdarca geniş vüsət almamışdır. Nəzəri cəhətdən variativliyin dil sisteminin ayrı-ayrı səviyyələrinə tətbiq edilə bilməsi məsələsi ilk baxışda dilçilər üçün kifayət qədər aydın görünə bilər. Lakin məsələnin praktik cəhətdən dilin müxtəlif aspektlərinə tətbiqi və aspektlər üzrə dil vahidlərinin təhlili zamanı ortalığa müəyyən çətinliklər çıxarır. Problem üzrə ilk tədqiqatlar aparan dilçilərdən birinci növbədə F.Y.Veysəllinin fəaliyyətini qeyd etmək istərdik. Bu sahə üzrə o, hələ keçən əsrin 70-ci illərindən başlayaraq tədqiqatlar aparmış və variativlik üzrə dilin həm fonemlər sistemi, həm də intonasiya struktur səviyyələrində araşdırmalarını davam etdirmiş, bir sıra əsərlər yazmışdır. D.N.Yunusov da variativlik problemini dilin sintaksisi və intonasiyası səviyyəsində tətbiq edərək, onu müxtəlif sistemli dillərin materialı əsasında müqayisəli planda tətbiq etmişdir.

Sırf fonetik və intonativ variativliyin cümlə semantikasının fərqləndirilməsinə təsiri məsələsi əslində cümlə fonologiyasının öyrənilməsinə gətirib çıxarır. Real ünsiyyət prosesində heç bir cümlə növü təcrid olunmuş şəraitdə işlənmir. Cümlə hər hansı bir məqamda, situasiyada müəyyən məqsədlə ifadə olunur və adekvat intonasiya formasını qəbul edir. Başqa sözlə, eyni cümlə strukturunu ayrı-ayrı kontekstlərdə heç zaman eyni intonasiya konturu ilə ifadə olunmur, o, müxtəlif variativliyə uğrayır. Qeyd edək ki, ton variativliyi haqqında danışarkən onun funksiyası haqqında da müəyyən qədər məlumat verilmişdir. Danışan tərəf nəzərə almalıdır ki, o, öz nitqində emosiyaları, fikirləri düzgün ifadə etmək üçün ona uyğun tondan istifadə etsin. Bu zaman bir hecalı sözlərin müxtəlif tonlarla deyilişi müxtəlif mənaların ifadə olunmasına səbəb olur. Müasir dilçilikdə intonasiyanın elmi tədqiqi onun hər bir aspektinin funksiyasını müəyyən etməkdir.

İntonasiyanın kommunikativ funksiyası sayəsində hər hansı bir cümlənin verilmiş şəraitdə nəqli, hər hansı sual növü, əmr, xahiş və ya nida cümləsi olmasının müəyyən etmək mümkündür. Beləliklə, o cümlənin kommunikativ növlərini müəyyən edir. Onlar: 1) əmr cümləsi (əmr, xahiş, xəbərdaqlıq və s.), 2) nəqli cümlə (bütün növ nəqli cümlələr), 3) sual cümləsi (suallar: ümumi, xüsusi, təkrar edilən suallar və s.), 4) nida cümləsi (nida və bütün nida növləri)

Əgər intonasiyanın kommunikativ, mühakimə yürütmə funksiyasını nəzərdən keçirsək, iki əsas fəaliyyət sahəsi müəyyən edərik: bunlardan biri dinləyənin diqqətini intonasiyanın ən vacib aspektində mərkəzləşdirməkdir, digəri isə danışıq tərzinin nizama salınmasıdır. Birinci halda lazımi vurğunun lazımi hecanın üzərində qoyulması vacibdir.

/She 'arrived in 'Moscow/

Tonal vurğu daha çox informasiya daşıyan sözün üzərində qoyulur.

1. /I have got to take the 'child for a 'walk/

Biz diqqət çəkmək üçün intonasiyanın ən azı iki müxtəlif yolunu göstərə bilərik. Seçilən ton yerləşdiyi ton vahidində ya informasiyanın qavranılmasını göstərir. Nəqli cümlələr alçaq səviyyəli şkala və alçaq enən tonla ifadə edildikdə cümlənin məzmununda müsahibinin fikrinə qarşı rəğbətsizlik, soyuqluq, biganə kimi münasibətlər ifadə olunur. Məsələn: She could have taken my book – I hadn’t known about it before.

İngilis dilində tonlar müxtəlif şkalalarla işlənərək müxtəlif çalarlı münasibətlər ifadə edir. Biz ucalıq (hündürlük) və sürət variasiyalarından istifadə edə bilərik, bizim səs tonumuzun hərəkəti çox dar çərçivədə və ya əksinə, çox geniş çərçivə arasında ola bilər, əgər geniş səs tonu səviyyəsindən istifadə etmiriksə, müxtəlif aparıcı tonlardan istifadə edə bilərik. Aparıcı yüksək ton (high key) – səs tonu səviyyəsinin yüksək hissəsindən, orta aparıcı ton (mid key) – səviyyəsinin orta hissəsindən, aşağı aparıcı ton (low key) – aşağı hissəsindən istifadə edilə bilər. Hətta bu zaman müxtəlif mimikalardan, jestlərdən və bədən hərəkətlərindən də istifadə olunur. Bütün bu faktlar münasibət və emosiya ifadə etmək üçün böyük əhəmiyyətə malikdir.

İntonasiya prosodik və ya supraseqment nitq elementlərinin mürəkkəb birliyi kimi müəyyən edilir: Əsas prosodik elementlər intonasiyanın komponentləri adlanır. İntonasiyanın mühüm komponentləri bunlardır: nitq melodiyası, cümlə vurğusu, nitq tempi, sə­sin tembri (S.Babayev).

İntonasiya danışanın emosiyalarını, cümlənin mənasını və məzmununa olan münasibətini bildirməyə kömək edir. İntonasiya cümlə quruluşunun və onun müxtəlif cümlə növlərinin və tiplərinin formalaşmasında mühüm rol oynayır. Biz cümləni konkret intonasiyasız təsəvvür edə bilmərik. Beləliklə, intonasiya cümlənin zəruri elementidir. İntonasiyanın hər bir komponentinin cümlənin ifadə olunmasında müəyyən funksiyası var.

Nitq melodiyası intonasiyanın tonal komponentdir. Bu sözlərin və səslərin rabitəli nitqdə musiqili düzülüşüdür. İnsan danışanda onun səsi monoton deyildir. Onun tonallığı həmişə dəyişkənliyi saxlayır. Tonallıq cümlədə və ya məna qrupunda müəyyən melodik xətt çəkərək qalxır və enir. Əgər tonallıq bu cür dəyişməsə, deyilən hər cümlə monoton səslənir və danışanın nitqi mühüm ifadəlikdən məhrum olar.

Cümlə vurğusu xüsusi nəzərə çatdırma dərəcəsidir ki, onun vasitəsilə cümlənin mühüm sözləri müntəzəm intervallarla ifadə olunur. Vurğulu və vurğusuz hecaların uzunluğu və qısalığı, həmçinin məna qrupunda vurğuların distribusiyası onun ritmik quruluşunun formalaşmasında mühüm rol oynayır. Vurğunun dəyişməsi cümlənin mənasını və qabarıqlığını dəyişə bilər.

Bir qayda olaraq, söz nə qədər vacib və əhəmiyyətlidirsə, onun vurğusu bir o qədər güclüdür. Cümlə vurğusu cümlənin ritmik quruluşunun əsasını təşkil edir. Başqa sözlə, ingilis nitqinin ritmi vurğulu hecaların az və ya çox müntəzəm vaxt intervallarında təkrarlanması və vurğulu, vurğusuz hecaların əvəzlənməsi vasitəsilə formalaşır.

İngilis dilində qeyri-emfatik nitqin melodik quruluşunu ümumi təhlil edərkən belə qərara gələ bilərik ki, aşağıdakı faktorlar xüsusi əhəmiyyət kəsb edir. Sintaqmda vurğunun paylanması, sintaqmın çərçivəsində səsin musiqili sürüşməsinin xüsusiyyətləri və sintaqmın sonunda səsin melodik hərəkəti: bütün bunlar onun semantik tipini müəyyən edir (Zinder I.P. Общая фонетика)

Ümumiyyətlə, ingilis dili üçün sintaqmın birinici vurğulu hecasından başlayaraq sonuncusuna qədər səsin tonunun bərabər şəkildə tədricən enməsi xarakterikdir.

Musiqili ton əsasən vurğulu hecalarda dəyişir, məhz buradan da vurğu ilə intonasiya arasında asılılıq yaranır. Əgər sintaqm daxilində vurğu dəyişərsə, onda tonal istiqamət də dəyişir. Sintaqmın melodik xətti ən yüksək vurğulu heca ilə başlayaraq sonra gələn hecalar boyu enmə baş verir. Beləliklə, sanki şkalada tədricən enmə sırasını yaradır. Sintaqmın vurğulu hecalarından əvvəl gələn vurğusuz hecaları adətən vurğulu hecalardan daha aşağı tonda tələffüz olunur, alçaq rəvan tonda olmaq şərtilə nisbətən yüksək tonda ola bilər.

Cümlənin dörd kommunikativ tipi vardır: nəqli, sual, nida, əmr cümləsi. Hər tip də törəmə növlərə bölünür.

Nəqli cümlə:

Nəqli cümlə aşağıdakı yarımnövlərə bölünür



  1. kateqorik nəqli cümlə - qətilik ifadə edir. Bu cür cümlələrdə informasiya qətiyyət məzmunu kəsb edir. Bu cümlələr alçaqdan və ya yüksəkdən düşən geniş diapozonlu tonla deyilir. Məs: He ˋcame at ˎ6.

  2. Səbirsizlik ifadə edən nəqli cümlələr – çağırış, səbirsizlik, etiraz ifadə edən nəqli cümlələr kimi nəzərdə tutulur.

Bəzən onlar təəssürat yaradıcı, qorxu və ya özündənrazı qalmaq kimi səslənir. Bu növ cümlələr əsasən yüksəlib alçalan tonla tələffüz olunurlar. Məs: She 'sent a 'telegram ˋlast year.

  1. Qeyri-kateqorik (səthi) nəqli cümlələr – danışanın hadisəyə səthi, təsadüfi münasibətini bildirir. Onlar üçün alçaqdan yüksələn ton xarakterikdir. Məs. I 'll ˏwait for him.

  2. Cəlbedici nəqli cümlələr – danışan dinləyənin sözlərini birbaşa ifadə etmədiyi mənanı başa düşməsini istəyir. Bu cümlələr enib-yüksələn və ya ortadan yüksələn tonla tələffüz olunur. Məs: He is a good boy/ probably she is /.

  3. İşarəedici nəqli cümlələr – yüksəlib-enən-yüksələn tonla tələffüz olunur. Bu növ ton cümləni cəlbedici və eyni zamanda xoşagəlimli və nikbin ifadə olunmasına səbəb olur (Брызгунова). Məs: He will return soon.

Aşağıda bir sıra şkala növlərinə aid nümunələr göstərəcəyik.

Pilləvari enən şkala:



  1. You 'ought to 'know the 'way to ˏsay it.

  2. I 'asked him to 'do it for me.

  3. He 'did his 'best to 'help ˏthem.

  4. He 'want to 'go to her 'aunt ˎtoday.

  5. It’s 'time the children to 'go to ˎbed.

  6. He 'used to 'play it ˊvery ˎwell.

Sınıb-enən pilləvari şkala:

  1. I 'saw them 'going to the 'museum.

  2. He 'did his 'best to help the ˋchild.

  3. He 'has to ˋcome 'home at six o’clock.

  4. I want to 'read an other ˋbook.

Katerqorik (qəti hökm bildirən) nəqli cümlələr üçün əsasən təmkinli, soyuqqanlı münasibəti ifadə edən alçaqdan enən tonlu melodiya xarakterikdir. Məsələn: Yes, I’m ˎtired. Əgər cümlə alçaqdan qalxan tonla tələffüz olunursa, bu zaman o özünə inam, təskinlikverici ifadə edir. Əgər cümlə yüksəkdən qalxan tonla tələffüz olunursa, bu zaman o həyat eşqi, şən, maraq ifadə edir. Məs: I’m sure. Alçaqdan vurğu ilə tələffüz olunduqda isə o, etiraz ifadə edir. Məs: Nobody is sure.

Enib-qalxan tonla tələffüz olunan cümlələr eyham ifadə edir. Əgər enib-qalxan ton parçalanıbsa, bu zaman o üzrxahlıq, peşmançılıq, canıyananlıq ifadə edir. Məs: 'Mother isn’t ˏsure.

İngilis dili fonetik ədəbiyyatında bir sıra müəlliflər M.A.Antipora 1974, V.D.Arakin 1999, M.A.Sokolova 1996, S.M.Babayev 1977, F.N.Zeynalov 2003, P.Roch 2005 “Melodik kontur” terminini “Melodic contour” (MK), “İntonation contour”(IK), “İntonation pattern” (IP), “Tone unit” (TU) kimi işlətmişlər. Bu öz işində “melodik kontur” (MK) terminindən istifadə etməyi nəzərdə tuturuq. Müasir ingilis dilində sadə nəqli cümlələrin semantik variativliyini təmin edən altı melodik konturdan istifadə edilir. İngilis dilinin qeyri-emfatik nəqli cümlələrində, bir qayda olaraq, bir saylı melodik kontur MK-1 işlənir. Bu melodik konturda ifadə olunan sadə nəqli cümlələr fikir bitkinliyi, müəyyənlik, qətilik, obyektiv fakt, təsdiq bildirir. Bu növ cümlələrdə tonal sonluq adi enən şkala ilə realizə olunur. Məs: 1) He 'left the 'room without a ˏword. 2) He wasn’t ˋthere.

Bu növ cümlələrdə işlənən MK-1 adətən neytral intonasiyanı ötürür. Lakin həmin MK-1 vasitəsilə mənfi hisslər oyadan informasiyalar da verilə bilər. Bu zaman danışanın nitqində bir soyuqluq, sıxıntı, laqeydlik, quruluq, bədbinlik hissləri də ifadə oluna bilər. Yəni qeyd etdiyimiz bitkinlik, müəyyənlik, qətilik və s. bildirən melodik kontura həmin hissi çalarlar da əlavə oluna bilər. Məsələn:

I 'didn’t ex'pect it from you.

I 'don’t 'like such an ˎattitude.

It’s 'out of the question.

MK-2: Bu melodik kontur ingilis dili sadə nəqli cümlələrdə danışan tərəfindən sakitləşdirici, yüngülləşdirici, arxayın, işin əhəmiyyətsizliyi haqqında fikir yaratmaq kimi hissi çalarlar təlqin edilir, digər tərəfdən, çox hallarda dinləyiciyə ürək-dirək vermək, narahat olmamaq, onu ovundurmaq məqsədilə işlənir. Bu növ cümlələr adi qalxan sonluqla deyilir. Məsələn: 'Never ˎmind. It’s 'all right. There is 'nothing to ˏworry about. Bu melodik kontur həm də sonuncu olmayan, qeyri-terminal sintaqmların deyilişi üçün xarakterikdir. Bu zaman sintaqmda qalxan sonluqdan istifadə olunur və o, firkin davam edilməsini bildirir.





Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin