lə istehlakçı arasında bağlanan müqavilədir. Kvazidelikt məsuliyyət hər
cür şəraitdə meydana gəlmir, yalnız o hallarda yaranır ki, tərəflər arasında
müqavilə olmur, zərərçəkən özü isə zərərvuranla aralarında müqavilə
bağlamırlar. Bu, Fransa Mülki Məcəlləsinin 1382-ci və sonrakı
maddələrinin mənasına görə «müqavilədənkənar münasibətlərdə
meydana çıxarsa, onun təəhhüdləri» hesab edilir.
İnzibati hüquqda müqavilədənkənar münasibətlər üç əsas
kateqoriya ilə fərqləndirilir. Birincisi, şəxsi heyətlə münasibətlər
müqavilə əsasında təşkil olunur və idarəetmə xidmətlərində azlıq təşkil
edən agentlərlə yanaşı, qalan agentlərin xeyli hissəsi reqlamentlərin
müqavilədənkənar tənzimləməsinin təsiri altına düşür və onlarla
münasibətdə administrasiyanın məsuliyyəti kvazidelikt məsuliyyət olur.
Bununla yanaşı, inzibati ümumi xidmətlərin istifadəçilərlə
münasibətləri
də müqavilədənkənar yaranır. Nəhayət, bütün dövlət xidmətlərinin
agentlər və istifadəçilər olmayan üçüncü şəxslərlə olan münasibətləri də
bu cür həyata keçirilir.
Misal üçün, küçədə cinayətkarı və yaxud nümayişçini təqibet- mə
nəticəsində yaralanmış polis nəfəri qarşısında administrasiyanın
məsuliyyəti ona görə yaranır ki, administrasiya ilə onun agentləri
arasında müqavilədənkənar münasibətlər mövcuddur. Əgər yaralanan
cinayətkar və
yaxud nümayişçi olarsa, onda inzibati hüquq münasibətləri
dairəsinə başqa kateqoriya düşür. Onlar polisdən fərqli olaraq
administrasiya ilə xidməti asılılıqla bir-birilə bağlı deyillər. Həmin
əməliyyat zamanı yoldan keçən, təsadüfi güllə ilə yaralanmış adam
administrasiya ilə nə onun sifarişçisi, nə də agenti kimi heç bir ümumi
bağlılığı olmayan üçüncü şəxs qismində çıxış edir; bu qisimdə çıxış edən
həmin şəxs qarşısında da administrasiyanın məsuliyyəti kvazidelikt
məsuliyyət olacaqdır. Misal üçün, əgər məktəb yanarsa, yanğın zamanı
zərər çəkmiş müəllimlər, agentlər, şagirdlər, istifadəçilər və qonşular
hadisədə üçüncü şəxs qismində tanınırlar.
Müqavilə məsuliyyətləri müxtəlif formalarda meydana çıxır,
mahiyyətcə o, bağlanmış müqavilələrdəki şəraitdən və bir sıra ümumi
normalardakı göstərişlərdən asılıdır.
Kvazidelikt
məsuliyyəti,
adətən,
ümumi
hakimiyyətin
məsuliyyəti kimi səciyyələndirirlər. Bu zaman onlar ünvansız formada
tətbiq edilən və məhkəmə praktikası ilə dəqiqləşdirilən ümumi hüquq
rejimi və məhkəmə praktikası əsasında, yaxud qanunvericilik qaydasında
ümumi qaydalardan istisnalar müəyyənləşdirildiyi xüsusi hallarda tətbiq
edilən spesifik rejimlərlə fərqlənirlər.
İnzibati hüquq münasibətlərində
ümumi rejim eyni zamanda
163
həm mühüm, həm də burada inzibati hüququn xüsusiyyətləri və
spesifikliyi aydın təzahür edildiyindən daha özünəməxsusdur. Buradaca
qeyd etmək lazımdır ki, bu rejim xüsusi hüquqda da (əvvəlcə ümumi
mülki ədliyyə praktikasından götürülmüş misallar olsa belə) dərin iz
buraxmışdır.
Ümumi məsuliyyət rejimində məsuliyyətin meydana çıxmasının
əsaslarını və zərərin ödənilməsi qaydasını ayrıca qeyd etmək vacibdir.
Administrasiyanın məsuliyyətinin hansı şəraitlərdə meydana
çıxması sualına cavab birmənalı deyildir. Əgər bu, ümumi xidmət
sahəsinin fəaliyyəti zamanı yaranarsa, onda administrasiyanın
məsuliyyəti o vaxt meydana çıxır ki, o, xidmət üzrə səhvlərə yol vermiş
olsun və onun bu səhvləri özündə təqsirli məsuliyyət yaradır. Lakin həll
olunmuş bir sıra hallarda da məsuliyyət təqsirsiz də meydana çıxa bilər.
Təqsir anlayışının məsuliyyəti əksər normativ qanunlar əsasında
yaranır. Bu anlayış normativ qanunların sanksiyasının ideyasına uyğun
gəlir: təqsirli şəxs həmin təqsirin nəticəsinə görə məsuliyyət daşıyır. Bura
aiddir: mülki-hüquqi sanksiyalar və cinayət-hüquqi məsuliyyətlər, yaxud
intizam məsuliyyəti tədbirləri. Bu sanksiya həmçinin zərərin ödənilməsi
ideyasına uyğundur: təqsir nəticəsində vurulmuş zərər ödənilməlidir ki,
zərərçəkən onun nəticələrindən əziyyətə düşməsin.
İnzibati hüquqda bu problemin həlli yolları, hüquqi şəxslər olan
idarəetmə orqanlan və həmin orqanlar daxilində xidməti funksiyalarını
həyata keçirən fiziki şəxslər arasında fərq qoyulması məsələsi qanunla
müəyyən edilir.
Hüquqi şəxslər kateqoriyasına dövlət, ərazi idarəetmə bölmələri,
ümumi xidmət funksiyalarını həyata keçirən dövlət təsisatları və xüsusi
təşkilatlar daxildirlər. Onlar qulluqçulardan və yaxud seçkili şəxslərdən,
siyasi xadimlərdən, yuxanda qeyd olunan vəzifələr üzrə nazirlərdən ibarət
ola bilərlər; onlar fəaliyyət göstərir, qərarlar qəbul edirlər və bəzi hallarda
öz fəaliyyətlərini icra edərkən ayn-ayrı şəxslərə zərər yetirə bilərlər.
Burada belə bir sual meydana çıxır ki, həmin zərəri kim
ödəməlidir? Bunu şəxsən
qulluqçu, nazir, mer, prefektmi,
yoxsa bu və ya
digər qulluqçunun, yaxud nazirin təmsil etdiyi hüquqi şəxsmi etməlidir?
Bu problem xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı təqsir və şəxsi
təqsir arasında əsas fərqin müəyyənləşdirilməsi yolu ilə həll edilməlidir.
164