Tərcüməsi: “Güclü olmaq”, “qüvvətli olmaq” mənasında istifadə olunan ج ب ر kökündən təqlib vasitəsilə əmələ gələn sözlər içərisində “güclənmək”, “qüvvətlənmək” anlamında işlənən خبر və بَرَج felləri qeyd olunmalıdır. Bundan əlavə, həmin xüsusiyyətləri ilə fərqlənən şəxs “ مجرب ” sifəti ilə təyin olunur. Üzərinə nə qədər çətinlik düşərsə düşsün, onun öhdəsindən rəşadətlə gələ bilən şəxs “ جراب” deyə müəyyənləşir. Habelə həmin kökdən بجرة və أبجر sözləri də istifadə olunur ki, bu da eyni məzmunun, təxminən üstünlük dərəcəsində olan bir vəziyyəti ifadə edir.
Ən böyük sözdüzəltmə nümunələrindən sayılan رجب və بَرَج kökləri maraq doğurmaya bilmir. Belə ki, təxminən yaxın mənalı olan bu vahidlərdən ikincisi “rəng anlamında güclü və qüvvətli olmaq” (ağappaq, qapqara və s.) kimi istifadə olunur. Bu sözdüzəltmə nümunəsinə, eləcə də رجب felini misal gətirmək olar ki, bu da ilk iki mənadan elə də uzaq olmayan bir anlamdadır və bu feil “döyüşdən sonra hər hansı bir şəxsin əməyini böyük təmtəraqla (hədiyyə və ya digər mükafatlarla, məsələn palma ağacı ilə) qeyd etmək deməkdir. Bu sözdən “ رجبة ” yaranıb ki, bu da “digərlərindən daha qüvvətli olan barmaq oynağı”dır. رجاجى kəlməsinin də bu mənşədən olduğunu iddia etmək mümkündür ki, bu da “əməlləri ilə öyünən, özünü daha təkəbbürlü aparan bir şəxsə şamil olunur” [7; 57].
Onu da qeyd etmək lazımdır ki, ibn Cinninin sinonimlərin «əl-qəlb» hadisəsi nəticəsində əmələ gəlməsi haqqında olan müddəaları həm orta əsr, həm də müasir dövr dilçiləri arasında böyük mübahisəyə səbəb olmuşdur.
Xüsusilə də, müasir dövr ərəb dilçiləri bu fikir ilə razılaşmayaraq, ibn Cinni nəzəriyyəsinin əleyhinə çıxır və onun fikirlərini təkzib etməyə çalışırlar. Doktor İbrahim Ənis bu xüsusda yazır:
...إذا كان ابن جنى قد استطاع في عنت ومشقة، ان يسوق لنا، للبرهنة على ما يزعم، بضع مواد من كل مواد اللغة التي يقال إنها في جمهرة اللغة لابن دريد تصل إلى أربعين ألفا وفي معجم لسان العرب تكاد تصل إلى ثمانين ألفا، فليس يكفى مثل هذا القدر الضئيل المتكلف، لإثبات ما يسمى بالاشتقاق الأكبر...
Dostları ilə paylaş: |