Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə76/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   72   73   74   75   76   77   78   79   ...   113
 FƏSIL
 __________________  
MƏSULİYYƏT PRİNSİPİ 
§ 1. ümumi məsuliyyət rejimi anluyışı və təqsirə görə məsuliyyət 
Ümumi  tərifi.  Məsuliyyət  anlayışı  təkcə  inzibati  hüquq 
münasibətlərinə  xas  deyildir.  O,  xüsusi  hüququn  da  çox  mühüm  bir 
bölməsini təşkil edir. Hər iki halda hüquqi məsuliyyət o vaxt yaranır ki, 
idarəetmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində başqasına ziyan 
vurulsun. Vurulmuş belə zərəri ödəmək onun vəzifəsidir. 
Təkamülü.  İnzibati  hüquq  münasibətləri  dairəsində  məsuliyyət 
anlayışında nəzərə çarpan təkamül baş vermişdir. 
Məsuliyyət  prinsipinin  tədricən  bərqərar  olması  nəticəsində  ilk 
vaxtlarda  dövlət  öz  fəaliyyətinə  görə  bu  prinsip  üzrə  məsuliyyət 
daşımırdı.  Sonradan  tədricən  məsuliyyət  prinsipinin  bərqərar 
edilm.əsində keçid dövrü baş verdi. 
Bu təkamül yuxanda haqqında danışılan qanunçuluq prinsipinin 
keçdiyi  yolu  -  yəni  şəxsi  mülahizə  prinsipindən  biri  olmaqla  bütün 
səviyyələrdə qanunçuluğun tələblərinə riayət edilməsi yolunu keçmişdir. 
Eyni ilə qulluqçular arasında məsuliyyətin olmaması qaydası öz yerini 
administrasiyanın məsuliyyəti prinsipinə verdi. Məsuliyyətin olmaması 
qaydası hələ qədim dövrlərdə də ifadə olunmuşdu; «Kral pis fikrə düşə 
bilməz». Bu forma Fransa inqilabmadək saxlanmışdı. Buna baxmayaraq 
bir  sıra  istisnalar  da  mövcud  idi;  kral  cərimələri  bağışlaya  da  bilərdi, 
lakin  bu  onun  vəzifəsinə  daxil  deyildi,  artıq  dövlətlə  xüsusi  şəxslər 
arasında  bağlanmış  müqavilələrə  əsaslanan  müqavilə  məsuliyyətinin 
bəzi formaları öz təşəkkülünü tapmağa başladı. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin